Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə43/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   39   40   41   42   43   44   45   46   ...   101

88
– Qaytar məni zindana, çal köpəkoğlu. Rüstəm Mirzənin ölüm hökmü gəlməyinə baxma, 
taxta çıxacam. Onda sənin də o ağ saçlarını qana bulamaq mənə borc olsun. Hələ gözlərimə mil 
çəkməyiblər, hələ boğazıma kəndir salıb dar ağacına qaldırmayıblar. Qaytar məni zindana. 
Rüstəm Mirzə son iki gündə zəncirləndiyi divarda qarşısındakı hürufi ilə çox danışırdı. Elə
özü  deyir,  özü  də  eşidirdi.  Pirani  qoca  isə  ona  cavab  vermək  istəmir,  bir  kəlmə  də  cavab 
qaytarmırdı.  Dünən  keşikçi  içəri  girəndə  görmüşdü  ki,  qocanın  son  nəfəsidir.  Zəncirdən  azad 
eləyib samanın üstündə uzatmışdı. Qocanın saqqalının və bığlarının arasında görünən dodaqları
tərpənib son sözlərini pıçıldamışdı: 
– Mən hələ çox yaşayacaqdım. Bu nadanın sözləri məni öldürdü. 
 Rüstəm Mirzə yenidən zindana qayıtmışdı. Qalabəyi isə sual dolu baxışlarını Əbih Sultana 
dikmişdi, yə’ni nə eləyək? Əbih Sultan da ona baxdı, işarə verdi ki, gətirsinlər. Qalabəyi baş əyib 
dedi: – Ya əmir, səni başa düşdüm – deyib içəriyə getdi. 
Birdən  onun  fikrindən  nə  keçdisə  qalabəyinin  dalınca  zindana  qaçdı.  Qapıları  bir-bir 
itələdi. Heç biri açılmadı. Pillələrlə aşağı endi. Burada da qapılar bağlı idi. “Necə fürsəti əldən 
verirəm. Allahın mənə göndərdiyi bu imkan əldən çıxsa, get qəbrini qaz, Əbih Sultan. Amma o 
qəbirdə basdırılmağa sənin bir sağ tikən də tapılmayaçaq”   
O,  zirzəminin  dar  dəhlizində  o  tərəf,  bu  tərəfə  qaçıb  qalabəyini  səsləyirdi.  Bu  vaxt 
qapılardan biri açıldı. Qoca qalabəyi qan-tərin içində, gülümsəyə-gülümsəyə çıxdı. 
– Hazırdı. 
– Nə hazırdı? 
– Rüstəm Mirzəni deyirəm. 
– Getməyə razılıq verdi? 
– Verdi. 
Əbih  Sultan  gördü  ki,  qalabəyi  özündə  deyil.  Onun  yaxasından  yapışdı.  Sövqi-təbii  hiss 
eləmişdi ki, nəsə bir əhvalat baş verib. Həmin əhvalat isə onun ümidlərini alt-üst eləyib. 
– Nə iş tutmusan? 
– Heç nə. Boğdum Rüstəm Mirzəni. 
– Neynədin? Boğdun? 
O, qalabəyini divara necə vurdusa başı daşa dəydi, gözləri süzüldü, dizləri qatlandı, tir-tap 
döşəməyə  uzandı.  Əbih  Sultan  içəri  girdi.  Əvvəl  Rüstəm  Mirzənin  məstlərinin  altını  gördü. 
Əynindəki  paltar  parça-parça  olmuşdu,  sir-sifəti  dırnaq  yerlərində  qanlı  xətlərlə  örtülmüşdü. 
Əyilib  qulağını  onun  ürəyinə  qoydu,  nəbzini  tutdu.  Onun  bədəni  hələ  soyumamışdı. O dəhlizə
qaçıb qışqırdı: 
– Su gətirin. 
Onun səsinə qalabəyi gözlərini açdı. Amma nə baş verdiyini dərk eləyə bilmədi, təəccüb 
dolu baxışlarını Əbih Sultana dikib qışqırıqdan bir şey anlamağa çalışdı. Fərraş əlində bir cürdək 
qaça-qaça  gəldi.  O  suyu  qalabəyinin  sifətinə  çiləyəndə,  Əbih  Sultan  cürdəyi  aldı,  Rüstəm 
Mirzənin yanına qayıtdı. Suyu ovcuna töküb onun sifətinə çilədi, yanaqlarına vurub çağırmağa 
başladı: 
– Rüstəm Mirzə, Rüstəm Mirzə. 
Sonra qollarını qaldırıb qatladı. Ona ümid verən bu idi ki, hələ onun bədəni nə qurumuş, nə 
də soyumuşdu. O ayağa qalxanda qalabəyini.yanında gördü. 
–  Bilirsən  öz  başına  nə  müsibət  açmısan?  Əmr  eləmişdilər  Rüstəm  Mirzəni  sağ-salamat 
aparaq. 
– Mən də padşahımızı tanıyıram. Onun başını aparsan daha yaxşıdır. – Belindəki xəncəri 
çıxarıb dizini yerə vurdu. Rüstəm Mirzənin çənəsini qaldırdı ki, xəncəri rahatca onun hulqumuna 
çəksin. 
Əbih Sultan onun biləyindən tutub burdu, xəncəri aldı. 
– Ağzımda bir quranlıq söz danışıram, sən də öz bildiyini eləyirsən. Sənə kim deyib onu 
öldürəsən? 
–  Him-cim  elədin,  mən  də  səni  belə  başa  düşdüm.  Diri  getmək  istəməyənin  başını
aparırlar, bu olur salamatlıq. 


89
– Axı sən nə bilirsən onu e’dam eləməyə aparırlar? Bəlkə bir məmləkət bağışlayacaqlar. 
– Bəysunqur ona bir kor pişik də peşkəş eləməz. 
Əbih  Sultana  xəncər  vursan  bir  damcı  qanı  düşməzdi.  Bədənindən  vic-vicələr  keçirdi. 
Xoşbəxtliyə çatdığı yerdə gör necə bədbəxtliyə rast gəlmişdi. Birdən-birə o dəli kimi qışqırdı: 
– Salamatdı. 
Doğrudan  da  Rüstəm  Mirzə  tərpəndi.  Əlini  gətirib  boğazına  sürtdü.  Zarıdı.  Əbih  Sultan 
onun üzünə su çiləyəndən sonra soruşdu! 
– Mən haradayam? 
Əbih Sultan qalabəyinə dedi: 
– Anan namaz üstəymiş, ölməyib. 
Qalabəyi uzun, qara dırnaqlarının arasına çirk dolmuş barmaqlarına baxdı. 
– Demək qocalmışam. Bu barmaqlar məngənə kimiydi. Hələ onlardan bir adamın boğazı
salamat qurtarmayıb. 
Əbih Sultan Rüstəm Mirzənin qoluna girib qaldırdı. Qapıya tərəf apardı. Daha getməyinə
də e’tiraz eləmirdi. Dayçaları beləcə boğandan sonra belinə yəhər qoyub minirlər. 
Arazı  keçib  xeyli  gedəndən  sonra  yoldan  çıxdılar.  Qayaların  arasına  gəldilər.  Bura  əsl 
ordugaha oxşayırdı. Bir neçə min silahlı adam vardı. Rüstəm Mirzə bu məsələdən heç nə başa 
düşmədi. 
Onu görəndə adamların heyrət nidalarını eşitdi. Amma Rüstəm Mirzə başını qaldırıb heç 
kimə  baxmırdı.  Bilirdi  ki,  onu  Bəysənqurun  yanına  e’dama  gətiriblər.  Bu  heyrət  də  elə  ona 
görədir. Ordugahdan keçib başda qurulan çadırın qabağına qədər gəlib atdan düşdülər və onu da 
düşürdülər. 
– Çadıra buyurun, Rüstəm Mirzə. 
Əbih  Sultanın  bu  təklifinə  Rüstəm  Mirzə  əhəmiyyət  vermədi.  Dayandığı  yerdən 
tərpənmədi, ona bir daha yol göstərəndə dedi: 
– Mən Bəysunqurun ayağına getmirəm. 
– Bəysunqur yoxdu. 
– Necə yoxdu. Bəs mənim e’damıma baxmaq istəmir o südəmər küçük? Qoy çıxsın görsün 
ki, kişi kimi necə ölürlər. Qanımı qaba tutub verin, ac köpək kimi yalasın.  
Hər şey tərsinə olacaq, keçin çadıra, hər şeyi sənə danışacağam. 
Rüstəm Mirzə heç nə başa düşmürdü. Bu sözlərdən sonra çadıra girdi. İçəridə heç kim yox 
idi:  Əbih  Sultanla  bərabər  Hüseyn  Lələ  bəy  və  Dədə  bəy  də  çadıra  girdilər.  Əbih  Sultan  ona 
başda  yer  göstərdi.  O,  biləklərindəki  zəncir  yerlərini  ovuşdura-ovuşdura  oturdu.  Əbih  Sultan 
dedi: 
–  Məni  Əlincə  qalasına  Bəysunqur  göndərməmişdi.  Mən  özüm  də  onun  qəzəbinə
gəlmişəm.  O,  dayısı  Fərrux  Yasarın  çaldığını  oynayır.  Məsləhətçisi  də  qoca  tülkü  Süleyman 
Bicanoğludur.  Səni  onun  yerinə  Təbrizə  taxta  çıxartmaq  üçün  xilas  eləmişik.  Uzun  Həsənin 
taxtında oturmağa layiq olan bir şəxs varsa, o da Rüstəm Mirzədi.  
Rüstəm  Mirzə  elə  bil  ayıldı.  Əlincə  qalasından  buraya  qədər  fikrindən  keçən  bu  idi  ki, 
qılıncı  onun  boynuna  endirəcəklər.  Həmin  qılınc  da  Əbih  Sultanın  əlindədir.  İndi  o  əl  enir,  o 
əldəki qılınc deyil, tacdır. 
– Bu şəxsləri mən tanımıram, – deyə Hüseyn Lələ ilə Dədə bəyi göstərdi. 
– Hüseyn Lələ rəhmətlik Şeyx Heydərin dostudur. Dədə bəy də həmçinin.   
– Şeyx Heydərin? 
– Bəli, Şeyx Heydərin, – deyə Hüseyn Lələ bəy təkrar elədi. 
– Başa düşmürəm. – Rüstəm Mirzə Əbih Sultana baxdı. 
– Bəysunqur hələlik Təbrizdə taxtda oturub. Qoşunları Ərdəbil tərəfdədi. Səni Əlincədən 
çıxarıb taxta oturtmaq istəyən bu qoşun Şeyx Heydərin müridləridir. 
– Onlar ki, bizim səltənətimizə həmişə düşmən olublar. 
– Düşmənliyimiz bu hərəkətimizdən görünürmü? 
 
Rüstəm Mirzə Lələ bəyin sözündə acılığı elə bil istiot kimi yeyib dilinin üstündə hiss elədi. 
– Nə şərt qoyubsan? 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə