Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə39/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   35   36   37   38   39   40   41   42   ...   101

80
Əbih Sultan cibindən pul kisəsini çıxartdı, mamırlı daşın üstünə qoydu, xəncərini da onun 
yanına. 
–  Varım,  dövlətim  çoxdu,  amma  yanımda  olan  budur.  Götür.  Özümdə  qalır  qılıncımın 
üstündəki  daş-qaş,  bir  də  bu  at.  Atın  əvəzində  sənə  bir  ilxı  bağışlayaram.  O  daş-qaşın  yerinə
xəzinəmin yarısını bağışlayaram. 
Murad yoğun barmaqları ilə bığlarını sığalladı. Onun qara bığları ağzının yanlarından qoç 
buynuzu kimi əyilmiş, çənəsinin bərabərində isə yuxarı qatlanmışdı. Ucları da xəncər kimi iti idi. 
– Çörəyin var? 
– Atın tərkində var – Əbih Sultan gedib xurcunu gətirdi. Çörək çıxartdı. Nəyi vardısa daşın 
üstünə düzmək istəyirdi. Murad onu saxladı. 
Gəl bir yerdə çörək kəsək, bu da olsun bizim biri-birimizə e’tibarımız. 
Onlar adama bir tikə çörək kəsib duza batırdılar. Murad bu tikəni çeynəyə-çeynəyə dedi: 
– Bu çörəyə and olsun ki, məndən sənə heç bir xətər toxunmayacaq. 
– Mən də and içirəm. Səni həmişə özümə dost bilərəm. Mənə Əbih Sultan deyərlər, elə bir 
iş  eləyəcəyəm  ki,  yaxın  vaxtda  yenə  o  saraya  qayıdacağam.  Onda  məni  tanıyarsan.  Əgər 
arxamda dayanıb mənə bu işdə kömək eləsən sənə əmir rütbəsi verdirərəm. Bir el bağışlayaram, 
gedib yaşayarsan. Hələlik bunları götür. 
Murad ona düşmən kimi baxdı. 
–  Sən  elə  bilirsən  mən  qulduram,  soyğunçuyam.  Andımızı  içib,  əhd-peymanımızı
bağlamışıq. – Murad gəzinib gecələmək üçün münasib yer axtarırdı. Birdən gözü qayaya sataşdı. 
Orada  nə  vaxtsa  mağara  varmış.  Amma  mağaranın  ağzını  hörüb  üstünü  suvamışdılar.  O,  Əbih 
Sultanı çağırdı. O gəldi. – Ora bax, ağzını hörüblər. 
Onlar qayanın dibinə gəldilər. Bu hörgü qədim hörgü idi. Üstünə elə suvaq çəkmişdilər ki 
qayadan heç seçilmirdi. Amma suvaq bir neçə yerdən uçub tökülmüş, hörgü üzə çıxmışdı. 
–  Bu  xəzinəyə  oxşayır,  Murad.  Özü  də  çox  böyük  xəzinəyə.  Ya  İsgəndər  Zülqərneyinin 
Azərbaycanda  basdırıb  getdiyi  xəzinədi,  ya  da  Çingizxan  nəvələrinin  işidi.  Əgər  bu  xəzinə
rastımıza  çıxıbsa,  onda  səltənətin  yolu  üzümüzə  açıldı.  Bəysunqurun  xəzinəsində  siçanlar 
oynayır,  xəzinə  boşdursa,  qoşun  da  yoxdur.  Murad,  gəl  and  içək  ki,  bu  xəzinə  də  bizim  əhd-
peymanımızı pozmayacaq. 
Murad yenə tərs-tərs ona baxdı. 
–  Deyəsən  sən  sözübütöv  adama  oxşamırsan.  Əhd-peyman  belə  ucuz  şeydi  ki,  onu  bir 
xəzinə poza bilsin? 
Murad işə başladı. Suvağın qalanını da qılıncı ilə qoparıb tökdü. Daşları söküb çıxarmağa 
başladı.  Əbih  Sultan  da  ona  kömək  eləyirdi.  Onlar  mağaranın  yolunu  açdılar.  İçəri  girdilər  və
girdikləri  yerdə  donub  qaldılar.  Mağaranın  yuxarısından  düşən  işıq  içərini  aydınlaşdırmışdı. 
Mağaranın  hər  tərəfindən  onlara  quru  kəllələr  baxırdı.  İçəridə  insan  sümükləri  üst-üstə
qalaqlanmışdı. Divara söykənən skeletin əynindəki paltarın cır-cındırı da qalmışdı. Amma rəngi 
də bilinmirdi. 
Mağaradan  çıxdılar.  Onlar  çox  ölümlər,  ölüm  vaxtı insan iztirabları görmüşdülər. Amma 
beləsinə rast gəlməmişdilər. Bəlkə də bir şəhərin əhalisini bura yığıb mağaranın ağzını hörmüş, 
acından öldürmüşdülər. Bu Çingizxan övladlarının dəst-xətlərinə oxşayırdı... 
Bu  dünyada  bir  mavi  dəniz  vardı.  O  dəniz  üfüqdə  mavi  göylə  qaynayıb  qarışırdı.  Sakit 
dənizin üstündə ağ qağayılar uçurdu. Həmin dənizin sahilindəki qara qayalar başında diş-diş qala 
hasarları  olan  bir  şəhər  o  maviliyə  qarışmışdı.  Hər  səhər  bu  şəhəri  qızıl  qübbəli  mə’bədlərdə
çalınan zəng səsləri oyadırdı. 
O  mavi  dünyanı  Aləmşahbəyim  körpə  vaxtı  görmüşdü.  Hə,  yadında  da  o  uzaq,  sanki  bu 
dünyadan köçmüş, yox olmuş şəhər mavi və qızılı rənglər şəklində qalmışdı. Özünün saçları və
gözləri kimi. 
Anası Dəspinə xatun həmişə o şəhərdən danışardı. 
Bizans imperiyasının son qəlpəsi, ana yurdu Trabzondan söhbət açardı. Bir də o şəhərdə 
mavi və qızılı bir saray vardı. Deyərdilər ki, həmən sarayda İsgəndər Zülqərneynin ruhu yaşayır. 


81
Süstləşən, qocalan, ağ dərisi altında göy damarları görünən imperator Dördüncü İohann bir gün 
qızı Feodaranı yanına çağırıb demişdi: 
– Mən qocalmışam. Qoşunlarımız, bürclərimiz Osmanlı sultanı Fateh Məhəmmədin topları
qabağında dayana bilməyəcək. İstanbul da əldən çıxdı. Avropa ilə əlaqə saxladığımız boğazlar 
əldən  çıxdı.  Daha  arxanı-köməyi  günbatanda  yox,  gündoğanda  axtarmalıyıq.  Yoxsa  öz 
xidmətimiz  də  bata  bilər.  Ağqoyunluları  özümə  arxa  bilirəm.  Onlarla  qohumluğumuzun  tarixi 
çoxdan başlayır. Həmin qohumluğu təzələməyi lazım bilirəm. Osmanlı Sultanı üzünü Avropaya 
tutub Serbiyanı, Macarıstanı, Əflakı tutsa da, bir gün qayıdıb Azərbaycanı, Ərəmniyyəni, İraqı, 
Xorasanı  almağa  çalışacaqdır.  Onların  qabağında  dayansa,  tək  Uzun  Həsən  dayana  biləcək. 
Sənin xeyir-duanı verirəm. Get və Uzun Həsəni bizim imperator nəslimizə dost elə. 
–  Mən  atamın  əleyhinə  getmirəm.  Amma  Uzun  Həsən  bu  vilayətin  bəyidir,  mən  isə
imperator qızıyam. 
–  Elədi,  amma  yaddan  çıxartma  ki,  onun  torpaqları  bizim  imperiyamızdan  dəfələrlə
böyükdür. 
Feodara ilə Uzun Həsənin toyundan sonra onun adını dəyişib Dəspinə xatun qoymuşdular. 
Ər  evində,  Uzun  Həsənin  məmləkətində  Trabzonun  imperator  sarayındakı  süstlük, 
bədbinlik  yox  idi.  Dəspinə  xatun  hiss  eləmişdi  ki,  atası  kimi  onun  imperiyası  da  qocalıb.  Bu 
günlük,  sabahlıqdır.  Uzun  Həsənin  Amid  bəyliyi  isə  bığ  yeri  tərləyən  gəncə  oxşayır,  başdan 
ayağa əzələdir, sinirdir, hərəkətdir, qala divarlarını dağıdan mancanaq yayı kimidir. 
Elə  bil  onun  ayağı  düşdü.  Uzun  Həsənin  qılıncının  kəsəri  daha  da  artdı,  gündən-günə
şöhrətləndi,  gündən-günə  yurdunun  hüdudları  böyüdü.  Elə  bil  Dəspinə  xatunun  getməyi  ilə
Trabzon imperatorluğunun taleyi, baxtı, xoşbəxtliyi də harayasa uçub getdi. Sarı şam kimi əridi. 
Osmanlı  Sultanı  Fateh  Məhəmmədin  qoşunları  şəhərin  divarları  ilə  üz-üzə  ordugah  saldı. 
Qüdrətli sərkərdənin qarşısında qoşun əvəzinə Uzun Həsənin anası Sara xatunun başçılıq etdiyi 
səfərətxanadan başqa heç nə dayana bilmədi. Düzdü, Fateh Məhəmməd Sara xatuna “ana”, Sara 
xatun ona “oğul” dedi. “Ana” – “oğul” birləşib mavi dəniz imperiyasını bərpa eləyə bilmədilər. 
Sara xatun gəlini Dəspinə xatunun imperiya taxtına varisliyini irəli sürdü, Məhəmməd də qəbul 
elədi. Ancaq nə Dəspinə xatun taxta çıxdı, nə də imperiya qaldı. Təkcə imperiyanın xəzinəsini 
onlarla  yarı  böldülər.  Beləliklə  də  Dəspinə  xatunun  vətəni  yoxa  çıxdı,  yuxuya,  mavi  və  qızılı
rəngli xəyala çevrildi. 
Aləmşahbəyim  dar  barmaqlı  pəncərənin  qabağında  oturmuşdu  və  bütün  bunlar  onun 
xəyalından  gəlib  keçirdi.  Anası  kiçik  vətəndən  böyük  vətənə  düşmüşdü,  amma  o  özü  atasının 
sarayından  ərinin  kiçik  evinə,  oradan  da  zindana  gəlib  çıxmışdı.  Bu  qala  da  o  yuxuya  bənzər 
mavi şəhərə bənzəyirdi. Sonuna az qalmışdı. İndi bu daş qəfəsdə oturub qızılı saplarla qara ipək 
üstündə o mavi ölkənin yadda qalan cizgilərini tikirdi. Dəniz idi, qayalıqlar üstündə qalalar idi, 
qalanın içindən qalxan qızıl qübbəli şiş binalar idi. Səkinə də oturub onun işinə baxırdı. 
İsmayıl sevinə-sevinə gəldi. 
– Ana, gör necə oxuyuram. Bax, bu əlifdi, bu beydi, bu nundu, bu zeydi, bu da teydi. 
Anası oğlunun yazısına baxıb fərəhləndi. 
– Elə bircə gündə öyrəndin? 
– Bəs necə ana. Burada nə var ki?!  
Səkinə sözə qarışdı. 
– Çox qədim bir dastan var. Orda deyillər ki, xanın bir oğlu oldu. O qədər gözəl idi ki, ay 
onun sifətindən utanırdı. O bircə dəfə süd əmdi, qırx gündən sonra ova getdi, at mindi, ox atdı... 
Böyüyüb igid, bahadır oldu. 
– Onda mən hələ gecikmişəm. 
Onlar güldülər. İsmayıl anasının rəngli saplarla işlədiyi şəklə baxdı. 
– Nə gözəldi. Ana, bura haradı? 
– Bura? Bura nağıllarda bir ölkə vardı, oradı. 
–  Sən  şəkli  necə  çəkirsən,  mənə  də  öyrət.  –  İsmayıl  yazdığı  vərəqi  bir  tərəfə  qoyub 
anasının dizinə söykəndi. 
– Öyrədərsən?   


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə