Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə37/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   33   34   35   36   37   38   39   40   ...   101

76
– Çox gözəl iş görmüsən, onu da hökmdarın başına qax! 
– Bir Allah şahiddi ki... 
– Allahı şahid gətirib, Sultanı təhqir eləyirsən, ələ salırsan. Bunun gətirdiyi hədiyyəyə bax, 
bəxşişə fikir ver! 
Əbih Sultan gördü ki, Bəysunqurun yanında artıq onun kəndirini vurublar. Arası düzələsi 
deyil. Bəlkə də elə buradan onu zindana apardılar. Özünə haqq qazandırmağa çalışdı. 
– Sultani əzəm, bu monqol atıdı. Çingiz xan bunlarla dünyanı fəth eləməmişdirmi? 
–  Monqol  atı...  Atı  minirdilər,  südünü  sağıb  içirdilər,  ac  qalanda  da  ətini  yeyirdilər. 
Olmaya sən də madyan tapıb gətirmisən? 
– Bəli, hökmdar sağ olsun. Monqol atlarının madyanı daha qiymətlidir. 
– Əmir Süleyman, eşitdin? 
– Bəli, Sultani əzəm. Ağ elədi ha... Elə buradaca.  
Əbih Sultan artıq vaxtın yetişdiyini görüb ayağını qaldırıb balaca atın belinə aşırdı. 
– Qoy bir dövrə vursun, onda görərsiniz – o, monqol atını tərpətdi. Bu at elə bil ayaqlarının 
dördünü də birdən atır, qızıl ilan kimi şütüyüb gedirdi. 
– Zindana salınsın, Əmir Süleyman, zindana. Sonra da boynu vurulsun. 
Süleyman  Bicanoğlu  da  elə  bilirdi  ki,  o  dövrə  vurub  qayıdacaq.  Amma  qayıtmadı.  Cıdır 
meydanından çıxıb baş alıb getdi. 
Qoca sərkərdənin gur səsi eşidildi. 
– Əbih Sultanı tutun. Atlanın.   
Fərraşlar  atlara  minənə  qədər  Əbih  Sultanın  mindiyi  monqol  atının  ayağının  altından 
qalxan toz da yatmışdı. 
Muradın  köhləni  ayaq  saxlayıb  elə  bil  havanı  iylədi,  başını  qaldırıb  kişnədi.  Qulaqlarını
şəkləyib  ayaqlarını  yerə  döydü,  qayalığa  tərəf  dartındı.  Amma  o  bu  yerlərdən  tezliklə
uzaqlaşmaq,  axşam  qaranlığı  düşməmiş  şəhərə,  kəndə  çatmaq,  karvansarada  ayaqlarını  yuyub 
yatmaq fikrindəydi. Bərk yorulmuşdu. Bu yollarda adam az idi. Amma onun da qabağına qaçaq-
quldur çıxar. Düzdür, ömrü qaçaqlıqda keçən Murad özünün gücünə, fərasətinə bələd idi, özünə
arxayın olmasa yollara çıxmazdı. Hər halda tanımadığı yerlərdi, kimsəsiz çöllərdi. Nə desən ola 
bilərdi. 
At  getmək  istəmirdi.  O  baxdı,  bir  şey  görmədi.  Günortadan  bəri  gəldiyi  yolun  kənarı  ilə
uzanıb gələn qayalıqlar idi. Amma onun burnuna at tərinin türşumuş iyi dəydi. 
Nə  qədər  sürdüsə  at  karvan  yolu  ilə  getmək  istəmədi.  Onun  özü  də  maraqlandı,  silahını
yoxladı, atının başını buraxdı. Heyvan yoldan çıxıb qayaların arasına getdi. Onun hər tərəfindən 
bədheybət heyvana oxşayan iki qara qaya ucalmışdı. Qabaqda genişlik, amma hər tərəfi bağlı bir 
yer idi. Balaca, qara bir madyanın yüyəni daşa bağlanmışdı. Zərbaftalı, bahalı libas geyən adam 
başını yəhərin üstünə qoyub yuxuya getmişdi. Onun ətrafında keçi qəzilindən toxunan bir sicim 
yerdə sanki dairə çəkmişdi. Belə qəzil sicimə heç bir ilan yaxın düşmür. 
Muradın kəhəri madyanı görəndə başını geri atıb sağ qolunu qaldırıb yerə vurdu. Elə bil 
madyanı  yanına  çağırırdı.  Madyan  başını  oynatdı,  yalı  daranmış  saç  kimi  əfsəndi.  Həvəslə
fınxırdı,  ayaq  döydü,  arxa  ayaqları  onlara  tərəf  düşdü.  Təpiyini  hazırladı.  Yüyən  başını
qalxanının üstünə qoyub mürgüləyən Əbih Sultanın qolunda idi. Dartıb onu oyatdı. O, bir an key 
kimi oldu. Amma özünə gələn kimi qalxanı götürüb başına çəkdi. 
– Axır ki, məni tapdınız Ancaq Əbih Sultan hər əbləhə can verən igidlərdən deyil! 
Murad maddım-maddım ona baxırdı: 
– Mən yol adamıyam. Sənnən işim yoxdu – dedi. 
– Aldada bilməzsən, səni o qoca tülkü göndərib. – Onun səsi üstündə soyuq bir parıltı olan, 
quran ayələri dəyirmi cızılmış qalxanın altından gəlirdi. O elə bil göbələyin altında gizlənmişdi. 
Birdən-birə göbələk qalxdı, onun qından çıxardığı qılıncın əyri, soyuq tiyəsi parladı. 
–  Kimdi  qoca  tülkü?  –  Murad  onun  yatağan  ilan  kimi  tullanıb  qılınc  çalmağına  hazır 
vəziyyətdə idi. Özü də qılıncını çıxartmışdı. Həm də yəhərdə oturmuşdu. 
– Sən tülkünü mənim üstümə göndərən. 


77
Onun  sözü  Muradı  hövsələdən  çıxarda  bilərdi.  Amma  hövsələsini  basdı.  Yad  eldə, 
tanımadığı adamla səbəbsiz vuruşmağı özünə sığışdıra bilmirdi. 
– Ağzını təmiz saxlamasan dilini itirərsən. 
Əbih Sultan özünün vəziyyətini öyrənmək üçün xeyli geri çəkilmişdi və daha qalxanın üst 
tərəfindən baxırdı. Bu adamı tanımadı. Geyimi də heç saray adamlarının geyiminə oxşamırdı. 
– Mənim dilimi kəsən heç anasının qarnında da deyil. – O meydandan aralanmışdı, amma 
madyan  onu  dartırdı.  Belə  vəziyyətdə  o  vuruşa  bilməzdi.  Madyanın  yüyənini  də  biləyindən 
çıxarsa payi-piyada qalardı. 
– Danışığınla madyan minməyin heç tutmur axı. Mən bura dönməmişəm. Kəhəri madyan 
çağırıb. – Murad ona lap öldürücü zərbəsini endirdi. Əbih Sultan sözə cavab tapa bilməyib pərt 
oldu. 
– Aslanın erkəyi-dişisi olmaz. 
– Atın madyanı olur amma. Bura bax, mən sənin düşmənin deyiləm, sən də mənim. Nahaq 
yerə acı-acı danışıb özünə düşmən qazanırsan. Vuruşmaq istəyirsənsə min atına, çıx meydana. 
Əbih Sultan onun yumşaldığını gördü, amma fürsəti əldən vermədi. Cəld madyanı mindi. 
Amma onun üzünü bu iri, cüssəli adama tərəf döndərə bilmirdi. Madyan kişnəyib dönür, kəhəri 
sanki  qızışdırmaq  üçün  ona  təpik  atmaq  istəyir.  Əbih  Sultanın  imkanı  olsa  bu  an  madyanı
qılıncla parça-parça eləyərdi. Onu lap biabırçı vəziyyətdə qoymuşdu. 
–  Mən  meydannan  qorxan  deyiləm.  Çox  meydanlarda  çox  özündən  deyən  igidlərin 
analarını  ağlar  qoymuşam.  Sən  bura  mənim  yanıma  o  qoca  tülkü  Süleyman  Bicanoğlunun 
tapşırığıynan gəlmisən. 
– O kimdi? 
– Tanımırsan? Bəysunqur Mirzəni?  
– Bəysunqur Mirzə kimdi? 
– Nə dilbilməz adamsan? Bəysunqur Mirzə padşah. 
– O padşah, mən rəiyyət. Onnan mənim nə alış-verişim.  
Bığları qoç buynuzları kimi dayanan Muradın kəhəri qantarğanı çeynəyir, şahə qalxır, bu balaca 
madyanın üstünə cummaq üçün özünü yeyib tökürdü. 
– Heç rəiyyətə oxşamırsan. 
– Oxşadım, oxşamadım. Çuxur Səddən gəlirəm. 
– Hara gedirsən? 
– Ərdəbilə. 
–  Tacirsən?  –  Əbih  Sultan  onunla  öz  arasında  qılınc  məsafəsi  saxlayıb  sorğu-suala 
tutmuşdu,  Murad  isə  ayaqları  atın  qarnından  xeyli  aşağı  sallanan  bu  hikkəli  şəxsin  kimliyini 
öyrənməyə çalışırdı. 
Əbih Sultan elə bil ulağı minmişdi. Onu gülünc görkəmə salan bu madyan olmasa onu hələ
iki gün bundan qabaq Təbriz qapılarında asmışdılar, qara qarğalar da gözlərini deşirdi. Süleyman 
Bicanoğlunun  adamları  ovu  bütün  gün  qovmuş,  amma  çata  bilməmiş,  səpələnib  yollarda 
qalmışdılar. O, Diyarbəkrə qardaşının yanına gedə bilməmişdi. Çünki yəqin ki, yolları kəsmiş, 
Əbih Sultanın mülklərini talamağa dəstə göndərmişdilər. Hələlik ona sağ canı lazım idi. Sonra 
hər şey gəlib öz yerini almalıydı. Təqibdən qurtarandan sonra gecələr at sürür, gündüzlər dalda 
bir  yerə  çəkilib  dincəlirdi.  O  artıq  tədbirini  tökmüşdü.  Belə  bir  vaxtda  onun  arxasında  dayana 
biləcək tək bir qüvvə vardı. O da Şeyx Heydərin müridləri idi. Onları tapsa, inandırsa onda Əbih 
Sultanın  qarşısında  nə  Süleyman  Bicanoğlu  dayana  biləcək,  nə  də  Bəysunqur  Mirzə.  Amma  o 
Şeyx Heydərin yaxın dostu Hüseyn Lələni tapa biləcəkmi? Axı neçə vaxtdır onu axtarıb tapmağı
yaxın adamlarına tapşırıb. Heç bir şey çıxmır. İndi sevinirdi ki, yaxşı ki, Hüseyn Lələ bəy əlinə
keçməyib.  Yoxsa  Bəysunqurun  əli  ilə  öldürtdürəcəkdi.  Bu  dar  ayaqda  isə  köməyinə  heç  kəs 
çatmayacaqdı. 
Düzdür,  Məsih  Mirzə  ilə  aralarında  söhbət  olmuşdu  ki,  əgər  Aləmşahbəyim  ona  arvad 
olmağa  razılıq  versə,  onda  Əbih  Sultan  Məsih  Mirzəni  taxta  çıxarmağa  çalışacaqdı.  Amma 
Məsih  Mirzənin  niyyəti  baş  tutmadı.  Əbih  Sultan  da  oyundan  çıxdı.  Görünür  onun  bu  işi 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə