Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə36/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   32   33   34   35   36   37   38   39   ...   101

74
Süleyman Bicanoğlu əlini enli sinəsinə qoyub baş əydi. Düzəlib düz Bəysunqurun sifətinə
baxdı. Bəysunqur onun atasına belə düz və dik baxdığını görməmişdi. 
– Otur. 
Süleyman Bicanoğlu taxtın yanındakı kürsüdə oturdu. Onun sir-sifətindən hiss olunurdu ki, 
o  özünü  bu  sarayda  Bəysunqurdan  daha  hüquqlu  adam  sayır.  Onda  laqeydlik  vardı.  Bilirdi  ki, 
çağırıldığı hər hansı məsələdə Bəysunqurun yox, onun fikri yeriyəcək. 
–  Əmir  Süleyman,  bibim  Aləmşahbəyim  uşaqları  ilə  bərabər  zindandan  çıxarılıb  saraya 
gətirilməlidir. 
–  Hökmdarım  tez-tələsik  fərman  vermirmi?  –  deyə  o  taxtında  oturan,  qiymətli  kəmər  və
xəncəri, parıltılı libasında zərgər əlindən çıxan bəzək əşyasına oxşayan Bəysunqura gülümsədi. – 
Səltənətin əmin-amanlığı qohumluq hissindən yuxarıda dayanmırmı? 
–  Bacısını,  bibisini  zindanda  saxlayan  hökmdarın  ölkəsində  nə  hörməti  ola  bilər?  Özünü 
xoşbəxt eləyə bilməyən sülalə başqalarına nə gün ağlaya bilər? 
Süleyman Bicanoğlu onun hücumunun qabağını almaq üçün öz sübutunu gətirdi: 
– Rüstəm Mirzə də bu sülalənin oğludur. Onda onu da Əlincədən gətirmək pis olmazdı. 
– Yox, Rüstəm Mirzə mənim düşmənimdi. Bir də ki, o kişidi. Bibimə sözünüz nədi? 
– Şeyx Heydərin uşaqları ondan da qorxuludu. 
– O körpələrin nəyindən qorxursunuz? 
– Mən allahımdan, hökmdarımdan başqa dünyada heç kimdən və heç nədən qorxmuram. 
Yox, qorxduğum bir şey var, indi yadıma düşdü. Çəkdiyin zəhmətin hədər getməsi. O uşaqların 
ataları Fərrux Yasarın qanına susamışdı. Mən olmasaydım indi Şirvan şahlığı da yox idi. İndi o 
zəhməti  batıraq?  Sultani  əzəm,  onları  çıxarsanız,hökm  verin  məni  onların  yerinə  zindana 
salsınlar. 
Bəysunqur  səltənətin  dirəyi  olan  Süleyman  Bicanoğlunun  bu  sözləri  müqabilində  təslim 
oldu. Dinib-danışmadı. Qoca sərkərdə də susdu. 
Pişxidmət içəri girib Əbih Sultanın ona gətirdiyi atı göstərmək istədiyini dedi. 
– Yaxşı, gəlirik. 
Əbih Sultan eşidəndə Süleyman Bicanoğlu hirslə pişxidmətə baxdı. Bəysunqur bu baxışın 
arxasında nə gizləndiyini dərk eləyə bilmədi. 
– Əmir Süleyman, ürəyi sözlü adama oxşayırsan? 
– Heç, Sultanım.  
Bəysunqur əl çəkmədi.  
– Ürəyini hökmdardan gizlədən sərkərdə ordunu bada verər. – Öz dediyi sözdən də özünün 
xoşu gəldi. 
– Nə haqqı var sərkərdə ürəyini gizlətsin. 
– Onda düzünü de. 
Əmir Süleyman məqamın yetişdiyini görüb fikrə getdi. Özünü ikili-üçlü saldı. Belədə indi 
deyəcəyi sözün yükü ağır olacaqdı. 
“Əbih  Sultan  xeyli  baş  apardı.  Hər  yerdə  özünü  gözə  soxdu.  Ondan  xəta  əskik  deyil. 
Bəysunqurun qılığına girsə sabah mənim də kəndirimi vuracaq. Onsuz da mən hökmdarın ögey 
anasının  atasıyam.  Onun  anasının  mənim  qızımdan  zəhləsi  gedir.  Oğlunu  da  mənim  üstümə
qaldıra bilər. Bu da ki, körpə uşaqdı, taxt da əlinə tez düşüb, nə hökm versə yerinə yetirirlər. O 
da şirnikir. Ağlına salsalar, mənim başımı elə indi vurdurar”. 
– Nə oldu, əmir Süleyman? 
–  Heç.  Canfəşanlıq  eləyən  bə’zi  adamlar  var.  Bə’zi  sərkərdələr  hökmdara  ölkələr  alıb-
verir, əvəzində heç nə istəmir, bə’zisi də bir çöpüklü qulan verib əvəzində həmin ölkənin açarını
istəyir. 
O, fikrini açıq-aşkar demişdi, Bəysunqur taxta keçəndən sonra Süleyman Bicanoğlu İraqda 
onu  tanımaq  istəməyən  Atabəyi  məğlub  etmiş,  başını  gətirib  Bəysunqurun  ayaqları  altına 
atmışdı. Əvəzində də heç nə istəməmişdi. 
– Əbih Sultan barəsindədi sözün? 
– Dedim də sultanım. – O hirslənəndə alnındakı çapıq qanla dolub qızarırdı. 


75
– O da Rüstəm Mirzənin sui-qəsdinin üstünü açıb. 
– Necə, böyük hökmdar? O sui-qəsdi açan da özgəsidir. Onun xidməti o oldu ki, Rüstəm 
Mirzəni tutdu və adamlarının çoxunu qılıncdan keçirtdi. Hələ bəlkə də heç sui-qəsd yox imiş. Siz 
cavansınız, hökmdar. Bu əmirlər ki var, özlərini sədaqətli göstərmək üçün hər hiyləyə əl atırlar. 
Bilmək  olmaz.  Mən  atanız  mərhum  Sultan  Yaqubun  qayınatası  idim  və  onun  səltənətinin 
möhkəmlənməsi  yolunda  özüm  qocalsam  da,  qılıncım  korşalmadı.  Mənim  üç  il-beş  il  ömrüm 
qalıb, əgər alnıma öz əcəlimlə ölmək səadəti yazılıbsa, o da olmasa lap tez köçəcəyəm. Mənim 
dünyada  heç  nədə  gözüm  yoxdu.  Sədaqətimi  bundan  sonra  sübut  eləməyə  ehtiyac  duymuram. 
Amma Əbih Sultanla bir az ehtiyatlı dolanmağı məsləhət görürəm. Ondan heç gözüm su içmir. 
– Nə eləyə bilər ki? – Bəysunqur uşaq qorxaqlığı ilə soruşdu.  
–  Ehtiyatlı  olsaq,  heç  nə.  Olmasaq,  çox  şey.  Əsli-nəcabəti  olmaya-olmaya  sarayda 
yüksəldilənlərin  əlinə  imkan  düşən kimi səltənət yaratmaq həvəsinə düşməyi tariximizdə nadir 
hadisə deyil. Onda belə bir hərisliyi mən sezirəm. Bir də ki, o nə üçün özü gəlib sənin torpağını
öpmür, pişxidmətlə sifariş göndərir. Bu hökmdara hörmətsizlikdən başqa nə ola bilər?! 
Bəysunqurun ağlına batdı bu sözlər. 
–  Mənə  babam  Uzun  Həsən  kimi  at  seçmək  istəyir.  Möhlət  alıb  getmişdi,  indi  o  atlara 
baxmalıyam mən. 
– Hökmdara atmı qəhətdi? 
– Yaxşı, Əbih Sultanın sədaqətinə şübhəmi var? 
– Var! Onun cilovunu buraxanda çox iş görər. Əbih Sultanı hörükləmək, hörüyünü də qısa 
eləmək vacibdir. 
Bu söhbətdən sonra Bəysunqur qoca sərkərdənin müşayiəti ilə saraydan çıxıb yaxınlıqdakı
cıdır meydanına getdilər. Uzun Həsəndən sonra hökmdara at seçmək əsl mərasimə çevrilmişdi. 
Hökmdarı görən kimi ağacların altında, xalça üstündə oturan müsiqiçilər ayağa qalxdılar, 
baş əydilər və çalmağa başladılar. 
Əbih Sultan qabağa yeriyib baş əydi. 
– Sultani əzəm, ölkənin hər yerindən atlar gətiriblər. Baxa bilərsən. 
Bəysunqur  babası  kimi  ata  minib  özü  sınamaq  niyyətində  deyildi.  Cıdır  meydanının 
yanındakı  köşkdə  oturacaq,  atları  minib  onun  gözü  qabağında  səyirdəcək,  sınayacaq,  hansını
bəyənsə  öz  ilxısına  götürəcəkdi.  Bəysunqur  keçib  öz  yerini  tutandan  sonra  atların  nümayişi 
başladı. 
– Bu təmiz qanlı Qarabağ cinsidi, – gözəl yəhər-yüyən vurulmuş atı təqdim eləyən üzünü 
hökmdara  tərəf  tutub  bərkdən  danışırdı.  –  Gözəldi,  yaxşı  qaçışı  var.  Cövkən  oynunda  əvəzi 
tapılmaz. Amma uzaq səfərlərdə-xüsusən susuz və quraqlıq yerlərdə dözümsüzdür. Onun yemi 
və suyu bol olmalıdır. 
Əbih Sultan nə dedisə yüngül geyinmiş bir cavan atın belinə qalxdı və bir anda at yerindən 
götürüldü.  Cıdır  meydanı  çox  böyük  deyildi.  Burada  cövkən  oyunu  üçün  meydança  da  vardı, 
cıdır yolu da həmin meydanın ətrafına hərlənib qayıdırdı. Qarabağ atı gəlib dayandı. O yüngül 
töyşüsə  də,  amma  tərləmişdi.  Ayaqlarını  götürüb  qoyur,  oynağa  gedir,  özünü  irəli  atmaq 
istəyirdi. 
Bəysunqur əlindəki zərxara dəsmalı tərpətməklə bildirdi ki, Qarabağ atını bəyənib. 
İkinci bir atı köşkün qabağına çəkdilər. 
– Ərəb atıdır. Tə’rifə ehtiyacı yoxdur. Peyğəmbər əleyhsalam özü bu atlardan minib. Dəvə
kimi susuzluğa və aclığa dözümlüdü. 
Bəysunqurun əlindəki dəsmal yenə tərpəndi. 
Köşkün qarşısına balacaboy, qara bir at gətirdilər. 
– Sultani əzəm, bu üçyaşar ürgəni sənə Əbih Sultan bağışlayıb. 
– Əbih Sultan, – deyə Süleyman Bicanoğlu onu Bəysunqurun yanına çağırdı. O gəldi və
təzədən baş əydi. Başını qaldıranda Bəysunqurun qəzəbli gözlərini gördü. 
– Mənə bu qatırı at adıyla bağışlayırsan? 
–  Bəli,  Sultani  əzəm.  Bu,  cıdır  meydanına  yığılan  atların  ən  qiymətlisidir.  Onu  çox 
müsibətlə tapmışam. 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə