Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə47/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   43   44   45   46   47   48   49   50   ...   101

96
Sultanəliyə, İbrahimə və İsmayıla çox yaraşırdı. Analarının qızılı saçları, onların qaşları, çalma-
taclarındakı qırmızı dilimlər... Bu rənglər sevinc, bayram ahəngi yaratmışdı. 
– Əmim oğlu rəhmətlik Sultan Yaqubun səhvini düzəltməyimə çox şadam. 
Aləmşahbəyim ona minnətdarlıq eləmək istədi. Amma gözü Rüstəm Mirzənin başındakı ağ 
ipəkdən  hörülən, sağ tərəfində daş-qaşla bəzənən, çalmaya yapışdırılan hökmdarlıq nişanəsinə, 
çalmadan hündürdə dayanan dingədə sıralanan iri əmruzi-bikr incilərinə sataşanda ürəyi sıxıldı. 
Bu  tacı  hərdənbir  uzaq  ölkələrdən  qonaqlar  gələndə,  bayram  günlərində  Uzun  Həsən  başına 
qoyub  taxta  oturardı.  Bu  görməmiş  isə  tacı  başına  qoyub  şəhərdən  kənara  çıxır.  Onun 
düşəcəyindən  qorxur.  Aləmşahbəyim  özünü  ələ  almaq  üçün  uzun  kipriklərini  endirdi  və  lalə
yarpaq dodağını dişlərinin arasında didişdirdi. 
Rüstəm  Mirzə  sözünü  deyib  dayanmışdı.  Aləmşahbəyim  özünü  ələ  aldı.  Oğlanlarını  irəli 
verdi: 
– Gedin, dayınızla görüşün. 
Sultanəli Hüseyn Lələ bəyə baxdı. Gözləri ilə razılığını alandan sonra irəli yeriyib dayısı 
ilə görüşdü. 
–  Çox  sağ  ol,  dayı.  Bizi  xilas  elədiyinə  görə.  İbrahim  və  İsmayıl  da  onun  kimi  hərəkət 
elədi. 
–  Əmiqızı,  Ağqoyunlu  səltənətini  quran  atan  Uzun  Həsənin  paytaxtı  Təbriz  gəlişinizdən 
çox şad olub.  
Aləmşahbəyim özünü saxlaya bilmədi. 
– Düzdü. Camaatın sevincini gördüm. Heç meyitlər də özlərini saxlaya bilməyib pişvaza 
gəliblər. 
– Hansı meyitlər? 
– Ağaclardan asılan. 
–  Onlar  düşmənlərin  meyitləridir.  Onları  belə  görmək  xoş  deyilmi?  Bir  də  gərək  şəhərə
əvvəldən çapar gələydi, qohumlarımı şəhərin iki-üç mənzilliyində qarşılamaq borcum idi. 
– Çox sağ ol, əmioğlu. 
– “Səkkiz behişt” sarayı sizi gözləyir. 
“Səkkiz behişt” eşidəndə Aləmşahbəyim bitmiş söhbəti yenidən başlamağı lazım bildi. Bu 
sarayı Sultan Yaqub tikdirmişdi. 
–  Əvvəlcə  Nəsriyyə  məscidinə  gedirik.  Nənəm  Sara  xatunu,  atam  Uzun  Həsən,  anam 
Dəspinə  xatunu  ziyarət  eləyəcəyik.  “Səkkiz  behişt”  sarayına  ayaq  basan  deyiləm.  Bizim 
bədbəxtliyimizin nəqşəsi orada çəkilib. 
Rüstəm Mirzə daha heç bir söz demədi. 
Qala  qapılarından  içəri  girəndən  sonra  Təbriz  camaatı  evlərin  damından,  divarların 
üstündən  Aləmşahbəyimi  və  onun  övladlarını  aparan  kəcavənin  üstünə  ilin,  bu  vaxtına  qədər 
haradasa  qoruyub  saxladıqları  qızıl  güllər  səpirdi.  Kəcavə  irəlilədikcə  adamlar  evlərdən 
çıxardıqları  Təbriz  xalılarını  da  daş  döşəmələrin  üstünə  salırdı.  İsmayıla  elə  gəlirdi  ki,  onlar 
payızın bu günəşli günündə gülün, çiçəyin, təbiətin görmədiyi, yarada bilmədiyi bir çəmənliklə
gedirlər. O istəyirdi ki, bu yol uzansın, bu çəmənlik qurtarmasın. 
Təbriz  əhlinin  bu  məhəbbətinin  əsası  vardı.  Uzun  Həsən  padşahın  vaxtında  Təbrizin 
tərəqqisi,  tikilib  qurulması  hələ  heç  kimin  yadından  çıxmamışdı.  Onlar  Aləmşahbəyimin 
şəxsində  elə  bil  ayağa  qalxmış  Sara  xatunu  qarşılayırdılar  O,  sifətinə  zərif  Venedikt  tülündən 
rübənd tutmuşdu və gözlərindən axan yaşlar da görünürdü. O, Təbrizi yaxşı-yaxşı görmək üçün 
belə eləmişdi. 
Bütün Təbriz əhli onun oğlanları ilə bərabər əvvəl hara gedəcəyini gözləyirdi. Kəcavənin 
dalınca minlərlə adam biri-birini tapdalaya-tapdalaya gəlirdi. 
Kəcavə Nəsriyyə məscidinin qabağında dayananda camaatın “Mərhəba! “Əhsən!” nidaları
şəhərin hər tərəfində eşidildi. Aləmşahbəyim uşaqları ilə bərabər düşüb məscidə girəndə İsmayıl 
anasının  əlindən  tutdu  ki,  yıxılmasın.  Çünki  başını  yuxarı  qaldırıb  məscidin  səqflərinə, 
qübbəsinə  baxırdı.  Elə  bil  o  qaranlıq  gecədə  qalanın  bürcündən  göyə  baxıb  ulduzları  gördü. 
Amma o ulduzlar xırda idi, nöqtələrə oxşayırdı. Ancaq bu səmada ulduzlar daha iri, daha parlaq, 


97
biri-birinə  daha  yaxın,  dərin  və  sirli  idi.  Onu  insan  əlimi  yaratmışdı?  Yadına  anasının  ipək 
düyünçədən  çıxardığı,  Venediktdən  gətirilmiş  şəkil  düşdü.  Onları  müqayisə  elədi.  Oradakı
mənzərəni  şəhərə  getsən  görərsən.  Bunu  isə  heç  yerdə  görmək  mümkün  deyil.  Belə  gözəlliyi 
yalnız  insan  qəlbində  tapmaq  olar.  Səkinə  xalanın  çaldığı  saz  havaları,  oxuduğu  bayatılar  bu 
gözəlliyə necə də uyğun gəlirdi. 
Üləmalar  namaza  dayanmışdılar.  Amma  onların  hamısı  Sultanəlidən  sonra  bir  cərgəyə
düzülmüşdü. Onlar hərdənbir əllərini o gözəl göyə qaldırıb “Allahu Əkbər” – deyir, oradan iki-
üç  “Allahü  əkbər”  nidası  geri  qayıdırdı.  Elə  bil  insan  əlinin  yaratdığı  bu  ulduzlu  göy,  əsl 
səmadan fərqli olaraq adamları eşidir, ona cavab qaytarırdı. Amma qalada anası əlini nə qədər 
göylərə qaldırıb yalvarırdısa bir şey çıxmırdı. 
Namaz qurtardı. Məsciddə Rüstəm Mirzə, Aləmşahbəyim və övladlarından başqa heç kim 
qalmadı.  İsmayıl  anasına  fikir  verirdi.  O,  əvvəlcə  gözəl  naxışlar,  daş-qaşlara,  naxışa  bənzər 
yazılarla bəzənmiş qəbrə yaxınlaşdı. 
–  Övladlarım,  bu  ulu  nənəniz  Sara  xatunun  qəbridir.  Səsi  titrədi.  Əyilib  qəbir  daşından 
öpdü.  Oğlanları  da  onun  kimi.  –  Bu  da  babanız  Həsən  padşahın  məzarıdır.  Böyük  bir  ölkəyə
sığışmayan atam gör kiçik qəbrdə necə rahat uzanıb! Qalx ey mənim qeyrətli, mərd atam. Gör 
övladların  səndən  sonra  biri-birini  qurd  kimi  necə  də  parçalayır.  Qoy  sənin  ruhun  bizə  nicat 
versin. 
Rüstəm Mirzə bu sözləri eşidib qəbrin qarşısında diz çökdü. 
– Baba, sənin ruhuna, ədalət naminə çaldığın qılıncına and olsun ki, tez bir zamanda əmin-
amanlığı bərpa edəcək, əvvəlki adımızı, şan-şöhrətimizi nəslimizə qaytaracağam. 
İsmayıl bər-bəzəklərdən doymamış sənduqənin uzunluğunu öyrənmək istədi. Addım ata-
ata bu addımları saydı. 
“Bu daş da babam kimi uzundursa, gör onda necə də hündür imiş babam. Mən atın üstündə
otursam, o yerdə ayaq üstündə dayansa məndən hündür olardı. Yox, mən dəvənin üstündə” 
Aləmşahbəyim  atasının  qəbrindən  anasının  qəbrinə keçdi. Heç nə deməyə taqəti yox idi. 
Ürəyindən  də,  kipriklərindən  də  yaşlar  axırdı.  Bir  anlığa  nəfəsi  də  tutuldu.  Udmağa  hava 
çatmadı. Diz üstündə çökdü. Sifəti qəbir daşının üstünə söykəndi. Daşın soyuğu onun yanağına 
keçdi.  “Sənin  istinə  gəlmişdim.  Elə  bildim,  qızdıracaqsan  bu  üşüyən  ürəyimi.  Amma  necə  də
bumbuzsan, ana”. 
Sultanəli  özünü  kişi  kimi  aparır,  ürəyindəkiləri  sifətində  büruzə  verməməyə  çalışırdı. 
Təkcə  gicgahlarında  əmələ  gələn  düyün  gözə  çarpırdı.  Bu  düyün  əsəb  kələfi  idi.  Nə  qədər 
möhkəm olsa onun vücuduna bir o qədər hakim kəsilirdi. 
Aləmşahbəyim qalxdı. İsmayıl anasının mina boylu olmasını sanki indi gördü. Fikrindən 
keçdi  ki,  babama  oxşayıb.  Gəlib  onunla  yanaşı  dayandı,  onun  uzun,  ağ  və  taqətsiz 
barmaqlarından tutdu. 
–  Əmioğlu,  mənim  oğlanlarımın  taleyi  necə  olacaq?  –  Aləmşahbəyim  birdən-birə  dönüb 
Rüstəm Mirzədən soruşdu. 
– Təbrizin hansı sarayını istəsən, götür, yaşa. 
– Saray bizim ürəyimizi şad eləməyib. 
– Öz ata yurdumuza qayıdacağıq, dayı, Ərdəbilə, – Sultanəli qətiyyətlə dilləndi. 
– Mənə arxa-kömək olmaq istəmirsən? – Rüstəm Mirzə bu sözü elə dedi ki, sanki Ərdəbilə
gedən kimi dönüb ona düşmən olacaqdılar.   
– Atam məni öz işinin davamçısı tə’yin eləyib. 
– Hansı işin? – Rüstəm Mirzə sanki bu sualla onu karıxdırıb ürəyindəkiləri açıb tökdürmək 
istəyirdi. 
– Şeyxlik. Səfəviyyə təriqətinin başçısı. 
–  Ərdəbil  mülkü  sənindi.  O  şeyxliyə  mən  də  pay  kimi  Ərdəbil  padşahlığını  verirəm. 
Xəzinəsi, taxt-tacı, qanunu ilə. Bir şərtim var! 
– Dayımızın şərti nədir? – Sultanəli taxt-tac, xəzinə sözlərini eşidib sevindi.  
– O xəzinə Ağqoyunlu ziyanına xərclənməsin, o taxtda Rüstəm Mirzənin əleyhinə hökmlər 
verilməsin, qoşun qılıncını bizə qarşı qından çıxarmasın.  


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə