Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə50/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   46   47   48   49   50   51   52   53   ...   101

102
ona  elə  iti,  xəncər  baxışlarını  sancdı  ki,  sanki  onun  ürəyini  görmək,  onun  sünnülü,  şiəli  ürəyi 
olduğunu bilmək istəyirdi. 
–  İnsan  əqidəsini  dəyişə  bilər.  Bu  qəbahət  deyil.  O  vaxt  ki,  onun  doğrudan  da  görür  ki, 
ürəyi daha sözünə baxmır. Belə deyilmi, Murad bəy? 
– Düzdü, Səfər öz ürəyinə qulaq asıb. 
Səfər  nədənsə  elə  bil  onun  əfsununa  düşmüşdü.  Rüstəm  padşahın  sağ  əli  olan  Əbih 
Sultanın  qarşısında,  “Səkkiz  behişt”  sarayının  otaqlarının  birində  oturub  söhbət  eləmək  onu 
dəyişdirmişdi. Bütün başına gələnlərn açıb söyləmək istəyirdi. 
– Ya Əmir, dostlarım mənim müflis olduğumu körüb hamısı məndən üz döndərmişdi. Baş
götürüb Şirvan elindən çıxdım. Ulağımı canavar yedi, qızılbaşlar əvəzində mənə at verdilər, bez 
paltarım əynimdən tökülürdü, yerinə atlas paltar geydirdilər. 
Əbih Sultan güldü. 
– Demək qızılbaş olan kimi libasın atlas, eşşəyin at oldu. 
– Bəli. 
–  Minik,  paltar  dəyişmisən.  Əqidə  bir  az  dərində  olur.  O  əl  atıb  yanındakı  üstü  sədəf 
naxışlı  sandığı  açdı.  Oradan  qırmızı  ipək  torba  çıxarıb  Səfərin  xalçanın  üstünə  qoşa  basdığı
dizlərinin qabağına atdı. Torba yerə dəyəndə pul cingildədi və bu səsdən Murad bildi ki, oradakı
mis, gümüş sikkə deyil, xalis qızıldı. Əbih Sultan dedi: 
– Götür, get libasını da, atını da dəyiş, sonra yanıma gələrsən. 
Səfər pulu götürmək istəmədi. 
– Onu mənə niyə verirsən, ya əmir? 
–  Götür,  saraya  gələn  ya  cəza  alar,  ya  ən’am.  Get,  günorta  namazından  sonra  yanıma 
gələrsən.  Rüstəm  padşahın  yanına  aparacam.  Mən  səni  yaxşı  tanıyıram.  Bizim  bu  işimizdəki 
xidmətlərini də bilirəm. Onun ən’amı hələ sonra olacaq. 
Səfər  torbanı  götürüb  cibinə  qoydu,  əlini  döşünə  basıb  baş  əydi,  dalı-dalı  qapıya  getdi. 
Gözləri Muradın gözlərinə sataşanda dayandı. 
– Səni gözləyim? 
Onun yerinə Əmir İbrahim cavab verdi. 
– O burada olacaq. İşini qurtar, gəl saraya. 
– Baş üstə. 
Səfər  gedəndən  sonra  Əmir  İbrahim  üzünü  Murada  çevirdi.  Amma  onun  iri,  qəzəbli 
gözlərinə  baxa  bilmədi.  Baxışını  yayındırıb  bir  nöqtədə  cəm  eləmək  istədi,  nəhayət,  süfrədəki 
çörək qırıntılarında qaldı gözləri. 
– Sənin barəndə padşaha danışmışam, xoşuna gəlmisən. Sən gərək bundan sonra öz yerini 
biləsən.  Mindiyi  eşşəklə  bərabər  əqidəsini,  məzhəbini dəyişən adamlarnan oturub-duran vaxtın 
getdi. Sənin boyuna biçilən bir iş tapmışıq. 
– O nə işdi elə?   
– Olursan Səltənətin sahib xəbəri. 
 
– O necə iş-gücdü, elə? 
–  Belədi  də,  var  səltənətin  sahibi,  var  qoşunun  sahibi,  var  xəzinənin  sahibi,  bir  də  var 
ölkənin  hər  tərəfindən  axıb  gələn,  padşah  hüzuruna  çatmalı  olan  xəbərlərin  sahibi.  Hansı
məmləkətdə  nə  var,  onu  səndən  əvvəl  heç  kim  bilməyəcək.  Səltənətin  bir  tərəfi  Xorasandı,  o 
tərəfi Şirazdı, aşağısı İraqdı, günbatanı da Diyarbəkrdi. Yüyrək atla ölkənin bu başından o biri 
başına yalançılar sözü olmasın, iki aylıq yoldur. Hər rustaqda, hər keçiddə sənin çaparxanaların 
olacaq. Hökmdar fərmanlarını, xəbərlərini çaparların aparacaq rustaqlara, qonşu ölkələrə, oradan 
xəbərləri,  namələri  gətirəcəklər  sənə.  Özünə  də  Rüstəm  Mirzə  böyük  bir  syürqal  bağışlayır. 
Nəsilbənəsil bəsindi. 
Əbih  Sultan  əlini  əlinə  vurdu.  Fərraş  qapını  açıb  içəri  girdi.  Amma  Murad  onun  sifətini 
yox, başındakı papağın üstünü gördü. Baş aşağı enmişdi. 
– Apar Murad bəyə dəftərxanasını göstər. Murad iri əllərini palıd kötüyündəki hura oxşar 
dizinin kündəsinə basıb ayağa qalxanda dedi: 
– Axı mən əlif-beyi tanımıram.  


103
Əbih Sultan 
– Çox gözəl, çox pakizə, – dedi. 
Bu  şəxsin  nahaq  yerə  üç  adı  yoxdu.  Əybə  Sultan,  Əbih  Sultan  və  Əmir  İbrahim.  Bayaq 
fərraşın  papağının  üstünü  o  da  görmüşdü  və  onun  ürəyini  də  oxumuşdu.  İnsanın  fikrini 
gözlərindən yox, boynunun dalından oxumağı bacarırdı. Həmişə otu itə, əti ata verib hər ikisini 
özünə möhtac qoyar, əlində möhkəm saxlayardı. 
Murad oxuyub-yazmaq bilsəydi, ona sahibxəbərliyi yox, əmiraxurluğunu verərdi. İndi isə
ölkənin  hər  yerindən  gələn  xəbərlərdən  Muradın  yox,  onun  özü  xəbərdar  olacaqdı.  Otaqda  tək 
qalanda o Səfər barəsində fikirləşirdi: “Ərdəbildə də, Hüseyn Lələ bəyin yanında da adamımız 
var artıq”. 
SİRR AÇILIR 
Ərdəbil bayram eləyirdi. Bu şəhər hələ belə pişvaz görməmişdi. Əmir Teymur da şəhərə
girəndə onu belə təmtəraqla, ən başlıcası isə sevinclə qarşılamamışdılar. 
Şəhər küçələrinin divarları görünmürdü. Hər iki tərəf adamlardı, onların sifətindəki sevinc 
idi, xoşbəxtlik idi. Elə bil divarı sevincdən tikmişdilər. Evlərin damı, hasarların üstü, ağacların 
budaqları, məscidlərin minarə və günbəzləri elə bil adam gətirmişdi. 
Küçələrin  yanlarındakı  arxlarla  qan  axırdı.  Qurbanlıq  qoyunların  qanı.  Hər  tərəfdən 
çalanların, oxuyub oynayanların xoş nidaları eşidilirdi. 
Qabaqdakı  ağ  atın  üstündə  ağ  libasda,  başına  on  iki  dilimli  qırmızı  tac-çalma  qoyan 
Sultanəli  gedirdi.  Ancaq  o  tək  gedə  bilməzdi.  Atının  ayaqlarını  qucaqlayan,  qabağında  qurban 
kimi başını gətirib yerə qoyan adamların əlindən keçib getməyi çətin idi. Amma bir dəstə ona yol 
açırdı.  Ondan  arxada  Hüseyn  Lələ  bəy  atını  sürürdü.  Kəcavədə  isə  Aləmşahbəyim  oğulları
İsmayıl  və  İbrahimlə  oturmuşdu.  Dədə  bəyin  süvariləri,  yolların  toz-torpağına  batmış  qara 
geyimli,  yorğun  və  xoşbəxt  müridlər  yeriyirdi.  Onlardan  sonra  gələnlərin ardı-arası kəsilmirdi. 
Birdə gördülər ki, gələnlər şəhərin öz camaatından da çoxdur. Təbrizdən Ərdəbilə qədər bütün 
şəhərlərin, kəndlərin, qəsəbələrin başıpapaqlıları da onlara qoşulmuşdu. 
Zindanda  qaldıqları  müddətdə  onlara  olan  məhəbbət  ölməyibmiş,  əksinə,  daha  da  coşub-
daşıbmış. 
Sultanəli şəhər meydanında atını saxladı, əlini yuxarı qaldırdı. Hamı susdu. 
– Salam olsun, ey camaat. 
– Salam olsun! – Elə bir gurultu qopdu ki, göydə uçan quşlar da hürkdü. 
– Heydəri Kərarın özünə çəkib! 
– Gün parçasına bənzəyir maşallah! 
– Şeyxin özünə oxşayır da!  
– İgidlikdə də ona oxşasın! 
Sultanəli ağ atı dikdirə çıxartdı ki, hamı onu görsün. Yenə əlini yuxarı qaldırdı. 
–  Ey  camaat!  Şeyx  Heydər  övladlarının  kökünü  kəsə  bilmədi  düşmənlər.  Çünki  Allah 
həmişə başımızın üstündə olub. Ulu babamız Həzrət Əlinin övladları kimi, babam Cüneyd, atam 
Heydər də bu müqəddəs yolda şəhid oldular. Lazım gəlsə onun övladları da şəhid olacaq, ancaq 
atalarının yolundan geri dönməyəcəklər. 
Minlərlə mürid bir ağızdan qışqırdı. 
– Qurban olduğum, sadağa olduğum, pirim, mürşidim, Sultanəli! 
İsmayıl anasına baxırdı. Gözləri gülən Aləmşahbəyimin gözlərindən yaş axırdı. 
– Ana, bu qədər adam bilirdi biz zindandayıq? 
– Bəli, oğlum, bilirdilər. 
– Bəs niyə gəlib bizi qurtarmırdılar? 
– Gücləri çatmırdı. 
Bunlar lap o qalanı götürüb bura gələrdi. 
– Bu qədər adamın gücü o keşikçilərə çatmırdı? Çatardı! 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə