Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə48/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   44   45   46   47   48   49   50   51   ...   101

98
–  Mənim  atam  heç  vaxt  Ağqoyunlu  taxtına  qarşı  çıxmayıb.  Onun  oğlu  babası  Uzun 
Həsənin qəbri önündə and içir ki, dayısına heç vaxt xəyanət eləməyəcək. 
Aləmşahbəyimin  ürəyindən  qara  qanlar  axırdı.  O,  övladlarını  dünya  işlərindən  oğurlayıb 
öz  aləminə  aparmaq  istəyirdi.  Ana  ürəyi  adlı  məmləkətdə  onlara  bütün  dünyanın  sevincini 
bağışlayardı.  Orada  onların  başından  bir  tük  də  əskik  olmazdı.  Amma  buna  gücü  çatmayacaq. 
Oğullar böyüdükcə atalarına çəkirlər. Rüstəm Mirzənin təklifi Sultanəlini yerindən oynatdı. 15 
yaşı yenicə tamam olan Sultanəlini padşah taxtına çıxarır. Bunun qarşısında dayanmaq çətindir. 
Heç bir ana məhəbbəti çəpəri onun qarşısını saxlaya bilməzdi. 
Rüstəm  Mirzə  də  belə.  Atamın  qəbri  qarşısında  and  içir.  Andın  axırıncı  sözü  ağzından 
qurtarmamış  ölkəni  bölür,  paylayır,  öz  başını  salamat  saxlamaq  xatirinə.  Ərdəbili  ayırdı  verdi 
oğluma. Ayrılıq ayrılıqdı. Nə qədər əhd-peyman bağlasalar da, ona özgə ad vermək olmaz. 
Danışmaq,  bu  fikrə  e’tiraz  eləmək  istədi.  Amma  övladlarının  xətrinə  danışmadı.  Rüstəm 
Mirzənin qoltuğunda yaşasalar başlarına min bir müsibət gələr. Orada özləri olacaq. Atalarının 
müridləri onları kiprik gözü qoruyan kimi qoruyacaqlar. 
Bu fikirdən sonra atasının qəbrinə baxdı və tez də gözlərini yayındırdı. Ürəyində dedi: “Bir 
anda mən də xəyanət elədim, ata...” 
Əbih  Sultan  Ərdəbildə  Hüseyn  Lələ  bəyin  əlinə  keçəndə  o  Muradı  danışdırmış,  Əbih 
Sultana harada rast gəldiyini öyrənməyə çalışmış, ona inansa da Əbih Sultanın qaçaqlıqla məşğul 
olan  bir  adamla  dostluq  eləməyinə  inanmamışdı.  Təbrizdə  dayandıqları  ilk  gecə  o  Muradı
təzədən danışdırmaq fikrinə düşdü. Səfəri onu tapmağa göndərdi. Səfər də çox çətinliklə Muradı
tapıb Hüseyn Lələ bəyin yanına gətirdi. 
Onlar ikilikdə söhbət eləyirdilər. 
 
Gərək ki, Rumlu elindənsən, eləmi? 
–  Bəli,  –  deyə  Murad  əlini  qoç  buynuzuna  bənzər  bığlarına  çəkdi.  Ciddi  bir  işə, söhbətə
başlamamışdan əvvəl əlini bığına çəkmək onun adəti idi. 
– Rumlu tayfasının tarixini bilməmiş olmazsan. 
– Bilirəm. Babam danışardı ki, onları Əmir Teymur əsir aparırmış. Ərdəbildə Xoca Əli alıb 
geri qaytarıb. O yaxşılığı tayfamız yadından çıxartmayıb. Mən də Allahımdan çox razıyam ki, 
belə bir gündə mən də Xoca Əlinin nəvələrinin karına gəlmişəm. Düzdü, elə bir iş görməmişəm, 
vaxt gələr, əcəl imkan verər, mən də kimliyimi bildirərəm. 
– O vaxt gəlib. 
Hüseyn  Lələ  bəy  bu  sözü  dedi,  amma  qorxdu  ki,  artıq  ehtiyatı  əldən  verib.  Qayıdıb 
söhbətlərini Əbih Sultana danışsa, sirr açıla bilər. 
– Eşidirəm. Mən bu yolda hazır. 
– Əbih Sultanı yaxşı tanıyırsanmı? 
– Elə belə. 
– Qohumluğun var? 
– Yoxdu. Ərdəbildə danışdım da. Onnan yolda duz-çörək kəsmişəm. Çörəyi də ayaqlayan 
adam deyiləm. Görürəm, yox, məndən başqa duz-çörəyin qədrini bilən yoxdu, O, şahnan oturub-
duran, mən də rəiyyət, yoldan ötənin biri. Heç yadına da düşmürəm. İstəyirəm, çıxam gedəm öz 
ellərimizə. 
Hüseyn  Lələ  bəy  gördü  zənnində  yanılmayıb.  Xurcunu  yanına  çəkdi.  Həmişə  xurcunda 
gəzdirdiyi Quranı çıxartmaq istədi. Amma Quranın yanında nə vaxtdan qalmış quru, boyat çörək 
vardı. Çörək bükülən dəsmalı açdı. Çıxartdı, ortalığa qoydu, əlini çörəyin üstünə qoydu: 
Səni and verirəm bu çörəyə, söhtbətimiz öz aramızda qalsın. 
Murad da əlini toxundurdu. 
– Mən andımı içdim. 
–  Əbih  Sultan  çox  qorxulu  adamdı.  Bəysunquru  yıxdımı?  Yıxdı.  O,  Bəysunqurla  çörək 
nədi,  Bəysunqurun  çörəyini  yemişdi.  Bəysunqur  ona  böyük  bir  vilayət  bağışlamışdı.  Əgər 
Rüstəm Mirzə da onun üzünə pis baxsa onun da başını yeyəcək. Səninlə kəsdiyi çörək elə orada 
da yadından çıxıb. 
Söz Muradı tutdu. 


99
–  Mən  nə  Bəysunqur  deyiləm,  nə  də  Rüstəm  Mirzə.  Mən  qaçaq  Muradam.  Murad  hələ
ömründə  çörəkdən  özgə  bir  şeyə,  bir  adama  baş  əyməyib.  Xəyanət  eləyə,  başını  sərçə  boğazı
kimi üzüb ataram. 
–  O  da  boğaz  üzdürən  deyil.  Ən  çətin  yerlərdən  çıxıb.–  Hüseyn  Lələ  bəy  bu  sözlə  Əbih 
Sultanı bir pillə də qaldırdı. 
Murad əsl mətlə6i gözləyirdi, amma getdikcə, bəlkə də o mətləbdən uzaqlaşırdılar. 
– Sünnü məzhəbindənsən, ya şiə? 
– Ərdəbildə Rumlu tayfası şiəliyə keçib. Bunun da üstündə başlarına min oyun açırlar. Axı
sözünün canını demədin. 
– Demək başlarına oyun açırlar. Vaxt gələr, hörmət qoyarlar. Bunun üçün sənin də, mənim 
də köməyim lazımdı. 
– Məndən nə iş aşırsa, eləyim. – O, bu sözü ürəkdən dedi. 
–  Bundan  ötrü  təriqəti  möhkəmlətmək  lazımdı.  Onun  başçısını  qorumasaq,  Şeyx 
Heydərdən  sonrakı  illərdəki  müsibətlər  gələr  başımıza.  Sultanəli  şeyxlikdən  əlavə,  həm  də
Ərdəbil padşahı e’lan edilir. 
Murad  yenə  əlini  bığına  çəkdi.  Onun  hər  barmağı  bir  uşaq  biləyi  yoğunluğunda  idi. 
Yumruğu gürzdən böyük olardı, balaca olmazdı. 
– Ərdəbil qoşununun bir qolunu tapşırın mənə. Onda görün analar necə oğullar doğub. 
–  Hələlik  heç  kimlə  davamız  yoxdu.  Bizim  ən  qorxulu  düşmənimiz  Əbih  Sultandı.  Bizə
onun fikrini bilmək şərtdi. O, Rüstəm Mirzəni gündə min təbə salacaq. 
Murad  fikrə  getdi.  Hüseyn  Lələ  bəy  iri,  ağıllı  gözlərini  onun  sifətinə  dikib  cavabını
gözləyirdi. 
Onun gec cavab verdiyini görüb əlavə elədi: 
– Bu iş bir qoşunun işinə bərabərdi. Onun beyni qaynar qazandı. Hər an bir hiylə qurur. 
Hörümçəkdi, tor hörür. O qazandan, o tordan xəbərimiz olmasa, başımıza min oyun açar. 
Murad dedi: 
–  Mən  sənin  dediklərini  yaxşı  anşırıram.  Yaxşılığa  yaxşılıq  hər  kişinin  işidi.  Rumlu 
tayfasına  olunan  yaxşılığın  əvəzini  çıxmaq  üçün  özümü  də  qurban  verərəm.  Ancaq  Əbih 
Sultanın fikrini öyrənmək, onu xəbər vermək mənim kişiliyimə, qeyrətimə yaraşan iş deyil. Əgər 
mən  onun  fikrini  bilsəm,  onun  divanını  özüm  eləyərəm,  daha  niyə  xəbər  göndərirəm  ki? 
Deməyindən belə çıxır ki, Əbih Sultan tülküdü. Tülkünün fikrini bilsə-bilsə çaqqal bilər. Ancaq 
anam məni şir doğub. 
Hüseyn Lələ bəy əlini ona uzatdı: – Ver əlini, Murad bəy rumlu. Bu gündən olduq qardaş. 
Hüseyn bəyin əli onun ovcunda itdi. Lələ inandı ki, o qəhrəmanlıq üçün yaranıb, döyüşdə 
özünü düşmən qoşununa vursa yara-yara aparar. Xəbərçiliyə isə yaramaz. Onun bir sifəti var. 
–  Qardaş  olaq.  Mən  qalıram  Təbrizdə.  Əgər  Əbih  Sultan  istəsə  onun  qulluğuna  girərəm. 
Amma məndən xəbər gözləməyin. Nə qədər onun yanında olsam, Sultanəlinin qarasınca danışa 
bilməz. 
–  Özünü  güdaza  verərsən.  Şirləri  elə  tülkülər  tələyə  salıb.  Amma  elə  cavan  Sultanəlini 
şirlər  qorumalıdı.  Onun  taleyini,  baxtını  tülkülərə  ümid  ola  bilərikmi?  Şirvandan,  Xorasandan, 
Bağdaddan, nə bilim hiylə toru haraya toxunursa xəbərimiz olmalıdır. Əbih Sultan səndən başqa 
yəqin ki, heç kimə bel bağlamayacaq. Çünki o belə hesab eləyir ki, səni qaçaqlıqdan gətirib, üzə
çıxarıb. Sənə iş tapşıracaq. O bir tikə çörəyin səbəbinə səninlə işlər görməyə çalışacaq. Sən hələ
saray adamlarını tanımırsan. Sarayda isə Əbih Sultan kimiləri az deyil. İnsan ki, heç bir şeydə
müqəddəslik görmürsə, onun ürəyində kin-küdurətdən özgə heç nə ola bilməz. 
Murad onun sözlərindəki həqiqətləri dərk eləyir, ürəyində onların hamısı ilə razılaşırdı. 
–  Hüseyn  Lələ  bəy,  Rumlu  tayfasına  sifariş  göndərəcəm  ki,  yollar  açılıb.  Gəlsinlər 
ziyarətə. 
– Göndər, mən dediklərimi də yaddan çıxarma. 
Murad Cibo Səfərlə birgə bazar içindəki kiçik aşxanada oturub piti yeyirdilər. Kiçik saxsı 
qablardakı pitidən qalxan ədviyyat ətri içərini doldurmuşdu. Onlar palazın üstündə bardaş qurub 
üzü  şirli,  yazılı,  şəkilli  saxsı  kasada  pitinin  suyuna  təndir  çörəyi  doğrayırdılar.  Balaca 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə