Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə51/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   47   48   49   50   51   52   53   54   ...   101

104
Anası əlini onun çiyninə qoyub özünə tərəf sıxdı. 
– Onda hamı bizim dərdimizi çəkirdi. 
– İndi niyə belə qışqırırlar? 
– Sevinirlər, ona görə. Axı biz azad olmuşuq.  
İsmayıl suallarına ara vermirdi. 
– Bu qədər adamın hamısı Sultanəlini tanıyır? 
– Tanıyır, oğlum, tanıyır. 
– Məni də tanıyırlar? 
– Bəli, səni də tanıyırlar. 
– Harada görüblər məni?  
Anası söz tapmadı. 
– Yuxuda. 
– Yox, ana. Onlar atamızı tanıyırmış. Bizi də atamıza görə tanıyırlar. 
Anasının gül yarpağı rəngli dodaqları onun alnına toxundu.   
– Ağıllı balamsan. Siz də atanızın adını həmişə uca tutun. 
Ərdəbil Sultanəlinin paytaxtı olandan sonra hər tərəfdən yenə də səfəviyyə müridləri axışıb 
buraya  gəlirdi.  Şəhər,  Şeyx  Səfiyyəddin  türbəsi  beş  il  əvvəlki  gur  geyimli-kecimli  həyatını
yaşayırdı.  Amma  iş  təkcə  bu  müridlərin  sayının  çoxalması,  onların  arasında  şiə  məzhəbinin 
yayılması ilə bitmirdi. 
Sultanəlinin, Hüseyn Lələ bəyin bir məqsədləri vardı. O məqsədi həyata keçirmədən rahat 
nəfəs  ala  bilməyəcəkdilər.  Şeyx  Cüneyd  də,  oğlu  Şeyx  Heydər  də  Şirvanşahlar  tərəfindən 
öldürülmüşdü.  Sultanəlinin  Ərdəbil  padşahlığını  yaratması  Şirvanşahlar  sarayında  təşviş  əmələ
gətirmişdi. Əgər bu padşahlıq güclənsə onların oxunun birinci hədəfi Şirvan olacaqdı. Otuz ilə
yaxın  Şirvan  taxtında  oturan  Fərrux  Yasar  hər  vasitə  ilə  Şeyx  Heydər  oğlanlarını  aradan 
qaldırmaq üçün vasitələr axtaracaqdı. Təzə yaradılan padşahlığın isə Şirvana heç vaxt gücü çata 
bilməzdi.  Amma  hər  gün,  hər  saat  o  gücü,  qüvvəni  toplamağa  çalışırdılar.  Məsciddə  oxunan 
xütbələr Fərrux Yasarın adı Yazid və Müaviyyə ilə yanaşı çəkilir. Adamlar biri-birini söyəndə
“Yasar oğlu Yasar” deyirdilər. 
Hər  gün  axışıb  gələn  müridləri  toplayır,  onların  döyüşə  yararlı  olanlarına  məşq  keçir, 
kəmənd  tullamağı,  ox  atmağı,  at  çapmağı  öyrədirdilər.  Hüseyn  Lələ  bəy  padşahlığın  ordusunu 
yaratmaq  hazırlığı  görürdü.  Amma  ən  böyük  bir  çətinlikləri  vardı.  Xəzinə  boş  idi.  Ordunu 
silahlandırmaq üçün qurxana yaratmaq lazım gəlirdi. Vaxtilə Şeyx Heydərin belə bir qurxanası
vardı və bir dəfəyə iyirmi min qoşunu silahlandırırdı. Tək Şeyxin pirində yığılan nəzir-niyazla 
ordu yaratmaq mümkün deyildi. Onsuz da Ağqoyunluların soyub var-yoxdan çıxardığı Ərdəbil 
əhalisindən  çoxlu  vergi  almaq  onları  tez  bir  vaxtda  dilə  gətirə  bilərdi.  Şeyx  Heydər  belə
vaxtlarda  hərbi  səfərlərə  çıxır,  ələ  keçirdiyi  qənimətlə  ordunu  saxlayırdı.  İndi  isə  belə  bir 
qəniməti əldə eləmək üçün nə ordu, nə də imkan vardı. Hüseyn Lələ bəyə görə ən birinci səfər 
edəcəkləri  bir  yer  vardısa,  o  da  Şirvan  olmalı  idi.  Bütün  kin-küdurətin  hamısı  Fərrux  Yasara 
doğru yönəlmişdi. Həm də belə bir səfər üçün Rüstəm Mirzə də onlara kömək göstərərdi. Çünki 
Bəysunqur  Mirzə  Şamaxıdaydı.  Təbriz  taxtından  qaçıb  belə  bir  siyasətçi,  qocaman  hökmdarın 
yanında  oturmuş  keçmiş  hökmdar  ən  böyük  təhlükə  idi.  Hər  vaxt  böyük  qoşun  düzəldib 
Bəysunqur  Mirzənin  başçılığı  ilə  Kürü  keçib  taxt-tac  üstündə  müharibəyə  başlaya  bilərdi. 
Rüstəm Mirzə məğlub edilsə, onda Ərdəbillə haqq-hesab çəkmək onlar üçün lap asan olacaqdı. 
Bütün bu incəlikləri duyan Hüseyn Lələ bəy gecə-gündüz fikirləşir, çıxış yolu axtarırdı. 
Bir gün o, Sultanəli ilə oturub məsləhətləşirdi. 
– Ya Şeyx, – deyə o, Sultanəliyə müraciət elədi. – Səni təriqətimizin yalnız bu mərtəbəyə
çatan  adamlarına  agah  olmalı  sirləri  ilə  hali  etməyin  vaxtı  artıq  yetişib.  Atanız  həmin  sirləri 
mənə açmışdı ki, sizin üçün qoruyub saxlayım. 
Sultanəli  dikəldi.  Ona  elə  göründü  ki,  çoxdan  gözlədiyi  saat  yetişib.  Lələsi  qoşunu 
silahlandırmaq üçün gizlətdikləri xəzinənin yerini deyəcək. 
Xəzinənin yerini deyəcəksən, Lələ? 


105
–  Bəli,  xəzinənin.  Bu  elə  bir  xəzinədir  ki,  onun  cəvahiratının  qiyməti  heç  bir  xəzinədə
yoxdur. 
– Haradadır? 
Bu  sualdan  sonra  Hüseyn  Lələ  bəy  onun  fikrini  dürüst  anladı.  Bir  an  tutuldu.  Düzdür,  o 
Sultanəlidən də çox bu fikri çəkirdi. Amma əsl sirr xəzinəsini o hər şeydən üstün hesab eləyirdi. 
–  Səni  dünya  varı  düşündürməsin,  Şeyx.  Mən  açacağım  sirrə  vaqif  olan  hökmdar,  o  biri 
xəzinələrin açarını daha tez tapar. 
Sultanəli çox ciddi bir görkəm aldı. Yumruğunu təzəcə tərləyən çənəsinə söykədi. 
– Eşidirəm. 
– Mən elə sözlər deyəcəyəm ki, onların hamısına üsyan eləyə bilərsən. Amma səbrin olsun. 
Axıra qədər qulaq as. Hər sözün əsl mahiyyətinə get. Əvvəla nəsabnamə məsələsindən danışaq. 
Hamı bilir ki, nəslinizin kökü gedib imam Museyi Kazıma yetişir. 
– Bəli, düzdür. 
–  Eşit  məni,  Şeyx.  Bu,  Şeyx  Səfiyyəddinin  müəyyən  məqsəd  üçün  düzəltdiyi  təcərrəyə
görə düzdür, amma əslində belə deyil. 
Sultanəli  az  qaldı  ki,  əlini  qılıncına  atsın,  amma  özünü  saxladı.  Yanaqlarında  və
gicgahlarında qanın necə sür’ətlə vurduğunu hiss elədi. Ucaboy, qarasaqqal, iri alınlı Lələ bəy 
onun gözündə dəyişməyə başladı. İnsan şəkli itdi, o şeytan cildində göründü. 
Sultanəli özünü güclə saxlayıb sərt səslə dedi: 
– Sonra?   
–  İnanmırsan.  Bu  mənə  aydındır.  Belə  də  olmalıdır.  Amma  bu  barədə  məndə  Şeyx  Səfi 
həzrətlərinin  yalnız  nəslində  Şeyxliyə  çatan  adamların  görə  biləcəyi  kitabı  var.  Nəsəbi 
peyğəmbərə  çatmayan  bir  ailədən  çıxan  şəxslərin  ali  mərtəbələrə  yetişməyinin  necə  müşgül  iş
olduğunu  yəqin  ki,  bilirsən.  Şeyx  Səfi  də  bunu  nəzərdə tutub. Bu bir.  İkinci bir tərəfdən Şeyx 
Səfi  həzrətləri  əvvəllər  təriqət  cəhətdən  sünnülüyə  qail  olsalar  da,  sonradan  şiəliyi  seçib. 
Şiəməzhəblər  sayca  az  olsalar  da,  Peyğəmbər  əleyhisalama  qohumdurlar,  daha  yaxındırlar. 
Bütün bunların isə çox böyük və mühüm bir səbəbi var. 
Bilirik  ki,  İranda,  Azərbaycanda,  Arranda,  Xorasanda  yaşayan  şiələrin  bir  tərəfdən 
gündoğan  türk  xaqanlığı,  bir  yandan  da  osmanlı  türk  sultanlığı  araya  alıb  ki,  onların  gücləri 
bizimkindən yüz qat çox olmaqla yanaşı, özləri sünnü məzhəbdirlər. Belə olanda biz qalırıq iki 
məngənə arasında. Əgər bu iki qüvvənin arasında başı salamat yaşamaq istəsən onda gərək biz 
də  sünnü  məzhəbinə  keçməliyik.  Amma  Şeyx  Səfiyyəddin  tərsinə  eləyib.  Mən  bu  hərəkətini 
böyük  babamızın  səhvi  yox,  uzaqgörənliyi,  böyüklüyü  kimi  qiymətləndirirəm. Bildiyimiz kimi 
şiəlik müsəlmanlığın ən qatı, dönməz, barışmaz məzhəbidir. Şeyx Səfi də bundan faydalanıb İran 
və  Azərbaycanda  onu  təbliğ  eləyib  yaymaqla  bizi  sıxan  məngənəni  kənara  atmaq,  ölkəni 
sərbəstliyə çıxarmaq fikrini irəli sürüb. Belə böyük məqsəd üçün bə’zən yalan deməyin özü də
çox  vacib  və  bəlkə  də  lazımdır.  O  vaxt  bu  torpaqda  qüdrətli,  güclü  dövlət  yaratmaq  mümkün 
olar. 
Atanız  Şeyx  Heydərin  ətrafına  toplaşan  müridlər  onu  görəndə  namazlarını,  oruclarını, 
ibadətlərini  də  yaddan  çıxarardılar.  O,  müridləri  arasında  Babəkin  ehkamlarını  təbliğ  edərdi. 
Buna mən özüm şahidəm. Özünü onların heç birindən ayırmaz, onlarla bir qabdan xörək yeyər, 
su içərdi. Bəlkə də elə bu işlərinə görə onu çox istəyirdilər. 
Söz bu yerə çatanda Sultanəli əlini qılıncının qəbzəsinə qoyub hövlnak yerindən qalxdı. 
– Bu da həqiqətdi? 
– Bəli. Mən rəhmətlik Şeyx Heydərin siğə qardaşıyam. Şeyx Səfinin dostu və qayınatası
Tacəddin  Gilaninin  nəslindənəm.  Atanızın  vəsiyyətlərini  də  sənə  olduğu  kimi  çatdırmalıyam. 
Hövsələli ol və sözümü kəsmə. 
Aylarla  əzab-əziyyətli  yol  keçib  Məkkəyə  ziyarətə  gedənlərin  heç  birisi  orada  müridə
çevrilmir,  qayıdıb  öz  yerinə-yurduna  gəlir.  Bəs  nə üçün  Şeyx Səfiyyəddin türbəsinə gələnlərin 
əksəriyyəti müridə çevrilir? Çünki bu pirin şeyxləri insanları arzularına tərəf, həyati istəklərinə
doğru  aparıblar.  Bu  yer  tək  ziyarətgah  deyil,  həm  də  insanların  sabahı  üçün  inam  məkanıdır. 
Belə yolun zəvvarının arxasınca isə minlərlə adam gəlir. 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə