Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə9/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   5   6   7   8   9   10   11   12   ...   96

__________Milli Kitabxana__________
27
Dövlətləri  və  Cəmiyyətlərinin  Döstluq,  Qardaşlıq  və İşbirliyi
Vəqfi) təşkilatı 2001-ci ildə özünün IX qurultayını keçirmişdir.
Təşkilatın  komitələri  arasında  mədəniyyət,  təhsil  və  rabitə  ko-
mitələri  də  fəaliyyət  göstərməkdədir  və  Azərbaycan  daima  ən
yüksək səviyyədə bu təşkilatın toplantılarında iştirak etmişdir.
“Qardaş Ədəbiyyatlar”, “Belge”, “Bilig”, “Yesevi”, “Türk
Dünyası” kimi  nəşriyyatlar  Türkiyə  ilə  Azərbaycan  arasında
mədəni körpü qurmağa böyük  yardım göstərirlər. Çağdaş Tür-
kiyə  və  onun digər  ölçüləri  sadəcə  din  və  dillə  məhdudlaşmır.
Hər iki ölkənin müxtəlif demokratik kütləvi təşkilatları, o cüm-
lədən həmkarlar ittifaqları, ixtisas üzrə təşkilatlar, idman klub-
ları və sair təşkilatlar mədəni inteqrasiyaya öz köməkliyini gös-
tərir.
Son illərdə Azərbaycan – Türkiyə əlaqələrinin xronologiya-
sını,  həmçinin  bu  əlaqələrin  yaradılmasında  və  inkişaf  etdiril-
məsində Azərbaycan Respublikasının mərhum Prezidenti Hey-
dər Əliyev cənablarının müstəsna rolunu tarixi sənədlər əsasın-
da ortaya  qoyan  bir  sıra  tədqiqat  əsərləri  və  monoqrafiyalar
(17; 18; 27; 39; 40; 55; 56; 57; 95; 119; 122) nəşr edilmişdir.
Növbəti  bölmələrdə  yeri  gəldikcə  bu  mövzuda  geniş  təh-
lillər apracağımızı nəzərə alaraq, birada Heydər Əliyevin Azər-
baycan – Türkiyə  mədəni  əlaqələrinə  verdiyi töhfələrin  qısa
xronologiyasından  bəzi  örnəkləri  verməyi  məqsədəuyğun
hesab  edirik. Çünki,  Heydər  Əliyev  fenomeninin bu  yöndəki
fəaliyyətinin  ümumi  aspektlərini  təqdim  etmədən  müasir  mər-
hələdə  Azərbaycan – Türkiyə mədəni əlaqələrinin tam və  mü-
kəməl mənzərəsini yaratmaq mümkün deyildir.
Hələ böyük öndərin Naxçıvan dövrü fəaliyyəti illərinə təsa-
düf edən 1991-ci ilin 8 oktyabrında Naxçıvan Muxtar Respub-
likası Ali Məclisinin Sədri Heydər Əliyev Muxtar Respublika-
ya  gəlmiş  Türkiyənin  Mərmərə  Egitim  və  Kültür  Vəqfinin
Azərbaycandakı  təmsilçisi  Hilmi  Öneyi  və  “Zaman”  qəzetinin
Azərbaycan  üzrə  müxbiri  Yılmaz  Poladı  qəbul  etmişdir.  Hey-
dər Əliyev görüşdən sonra “Zaman” qəzetinə müsahibə vermiş-


__________Milli Kitabxana__________
28
dir. Noyabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi-
nin Sədri Heydər Əliyev Naxçıvanda ilk türk liseyinin açılması
və 1992–1993-cü tədris ilində 100 nəfər naxçıvanlı gəncin Tür-
kiyəyə  ali  təhsil  almaq  üçün  göndərilməsi  barədə  Naxçıvan
Muxtar  Respublikası  Xalq  Təhsili  Nazirliyi  və  Türkiyənin
“Zaman” qəzeti arasında müqaviləni imzalamışdır. Noyabrın 9-
da Heydər  Əliyev  Türkiyə  nümayəndə  heyəti  ilə  birlikdə  gəl-
miş müxbirlərin suallarına ətraflı cavablar və Türkiyə televizi-
yası  üçün  müsahibə  vermişdir. Noyabrın 13-də  isə Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev Nax-
çıvana gəlmiş Türkiyənin “Milliyet” və “Hürriyet” qəzetlərinin
müxbirləri  və  digər  xarici  jurnalistlər  üçün mətbuat  konfransı
keçirmişdir (17, s.26).
1992-ci ilin 22 martında Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri  Heydər  Əliyev  Türkiyə  Prezidenti  Turqut
Özalın və Baş Nazir Süleyman Dəmirəlin xüsusi dəvəti ilə Tür-
kiyəyə rəsmi səfərə yola düşmüşdür. Ankarada olarkən Heydər
Əliyev Türkiyə Cümhuriyyətinin ilk Prezidenti Mustafa Kamal
Atatürkün və Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıların-
dan olan Məhəmmməd Əmin Rəsulzadənin qəbirlərinə əklillər
qoymuşdur.  Martın  24-də Naxçıvan  Muxtar  Respublikası  Ali
Məclisinin Sədri Heydər Əliyev Türkiyə Cümhuriyyəti tərəfin-
dən  Naxçıvan  Muxtar  Respublikasının  maliyyə,  iqtisadi  və
texniki yardım gösərilməsi barədə, o cümlədən Naxçıvana 100
milyon  dollar  məbləğində  kredit  ayrılması  və  hər  il  100  tələ-
bənin Türkiyədə təhsil almasını nəzərdə tutan birgə əməkdaşlıq
protokolunu imzalamışdır. “Azərbaycana bağlı Naxçıvan Mux-
tar Respublikası  ilə  Türkiyə  Cümhuriyyəti Arasında əməkdaş-
lıq  Protokolu”nda  bildirilirdi  ki, Azərbaycana  bağlı  Naxçıvan
Muxtar  Respublikası  Ali  Məclisinin  Sədri  Heydər  Əliyev
1992-ci il martın 22-dən 24-dək Türkiyəni ziyarət etmişdir. Bu
ziyarət zamanı təşkil edilmiş görüşlərdə, Türkiyə Cümhuriyyəti
ilə  Azərbaycan  Respublikası  arasında  mövcud  dostluq, əmək-
daşlıq və yaxşı qonşuluq müqaviləsi, iki ölkə xarici işlər nazir-


__________Milli Kitabxana__________
29
likləri  arasındakı  protokolu  və  Türkiyə  ilə  Naxçıvan  Muxtar
Respublikası  arasındakı  tarixi  və  mədəni  qardaşlıq əlaqələri
göz  önünə  alınaraq  hər  sahədə  daha  yaxşı əməkdaşlıq  təşkil
edilməsi  məqsədi  ilə  aşağıdakı xüsuslarda  razılığa  gəlinmişdir
(17, s.31). Biz burada protokolun bütün maddələrini şərh etmə-
sək də bilavasitə elm, təhsil və mədəniyyətə aidiyyatı olan be-
şinci, onuncu, on birinci, on kinci və on üçüncü bəndləri eynilə
təqdim etməyi lazım bilirik:
5.  TRT  İdarəsinin  televiziya  verilişlərinin  Naxçıvan  Res-
publikasında  rahatca  seyr  edilə  biləcək  vəziyyətə  gətirilməsi
üçün  Türkiyə  tərəfi  lazımi  tədbirləri  sürətlə  həyata  keçirəcək-
dir.  Ayrıca  Naxçıvan  tərəfindən  tələb  edildikdə  TRT İdarəsi
xüsusi proqramlar verəcək.
10.  Turizm  sahəsində  Naxçıvan  Muxtar  Respublikasının
imkanlarının  dəyərləndirilməsi  üçün  təsis  edilən  kredit  çərçi-
vəsində  mehmanxana  inşası  daxil  olmaqla  gərəkli  kömək  və
texniki  kömək  Türkiyə  Cümhuriyyəti  hökuməti  tərəfindən
yerinə yetiriləcək.
11. Naxçıvan Muxtar Respublikasındakı mədəni həyatın in-
kişafına kömək etmək üçün Türkiyə Cümhuriyyəti, mətbəə tə-
mini  də  daxil  olmaqla mətbuat  avadanlıqlarının  ehtiyaca  görə
təminini həyata keçirəcək.
12.  Naxçıvan  Muxtar  Respublikasından  100  tələbənin  təh-
sili Türkiyə Cümhuriyyəti tərəfindən təmin ediləcək.
13.  Bütün əməkdaşlıq  layihələrinin  koordinasiya  və  icra
edilməsindən  Türkiyə  Cümhuriyyəti  Xarici İşlər  Nazirliyi  ilə
iqtisadi,  mədəni,  maarif  və  texniki  əməkdaşlıq  idarəsi  sədrliyi
məsul olacaq (17, s.33).
24  mart  1992-ci  il  tarixində  Ankarada  imzalanmış  bu  pro-
tokolun təqdim edilən bəndləri Heydər Əliyevin Azərbaycan –
Türkiyə mədəni əlaqələrinin möhkəmləndirilməsi istiqamətində
nə qədər uzaqgörən bir addım atdığına dair tarixi bir fakt kimi
dəyərləndirilməlidir.


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə