Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə6/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   2   3   4   5   6   7   8   9   ...   96

__________Milli Kitabxana__________
17
na  baxmayaraq,  bu əlaqələr  elmi-mədəni  baxımdan indiyədək
müstəqil  tədqiqat  obyektinə  çevrilməmişdir.  Bu  mənada  təd-
qiqat işində əlaqələrimizin kulturoloji aspektləri ilk dəfə olaraq
bütöv və sistemli şəkildə araşdırılır. Bu mənada, tədqiqatın ob-
yektini  müstəqillik  dövründə  Azərbaycan  və  Türkiyə  arasın-
dakı elm, təhsil və mədəniyyətin inkişafına xidmət edən əlaqə-
lərin  kulturoloji  aspektləri  təşkil  edir.  Azərbaycan – Türkiyə
elmi-mədəni  əlaqələri  sahəsində  yazılmış  monoqrafik  araşdır-
malar,  dissetasiyalar  və  problematik  məqalələr  tədqiqata  cəlb
edilmişdir. Problemin tədqiq olunması ilə bağlı Azərbaycan və
Türkiyə  dövrü  mətbuatından,  eləcə  də  beynəlxalq  təşkilatların
hazırladıqları  rəsmi  materiallardan  da istifadə  edilmişdir. Bu
vaxta  qədər  ölkələrimiz  arasındakı  elmi-mədəni  əməkdaşlıqla
bağlı  yazılmış əsərlər  və monoqrafiyada  qaldırılmış  problem-
lərin müqayisəli təhlili üçün ehtiyac duyulan elmi araşdırmalar
da  tədqiqat  obyektidir.  Habelə  Azərbaycan  və  Türkiyə  rəsmi
dairiələri  tərəfindən  imzalanmış  müqavilə,  protokol,  razılaşma
sənədləri,  birgə  hazırlanmış  proqram  və  layihələr,  tədqiqat
mövzusu  ilə  bağlı  keçirilmiş beynəlxalq  elmi  konfrans,  sim-
pozium və qurultay materialları da araşdırılmışdır.
Dünyanın üçüncü minilliyin astanası və keçid dövrünü  ya-
şadığı, qloballaşma və mədəni inteqrasiya prosesinə qoşulduğu
bir dövrdə müstəqilliyini yenicə qazanmış Azərbaycanın Türki-
yə ilə elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlığını özün-
də əks etdirən bir sıra monoqrafiya, dissertasiya, çoxsaylı elmi
məqalələr  yazılmış, tarixi  və  rəsmi  materialların  daxil  edildiyi
toplu  və  biblioqrafik  kitablar  nəşr  edilmişdir. Həm  Türkiyədə,
həm də Azərbaycanda aparılmış bəzi tədqiqatlarda isə qarşılıqlı
əlaqələrin daha çox istimai-siyasi və iqtisadi yönləri araşdırılsa
da  yeri gəldikcə bu əlaqələrin kulturoloji aspektlərinə də toxu-
nulmuşdur. Lakin indiyə qədər elm, təhsil və mədəniyyət sahə-
sində  Azərbaycan – Türkiyə  əlaqələrinin  kulturoloji  mahiyyə-
tini  sistemli  şəkildə  ortaya  qoyan  müstəqil  bir  tədqiqat  əsəri
yazılmamışdır.  Məhz  bu  cəhət  tədqiqatımızn  elmi  yeniliyini


__________Milli Kitabxana__________
18
şərtləndirən  amillərdəndir. Monoqrafiyada  qaldırılan  problem-
lərlə  bağlı  kulturoloji  fikrin  elmi-nəzəri  qənaətlərindən,  eləcə
də  kulturologiya  elminin  nəzəriyyə  və  təcrübəsindən  faydala-
nılmışdır. Kitabda əsasən Azərbaycan, Türkiyə və eləcə də türk
dünyasının mövzu ilə bağlı tədqiqat müəlliflərinin fikir və mü-
lahizələrindən, analoji araşdırmaların təcrübə və nəticələrindən
istifadə edilmişdir.


__________Milli Kitabxana__________
19
AZƏRBAYCAN – TÜRKİYƏ MƏDƏNİ ƏLAQƏLƏRİNİN
MİLLİ-TARİXİ KÖKLƏRİ VƏ SİYASİ ASPEKTLƏRİ
Azərbaycan – Türkiyə  mədəni  əlaqələrinin  tarixi  və  milli-
mənəvi  kökləri bir-biri  ilə  qırılmaz  surətdə  bağlı  olan  bir  sıra
amillərlə şərtlənir. Etnik,  tarixi,  milli-mənəvi  və  ictimai-siyasi
təməllərə  söykənən  bu  qardaşlıq  bağlırı  çox  qədim  və  zəngin
ənənə üzərində qurulmuşdur.
Türk xalqı dünyanın bilavasitə tarixi yaradan, ona istiqamət
verən  böyük    millətlərindəndir.  Sınaqlardan  çıxmış  qardaşlığı
sarsılmaz  və  əbədi  olan  Türkiyə  və  Azərbaycan  xalqları  dili,
adət-ənənəsi  eyni  olan  böyük  türk  millətinin  övladları,  “müx-
təlif  isimlər  daşıyan  böyük  Türk  ağacının  bir  dalıdır”.  Həm
türkiyəlilər,  həm  də “azərbaycanlılar  milliyyət  etibarı  ilə  türk,
din  etibari  islam,  mədəniyyəti-əsasiyyə  etibarilə şərqlidirlər”
(148, s. 24). Azərbaycan və Anadolu türkləri əsrlər boyu “bir-
biri  ilə  sıx əlaqədə  olmuş,  bir-birinə  kömək  etmiş,  arxa  dur-
muşlar. Məhz buna  görə də heç təsadüfü deyil ki, Azərbayca-
nın  bir  çox  görkəmli şəxsiyyətləri  tarixin  ayrı-ayrı  mərhələlə-
rində  Türkiyədə  fəaliyyət  göstərmiş,  orada  öz  istedadlarını
tamamilə  biruzə  verə  bilmişlər,  həm  Türkiyə  xalqı  qarşısında,
həm  də  Azərbaycan  xalqı  qarşısında böyük    xidmətlər  göstər-
mişlər.  Onların  hamısı  bizim  dostluğumuzun,  qardaşlığımızın
böyük tarixidir, rəmzidir. Biz onlarla fəxr edə bilərik”. XX əs-
rin əvvələrində  mühacirət  həyatı  keçirməyə  məcbur  edilən  bir
çox ziyalılarımız da Türkiyənin məfkurə həyatında çox mühüm
rol  oynadılar. Ə.Hüseynzadə,  Ə.Ağaoğlu,  M.Ə.Rəsulzadə,
M.B.Məhəmmdzadə,  A.V.Yurdsevər,  Ə.Cəfəroğlu  kimi  azər-
baycanlı şəxsiyyətlər Türkiyənin ictimai-siyai, mədəni həyatına
müsbət  təsir  göstərməklə  yanaşı,  həm  də  Türkiyə  ictimaiyyə-
tində Azərbaycan haqqında obyektiv fikir yaradılmasında əvəz-
siz xidmət göstərmişlər (148, s. 24).


__________Milli Kitabxana__________
20
Azərbaycanın müstəqilliyinə qovuşmasından sonraki əlaqə-
lərin  keyfiyyət  dəyişikliklərindən  bəhs  edərkən  isə,  təbii  ki,
mövzumuzun  təhlili  baxımından ilk  növbədə  tarixi  və  istimai-
siyasi şəraitin doğurduğu hadisələrin ümumi mənzərəsi bir çox
mətləblərə  aydınlıq  gətirməkdədir.  Belə  ki, Sovet  İttifaqının
dağılması,  beynəlxalq  səhnədə  siyasi  vəziyyətin  və  qüvvələr
nisbətinin köklü şəkildə dəyişməsi, bütün postsovet məkanında
yeni  müstəqil  dövlətlərin  yaranması  ilə  nəticələndi.  Azərbay-
can öz dövlət müstəqilliyini əldə etdikdən sonra ölkəmizin qar-
şısında  milli  dövlət maraqlarına  maksimum  cavab verən  çox-
şaxəli, mürəkkəb xarici siyasət doktrinası formalaşdırmaq vəzi-
fəsi meydana çıxdı. Bu doktrinada Yaxın və Orta Şərqin Azər-
baycanla bu və ya digər dərəcədə tarixi bağlılığı, etnik, dini və
mədəni  ümumiliyi  olan  ölkələrinə  xüsusi  yer  verilməsi  zəruri
idi. “Gələcək  Azərbaycan  dövlətçiliyi  üçün  çox  mühüm  olan
bu  missiyanın əsas ağırlığı Azərbaycan Respublikasının Prezi-
denti  Heydər  Əliyevin  çiyninə  düşdü.  Onun  rəhbərliyi  və  bir-
başa  iştirakı  ilə  Azərbaycan  Respublikası  yalnız  özünün  qər-
byönlü  siyasət  doktrinasını  yaratmadı,  həm  də  siyasi  kompli-
mentarizm  prinsiplərinə  əsaslanaraq  tarixi,  dini,  mədəni  baxı-
mdan  yaxın  olduğu  Şərq  ölkələri,  ilk  növbədə  isə  Müsəlman
Şərqi ilə sıx münasibətlər qurdu” (55, s. 4). Müasir dünya siya-
sətçilərindən tutmuş, elm və mədəniyyət xadimlərinin birməna-
lı  şəkildə  etiraf  etdikləri  kimi çağdaş  Azərbaycan  tarixinin  və
siyasətinin bayraqdarı olan ümummilli liderimiz Heydər Əliye-
vin  Azərbaycan – Türkiyə  mədəni  əlaqələrinin  son  mərhələsi-
nin  inkişafında  danılmaz  və  əvəzedilməz  xidmətləri  vardır.
Müstəqil  Azərbaycan  Respublikasının  dövlət  quruculuğunun
bütün  sahələrində  olduğu  kimi,  beynəlxalq  diplomatik  əlaqə-
lərin mütəbər təməli və dinamik təkamülü də möhtərəm Prezi-
dentimiz  Heydər  Əliyevin  adı  ilə  bağlıdır. Daha  doğrusu,
“Dünyanın  ikiqütblü  siyasi  sisteminin  dağıldığı  və  yenisinin
hələ  tam  şəkildə  öz  təşəkkülünü  tapa  bilmədiyi  gərgin  və
qarışıq bir zamanda, qüdrətli dövlətlərin mənafelərinin çarpaz-


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə