Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə4/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   2   3   4   5   6   7   8   9   ...   96

__________Milli Kitabxana__________
11
boşa  getməməsi  və  bu  öyrəncilərin  ölkəmizdən  müsbət  təəs-
süratlarla ayrılmaları  və  ölkəmizi  sevmələrinin  təminatı  üçün
möhkəm,  ciddi  və  diqqətli  səylər  göstərilməlidir. Bu  səylərin
başında  öyrəncilərin şikayətlərini  önləyəcək  fədakarlıqlardan
qaçılmamalıdır. Ölkəmizə  gəlişlərindən  dönüşlərinə  qədər  bü-
tün  fəaliyyətlərinin  çox  yaxşı  bir  şəkildə  əlaqələndirilməsi  və
onlara verilə biləcək imkanların çox yaxşı təsbit edilərək anla-
dılması və öhdəyə götürülmüş xüsusların da mütləq yerinə yeti-
rilərək etimadlarının qorunmasına özəl önəm verilməlidir. Türk
Cümhuriyyətləri ilə yaradılan mədəni mübadilə proqramları və
razılaşma  sənədlərinə  uyğun  olaraq  mədəniyyətlərimiz  arasın-
dakı əlaqələr bütün yönləri ilə inkişaf etdirilməlidir.
Bu  istiqamətdə  göstərilən  fəaliyyətlərin  uğurlu  nəticələr
verməsi  üçün  elm,  təhsil  və  mədəniyyət  əlaqələri  sahəsində
ciddi araşdırmalar aparılmalı, tarixi təcrübəni mənimsəmək şər-
tilə  əməkdaşlığın  bugününü  və  perspektivlərini  dəqiq  təhlil
edəcək tədqiqatlar aparılmalıdır. Məhz bütün bu səbəblər, mü-
asir  dövrdə  Azərbaycan – Türkiyə  əlaqələrinin  kulturoloji  as-
pektlərinin tədqiqini aktuallaşdırır.
İmperiya ideologiyasının qadağaları aradan qalxar-qalxmaz
uzun illərin həsrətləri ilə bağlı bütün sahələrdə inkişaf meylləri
müşahidə  edildiyi  kimi,  Azərbaycan – Türkiyə  əlaqələrinin
müxtəlif  aspektlərdən  araşdırılması  cəhdləri  də  özünü  büruzə
verdi. Müstəqilliyimizin bərpasından ötən illər ərzində bu  isti-
qamətdə çoxsaylı  araşdırmalar  aparılmış, mədəni  əməkdaşlıq
problemləri  tədqiqata  cəlb  edilmişdir.  Bu  tədqiqatların  böyük
bir qismi sırf mədəni əlaqələrə həsr edilməsə belə, həmin əsər-
lərdə elm, təhsil və mədəniyyət sahəsində Azərbaycan – Türki-
yə əməkdaşlığına da yer ayrılmışdır.
Mahir Abdullayevin “Azərbaycan – Türkiyə əlaqələri” adlı
monoqrafiyasında 70 – 90-cı illərdə Azərbaycan – Türkiyə iqti-
sadi, elmi-texniki, mədəni əlaqələri arxiv sənədləri, dövri mət-
buat  materialları əsasında  hərtərəfli  və  kompleks şəkildə şərh
edilmiş,  onların əsas  formaları  və  istiqamətləri  göstərilmiş,  bu


__________Milli Kitabxana__________
12
əlaqələrdə Azərbaycanın iştirakının səmərəliliyi, əhəmiyyəti və
perspektivləri  tədqiq  edilmişdir.  Həmçinin  Azərbaycanın  keç-
miş  SSRİ-nin  tərkibində  olduğu  dövrdə  Türkiyə  ilə  çoxtərəfli
iqtisadi,  elmi-texniki  və  mədəni  əlaqələrdə  iştirakı  öz əksini
tapmış, bu əlaqələrdə baş vermiş nöqsanlar göstərilməklə əməli
tövsiyyələr verilmişdir (3). Onun “Beynəlxalq münasibətlər ta-
rixi  (XX əsr)”  kitabında  da  bu  mövzuya  dair  dəyərli  məlu-
matlar vermişdir (5).
İnqilab  Kərimovun  “Azərbaycan – Türkiyə  teatr  əlaqələri”
kitabında  xalqlarımız  arasındakı  teatr əlaqələrindən  bəhs  olu-
nur. Burada Azərbaycan – Türkiyə səhnə ustalarının dostluğu-
na,  qarşılıqlı qastrol səfərlərinə  geniş  yer ayrılır,  1908-ci ildən
başlayaraq  türk  dramaturqlarının əsərlərinin  Azərbaycan  teat-
rındakı  tamaşaları,  eləcə  də  son  illərdə  Azərbaycan  dramatur-
giyasının Türkiyə teatrlarında səhnə şərhini tapmış nümunələri
haqqında şərh və təhlillər verilir. Müəllif kitabda yeri gəldikcə
mədəniyyət  və  incəsənətin  digər  sahələrindəki  əməkdaşlığa  da
diqqət yetirmişdir (76).
İradə  Rəsulinin  “Dramaturgiyamızda  Türkiyə”  monoqrafi-
yası  Azərbaycan – Türkiyə  ədəbi-mədəni  əlaqələrinə,  xüsusilə
XX əsr  Azərbaycan  dramaturgiyasında  Türkiyə  mövzusuna
həsr  edilmişdir.  Monoqrafiyada  Türkiyə  mədəni  həyatının  təs-
virinə  və  türk  xalqlarının  mədəni-tarixi  birliyi  ideyasına geniş
yer  verilir,  Hüseyn  Cavidin  “Uçurum”  və  “Afət”,  Cəfər  Cab-
barlının  “Ədirnə  fəthi”,  “Trablis  müharibəsi  və  ya  Ulduz”
pyesləri türk xalqının milli-istiqlaliyyət mübarizəsini tərənnüm
edən  əsərlər  kimi  tədqiqata  cəlb  edilir (101). Əsərdə  tədqiq
olunan  mövzunun  aktuallığı  hər şeydən  öncə  Azərbaycan –
Türkiyə  mədəni  əlaqələri  sahəsindəki  kəsiri  müəyyən  mənada
aradan  qaldırmaq  işinə  xidmət  etməsidir.  Müəllif  ənənəvi
metoddan  imtina  edərək,  ədəbi-mədəni  əlaqələrimizi  müəyyən
tarixi  çərçivədə  tədqiq  etməmiş,  Azərbaycan  ədəbiyyatında
Türkiyəyə  marağın  mədəni-tarixi  köklərini,  Türkiyə  mövzu-
sunun  zəngin,  ziddiyyətli  və  mürəkkəb  bir  tarixi  mərhələ  olan


__________Milli Kitabxana__________
13
XX əsr dramaturgiyasındakı inikasını araşdırmışdır. Bu əsərdə,
xüsusilə, ədəbi əlaqələrimizin bu sahəsi ilk dəfə tədqiqata cəlb
olunur  və  tamamilə  yeni  bədii  material  əsasında  nəzərdən
keçirilir (101).
Elşən  Hüseynovun  “Azərbaycan  Respublikasinin  Türkiyə
ilə iqtisadi və mədəni əlaqələri (1991 – 1995-ci illər)” adlı na-
mizədlik dissertasiyasında Azərbaycan Respublikasının müstə-
qillik  yoluna  qədəm  qoyduğu  dövrdən  başlayaraq  1995-ci  ilə
qədər, yəni müstəqil respublikanın ilk Konstitusiyası qəbul edi-
lən  dövrə  qədər  Türkiyə  Respublikası  ilə  mövcud  iqtisadi  və
mədəni  əlaqələri  tədqiq  edilir.  Azərbaycanın  müstəqilliyini  ilk
tanıyan  Türkiyə  Respublikası  ilə  yaranmış əlaqələr  və  bunun
dinamik  inkişaf  prosesi  mövzunun əsas  qayəsini  təşkil  edir.
Dissertasiya  respublikanın  müasir  dövrdə  iqtisadi  və  mədəni
əlaqələrinin tədqiqinə dair ilk əsərlər sırasındadır. İşin yazılma-
sı  prosesində  SSRİ  dövründə  tədqiq  edilmiş əsərlərə  də  nəzər
salınmış,  həmin  dövrün tarixi  və  mədəni  proseslərini  əks  etdi-
rən materiallara tənqidi yanaşılmış və dövrün müsbət və mənfi-
likləri yeri  gəldikcə  qeyd  edilmişdir.  Tədqiqatda  həmçinin  el-
mi-texniki əlaqəlrəin çoxsaylı formaları və bu əlaqələrdə Azər-
baycanın iştirakı araşdırılır, qeyd olunan formalardan – alimlə-
rimizin qonşu ölkəyə ezam olunmaları, türkiyəli həmkarları ilə
elmi  təmasları, konfrans və simpuziumlarda çıxışları, ayrı-ayrı
elmi qurumlar arasında kitab mübadiləsi və s. tədqiq edilir (63)
Qafqaz Universiteti tərəfindən nəşr edilmiş “Azərbaycan –
Türkiyə  əlaqələri  və  Heydər  Əliyev  (1-ci  kitab),  1991–2001”
kitabında Azərbaycan – Türkiyə  mədəni  əlaqələrinin  1991 –
2001-ci  illər  dövrü  xronoloji  ardıcıllıqla  təqdim  edilir,  “İki
dövlət,  bir  millət”  arasındakı  mədəniyyət  əlaqələrinin  inkişa-
fında  Heydər  Əliyev  fenomeninin  rolu  faktik  materiallar əsa-
sında geniş şərh edilir (17).
Altı  cildlik  “Heydər  Əliyev  və Şərq”  (Müəllif-tərtibçilər:
Qaley  Allahverdiyev,  Vəhdət  Sultanzadə)  kitabında  Azərbay-
can – Türkiyə arasındakı mədəni əlaqələrə dair rəsmi məlumat-


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə