Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə5/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   2   3   4   5   6   7   8   9   ...   96

__________Milli Kitabxana__________
14
lar toplanmışdır. Xüsusilə də, III kitab sırf mövzumuzla bağlı-
dır (55; 56).
Samirə  Məmmədovanın  tərtib  etdiyi  “Azərbaycanda  Ata-
türk və Türkiyə Cümhuriyyəti araşdırmaları (1941 – 2003)” ad-
lı  biblioqrafiyada  azərbaycanlı  alimlərin  və  müəlliflərin  Azər-
baycanda  və  xarici  ölkələrdə  Türkiyə  Cümhuriyyətinə  və  Ata-
türkə  aid  qeyri-dövri  mətbuatda  çap  olunmuş əsərləri  barədə
məlumatlar toplanmışdır (11).
Jalə  Qurbanova  və  Musa  Piriyevin  tərtib  etdikləri  “Azər-
baycan – Türkiyə  münasibətləri  (1920 – 1922)",  Sənədlər  və
materiallar” kitabında mövzu ilə bağlı bir sıra tarixi məlumatlar
verilmişdir (19).
Nizami Cəfərov “Türk Dünyasının birliyi strategiyası: Hey-
dər  Əliyevdən İlham Əliyevə”  və  “Azərbaycan  atatürkçülüyü,
yaxud  Heydər  Əliyev  Atatürk  haqqında”  başlıqlı  elmi  yazı-
larında  mədəni  əlaqələrimizin  perspektivlərinə  dair  bir  sıra
məsələlərə toxunur (39; 40).
Ruintən Sevincin “Azərbaycan türk dövlətləri ilə siyasi əla-
qələr  sistemində  (XX  əsrin  90-cı  illəri)”  adlı  kitabında Azər-
baycanın  türk  dövlətlərinin  çoxtərəfli  siyasi  əlaqələri  siste-
mindəki  yerinə  nəzər  salınır,  beynəlxalq  və  məhəlli  təşkilatlar
çərçivəsində  əməkdaşlıqdan  və  Türk  dövlət  başçılarının  zirvə
toplantılarının ölkələrarası siyasi əlaqələrin inkişafındakı rolun-
dan  geniş  bəhs  edilir.  Monoqrafiyada  Azərbaycanın  türk  döv-
lətləri  ilə  siyasi  əlaqələri  tarixşünaslıqda  və  siyasətşünaslıqda
ilk  dəfə  olaraq  kompleks şəkildə  elmi-tədqiqat  obyekti  kimi
araşdırılır,  müxtəlif  faktların  toplanılması,  sistemləşdirilməsi
və təhlili əsasında müstəqilliyin ilk on ili ərzində bu əlaqələrin
tarixi  yazılır.  Faktik  materialların  öyrənilməsi və  təhlili  əsa-
sında mövcud əlaqələrin formaları, məqsəd və vəzifələri göstə-
rilir, real vəziyyəti – mövcud problem və çətinlikləri müəyyən-
ləşdirilir,  ümumiləşmələr  aparılır,  gələcəkdə  bütün  potensial
imkanlardan  istifadə  edilməklə  münasibətlərin  daha  da inkişaf
etdirilməsi məqsədilə praktik tövsiyələr verilir (103).


__________Milli Kitabxana__________
15
Azərbaycan – Türkiyə  mədəni  əlaqələrinə  dair  bəzi  məsə-
lələri  sırf  kulturoloji  aspektlərdən  tədqiq  edən  Mübariz  Süley-
manlının araşdırmalarında – “Azerbaycan-Türkiye kültür ilişki-
lerinde M.Emin  Resulzadenin  rolu”,  “Kültür  biliminin  tedrisi
meselesi”, “İran türklərinin türk dünyası ilə mədəniyyət körpü-
sü: Əli  Qafqazyalının  “İran  türk ədəbiyatı  antolojisi” əsəri”,
“Kulturoloji  irsimizin  qaynaqlarına  doğru”,  “Çağdaş  Türk  dü-
şüncə  tarixindən:  Cəmil  Meriç  yaradıcılığı  Azərbaycanda”,
“Osmanlı  və İran  türklüğü  (Mehmet  Emin  Resulzadede  İran
türkleri)”,  Azərbaycan  mədəniyyət  tarixinin  qaranliq  səhifə-
lərinə  yeni  baxiş  (Ə.  Vəliyevin  “Azərbaycan  siyasi  düşüncə
tarixi  və  Mirzə  Bala  Məmmədzadə”  əsəri)  adlı  məqalələrində
(107; 108; 109; 110; 148; 149; 150) mövzu ilə bağlı problema-
tik təhlillər üstünlük təşkil edir.
Natiq  Məmmədlinin  “Mərkəzi  Asiyanın  türk  dövlətləri  və
Türkiyə” adlı kitabında mövzumuza dair problemlərə də toxu-
nulmuşdur.
C.X.Cahangirlinin “Müasir  dövrdə  Azərbaycan  Türkiyə
münasibətləri”  adlı  monoqrafiyası  müasir  dövrdə  Azərbaycan
və  Türkiyə  arasındakı  münasibətlərin  tədqiqinə  həsr  olun-
muşdur. Əsərdə ölkələrarası əlaqələrə, əsasən geosiyasi, iqtisa-
di,  hərbi,  ideoloji  aspektlərdən yanaşılsa  da,  həmçinin  mədə-
niyyət məsələlərinə dair təhlillərə də yer verilmişdir (35).
“Müdrik Atatürk” kitabında S.A.Nəzərli böyük öndərin
mübarizələrlə  dolu  mürəkkəb  həyatında  müşahidə  olunan  ger-
çək  və  ibrətamiz  əhvalatları,  hadisələri,  söhbətləri, hərəkətləri,
cavabları və s. bədii hekayətlər şəklində qələmə almışdır (97).
Eldar İsmayılın “Türkün xilaskarı” adlı kitabında Atatürkün
həyat yolundan bəhs edilir, onun qətiyyətli mübarizəsindən, diz
üstə çökdürülmüş Türkiyəni ayağa qaldıraraq dünyanın inkişaf
etmiş dövlətləri sırasına yüksəltməsindən söhbət açılır (71).
Habelə Ə. Həsənov (61; 62), H.İsmayılov (73; 74), Ə.Mux-
tarova  (95),  R.Ulusel  (122), İ.Vəliyev,  K.Muxtarov  (124),
İ.Hüseynov (66; 67) və digər tədqiqatçıların əsərlərində tədqiq


__________Milli Kitabxana__________
16
olunan mövzuya  dair  maraqlı  məlumatlara  rast  gəlmək
mümkündür.
Azərbaycan – Türkiyə əlaqələrinin müxtəlif aspektləri Tür-
kiyədə də ciddi təhlil və tədqiq obyektinə çevrilmişdir. Belə ki,
İbrahim  Bozyelin  hələ  Azərbaycanın  müstəqillik  qazanmasın-
dan öncə yazdığı “Azerbaycan diyarından seyahat notları” adlı
kitabında  müəllif Azərbaycana  səyahəti haqqında  təəssürat-
larını yazır, ölkəmizin müxtəlif bölgələrinin mədəniyyət abidə-
ləri, tarixi yerləri və görkəmli elm, mədəniyyət və sənət adam-
ları haqqında fikirlərini bölüşür (135).
Ali Kafkasyalı “Kafkaslardan  gələn  əzan  səsləri”  kitabına
yazdığı ön sözdə əsərin məqsədini açıqlayaraq bildirir ki, “Ata-
larımızın əzan  səsləri,  ilahi  nəğmələri,  mehtər  musiqisi,  elmi,
imanı, ağlı ilə qoruduğu türk yurdlarında inancımızın, türk əx-
laqının,  türk törəsinin  təməllrini  oluşduran dini,  milli,  sənət
əsərləri  ən kiçik nöqtəsi  ihmal – başı soyuqluq  etmədən  gənc-
lərimizə  çatdırılmalıdır”.  Kitabda  gedən  yazılar “Kafkaslardan
gelen  ezan  sesleri”  başlığı  altında “Tərcüman”  qəzetində (03-
12 aprel 1991-ci il tarixlərində) çap edilmişdir (140).
Mehmet  Saray  “Azerbaycan  türkleri  tarihi”  kitabında  elm
və təhsil sahəsindəki məsələlərə toxunmuş və dövlətlər arasın-
da imzalanmış bir sıra müqavilə, protokol və razılaşma sənəd-
lərini təqdim etmişdir (146).
Həmçinin  Bilal Şimşirin (133), Ali  Arslanın  (128),  Betül
Aslanın (131; 132), Ocak Kemalın (142) və digər alimlərin təd-
qiqatlarında  mövzumuzla  bağlı  bir  sıra  problemlər  öz  əksini
tapmışdır.
Göründüyü  kimi mədəniyyət  sahəsində  ölkələrimiz arasın-
da  fəal  iş  gedir,  bir  çox  alimlərimiz  bi  sahədə  araşdırmalar
aparmış və aparmaqdadırlar. Bu araşdırmaların bir qismi mədə-
niyyət siyasəti ilə əlaqədardır. Bu sahədə Azərbaycan və Türki-
yənin ali təhsil ocaqlarında, universitetlərində görülməkdə olan
diplom çalışmalarının sayı sürətlə artmaqdadır. Lakin Azərbay-
can – Türkiyə əlaqələri haqqında yazılan tədqiqatların çoxluğu-


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə