Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə11/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   7   8   9   10   11   12   13   14   ...   96

__________Milli Kitabxana__________
33
adı  verilməsi  münasibətilə  keçirilən  mərasimdə də iştirak  et-
miş,  Bilkent  Universitetinin  idarə  heyətinin  sədri,  prof.  İhsan
Doğramacının qonağı olmuşdur. Heydər Əliyev Türkiyə Böyük
Milllət  Məslisində  olmuş  və  millət  vəkilləri  qarşısında  geniş
nitqlə çıxış etmişdir. O, çıxışında belə bir məqama toxunmuşdir
ki, “Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbayca-
nı  daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlı-
nın qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır düvrdə türk
xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır” (17,
s. 61).
Rəsmi  səfər  zamanı  Azərbaycan  ilə  Türkiyə  arasında  iqti-
sadiyyat, səhiyyə, maliyyə, təhsil, mədəniyyət və digər sahələr-
də  qarşılıqlı əməkdaşlıq  haqqında  16  müqavilə  imzalanmışdır.
Heydər  Əliyev  Ankarada  yaşayan  azərbaycanlıların  böyük  bir
qrupunu qəbul etmişdir. Fevralın 10-da Azərbaycan Prezidenti
Heydər  Əliyev İstanbul  ali  məktəblərində  təhsil  alan  azərbay-
canlı  gəncləri  qəbul  etmiş, İstanbulda  yaşayan  azərbaycan-
lıların  bir  qrupu  ilə  görüşmüşdür.  O,  görüş  zamanı  söylədiyi
nitqində  demişdir:
“Türkiyə  Cümhuriyyətinin  və  onun
rəhbərlərinin son illərdə Azərbaycana göstərdikləri kömək çox
böyükdür və biz bunu yüksək qiymətləndiririk” (17, s. 61-62).
1994-cü  ilin 18  oktyabrında Azərbaycan  Respublikasının
Prezidenti  Heydər  Əliyev  türk  dövlətləri  başçılarının  ikinci
zirvə toplantısında iştirak etmək üçün İstanbula yola düşmüş və
türk  dövlətləri  başçılarının  ikinci  zirvə  toplantısının  təntənəli
açılış mərasimində çıxış etmişdir (17, s. 66). 1994-cü ilin 1 no-
yabrında  isə  o, dahi  Azərbaycan şairi  Məhəmməd Füzulinin
anadan  olmasının  500  illik  yubileyi  münasibətilə  Türkiyədə
keçirilən yubiley tədbirlərində iştirak etmək üçün Ankaraya yo-
la düşmüşdür. Ankara yaxınlığındakı Bilkənt Universitet şəhər-
ciyində  dahi  Azərbaycan  şairi  Məhəmməd  Füzulinin  anadan
olmasının  500  illiyinə  həsr  olunmuş  yubiley  şənliklərinin
təntənəli  açılışında  çıxış  etmişdir: “Azərbaycan  Respublikası,
Azərbaycan  xalqı  Türkiyə  xalqı  ilə,  Türkiyə  Cümhuriyyəti  ilə


__________Milli Kitabxana__________
34
dostluq  və  qardaşlıq əlaqələrini,  Türkiyə  Cümhuriyyətinin
Azərbaycana  göstərdiyi  yardımı  və  köməyi  yüksək  qiymətlən-
dirir  və  həyatının  bu  ağır  dövründə,  torpaqlarına  erməni  təca-
vüzü  davam  etdiyi  bir  zamanda  Türkiyəni,  türk  xalqını,  Tür-
kiyə Cümhuriyyətini özünə böyük dayaq sayır” (17, s. 67-68).
Elə  həmin  gün  Heydər  Əliyev Ankarada  yaşayan  azərbaycan-
lılarla görüşmüş, TBMM-də dahi Azərbaycan şairi Məhəmməd
Füzulinin anma mərasimində çıxış etmişdir.
1995-ci  il 25  aprel tarixində  Azərbaycan  Respublikasının
Prezidenti  Heydər  Əliyev Azərbaycan  Dövlət  Opera  və  Balet
Teatrında  prof.  İhsan  Doğramacının  80  illiyinə  həsr  olunmuş
yubiley  gecəsində  iştirak  və  çıxış  etmişdir. Türkiyəyə  1997-ci
il  səfərində  isə İstanbulda  öz  iqammətgahında  “Çırağan”  ote-
lində Türkiyənin “TRT”, “TGRT”, “Samanyolu”, “NTV” tele-
viziyalarının  rəhbərləri  ilə  görüşmüş  və  çıxış  etmişdir.
Prezident  Heydər  Əliyev İstanbulda  İslam  Konfransı  Təşkila-
tının tarix, kültür, sənət mərkəzində olmuşdur. 13 fevral 1998-
ci  ildə  Azərbaycan  Prezidenti  Heydər  Əliyevə  Terkiyənin
“Nərgiz-TV”  televiziyasının  1997-ci  il  üçün  “Dünyada  ilin
adamı” mükafatı təqdim edilmişdir. O, 1999-cu ilin 6 aprelində
Türkiyənin  “TRT-1”  televiziya  kanalında  bütün  dünyaya  ya-
yımlanmış “Dünya düşüncələri Atatürkün gözü ilə” verilişində
prof. Dr. Özer Özankayaya müsahibə vermişdir. Həmin ilin 24
mayında  Heydər  Əliyev  ulu  öndər  Mustafa  Kamal  Atatürkün
Ankarada  “Çankaya”  köşkündəki  ev-muzeyində  olmuşdur.
Heydər Əliyev 2001-ci il martın 12-də Ankara şəhərində Azər-
baycan Respublikası Mədəniyyət Nazirliyi ilə Türkiyə Cümhu-
riyyətinin  Mədəniyyət  Nazirliyi  arasında əməkdaşlıq  protoko-
lunın təsdiqi haqqında sərəncam vermişdir (17, s. 103-173).
Azərbaycan – Türkiyə mədəni əlaqələrinin ana xəttini təşkil
edən,  bu əlaqələrin  perspektivlərini  müəyyənləşdirən  bu  tarixi
xronolojo  təqdimat,  müstəqilliyimizin  bərpasından  sonra  iki
ölkə  arasında  elmi-mədəni  əməkdaşlığın  bütün  sahələrinə  işıq
salmaqdadır.  Belə  bir  etibarlı  və  möhtəşəm  təməl  üzərində


__________Milli Kitabxana__________
35
qurulmuş əlaqələri isə ümummilli liderimizin layiqli davamçısı
İlham Əliyev inamlı surətdə davam etdirməkdədir. Hələ Azər-
baycan Respublikasının baş naziri olarkən, İlham Əliyev Türki-
yə  Respublikasının  baş  naziri  Rəcəb  Tayyib  Ərdoğanın  dəvəti
ilə – 2003-cü  il sentyabrın  8-də  qardaş  ölkədə işgüzar  səfərdə
olmuşdur. Səfərdə Azərbaycanın Baş Naziri İlham Əliyevin bə-
yanat  vermiş  və  çıxış  etmişdir  (13,  s.57-61). 2005-ci  il  avqus-
tun  30-da  isə Azərbaycan  Respublikasının  Prezidenti  İlham
Əliyev Prezident sarayında Türkiyənin SKAY TV telekanalının
“Strateji  rapor”  proqramının  aparıcısı  Gülay  Dəyərliyə  müsa-
hibə vermişdir (28, s.51-58). Azərbaycan Respublikasının Pre-
zidenti İlham Əliyev 2005-ci il iyunun 28-də Prezident sarayın-
da  SNN-Türk telekanalının xəbər müdiri Gürkan Zənginə  mü-
sahibə  vermişdir.  Müsahibə  SNN-Türk  telekanalı  ilə  birbaşa
yayımlanmışdır (24, s. 5-17).
Təbii  ki,  əlaqələrimizin  inkişafına  olan  belə  bir  yüksək
münasibət  qarşılıqlı  olaraq  Türkiyə  rəsmiləri  tərəfindən  də  ən
yüksək səviyyələrdə cavablandırılmışdır. Məsələn, 2005-ci ilin
iyun-iyul  aylarına  təsadüf  edən  səfəri  zamanı  Türkiyənin  Baş
Naziri  Rəcəb  Tayyib  Ərdoğan  müxtəlif  elm  və  mədəniyyət
qurumlarındakı görüşlərdə bildirmişdir ki, möhkəm təməl üzə-
rində  qurulmuş  Azərbaycan – Türkiyə  münasibətləri  bundan
sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir. O, Azərbaycana
rəsmi  səfəri  çərçivəsində iyunun  30-da Azərbaycan  Respub-
likasının  Milli  Məclisində  deputatlarla  görüş  keçirmişdir.  Tür-
kiyənin  Baş  Naziri  Rəcəb  Tayyib  Ərdoğan Milli  Məclisdə
etdiyi  çıxışında  bəyan etmişdir  ki, Azərbaycan  bizim  üçün
müstəsna  bir  ölkədir.  Münasibətlərimiz  yalnız  dövlətlərimiz
arasındakı qüdrətli həmrəyliyə deyil, eyni zamanda xalqlarımı-
zın paylaşdığı köklü tarix və könül birliyinə əsaslanır. Türk və
Azərbaycan  xalqları  eyni  dildə  danışırlar,  ortaq  bir  tarixi  pay-
laşırlar.  Türkiyə  və  Azərbaycanın  məqsədi  ortaq  bir  coğrafi-
yada  sülh,  sabitlik  və firavanlığın  təmin edilməsidir.  Belə  bir
sağlam  təməl  üzərində  qurulan,  “Bir  millət,  iki  dövlət”  prinsi-


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə