Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə12/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   8   9   10   11   12   13   14   15   ...   96

__________Milli Kitabxana__________
36
pinə əsaslanan münasibətlərimiz siyasi və iqtisadi sahələrdə əl-
də edilən inkişaf sayəsində hazırkı mükəmməl səviyyəsinə çat-
mışdır. Ortaq keçmişimizdən doğan sıx tellər müasir mədəniy-
yət  hədəfinə  istiqamətlənmiş  gələcək  ideallarımızla  daha  da
güclənəcəkdir. Türkiyə 1991-ci il noyabrın 9-da Azərbaycanın
müstəqilliyini tanıyan ilk dövlət olmuşdur. 1991-ci ildən etiba-
rən  inzalanan  100-dən  çox  sənəd  ikitərəfli  münasibətlərimizin
əsas çərçivəsini təşkil etmişdir (93, s.18-24).
Hələ 1994-cü il fevral ayının 8-11-də Azərbaycan Respub-
likasının Prezidenti cənab Heydər Əliyev Türkiyə Respublika-
sına dövlət başçısı kimi ilk dəfə rəsmi səfərini edərkən iki ölkə
arasında  16  sənəd  imzalanmışdı. “Əsrlərlə  formalaşan  birlik,
əsası hələ 70-ci illərdə qoyulan Türkiyə – Azərbaycan dostluğu
bu  ziyarətdən  başlayaraq  yeni  bir  forma  kəsb  etdi  və  rasional
bazaya əsaslanan  bir  təməl  əsasında  inkişaf  etməyə  başladı”
(55, s.123). İlk  rəsmi  ziyarətin  bu  gözəl  akkordlarını  bir  növ
simfoniya halına gətirərək, Azərbaycan Prezidenti 2001-ci ildə
Bakıda  Atatürk  Araşdırmalar  Mərkəzi  yaradılması  barədə
fərman vermiş, bununla da Türkiyə – Azərbaycan dostluğunun
əbədiləşdirilməsi  yolunda  daha  bir  qətiyyətli  addım  atmışdır.
Lakin  bununla  da  kifayətlənməyərək o, bildirirdi  ki, indiyə
qədər  yaranmış əlaqələr  yüksək  qiymətləndirilməklə  yanaşı,
gələcək  işlər  haqqında  da  düşünülməli,  bunun  üçün  möhkəm
bünövrə  yaratmaq  məqsədi  ilə  yeni  müqavilələr,  sənədlər,
anlaşmalar  imzalanmalı,  beləliklə  də  ikitərəfli  əlaqələrimizin
yeni  səhifələri  açılmalı,  yeni  mərhələsi  başlanmalıdır.  8  fevral
1994-cü  ildə  Ankarada  “Çankaya”  köşkündə  Azərbaycan  Pre-
zidentinin şərəfinə verilən ziyafətdə söylənilən bu fikirlər son-
ralar əlaqələrimizin  inkişaf  etdirilməsi  üçün  hədəf seçilən  bir
mayaka çevrilmiş, irəliyə doğru hərəkətə istiqamət vermişdir.
Səfər  zamanı  TBMM-də  çıxış  edən  Azərbaycan  Prezidenti
Türkiyənin  keçdiyi  70  illik  yola  böyük  ehtiram  və  hörmətlə
nəzər  salmış,  Azərbaycan – Türkiyə  mədəni  əlaqələri  tarixinə
nəzər  salaraq  demişdir:  “Türkiyə  ilə  Azərbaycan    arasında


__________Milli Kitabxana__________
37
əlaqələrin  böyük  tarixi  var.  Biz kökü  bir  olan  xalqıq.  Bizim
tariximiz  bir,  dilimiz  bir,  dinimiz  birdir. Əsrlər  boyu  xalqları-
mız  bir-birinə  oxşayan,  yaxud  azca  fərqlənən  adət  və  ənənə-
lərini, mədəniyyət və elmini qoruyub saxlamış və inkişaf etdir-
mişdir. Əsrlər boyu xalqlarımız bir olmuş, çiyin-çiyinə vermiş-
lər.  Azərbaycan ilə Türkiyə arasında əlaqələri dostluq, qardaş-
lıq əlaqələri adlandırmışlar. Bu əlaqələr bir xalqdan, bir kökdən
gələn xalqların əlaqələridir. Bu, keçmişdə də belə olmuşdur və
əlaqə  saxlamağa  imkanımız  olmadığı  vaxtlarda  da  qəlbimizdə
məhz belə olmuşdur, indi də belə olaraq qalır. Ona görə də tari-
ximiz, milli köklərimiz, adət və ənənələrimizin hamısı bizi bir-
birimizə  sıx  bağlayıbdır. Əsrlər boyu  tarixin  bütün  mərhələ-
lərində  bizi  bir-birimizdən  çox  ayırmağa  çalışsalar  da,  buna
müvəffəq olmamışlar. Odur ki, bundan sonra da heç bir qüvvə
bizi bir-birimizdən ayıra bilməyəcəkdir” (55, s. 126-127).
Azərbaycan  Prezidenti  Heydər  Əliyev  2001-ci  il  12-17
mart  tarixlərində  üçüncü  dəfə  Türkiyədə  rəsmi  səfərdə  olmuş-
dur. Səfər zamanı Azərbaycan – Türkiyə  mədəni  əlaqələrinin
müxtəlif  aspektlərinə  toxunan  Heydər  Əliyev  çoxsaylı  tarixi
faktlar ortaya qoyurdu. Həqiqətən də böyük öndərin çıxışlarını
təhlil  etsək  və  əgər  ölkələrimiz  arasındakı mədəni əlaqələrin
inkişaf  dinamikasına ardıcıl  şəkildə  nəzər  salsaq,  onun  dedik-
lərinin tam bir həqiqət olduğu aydın görünər.
Türkiyə  Respublikasının  Prezidenti  cənab  S.Dəmirəlin  də-
vəti  ilə  Azərbaycan  Respublikasının  Prezidenti  cənab  Heydər
Əliyev 5-8 may 1997-ci il tarixlərində Türkiyə Respublikasına
ikinci dəfə rəsmi səfər etmişdir. Səfər iki ölkə arasındakı müna-
sibətləri daha  yüksək səviyyəyə qaldırmış və müxtəlif sahələri
əhatə edən 9 sənəd imzalanmışdır. Bunlardan xüsusi əhəmiyyət
kəsb edən və iki qardaş ölkənin gələcək əlaqələrinə təsir göstə-
rən “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasın-
da  strateji əməkdaşlığın  dərinləşməsi  haqqında  bəyannamə”
oldu.


__________Milli Kitabxana__________
38
Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyev  12-
17  mart  2001-ci  ildə  Türkiyədə  rəsmi  səfərdə  olmuşdur.  Səfər
zamanı  o, Türkiyənin  Prezidenti  Ə.Sezər,  Baş  Nazir  B.Ecevit,
TBMM-nin  sədri  Ö.İzgi ilə  görüşüb  danışıqlar  aparmış, parla-
mentdə çıxış etmişdir. Səfər zamanı 9 sənəd imzalanmışdır.
26-27  aprel  2001-ci  il  tarixlərində İstanbulda  Türkdilli
Dövlət  Başçılarının  VII  Zirvə toplantısı  keçirilmişdir.  Zirvə
iştirakçıları  aprel  ayının  27-də  birgə  bəyanat  imzalamışlar.
Zirvə toplantısı zamanı  Prezident H.Əliyev  Türkiyə Prezidenti
Ə.Sezər, Baş Nazirin müavini D.Bahçeli və Xarici İşlər Naziri
İ.Cem ilə gğrüşmüş və danışıqlar aparmışdır (55, s.258-264).
Müasir  mərhələdə  əsasi  Heydər  Əliyev  tərəfindən  qoyulan
Azərbaycan – Türkiyə  mədəni  əlaqələri  son  dövrdə  daha  yük-
sək  templə  inkişaf  etməkdədir, bunu  son  vaxtlarda  dövlət  və
hökumət  rəhbərləri  səviyyəsində,  cəmiyyətlər  və  diasporalar
əməkdaşlığında qeyd edilən tədbirlər də təsdiqləməkdədir. Küt-
ləvi  informasiya  vasitələrində  də  geniş  işıqlandırıldığı  kimi,
2007-ci  il martın  9-da Heydər Əliyev  adına  Sarayda  Dünya
Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I forumu-
nun  açılışı  oldu. Forumda 48  ölkədən  ümumilikdə  513  nəfər
iştirak edirdi. Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin
Baş naziri Rəcəb Tayyib Ərdoğan forumda nitq söylədilər.
Forumdakı nitqində prezident İlham Əliyev bəyan edirdi ki,
heç bir qüvvə Azərbaycan – Türkiyə əlaqələrini sarsıda bilməz.
“İndi  nümayiş  etdirilən  bu  kiçik  filmdə  bir  daha  gördük  ki,
Azərbaycan – Türkiyə birliyi nə qədər güclüdür, xalqlarımızın
həyatında onun nə qədər böyük əhəmiyyəti var. Biz əsrlər boyu
bir yerdə olmuşuq. Amma müxtəlif tarixi hadisələr bizim xalq-
larımızı  bir-birindən  ayrı  salmışdır.  Yalnız  Azərbaycanın  döv-
lət müstəqilliyinin bərpasından sonra bizim birliyimiz də bərpa
olundu  və  bu  gün  Türkiyə  və  Azərbaycan – iki  qardaş  ölkə
bərabər addımlayır. Biz bütün tədbirlərdə bərabər iştirak edirik,
aramızda ən  yüksək  fikir  birliyi  var. Bəlkə də,  dünyada  ikinci
belə  ölkələr  yoxdur  ki,  bir-birinə  bu  qədər  bağlı  olsun.  Həm


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə