Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə13/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   9   10   11   12   13   14   15   16   ...   96

__________Milli Kitabxana__________
39
xalqların etnik mənsubiyyəti baxımından, həm də siyasi baxış-
lar,  həm  də  ortaq  maraqlar  baxımından.  Biz  elə  etməliyik  ki,
birliyimiz  daha  da  güclənsin,  hərtərəfli  olsun.  Təbii  ki,  bu
işlərdə  xaricdə  yaşayan  soydaşlarımızın  da  fəaliyyəti  çox  əhə-
miyyətlidir” (48).
Azərbaycan  Prezidenti  elmi-tarixi  və  mədəni  əlaqələr  tari-
xinə  də  yer  ayıraraq  qeyd  edirdi  ki, Türkiyəni  Azərbaycanla
birləşdirən tarixi əlaqələr çox güclüdür. Həm siyasi, həm də iq-
tisadi, mədəni, hərbi – bütün sahələrdə bizim aramızda ən yük-
sək  iş  birliyi,  anlaşma  var. Belə forumların  keçirilməsi  bizim
birliyimizi daha da gücləndirir. Bütün türk dünyasının birliyini
gücləndirir. Biz böyük qüvvəyik. Gərək elə edək ki, maraqları-
mız  tam  şəkildə  təmin  olunsun,  bizi  narahat  edən  problemlər
aradan qaldırılsın, ədalət zəfər çalsın və xalqlarımız rahat yaşa-
sınlar. Biz buna layiqik və birgə səylərlə, birgə işlərlə buna nail
olacağıq.  Bu  gün  Azərbaycana  bütün  türk  dünyasının  nüma-
yəndələrinin  və  qonaqlarının  gəlməsi  bu  gözəl  birliyin  əyani
sübutudur. Öz maraqlarımızı təmin etmək üçün biz güclü olma-
lıyıq (48).
Dünya  Azərbaycan  və  türk  diaspor  təşkilatları  rəhbərliyi-
nin  I  forumunda  nitq  söyləyən  Rəcəb  Tayyib  Ərdoğan  da  hər
kəsin  nəzərinə  çatdırırdı  ki,  “Türkiyə  və  Azərbaycan  tarixləri-
nin ən çətin dövrlərində bir-birinə dəstək olmağın ən gözəl nü-
munələrini göstərmişlər. 1918-ci ildə Nuri Paşanın komandan-
lığı ilə Türk Qafqaz islam ordusunun uzun mübarizələr nəticə-
sində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöq-
təsi idi. Eynilə, Anadoluda Qazi Mustafa Kamal Atatürkün ön-
dərliyi ilə aparılan milli mücadilə həm də azərbaycanlı qardaş-
larımızdan  gələn  maddi və  mənəvi  yardımlar  nəticəsində  mü-
vəffəqiyyət  qazanmışdır.  Bunu  xüsusi  vurğulayıram. Həm də
qarşılıqlı olaraq, bu yardım və dəstək, sadəcə, qardaşın qardaşa
borc  verməsi  kimi  yox,  yalnız  yardım  etmək  düşüncəsi  ilə
göstərilmişdir” (52).


__________Milli Kitabxana__________
40
Azərbaycan-Türkiyə  birliyinin  möhkəmlənməsinin bütün
türk  dünyası  və ümumən  dünyada  gedən  proseslər  üçün  çox
əhəmiyyətli olduğunu Dünya Azərbaycan və türk diaspor təşki-
latları  rəhbərliyinin  I  forumu  əyani  surətdə  göstərdi.  Belə  ki,
Dünya  Azərbaycan  və  türk  diaspor  təşkilatları  rəhbərliyinin  I
forumunda dünyanın 48 ölkəsindən ümumilikdə 513 nəfər işti-
rak  edirdi  ki,  onlardan  173  nəfəri  Azərbaycan,  150-dən  çoxu
türk  diaspor  təşkilatlarının  rəhbərləri  idi.  Foruma  xarici  ölkə-
lərdən 170-dək qonaq dəvət olunmuşdu.
Qeyd  edək  ki, Azərbaycan – Türkiyə  mədəni  əlaqələrinin
əhəmiyyətini  yalnız  bu  iki  ölkə  xalqlarının  nümayəndələri  de-
yil, həmçinin ümumilikdə bütün dünya türklərinin nümayəndə-
ləri də təsdiqləyirdilər. Qazaxıstanın YUNESKO yanında səfi-
ri,  yazıçı  Oljas  Süleymanov  forumdakı çıxışında  bildirirdi  ki,
Dünyada  40-dan  artıq  türkdilli  xalq  var. Bu gün  biz  burada
filmə  baxdıq,  coğrafiyanı  gördük.  Tarix  bizi  Monqolustandan
Aralıq dənizinədək  əraziyə  yaymışdır. Epoxaların  məkanları
xalqlarımızı  bir-birindən  ayırmışdır.  Buna  baxmayaraq,  biz
başlıca  amalları  eyni  ağrı  ilə  qavrayır  və  ümumi  sevincimizlə
fəxr  edirik.  Ona  görə  də  bütün  türkdilli  xalqlar  sanki  böyük
türk  superetnosunun,  böyük  türk  dünyasının  diasporlarıdır”
(14).
Bu ərəfədə Azərbaycan-Türkiyə  birliyinin  möhkəmlənmə-
sinin bütün türk dünyası və ümumən dünyada  gedən proseslər
üçün əhəmiyyətinə  nümunə  olacaq  digər  bir  tarixi  hadisə  ya-
şandı – Bakıda Türkiyə  səfirliyinin yeni binasının açılışı oldu.
Martın  9-da Bakının Nəsimi  rayonunda  Türkiyə  Respubli-
kasının  ölkəmizdəki  səfirliyinin  yeni  binasının  təntənəli  açılışı
oldu.  Mərasimə  toplaşanlar  Azərbaycan  Prezidenti  İlham Əli-
yevi,  Türkiyənin  Baş  naziri  Rəcəb  Tayyib  Ərdoğanı,  Şimali
Kiprin lideri Mehmet Əli Tələti və onların xanımlarını hərarətli
alqışlarla qarşıladılar (14).
Tarixi mənbələr təsdiqləyir ki, Türkiyə ilə Azərbaycan ara-
sında diplomatik əlaqələr ilk dəfə Xalq Cümhuriyyəti dövründə


__________Milli Kitabxana__________
41
qurulmuş  və  səfirliklər  fəaliyyət  göstərmişdir.  Azərbaycan
1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra onu tanıyan ilk
dövlət  Türkiyə  olmuş,  Bakının  mərkəzində,  Xaqani  küçəsində
qardaş  ölkənin  səfirliyi  fəaliyyətə  başlamışdır.  2005-ci  il  iyu-
nun  30-da  Prezident  İlham Əliyev  və  Baş  nazir  Rəcəb  Tayyib
Ərdoğan  tərəfindən  Türkiyə  səfirliyinin  yeni  binasının  təməli
qoyulmuşdir. Bakıda Türkiyə səfirliyinin  yeni binasının açılışı
mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin, Baş nazir
Rəcəb Tayyib Ərdoğan, Şimali Kiprin lideri Mehmet Əli Tələt
və  digər  rəsmi şəxslər  Azərbaycan – Türkiyə  mədəni  əlaqələ-
rini özündə əks etdirən nitq söyləmişlər.
Türkiyənin  Azərbaycandakı səfiri  Hüseyn  Avni  Qarslıoğlu
çıxışında bildirirdi ki, bu gün çox həyəcanlıyam. Bu gün Azər-
baycan – Türkiyə əlaqələrində yeni bir tarix yazılır. Dünya tari-
xində önəmli dönüm nöqtələri olur. Amma bunların şəxsən şa-
hidi  olmaq hər kəsə nəsib olmur. Azərbaycanın tarixindəki  ilk
müstəqillik  günlərinin şahidi  ola  bilmədik.  Ancaq  Allaha şü-
kürlər olsun ki, müstəqilliyini, istiqlalını yenidən qazanmasının
hamımız şahidi olduq. İnşallah, bu, əbədi davam edəcəkdir.
Hüseyn  Avni  Qarslıoğlu  tədbir  iştirakçılarına müraciətlə
məlumat  verdi  ki, Azərbaycanın  Türkiyədəki  səfiri İbrahim
Əbilov 1921-ci  ilin  oktyabrında  etimadnamə  məktubunu  Tür-
kiyə  Böyük  Millət  Məclisinin  sədri  Mustafa  Kamal  Paşaya
təqdim  edərkən  səmimi  çıxış  etmiş  və demişdir  ki,  “Rusiyada
baş  verən  inqilabdan  sonra  əsarətdən  qurtulan  və  muradlarına
nail olan azəri türkləri bir vücud kimi türk xalqının sevincini öz
sevinci və matəmini öz matəmi hesab edərək, sona qədər Tür-
kiyənin  və  bütün Şərq  aləminin  xilas  olması, müstəqil  olması
üçün əziz  övladlarını  qurban  verməkdən  vaz  keçməyəcəkdir.
Azərbaycan türkləri lazım gələrsə, canları ilə Türkiyənin qurtu-
luşuna dəstək verəcəklər”. Bu ifadələr, əslində, o dövrün Azər-
baycan  rəhbərliyinin  Türkiyəyə  baxışını  və  Azərbaycanda
mövcud  olan  ab-havnı  göstərirdi.  Bu,  əlaqələrin  inkişafında,
dərinləşməsində önəmli bir nümunədir.


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə