FəXRƏDDİn cəFƏrov



Yüklə 17,05 Mb.
Pdf görüntüsü
səhifə33/53
tarix22.07.2018
ölçüsü17,05 Mb.
#58108
1   ...   29   30   31   32   33   34   35   36   ...   53

Tağı  Məşədi  Mahmud  oğlu  İsma­
yılov  1887-ci  ildə  Şərur  rayonunun 
Çomaxtur  kəndində  anadan  olmuş­
dur.  Kəndin  qabaqcıl  müəllimlərin­
dən  təhsil  almış  atası  Mahmud  oğlu 
Tağını  qonşu  Yengicə  kəndində rus- 
tatar  (azərbaycanlı)  məktəbinə  gön­
dərir.
Burada Tağıya  dərs  deyən  şəxsiy­
yəti  bizə  məlum  olmayan  bu  azadfi- 
kirli  müəllim  yəqin  ki,  çar  məmur­
larının  təqibindən  uzaqlaşıb  Yengi- 
cədə daldalanmış  mütərəqqi  fikirli  maarifçilərdən  biri  idi.  Belə 
bir  müəllimin  yetirməsi  olan  Tağı  sonralar  "Qırmızı  tabor'hın 
sıralarında  vzvod  komandiri  kimi  şöhrət  qazandı.
Əsasən  naxçıvanlılardan  və  vedibasarlılardan  ibarət  olan 
"Qırmızı  tabor"un  başlıca  məqsədlərindən  biri  Şorııru 
daşnaklardan  azad  etmək  idi.
1920-ci  ilin  avqust-noyabr aylarında gedən  gərgin  vuruşma­
lardan  sonra Şərur daşnak  qoşunlarından  azad  edildi.
Dərələyəz  və  Zəngəzur  dağlarına  çəkilmiş  daşnak  dəstələri 
tez-tez  hücumları  ilə  Şərur  əhalisini  rahat  buraxmırdılar. 
Daşnaklar  1921-ci  ilin  mart  ayında Şərura  hücuma  başladılar. 
"Qırmızı  tabor"çular  40  kilometirlik  cəbhə  xəttində  düşməni 
geri oturtmuş və möhkəm əzmişdilər.  Daşnakların  qalıqları İs­
tisu  tərəfə  çəkildi.  Bu  döyüşlərdə  böyük  qəhrəmanlıq  nümu­
nələri  göstərmiş Tağı İsmayılov sonralar da  müxtəlif sahələrdə 
əsl  fədakarlıq  göstərmişdir.
Naxçıvan  M SSR  Mərkəzi  İcraiyyə  Komitəsi  nəzdnində 
qırmızı  partizan  işləri  üzrə  Mərkəzi  Komissiyasının  1  iyun 
1934-cü  il  tarixdə  (protokol  №  14-lə)  Tağı  Mahmud  oğlu 
İsmayılova  qırmızı  partizan  adı  verilmişdir. 1.
Tağı  Mahmud  oğlu  İsmayılov  1954-cü  ildə vəfat  etmişdir.
İsmayılov Tağı
I.  N a x .  M R D A .  f .5 7 4 .  s iy .2 .  iş .3 5 .  v ə r.4 -5
100


Kərimova  (İsmayılova)  Əfruz  İsmayıl  qızı
Əfruz ismayıl  qızı Kərimova  1897- 
ci  ildə  Şərur-Dərələyəz  qəzası  Şərur 
nahiyyəsinin  Kərimbəyli  kəndində 
anadan olub. O, sabiq Sürməli qəza­
sının  Kərimbəyli  kənd  əhli,  məşhur 
Məşədi  pəhləvanın  nəvəsidir.
Məşədi  pəhləvanın  bir  neçə  öv­
ladı  olub.  Onlardan  biri  də  Məşədi 
İsmayıldır. >
Məşədi  İsmayıl  1917-ci  ildə  vəfat 
etdi.
Bu  vaxt  20  yaşlı  Əfruz  Usub  Hü- 
seynəli  oğlu  adında  şəxslə  evlənir,  ondan  bir  oğlu  olur.  Lakin 
çox çəkmədən Usub Hüseynəli oğlu vəfat edir. Ailə başsız qalır.
1918-1920-ci  illərdə  ailə  daha  ağır  məhrumiyyətlərə  rast  gə­
lir.  Zaqafqaziya  seyminin  buraxılması  ilə  əlaqədar  olaraq  yer­
lərdə  hərc-mərclik  baş  verir.  Azərbaycan,  Ermənistan  və  Gür­
cüstan  arasında  tez-tez  toqquşmalar  olur.  Bu  zaman  Ermənis­
tan  daşnakları  eyni  zamanda  Şərur  torpaqlarına  basqın  edir. 
Daşnak  qoşunlarının  basqınları  zamanı  Şərurun  Sədərək, 
Kərimbəyli,  Sərraclı  və  Dəmirçi  kəndlərinə  daha  ağır  zərbələr 
dəyir.  Bu  həmsərhəd  kəndlər  general  Dolxanovun,  Dronun, 
Şolkovnikovun,  Qara  keşiş  oğlunun  və  başqa  qarətçilərin  qo­
şunlarının basqınlarından  əzab  çəkirdilər.
1920-ci ilin iyul ayında daşnak qoşunları güclü  bir qüvvə ilə 
darısqal sahədə  Sədərək-Vəli  dağ boğazından  hücuma keçərək 
Şərur  torpaqlarından  əhalini  çıxarıb  Arazın  o  tərəfinə,  irana 
qovur.  Mühacirlik  həyatı  Əfruz  İsmayıl  qızının  da  vəziyyətini 
ağırlaşdırır.  İrana  qaçanların  bir  qismi-Kərimbəyli,  Sərraclı, 
Axamət və  başqa kənd  mühacirləri,  o  cümlədən  Əfruz  İsmayıl 
qızının  ailəsi  Abbasqulu  bəy  Şadlinskinin  dəstəsinə qoşulur.
1920-ci  ilin  oktyabr  ayında  Abbasqulu  bəyin  dəstəsi  Nax­
çıvana  qayıdır.  Yaradılan  "Qırmızı  tabor"  Abbasqulu  bəyin 
komandanlığına  verilir.  Bu  dəstədə  Əfruz  İsmayıl  qızı,  Ab-
101


basqıılu  bəyin  arvadı  Nazlı  xanım  və  başqa  qadınlar  böyük 
fədakarlıq  göstərirlər.
"Qırmızı  tabor"un  qərargahı  və  yaralılar  Zeyvə-Düdəngə 
kəndində,  Hacı  Əhmədin  evlərində  yerləşdirilir.  Həmiıı 
dəstədən  olan  köhnə  partizan  Kərimbəyli  kənd  əhli  İsmayıl 
Mahmudov  Əfruzu  xatırlayaraq  qeyd  edir  ki,  1920-ci  ildə 
sərhəd  zonalarında keşik  çəkirdik.  Abbasqulu bəyin qərargahı 
yerləşmiş  Zeyvə-Düdəngə  kəndində  Əfruzu  hərbi  formada 
xidmət  edən  gördüm.  O,  yaralı  əsgərlərə  qulluq  etmək,  onlara 
xörək  bişirib,  paltar  yumaqdan  başqa,  kəşfiyyat  işlərinə  də 
gedirdi.  Əsgərlərə  ilk  tibbi yardım  göstərmək,  xörək  bişirmək, 
paltar  yumaq  işində  Hüseyn  bəyin  arvadı  Gülarə  xanım 
Vəkilova  Əfruzun  ən  yaxın  köməkçisi  idi.
Bir  döyüşdən  sonra  yaralılar  içərisində  Ələsgər  Kərimov 
adında  əsgər  hərbi  tibb  məntəqəsinə  gətirilir.  Burada  Əfruz 
şəfqət  bacısı  kimi  böyük  qayğı  ilə  Ələsgərə  qulluq  göstərir, 
onun  yaralarını  sağaldır,  nəhayət,  hər  iki  mərd  taborçu  ailə 
həyatı  qururlar.
Ələsgər  Kərimov  1891-ci  ildə  Şərur-Dərələyəz  qəzasının 
Hortun kəndində anadan  olub.
Kərimov  oktyabrın  sonlarında  Abbasqulu  bəyin  başçılıq 
etdiyi  "Qırmızı tabor"a təyin olunur.  Bu zaman Dərələyəz əmə­
liyyatında  böyük  şücaət  göstərir.  Daşnak  qiyamçıları  darma­
dağın  edilir.  Dərələyəz  əməliyyatı  başa  çatdırıldıqdan  sonra 
hərbi hissələr,  o cümlədən "Qırmızı tabor"  Zəngəzurda düşmə­
ni  susdurmaq  üçün  yeni  istiqamətdə  mübarizə  aparır.  1921-ci 
ilin  yayında  daşnakların  üsyanı  yatırılır.  Zəngəzurda  sakitlik 
bərpa  edilir.  Hərbi  hissələr,  o  cümlədən  "Qırmızı  tabor"  da 
buraxılır.  Əfruz isə  Ələsgərlə dinc təsərrüfat  həyatına  keçirlər.
Arxiv  sənədlərinə  əsasən  "Partizan  Əfruz"  adlı  ilk  məqalə 
1962-  ci  ildə  yazılmışdı.  Sonra  isə  Əfruz  haqqında  poema 
meydana gəlib.  Poema şair Müzəffər Nəsirli tərəfindən yazılıb, 
Naxçıvan  M SSR-in  şair  və  nasirlərinin  əsərlərindən  ibarət 
almanaxda  dərc olunub.
Vətənin mərd qızı, Əfruz İsmayıl qızı Kərimova  1944-cü  ildə 
47  yaşında,  Şərur  rayonunun  Keşdaz kəndində  vəfat etmişdir.
102


Yüklə 17,05 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə