51
BOĞAZDAN YUXARI NİTQ SÖYLƏYƏNLƏR
Siz, ey yerli-yersiz mədh deyənlər,
haqqı sındıranlar, şəri öyənlər.
Əyri sözləriylə düzü əyənlər,
boğazdan yuxarı nitq söyləyənlər.
Hər gün kürsülərdə, hər gün efirdə,
fərqi yox, Vətəndə, ya da səfərdə.
Çaşdırın kütləni növ-növ tədbirdə
boğazdan yuxarı nitq söyləyənlər.
Yalançı nitqlərdə pəhləvan olduq,
yalançı nitqlərlə qəhrəman olduq.
Yalan dinləməkdən bədgüman olduq
boğazdan yuxarı nitq söyləyənlər.
Yarınız hiyləgər, yarınız mütrif,
Sözünüz ya mədhdi, ya yersiz tərif.
Yaltaqlıq kimsəyə gətirməz şərəf
Böğazdan yuxarı nitq söyləyənlər.
Bir yol kişiləşin, bir yol durun da,
yetsin bəlkə sonu bu azarın da.
Daha söz qalmadı söz bazarında,
boğazdan yuxarı nitq söyləyənlər.
Tutmasın şan-şöhrət, qoy gözünüzü,
yetər aldatdınız öz-özünüzü.
Nə vaxt eşidərik düz sözünüzü,
boğazdan yuxarı nitq söyləyənlər?
Hərdən vicdanızla durun üz-üzə,
elin gözü ilə baxın göz-gözə!
Görərsiz, tüpürür xalq üzünüzə
boğazdan yuxarı nitq söyləyənlər.
Bəsdirin, yığdınız bizi boğaza,
bu yolla çox şeyi verdik güdaza.
İndi, ta üz tutun Aya, ulduza
boğazdan yuxarı nitq söyləyənlər.
Mart, 2004
52
MƏDHİYYƏÇİ YAZARLARA
Şərəfli ömür yaşayan.
Məhəmməd(s.a.v.s) peyğəmbər
Ey mədhiyyə,şərəfnamə yazan yazarlar,
doğrudanmı yazdığınız təbinizcədir?
Doğrudanmı sizə elə gəlir ki, ancaq
iqtidarın qəlbi geniş,ruhu incədir?
Bəs həyatın əsl üzü,acı reallıq,
gözünüzü deşmirmi bu aclıq,səfalət?
Vicdanızın səsinə bir səs verin,barı
məmləkətin harasında vardır ədalət?
Bir səf-nəzər eyləyin bu seçilmişləri,
Sərvətləri başdan aşan “xırda şahları”.
Azğınlıqdır, quldurluqdur yurdda işləri,
fəqət bircə şəxs yanında “yox günahları”.
Bu yaralı məmləkətdə gündə çal-çağır,
siz də ilham alırsınız sözdə hünərdən.
Bu minvalla Qarabağı geri alırıq,
yox heç yerdə belə xalqdan, belə rəhbərdən.
Sərhəd qoyun fikrinizə,düşüncənizə,
sındırmayın söz adlı o əlahəzrəti.
Haram olsun bu istedad,bu vergi sizə,
mədhiyyəyə çevirərkən ciddi söhbəti.
Lazımdırmı bu qəlibsiz,duzsuz təriflər,
bu qaçqınlıq, məhrumiyyət əzmirmi sizi?
Şöhrət üçün xalqa yalan satan mütrüflər
tarix silər yaddaşından hər birimizi.
Sözün də var öz meyarı,halal-haramı,
məclislərdə qızışanda ayılın hərdən.
Gözümüzdən salmayın hər toyu,bayramı,
bir utanın beşmərtəbə mədhiyyələrdən.
53
Biri deyir korifeydir,biri peyğəmbər,
biri xalqın vuran nəbzi,coşan qeyrəti.
Dil boğaza qoymayan ey mütilər,yetər,
sizə baxıb əcnəbilər soyur milləti.
Aman, Allah, tərifin də ölçüsü olar,
bu minvalla müqəddəslər çıxacaq yaddan.
Qalmayıb bu asilərdə nə iman,nə ar,
bu nütvəsi natəmizlər yaranır hardan?
Biz özümüz özümüzə qənim kəsilən
tərif sevən, mədh deyən dostlarıq,ey zat.
Bu səbəbdən əli yerdən,göydən üzülən
unudulmuş insanlartək yaşarıq, heyhat!
Fevral, 2002
NİKBİNLİK
Mən çox nikbin bir insanam, çox mətin insan,
hələ neçə ər doğacaq mərd Azərbaycan.
Mən aləmə haqq səsimi qaldıracağam,
sabahımın Xətaisi doğulan zaman.
Bəşər daim inkişafda, yeniləşmədə,
mən tarixə həm dərs deyib, həm dərs almışam.
Məni heç vaxt qorxutmayıb iğtişaş, hədə,
ulduzduğum anlarda da məğrur olmuşam.
Zaman gələr, ağlar gözüm kiriyər, gülər,
torpağımın hər qarışı səngərə dönər.
Nə qədər ki, içimizdə yurd yanğısı var,
Xətailər çadırda da doğula bilər.
30.12.2003
54
ARTAN BƏLAMIZA, AZALAN YAŞIMIZA
Milli tariximizin
yaddaşımıza yazılan
ən güclü insanı,
sağlamı,igidi,pəhləvanı
Qoç Koroğlu:
-İnsan üçün ömür
30 yaşdan yuxarı
üzüaşağıdır-deyib.
Yəni 30 yaşından
qocalmağa başladığına
eyham eyləyib.
O hələ eramızdan əvvəl yaşayıb,
dağ döşündə ömür sürüb,
bulaq suyu içib.
Ekoloji təmiz ərzaq yeyib.
Özü də o dövrdə əksər insanlar
150-200 il yaşayıb.
İndi insanlar nə qədər yaşayır?
Təxminən 65-75 yaş arası.
Bu məntiqlə Koroğlunun
nəzərdə tutduğu qocalığa keçid
30 yaşdan düşməlidir ən azı 25 yaşa.
Hünərin var,indi ömrü sağlam yaşa?
Çünki XX əsrin texniki eybəcərlikləri
zəhərləyir suyu,havanı,torpağı,
pozur əsəbləri.
Bunlar hamısı şərtdir,bəs necə?
İndi insanların əksəriyyəti
mübtəladırsa əgər
erkən ürək ağrısına,
qan xəstəliklərinə,
şəkərə,yaman şişə,
deməli hər il nə qədər insan
doğulur eybəcər-
gözü kor,ağlı kəm,
qoldan, qıçdan şikəst,daxili qüsurlu...
Hamısı da yaşayır bir təhər.
55
İnsan orqanizmi get-gedə zərifləşir,
insanın sağlamlığı get-gedə zəifləyir,
Bütün bunlara ciddi yanaşmaq gərək.
Zamana uyğun yaşamaq gərək.
Əgər xəstəliklər bu cür cavanlaşırsa,
biz erkən qocalırıq demək.
Heyf,biz imkansızların əlindən
bir qlobal iş də gəlmir ki,görək.
Yazıq,qısa ömrünü
ağır xəstəliklərlə yaşayan imkansızlara.
Onlar kimdən və hardan diləsinlər kömək?
Necə dözürsən bu haqsızlığa,
içindən nələr keçir,
özü ağrılı duyğularla dolu,
sahibi fiziki qüsurlu
zavallı ürək,ürək?!
May, 2006
Dostları ilə paylaş: |