46
İKİ TALE
Biri çox şərəfli bir ömür yaşadı,
çiyinlərində comərdlik yükü daşıdı.
Heç kimə əyilmədi, sınmadı.
Azğınlıqla barışmaz oldu,
həmişə çətinliyi, əzabı seçdi,
həyatı, mübarizələrdə keçdi.
Heç vaxt da yolundan dönmədi,
odur ki, qaçılmaz oldu
ağrılı, acılı günləri...
Digəri həyatın “nəbzini tutdu”,
başını girləmək xətrinə
hər tərəfə əyildi,
neçə yerdən qovuldu,
neçə yerdə döyüldü, söyüldü,
hamısını da qəbul etdi,
təki, istəyinə, məqsədinə çatsın.
Şan-şöhrət, var-dövlət yolunda
bir addım da irəli atsın.
Onun üçün fərqi yox idi
ya ləyaqəti tapdansın,
ya dostlarını, doğmalarını satsın.
Nə həqarətdən utanırdı,
nə ətrafının tənəsini vecinə alırdı.
Beləcə, naqisliklə böyüyüb artdı,
vəzifə, mənsəb tapdı,
çox yüksək məqamlara çatdı.
Ləyaqətli isə...
Kişi kimi yaşadığından
daim çətinlik, iztirab gördü və...
İmkansızlığından
ömrü yarımçıq başa vurdu.
Sentyab, 2004
47
YAŞINDAN NEÇƏ İL TEZ QOCALANLAR
Bizim dövrün yaşa dolmuş insanlarının əksəriyyəti sinnindən 10-15 il
qoca görünürlər.
Bizim taleyimiz dövrün tarixi,
bizim qismətimiz ağrı, qəm, kədər.
Tərsinə döndükcə fələyin çarxı,
keçir günlərimiz əzablı, hədər.
Xalqın dərd-sərinə şərik olanlar,
yaşından neçə il tez qocalanlar.
Aşkarlıq, aydınlıq, yenidənqurma,
neçə növ fırıldaq, neçə cür qurma.
Qaçqınlıq dövrünə düşdü ömrümüz,
köçkünlük dövrünə düşdü ömrümüz.
Haqsız təqiblərə məruz qalanlar,
yaşından neçə il tez qocalanlar.
Nə çoxmuş arada dil pəhləvanı,
meydan sərkərdəsi, söz qəhrəmanı.
Uca kürsülərə yalanla gəldik,
nakəslə, təfriqə salanla gəldik.
Çaşdırdı milləti növ-növ yalanlar,
yaşından neçə il tez qocalanlar.
Biz niyə bu qədər sadəlövh olduq,
ağlı dayaz olduq, əhli-kef olduq?
Vədlə başımızı əcəb qatdılar,
Vətəni hərraca qoyub satdılar.
Özünü bu dərdlə dərdə salanlar,
yaşından neçə il tez qocalanlar.
İndi iş gəzirik qul bazarında,
yayın istisində, qışın qarında.
Mələk sifətinə girmiş rəhbərlər
bütün ömrümüzü zəhərlədilər.
Bizik evi viran, yurdu talanlar,
yaşından neçə il tez qocalanlar.
48
Ayıl, ey içindən çürüyən millət,
elini səfalət bürüyən millət.
Bəs, daha gücünə inamı artır,
silkin, biganəlik hissindən qurtul.
Qüvvəti olurlar gec ayılanlar,
qəzəbli olurlar gic sayılanlar.
Siz ey ayaq altda düşüb qalanlar,
səbr kasaları seltək dolanlar,
yaşından neçə il tez qocalanlar.
Noyabr, 2004
CILIZLAŞDIRILAN KÜTLƏYƏ
Qoyun quzusunu öyrəşdirir ota,
aslan isə əniyini ətə.
Çünki təkcə genlə,qanla deyil,
güclü yeməklə də yaranır, artır, qorunur
həm də nəsildən-nəsilə ötürülür
xasiyyət, güc-qüvvət, qətiyyət.
Cürəti, qorxmazlığı, qüvvəti
ot yeyenlərə yox,
ət yeyənlərə vermiş
ana təbiət.
Gücsüzlərdə,qətiyyətsizlərdə
və ya qoyunkimilərdə
hardan olsun comərdlik,
məğrurluq,əzəmət?
İndi başda gedənlərimiz
ətsiz ərzaq yeməyi öyrədir camaata.
Fərq də göz qabağında,
nə haacət əlavə sitata!
01.11.2002
49
MÜASIR ADAM
Çoxdan tanıdığım bir insan
təsadüfən görüşdüyümüz zaman
bir xeyli özündən danışdı.
Gördüm ki, keyfi çox yaxşıdı.
Son illər vəzifəsi neçə dəfə artıb,
indi mühüm məqamlarda qərar tutub.
Odur ki, danışığı, oturuşu, duruşu dəyişib,
kişi siyasət yollarında əməlli “bişib”.
Həm də diqqəti artıb
lazımlı, lazımsız hər şeyə.
Həmişə nəzakətli, itaətkardır,
fəqət özündən məqamı yüksəyə.
Asılı olduğu adamları hər yerdə öyür,
hətta onlar üçün utanmadan deyir:
- Rəhbər adama hər söz deyə bilər,
rəhbər adamı, lap istəsə, söyə, döyə bilər.
Bundan heç vaxt inciməzlər,
bunu ayrısına heç giley kimi də deməzlər.
İşdə müdirin də rəhbərindir,
onu başında oturt, boynunda gəzdir.
O, sənin üçün həmişə ixtiyardır,
çünki əlində səlahiyyətləri vardır...
Dostum çox sadə ömür sürdüyümü də sezdi,
onu imkanlı gördüyümü də sezdi.
Odur ki, bu günkü mövqeyimi,
durumumu o ki,var pislədi,
Məni nəsihətlə yolumdan döndərmək istədi.
O danışdıqca mən onun donuq gözlərinə baxırdım.
Ürəyim sıxılırdı, yanıb-yaxılırdım.
Sən demə, bu cür manqurtların hesabına
illərdir düşürük dilənçi, kölə halına.
Bu, sapı özümüzdən olan baltalar
hələ neçə qürurlu insanın inadını baltalar.
Ah, kişiliyi, sınmazlığı
özlərinə yük bilən ağalar.
Nə deyim, ürəyim soyusun,
sizi doğan analar...
50
Beləsini dinləyib qurtardıqdan sonra
bilmirsən üzünü döndərəsən hara.
Az qalır tüpürəsən
bu, ləyaqətdən uzağın cəmdəyinə.
Allah adamı çətində möhtac eləməsin
beləsinin köməyinə.
Oktyabr, 2005
CAHİLLİK, XƏBİSLİK
Bu yay,uzun illər istifadə etdiyimiz
yorğan-döşəyi və yastıqları söküb
yenidən sırıtdırmaq qərarına gəldik.
Bu məqsədlə yataq əşyaları
sökülüb-töküldü
yuyulub təmizlənməyə.
Əlavə insanlar da çağırıldı köməyə.
Yastıq və döşəklərin içində
mənim və ailəmin adları yazılmış
müxtəlif formalarda bükülüb-tikilmiş
cadu-pitilər tapıldı.
Bunları görcək nə qədər əzablı
hisslərə qapıldım.
Xəyalım uçdu yaxına,uzağa,
özümə və ailəmə mərhəm bilib
vədəli-vədəsiz evimdə qarşıladığım
doğmalarımın yanına.
Məyusluqdan bir üzücü ağrı doldu canıma.
Özüm-özümü başladım günahlandırmağa,
qınamağa!
Siz ey diqqətimlə, imkanlarımla qarşıladığım,
sədaqət göstərib evimdə saxladığım
və xidmətində olduğum insanlar!
Nə deyim indi sizə?
Bu boyda tərbiyəsizlik,
bundan da böyük alçaqlıq?!
Bu da qohumluq,doğmalıq,
müsəlmançılıq!
10.08.2005
Dostları ilə paylaş: |