Fəxrəddin Ziya



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə31/40
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#53844
1   ...   27   28   29   30   31   32   33   34   ...   40

 
155
Sürü təfəkkürlü bu insanları, 
seçib düzürlər ön sıraya belə. 
 
Bunların üzündə nə abır-həya, 
bunların qanında nə ləyaqət var. 
Millətin sözünü deyirlər, güya, 
Allahım, bunlarda neçə sifər var? 
 
Onsuz, ayrı heç kim yox gözlərində, 
fəqət özləri və özlərinkilər. 
Sabun köpüyütək boş sözlərinə 
aldanıb, keçirtdik bir ömrü hədər. 
 
Nə bir müqəddəs ruh yaşada bildik, 
qırsın inamsızın bəd gümanını. 
Nə bir kişi sözü eşidə bildik, 
inanıb gözləyək vəd məqamını.  
 
Gələnlər, gedənlər öz marağında, 
qoyurlar taleyin cəngində bizi. 
Şəklənmiş qulaqlar söz marağında, 
duymaq istəyən yox bu gün də bizi. 
 
Ah,zavallı millət,nə çoxmuş sənin 
boğazdan yuxarı nitq söyləyənin. 
Bu cür öncüllərə xoş gəlmək üçün 
neçə ağlı dayaz, ”Ləbbeyk” deyənin. 
 
Odur ki, ürəyim yüz ağrı çəkər, 
sən mənə bənd olma, qurbanın olum. 
Bu dövran belə çox çəksə də əgər
sən mənə bənd olma, qurbanın olum. 
 
Allahın işindən yox agah olan, 
hər şey bir gündə də dəyişə bilər. 
Min il gözlənilən ağ atlı oğlan 
gələndə, bir anın içində gələr. 
 
Nikbin insanların sözüdür, bu söz, 
çıxsın ön cərgəyə, qoy optimistlər. 
Ətrafın neçə növ rəng çalarını, 
ancaq yüksəklikdə duranlar görər. 


 
156
Mən öz sabahımı görürürəm aydın,  
dəyişən dünyanı saxlamaq olmaz. 
Öz haqqı uğrunda vuruşan xalqın 
qolunu, ağzını bağlamaq olmaz. 
 
Dekabr, 2005 
 
YORULMUŞAM 
 
Ürəyimdə son illərin 
Qan-qadası, dərd-azarı, 
müflisləşmiş yaxın-uzaq, 
yurd itkisi, dost məzarı, 
yorulmuşam. 
 
Ağrı ilə ötüşdükcə 
cavanlığım, ahıl çağım, 
fərq eyləməz, işsiz qalım, 
ya da olum ev dustağı, 
yorulmuşam. 
 
Son nöqtəyə dirəndikcə 
arzularım, imkanlarım, 
itirdiyim aylarımdı, 
illərimdi qubanlarım, 
yorulmuşam. 
 
Üzür məni gərəksizlik, 
işsizlikdən, pulsuzluqdan, 
bu ovqatın vücudumda 
yaratdığı halsızlıqdan 
yorulmuşam. 
 
Hədər keçən günüm ilə 
axşam evə qayıtmaqdan, 
ümid ilə yaşamaqdan, 
öz-özümü aldatmaqdan 
yorulmuşam, 
yorulmuşam. 
İyun, 2005 


 
157
ARXALI KÖPƏKLƏR, DƏCƏL KÜÇÜKLƏR 
 
İt ili itləri millət tanıdı, 
bu itlər bir ucdan artar, küçüklər. 
Daha günümüzün qəhrəmanıdı 
arxalı köpəklər, dəcəl küçüklər. 
 
Dolub dəbdəbəli imarətlərə, 
gəzişir parklarda, gur meydanlarda. 
Keçir hər qapıdan, girir yüz yerə
əcəb bəxt var imiş bu heyvanlarda. 
 
Çoxu gözətçilik eləmir daha, 
xidmət edəni var, rahat yeri var. 
Bu itlər bir atdan, öküzdən baha, 
çünki çox imkanlı sahibləri var. 
 
Öyrənib tərəfkeş sahiblərindən 
itinə diqqəti qohumbaz itlər. 
Qaydasız işlərə meyllidirlər 
qanundan qorxmayan nataraz itlər. 
 
Hərdən düşmən qədər qəddar, acıqlı, 
hərdən canavartək qüvvətli olur. 
Hərdən sahibindən daha ağıllı, 
hərdən yiyəsindən qiymətli olur. 
 
Bu itlər əməlli güc yiyəsidir, 
bu itlər yetərli söz yiyəsidir. 
Bu itlər indi də küçüklərini 
çalışıb hər yerdə birinci edir. 
 
Bu qoca köpəklər əməlləriylə, 
dəcəl küçükləri yoluxdururlar. 
Dəcəl küçüklər də it dilləriylə 
hürüb sataşırlar, göz qorxudurlar. 
 
Dərsdə müəllimi saya salmırlar, 
işdə müdirləri onlardan “kiçik”. 
Heç kim cürət edib birinə demir, 
– özünü farağat apar, ay küçük. 


 
158
Bu dəcəl küçüklər xəncər-bıçaqlı, 
bu şıltaq küçüklər silah-sursatlı. 
Gecələr şəhərin küçələrində 
onların əlindən yoxdur rahatlıq. 
 
Bezdirir milləti sərgüzəştləri
hər biri gündə bir oyun çıxarır. 
Bürüyür atışma səsi şəhəri, 
ancaq bir sədası “qalxmır yuxarı”. 
 
Odur bir kimsədən qorxuları yox, 
köpəkdə arxa var, küçükdə yiyə. 
Hansının üstünə qabarsan bir yol, 
cumub, diri-diri adamı yeyər. 
 
Küçük arxasında köpək durursa, 
hələ qabaqda çox dərd-sərimiz var. 
Tənbeh anlamında kötək durursa, 
demək görəcəkli günlərimiz var. 
 
Qorxmazı, sınmazı sındırmaq üçün 
bu itlər növbənöv plan cızırlar. 
Neçə elmarlara, eynullalara, 
mirzə sakitlərə.., tale yazırlar. 
 
Xətrinə dəyəni çeynəyib didər, 
bunlar içimizdə bir azardılar. 
Əgər yaşasaydı, bu quduz itlər 
Mirzə Cəlilə də diş atardılar... 
 
Bir qrup dəcəl it-küçük yiyəsi, 
bir qrup yaxasın çəkir qırağa. 
Yoxdursa ortada bir söz yiyəsi, 
çətin, gedə bilək bu cür qabağa.  
 
Arxalı köpəklər ev yıxır indi, 
yiyəli küçüklər yol kəsir indi. 
Kimdir səni, bu cür sındıran, əyən, 
kimdir, a millətim, a xalqım, kimdir? 
Mart, 2008 
 


 
159
AH, BU ŞIRIN, ACI DÜNYA 
 

Başımızın tacı dünya, 
min dərdin əlacı dünya. 
Kimlər səndən doyub getdi, 
şirin dünya, acı dünya? 
 
Ömrün qışı, yazı dünya, 
alnımızda yazı dünya. 
Səndən əziz nəyimiz var, 
şirin dünya, acı dünya? 
 
II  
Arzuma yol açan dünya
yoluma nur saçan dünya. 
Nası oldum, heç bilmədim 
ömrüm keçdi haçan, dünya! 
 
Hər istəkdən uca dünya, 
yolu daim haça dünya. 
Gah dostumsan, gah düşmənim, 
fəndgir dünya, qoca dünya. 
 
III 
Yoxdan var olan dünya, 
boşalan, dolan dünya. 
Kimsəyə vəfa qılmaz 
sevgisi yalan dünya. 
 
Sərvətim, malım dünya, 
şəkərim, balım dünya. 
Verdiyini almasa, 
əl çəkməz zalım dünya. 
 
Əzəl dünya, baş dünya
dost dünya, qardaş dünya. 
Bizi naz-savaşıyla 
salıbdı çaş-baş dünya. 


Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə