35
6/71,111,180, Nəsəi 4/93,94, İbn Məcə 1546, əl-Albani «Əhkəmul-Cənaiz» s. 239, «İrvəul
Ğəlil» 3/236. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və
səlləm – buyurdu: «Hər Peyğəmbərin qəbul edilmiş duası vardır. Hər peyğəmbər bu duasını
etmişdir. Lakin mən duamı Qiyamət günündə ümmətimə şəfaət etmək üçün saxladım. Artıq
ümmətimdən Allaha heç bir şeyi şərik qoşmamış olan kimsələr inşəallah bu şəfaətə nail
olacaqlar». Buxari, Müslim. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər -
sallallahu aleyhi və səlləm – buyurdu: «Süleyman b. Davud (Allahın salamı iksinin də üzərinə
olsun): «Şübhəsiz bu gecə yetmiş (Bəzi rəvayətlərdə 90, bəzilərində 99, bəzilərində 100)
zövcəmi (xanımlarımı) dolaşacağam. Zövcələrimdən hər biri Allah yolunda vuruşacaq bir
süvari doğacaq» dedi. Bu an yoldaşı (olan mələk) Ona: «İnşəallah de!» dedi. Lakin o,
İnşəallah deməyi unutdu. Bunundan sonra o, qadınlardan biri xaric, heç biri hamilə olmadı.
O, da xəstə olan bir uşaq doğdu». Sonra Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu:
«Nəfsim əlində olan Allaha and olsun ki, əgər İnşəallah demiş olsaydı hər biri Allah
yolunda vuruşacaq süvarilər doğardılar (Başqa rəvayətdə: Əgər İnşəallah demiş olsaydı
vədini yerinə yetirmiş olardı və öz istəyinin yerinə yetməsi üçün daha çox ümüdü olardı)».
Buxari 5242, Müslim 1654, Nəsəi 7/30,31, İmam Əhməd 2/229,275,506, Tirmizi 1532.
Səhabələrdən gələn rəvayətlərdə: Əbul-Vahterinin (Səid İbn Feyruz) rəvayətinə görə Əli –
radıyallahu anhu – demişdir: «Bir kimsənin mən möminən deməsi bidətdir». İmam Əhməd
«əs-Sünnə» 643, əl-Laləkai 1778. İbn Məsud – radıyallahu anhu – deyir: «Hər kim mömin
olduğuna dair şahitlik edərsə, özünün Cənnətdə olduğuna da şahidlik etsin». İmam Əhməd
«əs-Sünnə» 711,721, əl-Laləkai 1779. Bir nəfər İbn Məsud – radıyallahu anhu – nun yanında
şübhəsiz ki, mən möminəm dedikdə İbn Məsud ona: «Onda mən Cənnətliyəm də de!» dedi.
Sonra İbn Məsud – radıyallahu anhu – o, adama: «Lakin biz Allaha, Mələklərinə, Kitablarına,
Peyğəmbərlərinə inanırıq». Əbu Ubeyd «İman» 11, İmam Əhməd «əs-Sünnə» 655,668,
Təbərani «əl-Kəbr» 9/8792, əl-Laləkai 1780. Bir nəfər İbn Məsud – radıyallahu anhu – nun
yanında şübhəsiz ki, mən möminəm deyir: «Ey Əbu Abdurrahmən! Bu adam mömin
olduğunu iddia edir». İbn Məsud – radıyallahu anhu – onların bu sözlərinə: «Ondan bir
soruşun görün o, Cənnətlikdir yoxsa Cəhənnəmlik?» Onlar həmin şəxsdən bunu soruşurlar.
Adam da onlara: «Allah ən doğrusunu bilir». Adamın bu cavabından sonra İbn Məsud –
radıyallahu anhu – ona: «İkincisini (yəni Cənnətlik və ya Cəhənnəmlik olduğunu) Allaha
həvalə etdiyin kimi birincisini də Allaha həvalə etsəydin?» dedi». əl-Albani – Əbu Ubeydin
«İman» kitabında səhih olduğunu qeyd edir. S. 67. İmam Əhməd – rahmətullahi aleyhi –
imana dair sual verildikdə o: «İman - söz, əməl və niyyətdir!» deyə cavab vermişdir. Bu dəfə
ona: «Adam sən möminsən?» deyə soruşarsa, o: «Bu bir bidətdir!» deyə cavab vermişdir. Bu
səfər ona: «Yaxşı, beləsinə necə cavab verilir?» deyilincə, «İnşəallah, möminəm!» deyilir,
deyə cavab vermişdir. Peyğəmbər - sallallahu aleyhi və səlləm – qəbr əhlini ziyarət etdikdə
buyurdu: «İnşəallah, biz də sizə qovuşacağıq!». O, burda istisna etdi. O, isə yəqin olaraq
öləcəyini bildiyi halda istisna etdi». əl-Laləkai «əs-Sunnə» 1798. Vəlid İbn Müslim: «Əvzai,
Məlik İbn Ənəs və Səid İbn AbdulƏzizin kişinin mən möminəm deməsini inkar etdiklərini,
inşəallah mən möminəm deməsinə isə izn verdiklərini eşitdim». İmam Əhməd «əs-Sünnə»
687,744. İmam Beyhəqi – rahmətullahi aleyhi – deyir ki: «Bunu – imanda istisna etməyi –
səhabədən bir qrupdan, tabiinlərdən və sələfi salihdən rəvayət etdik». İbrahim ən-Nəhai –
rahmətullahi aleyhi – deyir ki: «Bir kimsənin bir nəfərə – Sən möminsən – deyə soruşması
bidətdir». Beyhəqi «Şuabul İman» 1/212. Sufyan İbn Uyeynə – rahmətullahi aleyhi – deyir ki:
«Bir kimsəyə sən möminsən deyə soruşulduğu zaman istəyirsə cavab verməsin və belə
36
desin: «Sənin mənə belə bir sual verməyin bidətdir, mən imanımdan şübhə etmirəm. İman
artar və əskilər. Mən möminəm inşallah deyəni isə tənqid etmə». İbn Batta «əl-İbanə» 2/881
(1213). İmam əl-Acurri – rahmətullahi aleyhi – deyir ki: «Sözünü etdiyimiz elm adamlarından
həqiqət əhlinin bir özəlliyi də imanda istisna etmələridir. Bu şübhə üzərində edilən bir
istisna deyildir – imanda şübhədən Allaha sığınırıq – Lakin imanda kamil bir mənaya gələ
biləcək şəkildə nəfislərini təzkiyə etməkdən qorxduqları və imanın həqiqətinə layiq
kimsələrdən olub-olmadıqlarını bilmədikləri üçün edilən bir istisnadır. Bu səhabələrin və
onlara gözəl bir şəkildə uyanların yoludur». əl-Acurri «Kitabuş Şəriya» 2/656. İbn Teymiyyə
– rahmətullahi aleyhi – deyir ki: «Mütləq iman Allahın quluna əmr etdiyi şeylərin hamısını
etməyi və haramları tərk etməyi əhatə edir. Bir kimsə: «Kimsə özünə mən möminəm dediyi
zaman əmr edilən bütün şeyləri yerinə yetirən və qadağaları tərk edən təqva sahibi
yaxşılardan olduğuna şahidlik etmişdir. O, artıq Allahın vəlilərindən olur. Bu insanın bir
növü öz nəfsini təzkiyə etməsi və bilmədiyi bir şeylə öz lehinə şahidlik etməsi deməkdir.
Əgər bu şahidlik səhih olsaydı insanın bu hal üzərə ölməsi onun Cənnətlik olmasına da
şahidlik etməsi lazım gəlir. Özünün Cənnətlik olmasına şahidlik edən heç kimsə yoxdur. Öz
nəfsi üçün imanla şəhadət etməsi, bu hal üzərə ölürsə Cənnətlik olacağına şahidlik etməsi
kimidir”. Məcmul Fətava 7/446. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «İbn Məsud və
səhabələr, Sevri, İbn Uyeynə, Kufə alimlərindən bir çoxu, İmam Əhməd və sünnə imamları –
Allah onlardan razı olsun - kimi hədis alimləri də imanda istisna edərdilər. Bu onlardan
mütəvatir olaraq gəlmişdir». İbn Teymiyyə «İman» s. 375, 394, «Məcmuul Fətava» 7/438-460.
Həmçinin səhabələrdən: «Ömər, İbn Məsud, Əli, tabiinlərdən - İbn Əbi Muleykə, Tavus,
Həsənul-Basri, Məhəmməd İbn Sirin, İbrahim ən-Nəhai, Səid İbn Feyruz, Dəhhak İbn
Məşriki, İsmail İbn Əbu Xalid, Muğirə İbn Miksəm, fikhçilərdən Abdullah İbn Şübrümə,
Mamər İbn Rəşid, Sufyan əs-Səvri, Sufyan İbn Uyeynə, Abdullah İbn Mubərək, İmam Məlik,
İmam Əhməd – Allah onlardan razı olsun - və s. rəyləridir». İmam Əhməd «əs-Sünnə» 307-
384, əl-Laləkai 5/967,968, Nəvəvi «Şərh Səhih Müslim» 1/150, Bəğavi «Şərhi Sünnə» 1/41.
36
İslamda İstisna Etmək «İnşəallah, Mən Müsəlmanam» Demək - İslamda istisna etmək bir
kimsənin – İnşəallah Mən Müsəlmanam – deməsidir. Əhli Sünnə vəl Cəmaat istisnanı
imanda caiz görürlər. İslamda isə caiz görməzlər. Çünki bildiyimiz kimi İslam iman deyildir.
İmanın dərəcələri vardır. İnsanlar iman mərtəbəsində dərəcə-dərəcədirlər. Onlardan bir
qrupu ehsan dərəcəsindədir, bir qrupu mömindirlər, bir qrupu da müsəlmandırlar. Bu da
dərəcənin ən aşağısıdır. Ondan aşağı küfürdən başqa bir şey deyildir. Bir kimsə müsəlman
deyilsə kafirdir. Lakin müsəlman olmayan kimsə müsəlman ola bilir. Çünki şəhadət
kəlməsini söyləyən kimsə müsəlman olur və digər kafirlərdən fərqlənir. Beləcə onun
haqqında İslamın hökümləri işlədilir. Şəri dəlillər İslamda istisna etmədən – Mən müslmanam
– deməyə dəlalət edir. «Allaha tərəf çağıran, yaxşı iş görən və mən müsəlman-lardanam
deyən kəsdən daha gözəl danışan kim ola bilər» (əl-Fussilət 33). «Bədəvi ərəblər: «Biz iman
gətirdik!» dedilər. (Ya Peyğəmbər! Onlara) De ki: «Siz (qəlbən) iman gətirmədiniz! Ancaq:
«Biz İslamı qəbul etdik!» deyin. Hələ iman qəlblərinizə daxil olmamışdır. Əgər Allah və
Peyğəmbərinə itaət etsəniz O, sizin əməllərinizdən heç bir şeyi əskiltməz. Həqiqətən Allah
bağışlayan və rəhm edəndir». (əl-Hucurat 14). İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki:
«Bu ayə İmam Əhməd – rahmətullahi aleyhi – və s. İslamda deyil, imanda istisna edilməsinin
və böyük günah edənlərin iman mərtəbəsindən çıxıb islam mərtəbəsinə girdiklərinə dair
sürdükləri dəlillərdəndir». əl-Meymuni dedi ki: «İmam Əhməddən - Mən İnşəallah
Möminəm – sözü haqqında fikrin nədir». O: «İnşəallah möminəm deyirəm. Müsəlman
Dostları ilə paylaş: |