40
bəndələri barəsində öncə olub-keçmiş (tətbiq edilmiş) adətinə
(qayda-qanununa) müvafiq olaraq heç bir fayda vermədi. (Əzab
gəlməmişdən əvvəl iman gətirmək lazımdır, əzabı gördükdə
gətirilən imanın heç bir faydası olmaz). Kafirlər elə oradaca
ziyana uğradılar (məhv oldular)”. (əl-Mumin 84-85). Əbu Hənifə:
“Kim haqsız yerə bir cana qəsd edərsə, oğurluq edərsə, quldurluq
edərsə, fasiqlik edər və ya günah işlərsə, zina edərsə, içki içərsə bu
kimsə günahkar mömindir, kafir deyildir. Bu halda onlar
etdiklərindən dolayı Cəhənnəmdə əzaba məruz qalırlar, lakin
imanları səbəbilə Cəhənnəmdən çıxarılırlar. İman edilməsi lazım
olan hər bir şeyə iman edən, lakin İsa və Musa - əleyhimussəlam -
peyğəmbərdimi, peyğəmbər deyilmi? deyən kimsə kafir olur.
Həmçinin kafir Cənnətəmi, yoxsa Cəhənnəməmi gedər bilmirəm
deyən kimsə də: “Kafir olanları cəhənnəm odu gözləyir. Orada nə
onların ölümünə hökm olunar ki, ölüb canlarını qurtarsın, nə də
əzabları yüngülləşər. Biz hər bir kafiri belə cəzalandırırıq”. (Fatir
36). “İman gətirib yaxşı əməllər edən kimsələri isə (ağacları)
altından çaylar axan cənnətlər gözləyir. Bu, böyük qurtuluşdur
(uğurdur)!”. (əl-Buruc 11). “...Şübhəsiz ki, Allahın ayələrini inkar
edənlər üçün şiddətli bir əzab vardır...”. (Ali İmran 4). Ayələrinə
görə kafir olur. Əbu Hənifə: “Səid İbn Museyyibdən mənə
çatdığına görə kafirləri haqq etdikləri Cəhənnəmə aid etməyən özü
də onlar kimidir”. Əbu Muti: “İman edən, fəqət namaz qılmayan,
oruc tutmayan, bu əməllərin heç birini etməyən kimsəni iman
qurtarırmı?” deyə soruşdum. Əbu Hənifə: “Onun işi Allahın
diləməsinə bağlıdır. Dilərsə əzab edər, dilərsə rəhm edər. Allahın
kitabından hər hansı bir şeyi inkar etməyən kimsə mömindir. Mənə
elm əhlindən birinin xəbər verdiyinə görə Muaz İbn Cəbəl –
radıyallahu anhu - Hums şəhərinə gəldiyi zaman insanlar onun
ətrafında toplandılar. Bir gənc ona: “Namaz qılan, oruc tutan, Beyti
həcc edən, Allah yolunda cihad edən, kölə azad edən, zəkatı verən
və lakin Allah və Rəsulundan şübhə edən kimsə barəində sözün
nədir?” deyə soruşdu. Muaz: “Onun üçün atəş vardır” dedi. Gənc:
41
“Namaz qılmayan, oruc tutmayan, Beyti Həcc etməyən, zəkatını
verməyən lakin Allah və Rəsuluna inanan kimsə necə?” dedi.
Muaz: “Onun üçün Allahdan əff edildiyini ümüd edər, əzaba
uğramasından da qorxarıq” dedi. Bunun üzərinə gənc: “Ey
AbdurRahmanın atası! Şübhə ilə yanaşı əməl fayda vermədiyi
kimi, iman ilə bərabər hər hansı bir (günah) da zərər verməz” dedi
və getdi
39
. Muaz: “Bu bölgədə bu gəncdən biliklisi yox” dedi
40
.
Cəmaata Qarşı Çıxan Dəstə
Əbu Hənifə: “Həddi aşan tayfa ilə küfrlərindən dolayı deyil,
həddi aşdıqları üçün döyüşün. Sultan zalım olsa da belə adil zümrə
ilə bərabər ol! Lakin həddi aşanlarla bərabər olma. Cəmaat
əhlindən fasiq və zalımlar olsa da belə onların içində sənə yardımçı
olacaq saleh insanlar da vardır. Əgər cəmaatı təşkil edənlərin çoxu
zalım və həddi aşanlar olarlarsa onlardan ayrıl. Çünki Allah:
“Mələklər öz nəfslərinə zülm edənlərin (Məkkədə kafirlər içərisində
qalıb hicrət etməyənlərin) canlarını alarkən (onlara) deyəcəklər:
“Siz (hicrət zamanı) nə işdə idiniz?” Onlar söyləyəcəklər: “Biz yer
üzərində zəif (aciz) kəslər idik.” (Mələklər də onlara: ) “Allahın
torpağı geniş deyildimi ki, siz də hicrət edəydiniz?” – deyəcəklər.
Onların sığınacaqları yer Cəhənnəmdir. O necə də pis yerdir!”. (ən-
Nisa 97). “Ey mömin qullarım! Şübhəsiz ki, Mənim bu yerim
genişdir. Elə isə yalnız Mənə ibadət edin”. (əl-Ənkəbut 56)
buyurur. Əbu Hənifə: “Bizə Həmməd, o da İbrahimdən, o da İbn
Məsud – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu
39
Bu həddi aşan Murciyə əqidəsində olanların etiqadıdır. Murciyə əqidəsinə görə İman –
qəlb ilə təsdiq, dil ilə söyləməkdir. Əməllər imandan deyildir. Yəni insanın əməl etməməsi
onun imanına təsir etməz. İmanın əslində onlar mələklərin imanı kimidir. Nə Muaz İbn
Cəbəl, nə də Əbu Hənifə bu sözləri deyə bilməz. Onlar bu şeylərdən uzaqdırlar. Çünki
bundan öncəki başlıqda İmam özü dedi ki: Əbu Hənifə: “Mömin imanı səbəbilə Cənnətə
girən, etdiyi günahına görə Cəhənnəmdə əzab da görə bilər” dedi. Ola bilməz ki, burada
onun əksi deyilsin. Çünki Əbu Muti özü Murciyə əqidəsində idi.
40
Zəif.
42
aleyhi və səlləm - buyurdu: “Əgər bir yerdə günahlar zühr edib onu
dəyişdirməyə gücün çatmazsa oradan başqa yerə get və Rəbbinə
ibadət et!”. Mənə elm əhlindən birinin Peyğəmbərin – sallallahu
aleyhi və səlləm - səhabələrindən birinin verdiyi xəbərə görə
Peyğəmbər: “Fitnədən qorxaraq o yeri tərk edib fitnə olmayan
əmin bir yerə gedən kimsə üçün Allah yetmiş siddiq əcri yazar”.
Allahın Ucalığının İsbatı
Əbu Hənifə: “Bilmirəm Rəbbim səmadadır, yoxsa yerdədir?”
deyən kimsə kafir olur. Həmçinin Allah Ərşin üzərindədir, lakin
bilmirəm Ərş səmadadır, yoxsa Əbu Hənifə – rahmətullahi aleyhi -
dən: “Mən Rəbbimin səmada, yoxsa yerdə olduğunu bilmirəm
deyən kimsə kafir olur. Allah Ərşin üzərindədir dediyi halda,
bilmirəm Ərş səmadadır, yoxsa yerdədir” desə? Yenə o, kimsə
kafirdir. Allaha dua edərkən yuxarıya yönəlinir, aşağıya deyil.
Çünki aşağını Uluhiyyət və Rububiyyət ilə heç bir əlaqəsi yoxur.
Necə ki, hədisdə rəvayət edildiyi kimi: “Bir adam Peyğəmbərin
yanına qara dərili bir cariyə gətirir və mənim üzərimə mömin bir
kölə azad etmək vacib olmuşdu. Mən onu azad edə bilərəmmi?
Allah Rəsulu – sallallahu aleyhi və səlləm - buyurdu: «Cariyəni
yanıma çağır». Cariyə gəldikdə, Rəsulullah – sallallahu aleyhi və
səlləm - buyurdu: «Sən möminəsən?» O, da bəli dedikdə Rəsulullah
– sallallahu aleyhi və səlləm - buyurdu: «Əynəallah – Allah
haradadır?». Cariyə əli ilə səmaya doğru işarə etdi. Peyəmbər: “Bu
cariyə möminədir, onu azad et” deyə buyurdu
41
.
41
Müslimdə hədis bu ləfzlə keçir: Müaviyə İbn əl-Həkəm əs-Sələmi – radıyallahu anhu –
rəvayət edir ki, bir cariyəm var idi. Çöldə qoyun otarırdı. Bir gün canavar qoyunlardan
birini yediyinə görə çox qəzəbləndim. Hətta cariyəyə sillə də vurdum. Peşmançılıq çəkdim
və hadisəni Rəsulullah – sallallahu aleyhi və səlləm - ə danışdım. Allah Rəsulu buyurdu:
«Cariyəni yanıma çağır». Cariyə gəldikdə, Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu:
«Sən möminəsən?» O, da bəli dedikdə Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu:
«Əynəallah – Allah haradadır?». Səma üzərində. Bəs mən kiməm? Cariyə: «Sən Allahın
Rəsulu». Müslim 537.
Dostları ilə paylaş: |