37
Əbu Muti: “Mən kafiri kafir olaraq tanımıram” deyərsə.
Əbu Hənifə: “O, kafir kimidir” dedi. Mən: “Əgər kafirin son
gedəcəyi yer hara olduğunu bilmirəm deyərsə?” deyə soruşdum.
O: “Allahın kitabını inkar etmiş və kafir olmuş olar” dedi. Mən:
“Sən möminsənmi? Deyə soruşulan kimsə: Allah daha doğru bilir!
deyə cavab verərsə bu kimsə barəsində nə deyirsən? deyə
soruşdum. O: “Onun imanında şübhəsi vardır” dedi. Mən: “Məgər
İman və Küfr arasında üç haldan biri olan münafiqlikdən başqa bir
hal varmı? O, kimsə ya mömin, ya kafir, ya da münafiq olur dedim.
O: “Xeyr, İmanında şübhə olan kimsə münafiq deyildir” dedi.
Mən: “Nə üçün?” dedi. O: “Muaz İbn Cəbəl və İbn Məsudun –
radıyallahu anhum - hədisinə görə. Mənə Həmməd, Həris İbn
Məlikdən xəbər verdi ki, Muaz İbn Cəbələ – radıyallahu anhu - ölüm
gəldiyi zaman tələbəsi Həris ağladı. Muaz, Hərisdən nə üçün
ağladığını soruşdu. O, da: “Ölümünə görə ağlamıram. Çünki
bilirəm ki, Axirət sənin üçün dünyadan daha xeyirlidir. Fəqət
səndən sonra bizim müəllimmiz kim olacaqdır?” dedim. Başqa
rəvayətdə: Səndən sonra dini bilən kim? Muaz: “Tələsmə. İbn
Məsuda – radıyallahu anhu - tabe ol!” dedi. Daha sonra Həris,
Muaza: “Mənə vəsiyyət et!” dedi. O, da Allahın dilədiyindən
vəsiyyət etdi və: “Alimin səhfindən çəkinməyi tövsiyə etdi” dedi.
Muaz – radıyallahu anhu - vəfat etdikdən sonra Həris Kufədə İbn
Məsudun – radıyallahu anhu - tələbələrinin yanına gəldi. Namaz
üçün azan verildiyi zaman Həris: “Bu dəvətə cavab verin, bunu
deyərkən istisna etmərəm. Mən: «Sən, islam və iman arasında ayrım edirsən?» dedim. O:
«Bəli» dedi. Mən: «Hansı dəlilə əsasən» dedim. O: «Bədəvilər biz iman etdik» dedilər. De ki:
«Siz iman etmədiniz, müsəlman olduz deyin». Məcmuu Fətava 7/253 – İman məxluqdur,
yoxsa məxluq deyildir? Məsələsi haqqında: «Bu məsələ bidətçilərin və hava əhlinin çıxardığı
Xalqul-Quran (Quran yaradılması) məsələsindən törənmişdir. Əhli Sünnə Quran Allahın
kəlamı olduğuna, məxluq olmadığı görüşündə ittifaq etmişlər. Onun kəlamının sonu
yoxdur. İman ilə Lə İləhə İlləllah – sözü kimi Allahın sifətindən və kəlamından bir şey qəsd
edilirsə iman məxluq deyildir. İman ilə qulların əməllərindən və sifətlərindən bir şey qəsd
edilirsə onda bütün qulları məxluqdur və onların bütün əməlləri də sifətləri də məxluqdur
Məcmuu Fətava 6/313, 7/652, 8/422.
38
dinləyib cavab vermək hər bir mömin üçün haqdır” dedi. Tələbələr
ona baxaraq: “Sən həqiqətən möminsənmi?” deyə soruşdular. O,
da: “Bəli, möminəm” dedi. Onlar bir-birilərinə baxdılar və İbn
Məsud – radıyallahu anhu - gəldikdə halı ona söylədilər. O, da
Hərisə onların söylədiyi kimi söylədi. Bundan sonra Həris başını
əydi və ağladı. Allah Muaza – radıyallahu anhu - rəhmət etsin! dedi
və İbn Məsuda – radıyallahu anhu - vəziyyəti başa saldı. İbn Məsud:
“Sən həqiqətən Möminsənmi?” deyə soruşduqda. O da: “Bəli, dedi.
İbn Məsud: “Sən özünün Cənnət əhlindən olduğunumu
söyləyirsən” dedi. Həris: “Allah Muaza rəhmət etsin! Mənə alimin
səhfindən və münafiqin də verdiyi hökmlərdən çəkinməyi vəsiyyət
etdi” dedi. İbn Məsud: “Sən mənim səhfimimi gördün?” dedi.
Həris: “Allah xatirinə de görüm, Peyğəmərin – sallallahu aleyhi və
səlləm - zamanında insanlar gizli və aşkar (zahir və batin)
hallarında mömin, gizli və aşkar hallarında kafir, gizli hallarında
münafiq və aşkarda mömin olmaqla üç qrupdan ibarət
deyildilərmi? Sən bu üç qrupun hansındansan? dedi. İbn Məsud:
“Madam ki, Allah üçün and verdin, söyləyərəm: Mən zahirən və
batinən də möminəm” dedi. Həris: “Onda məni mömin dediyimə
görə nə üçün tənbeh etdiniz” dedi. İbn Məsud: “Bəli, bu mənim
səhfimdir. Haqqını halal et! Allah Muaza rəhmət etsin!” dedi.
Əbu Muti: “Mən Cənnət əhlindənəm deyən kimsənin durumu
nədir?” dyə soruşdum. Əbu Hənifə: “Yalan söyləmişdir, onun bu
haqda biliyi yoxdur.
Mömin Günahlarına Görə Cəzalandırıla Bilər
Əbu Hənifə: “Mömin imanı səbəbilə Cənnətə girən, etdiyi
günahına görə Cəhənnəmdə əzab görə bilər” dedi.
Əbu Muti: “Əgər özünün Cəhənnəm əhli olduğunu söyləyərsə”
dedim. O: “Yalan söyləmişdir, onun bu haqda biliyi yoxdur (çünki
qeybi olan bir şeydir). Heç şübhəsiz ki, o Allahın rəhmətindən
ümüd kəsmişdir. Mömin bir kimsənin həqiqi mömin olduğunu
39
deməsi lazımdır. Çünki o, imanında şübhə etməyəndir. Mən:
“Onun imanı mələklərin imanı kimi olurmu? Deyə soruşdum. O:
“Bəli” dedi
37
. Mən: “Əməldə qüsur etsədə belə həqiqi
mömindirmi?” deyə soruşdum. O: “Mənə Hərisənin hədisini
danışdılar. Peyğəmbər – sallallahu aleyhi və səlləm - ona: “Necə
sabahladın?” deyə buyurdu. O, da: “Həqiqi mömin olaraq
sabahladım” dedi. Peyğəmbər: “Söylədiyinə diqqət et, çünki hər
haqqın bir həqiqəti vardır, sənin imanının həqiqəti nədir?” deyə
buyurdu. Hərisə: “Bu dünyadan vaz keçdim, gündüzlərim susuz,
gecələrimi isə yuxusuz qaldım. Mən sanki Rəbbimin Ərşinə
baxıram, sanki Cənnətdə bir-birilərini ziyarət edən Cənnət əhlini
görürəm, sanki Cəhənnəmdə toplanan insanları görürəm”.
Peyğəmbər: “Haqqa icabət etdin, davam et! Haqqa icabət etdin,
davam et” dedi və sonra: “Kim Allahın qəlbini nurlandırdığı
kimsəyə baxmaq istəyərsə Hərisəyə baxsın” deyə buyurdu. Hərisə:
“Ey Allahın Rəsulu! Mənə şəhid olmağım üçün dua et!” dedi.
Peyğəmbər – sallallahu aleyhi və səlləm - onun üçün dua etdi və
sonda Hərisə şəhid oldu”
38
.
Kafirlər Haqqı Gördükləri Zaman İman Edəcəklər
Əbu Muti: “Bəzilərinə nə olur ki, Mömin atəşə girməz deyirlər?
Deyə soruşdum. Əbu Hənifə: “Cəhənnəmə girən hər bir kəs iman
etmişlərdir” dedi. Mən: “Kafir nəcə?” dedim. O: “Onlar da o, Günü
iman edərlər” dedi. Mən: “Bu necə olur?” dedim. O: “Onlar
əzabımızı gördükdə dedilər: “Biz yalnız Allaha iman gətirdik,
(Rəbbimizə) qoşduğumuz şərikləri (bütləri) isə inkar etdik! Amma
əzabımızı gördükləri zaman iman gətirmələri – Allahın Öz
37
Əsl olan bu kitab zəif bir ravi tərəfindən rəvayət edildiyi üçün etimad edilməz. Bu Hənəfi
məzhəbinin etiqadıdır ki, Əhli Sünnətə, Sələflərin etiqadına ziddir. Ağla sığan bir şey deyil
ki, fasiqin, günahkarın imanı mələklərin imanı kimi olsun. Onlar deyirlər ki: “İmanın əslində
onlar eynidirlər”. Mümkün deyil ki, iki kimsənin imanı eyni olsun.
38
Hədis Zəifdir.
Dostları ilə paylaş: |