Filasofiya az: filosofia qxd


Ekzistensializm – mövcudluq fəlsəfəsi



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə114/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   110   111   112   113   114   115   116   117   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Ekzistensializm – mövcudluq fəlsəfəsi.
Keçən əsrin 20-ci illərində
Almaniyada yaranmış ekzistensializm müasir irrasionalizmin ən
geniş yayılmış formasıdır. Ekzistensializmin baniləri 
Martin
Haydeqqer
(1889-1976-cı illər) və 
Karl Yaspers
(1883-1969-cu
illər) olmuşdur.
Ekzistensializm dünyagörüşü S.Kyerkeqorun (1813-1855-ci illər)
fəlsəfi-teoloji düşüncələrinin, F.Nitsşenin “Həyat fəlsəfəsi”nin və
E.Qusserlin fenomenologiyasının təsirinə məruz qalmışdır. 
M.Haydeqqer “Ekzistensial fenomenologiya” barədə əsas
ideyanı “Varlıq və zaman” kitabında ifadə etmişdir. O, autentik
(həqiqi) və qeyri-autentik (həqiqi olmayan) mövcudluğu insanın
varlığının ziddiyyətli modusları kimi nəzərdən keçirmişdir.
Haydeqqer “Humanizm haqqında məktub” adlı əsərində insanın
mahiyyətini “Ekzistensiyada” görür. 
Ekzistensializmə görə, təfəkkür konkret gerçəkliyi dərk edə
bilməz; onun təfəkkür yolu ilə aydınlaşdırılması üçün göstərilən
hər hansı cəhd elə ziddiyyətlərə gətirib çıxarır ki, onları həll
171
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


etmək mümkün deyil və təfəkkür onların qarşısında acizdir.
Məsələn, Yaspers belə hesab edirdi ki, elmi idrakın dəqiqliyi
barədə deyilənlərin hamısı yalan çıxmışdır. O yazırdı: “Öz hə -
yatının əsaslarını, öz hərəkətlərinə rəhbərliyi, varlığın özünü
elmdə axtaran hər kəs aldanmalı idi”.
A.Boqomolov göstərir ki, K.Yaspersin “Zəka və ekzistensiya”
adlı əsərindən başlayaraq, dəfələrlə eskizini çəkdiyi dünyanın və
insanın həmin dünyadakı təsviri ona gətirilir ki, həcmli, yəni
mütləq gerçəklik 
özündə varlığa
(dünya və transsendensiya,
yəni Allah) və 

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə