Filasofiya az: filosofia qxd


Vl.Solovyo v (1853-1900-cü illər),  S.Trubetskoy



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə122/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   118   119   120   121   122   123   124   125   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Vl.Solovyo
v (1853-1900-cü illər), 
S.Trubetskoy
(1862-1905-ci
illər), N.Losski (1870-1965-ci illər), 
S.Frank
(1877-1950-ci illər)
inkişaf etdirirdilər. 
Qustav Şpet
(1879-1940-cı illər) Qusserlin
yanında təcrübə keçməklə yanaşı, həm də uzun müddət onunla
yazışmışdır. Şpet fenomenologiya prinsiplərini dərindən mənim-
səyərək, onu yeni ontologiya istiqamətində tədqiq edirdi. Bu
cərəyan gerçəkliyi təsvir edərkən, onu təfsir olunmağa ehtiyac
duyulan işarələr kimi nəzərdən keçirirdi.
XIX əsrdən etibarən rus fəlsəfi şüurunun ilk burjua inqilabları
döv ründə Qərbi Avropada baş vermiş proseslərlə tipoloji baxım-
dan oxşar inkişaf mərhələsi müşahidə olunur. Bu inkişaf Qərbi
Avropa mədəniyyətinin təsiri altında modifikasiyaya məruz qal -
sa da, rus fəlsəfəsi öz milli xüsusiyyətlərini qoruyub saxlamışdı.
Rus fəlsəfəsinin özünəməxsusluğu xeyli dərəcədə həm də onun-
184
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


la izah edilir ki, digər Avropa ölkələri ilə müqayisədə Rusiya
ümum 
avropa universumuna gec qoşulmuşdu. Baxtin,
Vernadski, Vıqotski, Qolosovker, Losev, Oldenburq, Florenski,
Şpet qədim rus fəlsəfəsinə xas olan mövzuları – ruh, şəxsiyyət,
onun təfəkkürü, məna axtarışları mövzularını inkişaf etdirmişlər. 
Rus mütəfəkkirlərinin inkişaf etdirdiyi ideyalar rus fəlsəfəsinin
zənginliyini göstərir. Gertsen keçmişlə indiki dövrün yaradıcı
sintezi ideyasını tarixin mənası kimi müdafiə edirdi; Dostoyevski
rus fikrinin, rus sözünün və sənətinin ideal nümunəsi kimi
“ümumbəşərilik” ideyasını təkmilləşdirmişdir; L.Tolstoyu insan-
da rasional ilə təbiinin harmoniyası ideyası maraqlandırırdı;
Vl.Solovyov “müsbət vəhdət” ideyasını dünya fəlsəfi fikrinin
bütün tarixinin humanistcəsinə ümumiləşdirilməsi üçün ən
yararlı ideya hesab edirdi. 
XIX əsr rus fəlsəfəsində slavyanofillər – 

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə