Filasofiya az: filosofia qxd


VIII fəsil. XIX əsrin sonu –



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə121/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   117   118   119   120   121   122   123   124   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

VIII fəsil. XIX əsrin sonu – 
XX əsrin əvvəlində rus fəlsəfəsi
XIX əsrin sonu – XX əsrin əvvəlində rus fəlsəfəsinə maraq
qanunauyğun haldır. Həmin dövrdə Rusiya imperiyasının
müstəmləkələrində məskunlaşmış xalqların fəlsəfi fikri böyük
rus mütəfəkkirlərinin fəlsəfi yaradıcılığının təsiri altında for-
malaşmışdır. Nəzərdən keçirilən dövrdə rus fəlsəfəsi Azərbaycan
fəlsəfi fikrinin formalaşmasına da böyük təsir göstərmişdir. Buna
görə də həmin fəlsəfənin əsas anlayışlarını, istiqamətlərini və
xarakterini dərindən bilmək əhəmiyyətli məsələdir. 
Rus fəlsəfəsi dünya fəlsəfi fikrinin orijinal şaxəsidir. Elmi rus fəl-
səfəsi ənənələrinin XVIII əsrin ikinci yarısında yaranmasına bax-
mayaraq, rus fəlsəfəsi təqribən minillik tarixə malikdir. 1755-ci
ildə Moskva Universiteti yaradıldığı vaxtdan fəlsəfənin sekul-
yarlaşması prosesi başlanır, universitetin fəlsəfə fakültəsində
N.Popovskinin rəhbərliyi ilə fəlsəfə kadrlarının hazırlanması işi
keyfiyyətcə genişlənir, fəlsəfəyə aid elmi və tədris ədəbiyyatı
nəşr edilir. XIX əsrin əvvəllərində Vilno, Kazan və Peterburq
şəhərlərində bir-birinin ardınca universitetlər açılır, digər ali
məktəblər yaradılır.
Rusiya tarixinin bu dövrü üçün fəlsəfənin tərəqqisi xarakterik
əlamətdir. Universitetlərdə Avropanın məşhur filosofları dərs
deyir, fəlsəfəyə aid jurnallar nəşr edilir, müasir mütəfəkkirlərin
ən yaxşı kitabları tərcümə olunurdu. 
Nəzəriyyənin bir sıra sahələrində rus elmi dünya elmi ilə bərabər
səviyyədə inkişaf edirdi. XIX əsrin rus alimlərinin çoxu təbiət
haqqında metafizik təsəvvürlərin aradan qaldırılmasına mühüm
töhfə vermişdir. Məsələn, İ.Dyadkovskinin əsərlərində Şellinqin
natural fəlsəfəsi kəskin tənqid edilmişdir. XIX əsrin sonu – XX
əsrin əvvəllərində riyaziyyatda P.Çebışevin, mexanikada
N.Jukovski və S.Çaplıginin, fizikada A.Stoletov və F.Lebedevin,
kimyada D.Mendeleyev və A.Butlerovun, kristalloqrafiyada
F.Fyodorovun, torpaqşünaslıqda A.Karpinskinin, mineralogiya
183
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


və geokimyada V.Vernadskinin, fiziologiyada İ.Seçenov və
İ.Pavlovun elmi məktəbləri formalaşmağa başlamışdır. 
XX əsrin əvvəllərində, xüsusən tələbə iğtişaşlarından sonra tətil-
lərdə iştirak etmiş tələbələrin təhsilinin davam etdirilməsinin
qadağan olunması ilə əlaqədar onların xaricə, əsasən Almaniyaya
güclü axını başlayır. Ruslar və Rusiyadan olan mühacirlər hər
şeydən əvvəl, alman fəlsəfi məktəbinin, xüsusən Marburq yeni
neokantçılıq və fenomenologiya məktəblərinin təlimlərinin təkcə
Fransada, İngiltərədə və İtaliyada deyil, Almaniyanın özündə də
populyarlaşdırılması işinə sanballı töhfələr vermişlər. Berlində,
Gettingendə, Maqdeburqda və digər universitet şəhərlərində rus
tələbələrin koloniyaları vardı. XX əsrin əvvəlində S.Frank,
V.Stepun, B.Yakovenko, S.Hessen, B.Foxt və digər filosoflar
həmin şəhərlərdə təhsil almışdır. Onların bir qismi vətənə
qayıdır, digərləri (N.Bubkov, D.Koygen) qalıb müəllimlik
edirdilər. Rusiya universitetlərində gənc müəllimlərin iki il müd-
dətinə hökmən xaricə ezam edilməsi qaydası qəbul olunmuşdu
və onların çoxu Almaniyada təcrübə keçirdi. Bütün bunlar
Rusiyada özlərini Koygen, Rikkert və Qusserlin davamçıları
hesab edən filosofların yaranmasına kömək edirdi.
Rusiyada Şellinqin və Qusserlin ideyalarına oxşar ideyaları

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə