Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə117/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   113   114   115   116   117   118   119   120   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Personalizm.
Personalizm bir fəlsəfi təlim kimi XX əsrin 30-cu
illərində Fransada yaranmışdı. Onun əsas nümayəndələri
Emmanuel Munye
(1905-1950-ci illər), 
Pol-Lui Landsberq
(1901-
1944-cü illər), 
Qabriel Madinye
(1895-1958-ci illər) və
başqalarıdır.
Personalizmin fərqləndirici cəhəti şəxsiyyəti bütün mövcudatın
ilk mənbəyi, mərkəzi, ali mənəvi dəyər, varlığın təcəssümü kimi
qəbul etməsidir. Bu təsəvvürə görə, ruh ilə bədən ayrılmaz
vəhdət təşkil edir. Personalistlər şəxsiyyətin dindarlığını onun
İlahi varlığa aidiyyəti olmasının nəticəsi kimi izah edirlər.
Məsələn, Jan Lakrua şəxsiyyəti bilavasitə həyat eşqinin bir növü
və ya Tanrının mənəvi enerjisinin məhsulu kimi səciyyələndirir. 
Şəxsiyyət fəlsəfəsi olan personalizm həm də şəxsiyyətlərin
qarşılıqlı fəaliyyət fəlsəfəsidir, çünki personalistlərin təsəvvür
etdiyi şəxsiyyət təcrid olunmamışdı, bu fəlsəfədə “Mən” həm də
“Sən” deməkdir. Burada əksliklərin vəhdəti müşahidə olunur. 
Personalizmin qnoseoloji təliminin əsasını Lakruanın təklif etdiyi
“etiqad nəzəriyyəsi” təşkil edir. İ.Narskinin göstərdiyi kimi,
həmin nəzəriyyədə etiqad “həm hər hansı adekvat idrakın bazisi,
həm də onun ali nəticəsi kimi şərh edilir. Özü də bu ali nəticə
kimi adekvat idrak bilavasitə dini etiqada çevrilir”.
Lakruaya görə, dini etiqadlar aşkar görünür və buna görə də
onların tənqidi mövqedən yoxlanılmasına ehtiyac yoxdur. Hər
hansı xüsusi “etiqad” yalnız onun əsas fenomenə uyğunluğu –
Allaha inam sayəsində mümkündür. Dərketmənin hər bir növü
elm ilə inamın qarışığıdır. Elm hər hansı etiqadın yalnız zəruri
elementidir, lakin kafi element deyildir. 
Personalistlərin fəlsəfi maraqları ontoloji və qnoseoloji problem-
lər ətrafında deyil, dini-etik problemlər ətrafında cəmləşmişdir.
175
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


Personalistləri ən çox maraqlandıran insan şəxsiyyətinin azadlığı
məsələsidir. Personalistlərin nəzərincə, əsas problem özünün
xəlq etdiklərinə seçim azadlığı verən Tanrının iradəsidir. Yaradan
öz bəndələrinə dünyada Allaha xoş gələn əməllərin iştirakçıları
olmaq imkanı vermişdir.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə