Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə119/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   115   116   117   118   119   120   121   122   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Strukturalizm
keçən əsrin 60-cı illərində Fransa fəlsəfəsində
yaranmış yeni cərəyandır. Strukturalizmin fərqləndirici cəhətləri
obyektivlik və elmi ciddilikdir. Strukturalizm, sözün həqiqi
mənasında, fəlsəfə deyil, ilk növbədə linqvistikada konkret elmi-
metodoloji oriyentasiyadır. O, tədqiqat obyektinin mücər-
rədləşdirmə yolu ilə strukturunu, yəni gizli münasibətlərin məc-
musunu tələb edir.
Əsl fəlsəfi strukturalizm struktur metod linqvistikadan başqa
elmlərə şamil edildiyi və insan fəaliyyətinin müxtəlif sahələrində
aşkar edilən eynitipli və ya hətta eyniyyət təşkil edən struk-
turların statusu haqqında məsələ yarandığı vaxtdan inkişaf
etməyə başlamışdır. Fəlsəfədə strukturalizm nəzəri biliyin
əsaslandırılması problemlərinin həllində tətbiq edilir. Fransız
alimləri – etnoloq Klod Levi-Stross, mədəniyyət tarixçisi Mişel
Fuko, psixoanalitik Jak Lakan, ədəbiyyatşünas Rolan Bart
psixoanaliz məsələlərinin fəlsəfi mənasının dərk edilməsi, struk-
178
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


turalizm metodlarının köməyi ilə biliyin qeyri-şüuri əsaslarının
aşkar edilməsi sahəsində çox böyük işlər görmüşlər. 
Y.Kaqramanov göstərir ki, keçən əsrin 60-cı illərində struktura -
lizmin “yeni filosoflar” deyilən bəzi nümayəndələri “fəlsəfənin
ölümü” ideyasını irəli sürmüşdülər. Onlar elə güman edirdilər ki,
fəlsəfə institusionallaşdırılmışdır və bu fəlsəfəyə qarşı ən yaxşı
mübarizə vasitəsi məhz institusionallıqdan kənar, “köçəri”,
“yatağa düşməmiş” filosofluq üsuludur. 
K.Levi-Stross həmin dövrdə “antipodların” ekzotik mədəniy 
-
yətlərini, J.Lakan qeyri-şüurinin psixologiyasını, M.Fuko ağıl 
-
sızlığı və cinayətkarlığı, J.Derrida ekzotik dil praktikalarını
öyrənirdi. Bu predmetlərin hər biri İnstitusiyaya (burjua siviliza-
siyasına) münasibətdə bu və ya digər şəkildə ona yabançı və eyni
zamanda onunla intim bağlı olan, onu əhatə edən bir növ proto-
plazma kimi çıxış edir.
Strukturalizm, ilk növbədə, xüsusi elmi tədqiqatlar deməkdir.
Strukturalistləri birləşdirən onların obyektiv biliklərə, dəqiq və
yoxlanıla bilən həqiqətə marağıdır. Lakin strukturalizmin öz
dünyagörüşü zəminləri vardır, onların arasında hakimiyyətin
mənbəyindən və təzahür formalarından asılı olmayaraq, ona
düşmən münasibət bəslənməsi xüsusilə seçilir. Strukturalistlərin
əsas hədəfi insan-subyektdir. Onlar humanizmə, elmi baxımdan
antropomorfizmə müharibə elan edir, düşünürlər ki, bu sonun-
cuları tamam məhv etmək lazımdır. Onlar özünə, dünya haqqın-
da və özü haqqında biliklərinə güvənən insanın “ölümü” barədə
konsepsiya irəli sürürlər. Bu vaxtdan etibarən insan həmin struk-
turların kor-koranə oyuncağı, mədəniyyətin rəmzi şəbəkələrinin
əsiri vəziyyətində mövcud olmağa məhkumdur. 
Fransada ən nüfuzlu intellektual cərəyan olan strukturalizmin
tarixlə münasibətləri mürəkkəbdir. Strukturalistlər əvvəllər isto -
rizm termini ilə ifadə olunan hər şeydən şüurlu şəkildə imtina
edirlər. Şəxssiz dil strukturları təkcə tarixi prosesin subyektini
deyil, tarixi şüur mərkəzlərinin hamısını məhv edir. Tarix struk-
tura çevrilir, strukturu isə mərkəzdən məhrum edirlər. 
179
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


Jak Derrida tarixin mərkəzsizləşdirilməsi barədə strukturalist
konsepsiyanı təsbit etmişdir. Onun fikrincə, struktur haqqında
fikirlər mərkəz haqqında fikri istisna edir, mərkəz haqqında fikir
isə öz növbəsində, onun strukturalist anlamında mövcud olan və
ya “mövcud-iştirakçılıq” haqqındakı, mərkəz məkandakı yer
yox, güman ki, müəyyən funksiya kimi birmənalı şəkildə Yer
haqqında müəyyən edilmiş fikri istisna edir. Lakin bir halda ki,
mərkəz, ilk başlanğıc, mənbə yoxdur, onda əhəmiyyətli və
əhəmiyyətsiz, mühüm və qeyri-mühüm, mərkəz və periferiya
arasında ənənəvi hədlər də aradan qalxır, hər şey eynimənalı dilə
çevrilir. Bu mərkəzsizləşdirilmiş və subyektsizləşdirilmiş dil də
strukturalist ideologiyası çərçivəsində subyektin və onun atribut-
larının – şüurun və tarixiliyin əvəzedicisi kimi çıxış edir. Digər
strukturalist P.Noraya görə, tarix lazım deyil, çünki o, mümkün
deyildir. P.Noranın tədqiqatının predmeti tarix deyil, məhz
hafizədir. Bu, prinsipial əhəmiyyətli məqamdır: tarix və hafizə
zaman sırasında müxtəlif yerlər tutur və müxtəlif xronoloji prin-
siplərə tabe olurlar – tarix keçmişə, hafizə isə həmişə yalnız indi-
ki zamana aid olur. P.Noranın fikrincə, hafizədən tarixə keçid
onunla bağlıdır ki, hər bir sosial qrup özünü yenidən təyin etmək
zərurəti ilə üzləşir, bu isə yalnız əsl tarixin yenidən dərk
edilməsi, canlandırılması vasitəsilə mümkündür. Hafizə borcu
hər kəsi özünün tarixçisinə çevirir.
180
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org



Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə