Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə118/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   114   115   116   117   118   119   120   121   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Freydizm və neofreydizm.
Freydizm avstriyalı psixiatr və
psixoloq 
Ziqmund Freydin
(1856-1939-cu illər) təlimi, onun
psixoanaliz nəzəriyyəsinin və müvafiq metodun adıdır.
Mütəxəssislər freydizmi şəxsiyyətin sinir-psixi həyatı haqqında
mütərəqqi elm, şəxsiyyətin, onun məqsədlərinin, şüurlu və
qeyri-şüuri “komplekslərinin” bütöv halda öyrənilməsinə
yönəlmiş bir elm kimi səciyyələndirirlər.
Freydə görə, qeyri-şüurinin psixologiyası insanın ən böyük
intellektual nailiyyətlərindən biri olmaqla, təkcə tibbi praktikaya
və biologiyaya deyil, həm də din, ədəbiyyat, boyakarlıq,
mifologiyanın tədqiqi kimi sahələrə nüfuz etmişdir. Keçən əsrin
30-cu illərinin əvvəlində psixoanaliz nəzəriyyələri demək olar ki,
bütün intellektual fənlərdə bu və ya digər dərəcədə mənim-
sənilmiş və o dövrün ziyalılarının geniş dairələrinin şüurunun
ayrılmaz tərkib hissəsinə çevrilmişdi. Freydin uzaqgörənliyi
humanitar biliyin antropologiya və fəlsəfə, sosiologiya və esteti-
ka kimi sahələrini dərindən işıqlandırmışdı. Mütəxəssislər çox
vaxt Freydi novator və ixtiraçı hesab edir, onu Aristotel,
Kopernik və Nyutonla müqayisə edirdilər. 
Freydin əsərləri təfəkkürün bir sıra stereotiplərinin həyatda
davam etməsi səbəblərini anlamaq üçün bir növ açar olmuşdu.
Freyd şəxsiyyətin sosiallaşması proseslərini, eləcə də humanizm
və azadlıq kimi fundamental hadisələri tədqiq etmişdi. 
Freydizmin müasir tərəfdarları – neofreydistlər (K.Horni,
H.Salliven, E.Fromm) Freydin təliminin bəzi müddəalarına
yenidən nəzər salsalar da, fərdi-şəxsi və ictimai strukturların
tədqiq edilməsinin psixoanalitik metodunu qoruyub saxlamış və
inkişaf etdirmişlər.
176
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


Freydizmin əsas müddəalarının tənqidi şəkildə yenidən
nəzərdən keçirilməsi nəticəsində Qərb fəlsəfəsinin müxtəlif
istiqamətlərinə meyillənən bir neçə cərəyan yaranmışdı.
Müasir freydizmin təkamülünü başa düşmək üçün çox vacib
olan belə cərəyanlardan biri ekzistensial psixoanaliz adlanır.
Ekzistensial psixoanaliz nəzəriyyəsi aşağıdakı əsaslar üzə 
-
rində qurulur. Psixoanalitiklər insanların şüurlu hərə kət lərini,
onların davranışının niyyət və məqsədlərini təhlil edərkən
Freydin tövsiyələrinə əməl edərək, bu hərəkətləri şüursuz
meyil hesab etməyə məcbur idilər. Lakin tədqiq edilən
pasiyentlərin davranışı və onların təfəkkürü üzərində praktiki
müşahidələr nəticəsində elə fenomenlər aşkar edilmişdir ki,
onları Freydin qeyd etdiyi qeyri-şüuri meyil hesab etmək
mümkün deyildir. Freydin terapiya praktikası – qeyri-şüuri
hərəkətlərin səbəblərini onların şüuruna çatdırmaq cəhdləri
bu cür hadisələr qarşısında yararsız olur. Belə vəziyyətdə
Freydin davamçıları psixologiya və təbabət elminin yeni
məlumatlarına rəğmən Freyd nəzəriyyəsinin bütün əsas müd-
dəalarını ya qeyd-şərtsiz qəbul edərək psixoanaliz təcrübəsini
davam etdirməli, ya da müasir elmi məlumatları nəzərə al -
maqla, həmin nəzəriyyəyə düzəliş etmək məqsədi ilə onun ən
arxaik hissəsinə yenidən nəzər salmalı, yaxud da onu insan
haqqında yeni təlimlə əvəz edərək, bütövlükdə “metapsi 
-
xologiya” təlimini rədd etməli idilər. Bu yeni təlim, eyni
zamanda, psixoanalitik psixoterapiyanın əsas prinsiplərini
toxunulmaz vəziyyətdə saxlaya bilərdi. Freydin şagirdləri
sonuncu yolu fəlsəfi baxımdan daha maraqlı hesab edərək
həmin yolu seçmişlər. Psixoanaliz ilə ekzistensializmin
qarşılaşması da bu yolda baş vermişdir.
İsveçrəli məşhur psixiatr 
K.Yunq
(1875-1961-ci illər) hesab edirdi
ki, Freyd insanın bütün fəaliyyətini seksual instinktə aid etməklə
səhvə yol vermişdir. Əslində həmin instinkt bioloji təbiətə deyil,
rəmzi təbiətə malikdir. Freydin digər davamçısı Alfred Adler də
psixoanalizin banisinin ifrat biologizminə qarşı çıxmışdır. Lakin
freydizmin “sosiolojiləşməsi” psixoanalitiklərin növbəti nəslinin
177
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


– Vilhelm Reyx, Karen Horni, Harri S.Salliven və başqalarının
fəaliyyəti ilə daha çox bağlıdır.
V.Reyx freydizmi marksizmin bəzi ideyaları ilə birləşdirməyə
çalışırdı. Onun bu işini E.Fromm davam etdirmişdir. Bir sıra
müəlliflər E.Frommun yaradıcılığını Freyddən sonrakı psi 
-
xoanalitik fəlsəfənin zirvəsi hesab etməyə meyillidirlər. 
Freydizm həm onun çoxsaylı əleyhdarları, həm də adeptləri
tərəfindən ciddi tənqidə məruz qalmışdır. Lakin əsasən freydist
metapsixologiyaya və antropologiyaya qarşı yönəlmiş bu tənqid
bir tərəfdən Freyd təliminin əhəmiyyətli dərəcədə təkamülünə,
digər tərəfdən, onun antropogenezin, mədəniyyətin, sosiallığın,
əxlaqın, dindarlığın mənşəyi və digər problemlərin təhlili ilə
əlaqədar bir sıra fəlsəfi və elmi istiqamətlərə təsirinin yayılması-
na gətirib çıxarmışdır. Freydizmin fəlsəfədə və sosiologiyada
yayılması Qərbdə insan haqqında ən yaxşı təlim hesab edilmiş və
indi də belə hesab edilən fəlsəfi antropologiyanın formalaşması
ilə sıx əlaqəli şəkildə davam etmişdir.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə