Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə124/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   120   121   122   123   124   125   126   127   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Vladimir Solovyov
(1853-1900-cü illər) ziddiyyətli təşəkkül yolu
keçmişdir: gənclik illərində o, dini etiqad məsələləri ilə
185
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


maraqlanır, Moskva Ruhani Akademiyasında ilahiyyat və fəlsəfə
fənlərindən mühazirələri dinləyirdi, sonra materialist təbiətşü-
naslığa maraq göstərmiş, lakin bu marağı da ötəri olmuş və din
fəlsəfəsi ilə ciddi məşğul olmağa başlamışdır. O, hind fəlsəfəsini,
qnostik və orta əsrlər fəlsəfəsini dərindən öyrənmişdir. 
“İlahi insanlıq haqqında qiraət”, “Bütöv biliyin fəlsəfi əsasları” və
“Mücərrəd başlanğıcların tənqidi” adlı əsərlərində
Vl.Solovyovun maraqları, əsasən ilahiyyat və mistisizmə isti qa -
mət lənmişdir. O, mühakiməyə əsaslanan idrakın tənqidi məsə lə -
lərində slavyanofillərə yaxın idi, lakin onların “mədəni-tarixi
tiplər” sxemini tənqid edirdi. Y.Raşkovski göstərir ki, Solovyov
dini problemlərə münasibət məsələsində əvvəlcə pravoslav-slav -
yanofillərin mövqeyində dayanmış, lakin 1880-ci illərdən etibarən
pravoslav-katolik vəhdəti mövqeyinə keçmiş, hətta bu keçiddə
katolik obertonları daha güclü olmuşdur. Onun “Həya tın dini
əsasları” əsəri, xüsusən Qərb və Şərq kilsələrinin birləşdirilməsi
barədə baxışları həm ilahiyyatçı və qərbpərəst dairələrdə, həm də
slavyanofillər arasında ciddi etirazlara səbəb olmuşdur.
İdealist filosof Vl.Solovyov dualizm və spiritualizm kimi
ifratçılıqlara qarşı çıxırdı. Onun dünyagörüşündə naturfəlsəfə,
tarixi fəlsəfə və sosial fəlsəfə ideyaları üstünlük təşkil edirdi.
Materiyanın, təbiətin, tarixin, sosial-ədalət prinsiplərinin məhz
mənəvi dəyərinin əsaslandırılması da böyük rol oynayırdı. 
Vl.Solovyovun “Ümumi vəhdət fəlsəfəsi” “mahiyyət”in rifah
kimi başa düşülməsindən irəli gələn xeyirxahlığa bəraət ve ril -
məsinə yönəlmişdir. Bu fəlsəfəyə görə, mütləq yeganə olan müs-
bət mənada ümumi vəhdəti təcəssüm etdirən Allahdır. Rifah,
həqiqət və gözəllik vəhdət təşkil edən mütləq dəyərlərdir. Bu
vəhdətin mənası sevgidir. 
Vl.Solovyova görə, ümumi vəhdət dünyanın ideal quruluşudur.
Bu quruluş varlığın zahirən görünən, empirik şəkildə uzlaşdırıl-
mamış və bir-biri ilə münaqişədə olan ünsürlərinin və kortəbii
qüvvələrin prinsip etibarilə birləşməsini, barışmasını və har-
moniya təşkil etməsini nəzərdə tutur. “Müsbət ümumi vəhdət”
186
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


dünyanın ideal və ifadə edilə bilməyən layihəsidir. İfadə edilə
bilməmək boş sözlər deyil, bu, varlıqda mövcud olan bütün can-
lılara və həqiqilərə yönəlmiş, onların bütün müxtəlif təzahürləri-
ni ehtiva edən məfhumdur. 
Vl.Solovyovun fəlsəfəsi mənəviyyata müstəsna diqqət yetirməsi
ilə fərqlənir. Vl. Solovyova görə, mənəviyyat hüquqdan, siyasət-
dən və iqtisadiyyatdan üstündür.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə