insan iradəsinin azadlığı ideyalarını müzakirə edir, bu zaman
zəkanın dəlillərinə söykənən yeni
arqumentləşdirmə metodun-
dan istifadə edirdilər.
Mütazilizmin banisi və ən görkəmli nəzəriyyəçisi Vasil bin Ata
(699-748-ci illər) olmuşdur. Təkallahlılıq problemi əsasən Allahın
hansı atributlara malik olması məsələsindən ibarət idi.
Mütazililər teologiyada antropomorfizmin əleyhinə çıxırdılar.
Onlar Allahın bilik, qüdrət, iradə kimi atributlarını inkar edir və
öz mövqelərini onunla əsaslandırırdılar ki, Allahın əzəli key-
fiyyətlərinin qəbul edilməsi iki Allahın qəbul edilməsi deməkdir.
Vasil bin Ata deyirdi ki, Allah ədalətlidir: pisliyi və ədalətsizliyi
Ona aid etmək günahdır;
ola bilməz ki, O, insanlara əmr
etdiyinin əksini onlardan tələb etsin, ola bilməz ki, O, insanlara
nəyisə tapşırsın, sonra isə buna görə onları cəzalandırsın. Xeyri
və şəri, inamı və inamsızlığı, itaəti
və asiliyi yaradan insan
özüdür və öz əməllərinin əvəzini alacaqdır.
Mütazilizmin ən məşhur nümayəndələri Əbül-Hüzəyl əl-Əllaf
(849-cu ildə vəfat etmişdir), İbrahim bin Səyyar ən-Nəzzam (836-
cı ildə vəfat etmişdir), Bişr bin əl-Mutamir (825-ci ildə vəfat
etmişdir), Müəmmər bin Abbad əs-Süllami (830-cu ildə vəfat
etmişdir), Hişam əl-Fuvati (833-cü ildə vəfat etmişdir), Abbad bin
Süleyman əd-Dəmri (864-cü ildə vəfat etmişdir), bir sıra ədəbi
əsərlərin müəllifi Cahiz (869-cu ildə vəfat etmişdir), Həyyət (931-
ci ildə vəfat etmişdir) və başqaları olmuşdur. Onlar hamısı mahir
polemistlər idi, Aristotel fəlsəfəsini, zərdüştilik və xristianlıq
ehkamlarını yaxşı bilir, əyanlar və adi insanlar arasında böyük
hörmət qazanmışdılar.
Tezliklə kəlamın daha bir cərəyanı - əsası Əbülhəsən əl-Əşari (935-
ci ildə vəfat etmişdir) tərəfindən qoyulmuş əşarizm cərəyanı
yarandı. Əşarilər insanın iradə azadlığı haqqında
fəlsəfi təlimlə
qismət haqqında dini ehkamın barışdırılması üçün mütazililərin
isbat metodundan istifadə edirdilər. Onlar insanın əməllərində
onun iradəsinin müəyyən qədər iştirakını etiraf etsələr də
deyirdilər ki, insanın əməlləri bilavasitə Allah tərəfindən idarə
edilir, insan isə sadəcə olaraq yarandığı
anda həmin əməlləri qəbul
61
F ә l s ә f ә
downloaded from KitabYurdu.org
edir. Cuvayni (1085-ci ildə vəfat etmişdir), İsfaraini (1027-ci ildə
vəfat etmişdir) və başqaları əşariliyin tanınmış nümayəndələri idi.
Mütazililər və əşarilər kəlam əhli və ya mütəkəllimlər idi. Onlar
ziyalı və rasionalistlər idi. Onların rasionalizmi dini etiqadla zə -
ka nın nisbəti haqqında Orta əsrlər üçün fundamental əhəmiyyət
kəsb edən dünyagörüşü məsələsinin həllində daha parlaq şəkil -
də əks olunur. Onlar zəkanı əsas, inamı isə törəmə hesab
edirdilər. Yəni zəka ilə inam arasında
ziddiyyət yarananda,
zəkanın dəlillərinə istinad edərək onu alleqorik mənada təfsir
edirdilər.
Mütəkəllimlər özlərinin antiavtoritarizmi ilə fərqlənirdilər. Şüb-
həni hər bir biliyin əsas şərti hesab edən bu insanlar təqlidi, yəni
nüfuzlu şəxslərdən nümunə götürməyi inkar edirdilər. Məsələn,
Nəzzam deyirdi: “Heç vaxt o dərəcədə etibarlı bilik olmamışdır
ki, ondan əvvəl şübhə olmasın”. Böyük Cahiz isə belə tövsiyə
edirdi: “Təsadüfləri və labüd əminliyə gətirib çıxaran halları
bilmək iqtidarında olmaq istəyirsənsə,
labüd şübhə doğuran hal-
ları öyrən, şübhəliyə tətbiq edilə bilən şübhələri hökmən öyrən”.
Mütəkəllimlərin rasionalizmi və kritisizmi ərəbdilli fəlsəfənin
formalaşması üçün mühüm amil olmuşdur.
Dostları ilə paylaş: