45
qoyuluşunun yeni növü barədə qəzetlərdə elan vermişdi, əvəzində filial
rəhbərləri bununla bağlı heç bir təlimat almamışdı. Layihə firması Yaxın
Şərq ölkələrində öz xidmətlərini təklif eləmişdi, əvəzində öz şirkətində
ərəb dilini bilən və adı çəkilən regiona getməyə hazır
olan işçi
tapmamışdı. Mehmanxana müştəriləri yüksək xidmət səviyyəsiylə cəlb
etməyi qərara almışdı, əvəzində xidmət rəhbərliyini zəif bir menecerə
tapşırmışdı ki, həmin işçi də nə büdcəni, nə də xidmət heyətinin ştatını
artırmışdı.
Planın uğurlu şəkildə reallaşdırılması üçün onunla məşğul olanların planı
həyata keçirməkdə maraqlı olması zərurətdir. Beləcə,
ticarət agentləri
işlənib-hazırlanmasında satış şöbəsinin nümayəndəsi iştirak etıııiş
marketinq planını qəbul etməyə dalıa meyillidirlər, belə ki, bu zaman
planlı satışın həcmi və qiymətlər münasib alınır.
Buna görə də plan
müəllifi ilk növbədə onu təşkilatın xaricində deyil, daxilində “satmalıdır”.
Nəzarət - strategiyanın reallaşdınlmasında, ya da strategiyanın özündə
səhvlərin aşkar edilməsi üsuludur. Şirkət hansısa tədbiri pis keçirə,
marketinq
instrumentarisini uğursuz seçə, məqsədli bazarı səhv
müəyyənləşdirə, tədqiqatçı mərhələni korlaya bilərdi. Nəzarət - yeganə
fəaliyyət növü deyil, şirkətin düzgün yolda olduğuna inamı
təmin edən
mexanizm dəstidir.
Marketinq üçün cədvəldə sadalanan dörd nəzarət forması ayrılıb. (Kotler,
Philip. Marketiııg. Management. ııtlı editioıı. Upper Saddle River (N.C.):
Prentice Hall, 2003. Pp. öSsff.)
Marketinq nəzarətinin formaları
Nəzarət forması
1.
İllik planın yerinə yetirilməsinə nəzarət
2.
Gəlirliliyin nəzarəti
downloaded from KitabYurdu.org
46
3.
Effektivliliyin nəzarəti
4.
Strateji nəzarət Məsuliyyət daşıyanlar
Ali
rəhbərlik, orta inzibati həlqə
Marketinq üzrə inspektor Nizamlı və funksional rəhbərlik; marketinq üzrə
iııspektor-
Ali rəhbərlik, marketinq auditoru Nəzarətin məqsədi
Planlı göstəricilərin reallaşdırılmasmın təmin olunması-
Vəsaitlərin alınması və zərər kanallarının müəyyənləşdirilməsi
Şirkətin işinin mövcud effektliliyinin qiymətləndirilməsi və
yüksəldilməsi
Bazar, mal və paylaşdırılma kanallarıyla iş zamanı şirkətlərin əiı əlverişli
imkanlarından istifadəsi məsələsinin nəzərdən keçirilməsi
Vəzifələr
• Satışın analizi
•
Bazar payının analizi
•
Məsarif dərəcəsinə münasibətdə satışın dərəcəsi
•
Nəticələrin
bazar analizi
•
Aşağıdakılarla təmin olunmuş gəliıiilik:
—
malla
—
əraziylə
—
istehlakçılarla
—
seqmentlə
—
kanalla
downloaded from KitabYurdu.org
47
—
sifarişin həcmiylə
•
Effektlilik:
—
ticarət ageııtləriniıı işlərinin
—
reklam şöbəsinin fəaliyyətinin
—
satışın stimullaşdırılmasının
—
paylaşdırılma sisteminin
•
Effektliliyinə görə marketinq alətlərinin ranqlaşdırılıııası
•
Marketinq aııditi
•
Marketinq üstünlüklərinin xülasəsi
•
Şirkətin işinin etik və sosial aspektlərinin xülasəsi
Planlaşdırma, icra və nəzarət prosesləri birbaşa
və əks əlaqəli effektli
sistem yaradır. Əgər şirkət qarşısına qoyduğu məqsədə çatmırsa, bu, ya
planın bərbad şəkildə həyata keçirilməsindən, ya da ümumilikdə planın
özünün səliqəsiz olduğundan və yenidən baxılmasına ehtiyac
duyulduğundan xəbər verir.
Dostları ilə paylaş: