Firuddin cəFƏrov hasil fəTƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə79/116
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5628
1   ...   75   76   77   78   79   80   81   82   ...   116

254
 
 Cədvəl 3.40  
Təcrübə variantlarının fiziki-kimyəvi göstəriciləri və 
orqanoleptik göstəriciləri 
 Göstəricilər 
Variant-1  
Variant-2 
Variant-3 
Şəkərlərin kütlə qatılığı, q/100sm
3
 
21,20 
20,00 
18,60 
Titrləşən turşuluğun kütlə payı 
(şərab turşusuna görə, q/dm
3

4,16 
4,54 
4,83 
pH 
3,47 
3,40 
3,33 
Sıxlıq 
1,088 
1,083 
1,076 
Fenol maddələrinin miqdarı, 
mq/dm
3
 
921,40 
1285,7 
1714,3 
O cümlədən: 
monomerlər 
771,40 
718,60 
771,40 
polimerlər 
150,0 
567,10 
942,90 
Antosianlar, mq/dm
3
 
25,40 
22,20 
21,10 
Asidometrik göstərici 
50,96 
44,05 
38,5 
Mikroelementlərin miqdarı, mq/dm
3
 
 
 
 
St 
0,45 
0,50 
0,35 
Mn  
0,50 
0,50 
0,33 
Zn  
0,90 
0,96 
0,66 
Si  
10,55 
0,25 
13,80 
 
Alınmış içkilərin orqanoleptik xüsusiyyətlərini qiymətləndir-
mək üçün 25 ballı sistemdən istifadə edilmişdir. 
 Dequstasiyanın  nəticələrinə  görə  ən  yüksək  dequstasiya 
qiymətini ikinci variant, yəni 80% üzüm şirəsi və 20% feyxoa şi-
rəsi qarışığı ilə hazırlanmış içki nümunəsi almışdır – 23,0 bal. O, 
çəhrayı rəngə, mürəkkəb ardıc və qətran tonlu ətrə, tam yumşaq, 
harmonik dada malikdir. 
Levokumski üzüm sortunun şirəsinin ətrində və dadında mü-
şahidə olunan daraq çaları saxlanmamışdır. Üzüm sortunun şirin-
liyi ilə, feyxoa şirəsinin turş dadının harmonik uyğunluğu  əmələ 
gəlmişdir (i=44,05). 
Funksional  içkinin  (variant  2)  faydalı  xüsusiyyətlərinin 
qiymətləndirilməsi üçün sərbəst amin turşularının (cədvəl 3.41) və 
vitaminlərin (cədvəl 3.42) tərkibinə görə, onun üzüm şirəsi ilə mü-
qayisəli təhlili yerinə yetirilmişdir. 
 
 


255
 
 Cədvəl 3.41  
Funksional  içkinin  və  üzüm  şirəsinin  amin  turşu  tərkibinin 
müqayisəli təhlili  
Aminturşuları mq/dm
3
 
Birbaşa sıxılmadan 
alınan üzüm şirəsi 
Funksional təyinatlı 
içki 
Arqinin  
241,4 
123,8 
Tirozin  
6,2 
8,3 
??????-Fenilalanin  
3,4 
5,0 
Histidin 
7,4 
9,9 
Leysin  
20,9 
10,5 
Metionin  
121,0 
101,1 
Valin 
38,4 
35,3 
Prolin  
435,2 
390,5 
Treonin  
56,1 
66,1 
Triptofan  
154,3 
140,0 
Serin  
171,1 
161,6 
??????-Alanin 
137,4 
124,3 
Qlisin 
3,6 
1,9 
Cəmi: 
1396,0 
1178,0 
  
 Cədvəl 3.42  
Funksional içkinin və üzüm şirəsinin vitamin tərkibinin mü-
qayisəli təhlili  
Turşu, mq/dm
3
 
Birbaşa sıxılmadan 
alınan üzüm şirəsi 
Funksional təyinatlı 
içki 
Askorbin 
3,9 
35,6 
Xlorogen  
0,3 
 2,2 
Nikotin  
0,2 
20,6 
Orot 
6,6 
90,0 
Kofe 
5,5 
119,4 
Hall  
18,8 
 64,5 
Cəmi: 
35,3 
323,3 
 
Təhlilin  nəticəsində  məlum  olmuşdur  ki,  üzüm  şirəsinin 
birbaşa  sıxım  şirəsinin  tərkibində  sərbəst  aminturşularının  cəmi, 
öz tərkibində feyxoa və üzüm şirəsi olanlardan üstünlük təşkil edir. 
Həm də tədqiq edilən funksional məqsədli içkinin aminturşuları-
nın  konsentrasiyası  1200  q/dm
3
  təşkil  edir  ki,  bu  da  məhsulun 


256
 
bioloji dəyəri nöqteyi nəzərdən kifayət qədər yüksək göstəricidir. 
Funksional məqsədli içkilərdə, birinci sıxım şirəsinə nisbətən 
aminturşulardan  tirozinin,  ?????? -fenilalaninin,  histidinin,  treoninin 
miqdarı  çox  olur.  Həm  də  ?????? -fenilalanin  və  treonin 
“əvəzolunmayan”  aminturşularına  aid  olub,  insan  orqanizmi 
tərəfindən sintez olunmur. Fenilalanin qalxanvari və böyürəküstü 
vəzlərin funksiyalarının təmin olunmasında iştirak edir, treonin isə 
böyümə prosesinə təsir edir. Funksional məqsədli içkilər vitamin-
lərin və fenolkarbon birləşmələrinin miqdarının yüksək olması ilə 
seçilir. Onda askorbin, xlorogen, nikotin, orot, kofe və qal turşuları 
aşkar olunmuşdur. 
Üzümün birbaşa sıxım şirəsi ilə müqayisədə vitaminlərin və 
vitaminbənzər maddələrin konsentrasiyası 10-dəfə artmışdır. Əsa-
sən  askorbin  turşusunun  yüksək  miqdarı  dəyərli  olub,  normal 
zülal, karbohidrat və yağ mübadiləsinin nizamlanmasında mühüm 
rol  oynayır.  C-vitamininin  təsiri  ilə  insan  orqanizmi  qlikogenlə 
zənginləşir, qanda piroüzüm turşusunun miqdarı artır, polipeptid 
və xolesterinin miqdarı nizamlanır. 
Nikotin turşusu (PP-vitamini) hüceyrənin tənəffüs prosesində, 
karbohidratların  oksidləşməsində,  əsəb  sisteminin  fəaliyyətinin 
nizamlanmasında, zülal və xolesterinin mübadiləsində iştirak edir. 
Orot turşusu vitaminəbənzər maddələrə aid olub, zülal müba-
diləsini  stimullaşdırır  və  qaraciyərin  funksional  xüsusiyyətinə 
əlverişli təsir göstərir. 
Xlorogen, kofe və qal turşuları antioksidant aktivliyinə malik 
olan fenol birləşmələrinin tərkibinə daxildir.  
Beləliklə, yüksək bioloji, və qida və orqanoleptiki xüsusiyyət-
lərə  malik  olan  keyfiyyətli  içki  alınmışdır.  Bu  içkidən  3  yaşdan 
yuxarı olan uşaqların, həmçinin yod çatışmazlığı olan rayonlarda 
yaşayan əhali üçün, qalxanvari vəzi, ateroskleroz, anemiya, hiper-
toniya  və  digər  ürək-damar  xəstəliklərinin  profilaktikasında 
istifadə tövsiyə olunur.  
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə