Firuddin cəFƏrov hasil fəTƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə96/116
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5628
1   ...   92   93   94   95   96   97   98   99   ...   116

309
 
qabiliyyətini aşağı salır. Bununla yanaşı əzələ işi həzm orqanları-
nın işini pisləşdirir.  
Qida qəbulu arasındakı fasilələr 6 saatdan artıq olmamalıdır. 
Qida məşqdən 1-1,5 saat əvvəl, 2-2,5 saat yarışdan əvvəl, isti qida 
isə idman yüklənməsindən 30-40 dəqiqə sonra (əzələnin intensiv 
fəaliyyəti həzm orqanlarının işini tükəndirir) qəbul edilməlidir.  
Məşqlərin planından asılı olaraq qidalanma rejiminin müxtəlif 
variantları  və  gündəlik  rasionun  kalorisinin  bölünmsəi  məsləhət 
görülür.  
 
4.2.5. İdmançıların yarışda və yarışdan sonra qidalanması 
Yarış zamanı qida tərkibini və qida rejimini kəskin dəyişmək 
olmaz. Yeni məhsullar və xörəklər ehtiyatlılıq tələb edir ki, buna 
da orqanizm adaptasiya olunmalıdır.  
Həcmi böyük olmayan, yüksək kalorili və qida dəyərli, asan 
həzm olan və mənimsənilən xörəklərin istifadə oluması məsləhət 
görülür. Çox yağlı və çətin həzm olunan məhsullardan kənar qaç-
maq lazımdır.  
Qidanın kaloriliyi enerji sərfini, tərkibində karbohidratlar üs-
tünlük təşkil edən məhsulların hesabına tam kompensasiya etmə-
lidir. Rasionda tam qiymətli və asan mənimsənilən əsas etibarı ilə 
heyvan mənşəli zülalların miqdarı çox olmalıdır (süd və süd məh-
sulları, yumurta, ət, balıq). Əsas diqqət rasionun B qrupu, C, PP və 
E vitaminləri ilə zənginləşməsinə verilməlidir.  
İdmançı çox dözümlülük tələb edən yarış növlərində əzələlər-
də qlikogen səviyyəsini artırmaq üçün pəhriz qidalanmasına əməl 
etməlidir. Ümumi şəkildə qidalanma yarışdan bir neçə gün əvvəl 
aşağıdakı  sxemlə  qurulur:  3-4  gün  ərzində  zülal-yağ  pəhrizi 
zamanı xeyli əzələ işi aparılır. O, əzələlərdə qlikogen ehtiyatının 
tükənməsinə istiqamətlənmişdir.  
Sonra 3 gün ərzində, yarışa qədər karbohidratlarla zəngin olan 
(80-90%  gündəlik  kalorili)  rasiondan  istifadə  edilir  ki,  bu  da  iş-
ləyən əzələlərdə və qara ciyərdə qlikogen ehtiyatının və beləliklə 
də iş qabiliyyətinin artmasına səbəb olur. 


310
 
Karbohidratlarla  zənginləşdirmənin  bütün  tədbirləri  həkimin 
nəzarəti  altında,  idmançıların  fərdi  xüsusiyyətləri  nəzərə  alın-
maqla,  məşqlər  zamanı  əvvəlcədən  aprobasiya  olunmalı,  bu 
prosesdə  idmançının özünü necə  hiss  etməsi  və  iş qabiliyyətinin 
dinamikası öyrənilməlidir.  
Səhər  yeməyi  yarışqabağı  karbohidrat,  zülal  və  vitaminlərlə 
zəngin olmalıdır. Yulaf sıyığı, kərə yağı, yumurta, suda bişirilmiş 
və pörtlədilmiş ət, suda bişirilimiş toyuq, tərəvəz salatları, pendir, 
çay,  südlü  kofe,  təzə  meyvələr,  meyvə-tərəvəz  şirələri  məsləhət 
görülür.  
Xaricdə olan yarışlarda qidalanmaya xüsusi diqqət verilməli-
dir.  Bu  zaman  qidalanmada  tez-tez  təsadüf  olunan  və  buraxılan 
səhvlər aradan qaldırılmalıdır. Qidanın çox qəbul edilməsi bədən 
çəkisinin artmasına və idman formasının itməsinə gətirib çıxarır. 
Adət  olunmayan  “ekzotik” xörək və məhsulların istifadəsi  həzm 
prosesinin  pozulmasına  səbəb  olur  və  idman  nəticələrinə  də  öz 
mənfi təsirini göstərir. Su kəmərinin qaynadılmamış suyunun içil-
məsi  çox  vaxt  mədə-bağırsaq  xəstəliklərinə  səbəb  olur.  Sintetik 
preparatlar  əsasında hazırlanan tonuslaşdırıcı içkilərin çox qəbul 
edilməsi idmançıların xeyli əlavə qızışmasına səbəb olur ki, bu da 
son  nəticədə  yorulmaya  və  idman  nəticələrinin  aşağı  düşməsinə 
səbəb olur. 
Xaricdə  qidalanma  zamanı  rasiona  idmançılara  uyğun  olan 
yüksək kalorili qida məhsulları daxil edilməlidir.  
Yarışdan sonrakı bərpa olunma dövründə qidalanma iş qabi-
liyyətinin  sürətlə  qalxmasına kömək etməlidir. Bu uzunmüddətli 
turnirlərdə çöx vacibdir. 
Yarışdan sonra rasion karbohidratlarla zənginləşdirilməli (ilk 
növbədə qlükoza və furuktoza ilə) və bu yolla əzələ və qara ciyərdə 
qlikogenin  sürətlə  əmələ  gəlməsinə  kömək  göstərilməklə  ürək 
əzələlərinin  qidalanması  yaxşılaşdırılmalıdır.  Bu  dövrdə  bal  çox 
faydalıdır, çünki tərkibində fruktoza çoxdur. 
İlk  3-4  gündə  uzun  sürən  və  gərgin  turnirlərdən  sonra, 
rasionda  yağların  miqdarı  azaldılmalı  və  tərkibində  lipotrop 
maddələr çox olan məhsulların (metionin, xolin, yarımdoymamış, 


311
 
yağ turşuları və s.) miqdarı artırılmalıdır. Bunun üçün rasiona şor, 
süd və süd turşusu məhsulları, ət, qara ciyər, yulaf və qarabaşaq 
sıyığı, meyvə və tərəvəzlər və bütün yağların 25-30% miqdarında 
bitki yağı əlavə edilməlidir.  
Bərpa olunma dövründə əsas diqqət vitaminləşməyə verilmə-
lidir. Vitaminlə zəngin olan təbii məhsullar və ya yarımvitaminli 
prepartalardan istifadə olunması daha yaxşı olar. 
 
4.3. HAMİLƏ , DOĞMUŞ VƏ UŞAQ ƏMİZDİRƏN 
ANALARIN QİDALANMASI 
4.3.1. Hamiləlik zamanı sağlam qadınların qidalanması 
Səmərəli qidalanma hamiləliyin əlverişli keçməsi, hamiləliyin 
və doğuşun sona çatması, dölün və yeni anadan olmuş uşağın in-
kişafı üçün vacib amildir.  
Hamilə qadının qidalanması sağlamlıqdan, bədən çəkisindən, 
böyümədən,  əmək  fəaliyyəti  növündən,  enerji  sərfindən,  iqlim 
şəraitindən, ilin dövründən, hamiləlik vaxtından, məişət vərdişlə-
rindən asılı olaraq differensiasiya olunur. Artıq bədən çəkisi halla-
rında,  rasionun  kaloriliyi  karbohidratların  və  yağların  hesabına 
azaldılır. Bədən çəkisinin az olduğu hallarda isə rasionun kaloriliyi 
əsas nutrientlər arasındakı vacib nisbət saxlanılmaqla artırılır.  
Hamiləliyin birinci yarısında qadınların qidalanması, hamilə-
liyə qədər olan qidalanmadan elə də fərqlənməməlidir. Ancaq ilk 
üç ay orqanogenez dövrü olmaqla, çox vacibdir. Bu zaman hamilə 
qadın  optimal,  fizioloji  miqdarda  tam  qiymətli  zülal,  vitamin  və 
mikroelementlər  almalıdır.  Hamiləliyin  ilkin  yarısında  gündəlik 
rasionda orta hesabla ümumi kaloriliyi – 2400-2700 kkal olan 110 
q zülal, 74 q yağ və 350 q karbohidrat olmalıdır.  
Hamiləliyin  ikinci  yarısında  dölün  çəkisinin  artması  ilə 
əlaqədər zülala olan təlabat artır. Zülalın rasionda miqdarı 120 q-
dək,  yağınkı 85 q-dək və karbohidratlarınkı 400 q-dək artırılma-
lıdır.  Gündəlik  rasionun  ümumi  kaloriliyi  2800-3000  kkal-dək 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə