298
nişastadan, 20-40% yağdan və 3-5% zülaldan ibarət olur. Onların
tərkibində kalium nisbətən çox (200-400 mq/100 q) və PP vitamini
az miqdarda (0,2-0,5 mq/100) olur. Kaloriliyi 400-560 kkal/100 q
təşkil edir. Şokalad-yüksək kalorili məhsuldur (100 q-da 547
kkal).
Cədvəl 4.7
Bəzi qida məhsullarının mədədə qalma müddəti
Vaxt, saat
Məhsullar
1-2
Su, çay, kofe, kakao, süd, bulyon, soyutma yumurta, düyü həlimi,
bişmiş çay balığı
2-3
Südlü kofe və kakao, bişmiş yumurta, qayqanaq, omlet, bişmiş dəniz
balığı, bişmiş kartof, dana əti, buğda çörəyi
3-4
Bişmiş toyuq, mal əti, çovdar, alma, yerkökü, turp, ispanaq, xiyar,
qızardılmış kartof, qaxac ət
4-5
Qızardılmış ət, quş əti, seld, noxud püresi, pörtlədilmiş paxla
6-7
Donuz piyi, göbələklər
Sortundan asılı olaraq peçenyenin tərkibində 40-60% nişasta,
15-30% saxaroza, 5-10% yağ və 7-10% zülal olur. Onun mineral
tərkibində kalium 100-130 mq/100q, fosfor 70-120 mq/100q;
dəmir 1,0-1,8 mq/100q; vitamin B
1
-0,1; B
2
-0,1; PP-0,7-1,4
mq/100 q olur. Kaloriliyi 400-450 kkal/100 q -dır.
Pirojna və tortlar müxtəlif tərkibə malik olub, onlarda karbo-
hidratların miqdarı 40-70% və yağlar isə 10-30% təşkil edir. Mine-
ral maddələrin və vitaminlərin qatılığı hazırlanma üçün götürül-
müş unun miqdarından asılıdır.
100q pirojnanın və tortun kaloriliyi 350-500 kkal təşkil edir.
Bal yüksək dəyərli məhsuldur. Onun qida dəyəri kimyəvi
tərkibinin müxtəlifliyi və yüksək enerji dəyəri ilə (315-335
kkal/100 q) müəyyən olunur.
Balın gərgin məşqlər və yarışlar dövründə qəbul edilməsi
məsləhət görülür. Balda 38% fruktoza və 36% qlükoza olur. Balın
fruktozası ürək əzələlərinin yaxşı işləməsini təmin edir. Balda
vitaminlərdən (100q-da), C-3,5mq; B
1
-4,5 mkq; B
2
-21-26 mkq;
B
6
-10 mkq; PP-36-110 mkq miqdarındadır. Balın tərkibində, həm-
çinin qiymətli mineral maddələrdən kalium-10; dəmir-0,8;
fosfor-
3; kalsium-5 və flor-0,1 mq/100 q miqdarında olur.
299
4.2.3. Yüksək bioloji və qida dəyərli məhsullar
Yüksək qida və biolji dəyərli məhsullar maddələr mübadilə-
sinə istiqamətli təsir edir və idmançıların iş qabiliyyətinin artırıl-
masına və sürətlə bərpa olunmasına kömək edir. İdmançıların qi-
dalanmasında onlardan gün ərzində çoxsaylı məşqlərdə, yarışlar-
da, bərpa olunma və hazırlıq dövründə (isti iqlim, müvəqqəti adap-
tasiya) istifadə olunur.
Məşq yüklənmələrinin istiqamətindən, həmçinin su-duz mü-
badiləsinin və bədən kütləsinin nizamlanmasından asılı olaraq
bioloji dəyərli qida məhsulları, gündəlik
rasionunun keyfiyyətinin
dəyişdirilməsi üçün istifadə oluna bilər.
İdmançılar üçün xüsusi məhsullar bir neçə qrupa bölünür:
1. Yüksək zülallı məhsullar. Bunlara quru zülal məhsulları CП-
11 (kofeli, şokaladlı, meyvəli) və 45% zülalli “Sintez”; 30-35%
zülalli asidofil xüsusi məhsulu (AXM-1); 23-80% zülallı müxtəlif
xarici məhsullar: “Nutropro”, “Ximprotein”, “Top-star” (ABŞ),
“Proitorar” (Hollandiya), “Kernmark” (Almaniya), “Kazimin”
(Böyük Britaniya), “Starkirotein” (İsveç) aiddir.
Zülalli məhsullar asan mənimsənilən qiymətli zülalların əlavə
mənbəyi kimi, xüsusilə məşqlər zamanı gücün, əzələ kütləsinin
artırılması üçün və böyük fiziki yükdən sonra bərpaedici vasitə
kimi həmçinin məşqlərin səmərəliliyini artırmaq məqsədilə istifa-
də edilir.
Profilaktiki stress vəziyyətlərinin insan orqanizminə mənfi
təsirinin azaldılması üçün nəzrədə tutulan məhsulların işlənməsi
məqsədilə mütləq tam qiymətli zülallardan istifadə edilməlidir.
Belə ki, həyacan orqanizmin bütün sistemlərinin güclü
isləməsinə
səbəb olduğundan tam qiymətli zülallar qida və mədə-bağırsaq
sistemini əlavə gərginlikdən qorumalıdır.
Hal-hazırda məhsulun zülalla zənginləşdirilməsi üçün (nat-
rium kazeniat) kazeinin həll olan formasından istifadə olunur. Onu
zülalın payını artırmaq üçün şor əsaslı məhsullara əlavə kimi,
həmçinin konservlərin, konsentratların soya zülalları ilə yanaşı
kolbasanın, kotletin və düşbərənin zənginləşdirilməsində istifadə