Firuddin cəFƏrov hasil fəTƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə91/116
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5628
1   ...   87   88   89   90   91   92   93   94   ...   116

294
 
vitamininə (2-30 mkq/100 q) malikdir. Məhz buna və yarımdoy-
mamış  yağ  turşularının  çox  olmasına  görə  treska  və  paltusun 
yağları yüksək bioloji dəyərə malik olur. 
Dəniz  məhsullarından  kalmar,  dəniz  xərçəngi,  dəniz  kələmi 
geniş  mikroelement  spektrinə  və  BAM-rə  malik  olub,  onlardan 
idmançıların  qidalanmasında  müntəzəm  şəkildə  istifadə  etmək 
məsləhət görülür.  
Çörək  qiymətli  qida  məhsuludur.  Çörəyin  əsas  komponenti 
karbohidratlar olub, onun kaloriliyini (100q-190-236 kkal) təmin 
edir. Onların içərisində əsas yeri nişasta tutur. Zülal dəyərinə görə 
ən yaxşı əla buğda unundan və II sort buğda unundan bişirilən çö-
rəklərdir.  Çörək  müxtəlif  vitamin  mənbəyi  olub,  ən  çox  kəpəkli 
buğda ununda olur.  
Nəzərdə saxlamaq lazımdır ki, bir çox mikroelementlər, vita-
minlər kimi dənin qabığında toplanır. Buna görə də əla sortlu unun 
çörəyində  mikroelementlər  kobud  üyünmədən  alınan  unun  çö-
rəyinə nisbətən 2-3 dəfə az olur.  
Yarma  əsasən  karbohidrat  (65-75%),  həmçinin  zülal  (11,3-
13,1%) mənbəyidir. Ən çox bioloji dəyərə malik olan zülal qara-
başaq  yarmasındadır.  Yarma  B-qrupu  vitaminləri,  mineral  mad-
dələr,  ən  əvvəl  Mg  və  Fe  mənbəyidir.  Ən  yüksək  qida  dəyərinə 
qarabaşaq və yulaf yarmaları malikdir.  
Yulaf yarmaları yüksək bioloji dəyərə malik olan məhsullara 
aiddir.  Onların  tərkibində  zülalın  miqdarı  11-13%  təşkil  edir. 
Qarabaşaq  və  yulaf  yarmasının  əsas  üstünlüyü  tərkibində  bağır-
saqların işləməsi üçün lazimi miqdarda sellülozanın olmasıdır. 
Paxlalı  bitkilər  (noxud,  paxla,  lobya.  xeyli  miqdarda 
karbohidratlara (54-57%) malik olub, kifayət miqdarda kalorilidir 
(309-323  kkal/100q).  Paxlalılar  xeyli  zülal  (22-27%)  və  sellü-
lozaya həmçinin kifayət qədər əvəzolunmayan aminturşusu-lizinə 
malikdir. Paxlalılarda xeyli B qrupu vitaminləri və zəngin mineral 
maddələr vardır. Yuyulma, isladılma və bişirilmə zamanı vitamin-
lərin  çox  hissəsi  itir.  Buna  görə  də  bişirilmiş  paxlalılar  şorba  və 
soyusların hazırlanmasında istifadə oluna bilər.  
Kartof 15-16% karbohidratlara malik olub, onun 100 qramı 83 


295
 
kkal enerji verir. Kartofda 2% zülal olsa da kükürdlü aminturşula-
rının  çatışmazlığı  hiss  olunur.  Lizinin  miqdarı  çoxdur.  Kartofun 
çox böyük dəyəri onun kaliumla zənginliyində (570/100 q) olub, 
ürək əzələlərinin normal funksiyasını təmin edir. Kartof vasitəsilə 
orqanizm xeli miqdarda fosfor alır.  
Kələm – dadlı və xeyirli məhsuldur. Ən geniş yayılan ağ baş 
kələmdir.  Onun  tərkibində  çoxlu  C-vitamini  (45-60  mq/100  q) 
olub, saxlanma zamanı onun az bir hissəsi itir. Yazda onun qalan 
hissəsi  30  mq/100  q  təşkil  edir.  Kələmin  şirəsi  xoraya  qarşı 
faydalıdır.  O,  həzm  vəzinin  yaxşı  stimuledicisidir.  Turşudulmuş 
kələm özünün turşuları hesabına çürümə mikroblarını öldürür və 
həzm prosesini yaxşılaşdırır.  
Yerkökü  –  karotinoidlərin  qiymətli  mənbəyi  olub,  ondan  A 
vitamini sintez olunur. Eyni zamanda yerkökündə PP vitamini və 
E vitamini də çoxdur.  
Çuğundur-vacib  mineral  elementlərə  malikdir:  Onlardan 
kalium (240mq/100q), natrium (90 mq/100 q) və Fe (1,4 mq/100 
q) xüsusi qeyd olunmalıdır. 
Çuğundurda rəngləyici maddələr – bakterisid təsirli antosian-
lar vardır.  
Pomidor bir çox vitaminlərin o, cümlədən C (20-25mq/100q), 
??????- karotin (0,5-1,2 mq/100 q) və PP (0,5 mq/100 q) mənbəyidir. 
Onun tərkibində mineral elementlərdən kaliumun miqdarı çox olur 
(290/100 q). 
Soğanın tərkibində çoxlu vitaminlər və qiymətli  maddələr – 
fitonsidlər  vardır.  Yaşıl  soğanda  30  mq/100  q  C  vitamini  və  2 
mq/100  q 
?????? − karotin  olur.  Soğanaqda  C  vitaminin  miqdarı  az, 
yəni 10 mq/100 q olur. Soğanın fitonsidləri bakterisid təsirə malik 
olub, orqanizmi bir sıra yoluxucu xəstəliklərdən qoruyur.  
Meyvə-giləmeyvə yüksək dad keyfiyyətinə, həmçinin, qiymət-
li vitaminlərə, mineral maddələrə və karbohidratlara malikdir.  
C  vitamini  giləmeyvələrdən  (mq/100  q)  daha  çox  itburnuda 
(qurudulmuş)- 1200, qara qarağatda, çaytikanında – 200, çiyələk-
də-60 və motmotuda – 30 mq/100q olur. Bu vtaminlərin sitruslarda 
(portağal,  limon,  naringi)  miqdarı–  40-60  mq/100q  təşkil  edir. 


296
 
Digər  meyvə  və  giləmeyvələrdə  C  vitamininin  miqdarı  xeyli  az 
olmaqla, gilasda 15 mq/100q, almada – 13 mq/100q, gavalıda 10 
mq/100q və armudda 5 mq/100q olur.  
??????  -  karotin  bir  sıra  meyvə  və  giləmeyvələrdə,  o  cümlədən 
zeytunda  (10),  itburnuda  (2,6),  ərikdə  (1,6),  xurmada  (1,2)  və 
heyvada (0,4 mq/100 q) olur. 
PP-vitamini  nisbətən  yüksək miqdarda:  ərikdə 07  mq/100 q, 
moruqda, itburnuda və gavalıda-0,6 mq/100 q olur. 
Meyvə  və  giləmeyvələrdə  qiymətli  mineral  elementlər  olur. 
Xüsusilə  şaftalı,  qara  qarağat,  ərik,  motmutu,  üzüm  və  almada 
kaliumun miqdarı yüksək olur. Qaragilə, qara qarağat, çiyələk və 
moruq dəmirlə zəngin olur. Meyvə və giləmeyvələrdə sadə şəkər-
lərdən  qlükoza  və  fruktoza  (6-10  mq/100q)  olur.  Üzümdə  onun 
miqdarı 16%-ə çatır.  
Meyvə-tərəvəzlərdə tərkibində üzvi turşuların olması yağ mü-
badiləsinə müsbət təsir edir və həzm işini stimullaşdırır. Bağırsa-
ğın fəaliyyətinə yaxşı təsir edən meyvə-giləmeyvədə olan sellülo-
zadır. Meyvə və giləmeyvələr də tərəvəzlər kimi, orqanizmdə fizi-
ki işlənmədən sonra turşu-qələvi tarazlığının normallaşmasına kö-
məklik edir. 
Meyvə-giləmeyvə və tərəvəz şirələri-qiymətli məhsullar olub, 
tərkibində (xüsusilə lətli şirələrdə) çoxlu vitaminlər, asan mənim-
sənilən  şəkərlər  qələvi  xarakterli  mineral  elementlər,  mik-
roelementlər,  pektinlər,  sellüloza  vardır.  Yerkökü  və  ərik  şirəsi 
karotinlə zəngindir.  
Qida yağları qida məhsullarının enerji dəyərinin və dad xüsu-
siyyətlərinin artırılmasında vacib rol oynayır. Onlar bir sıra BAM-
in, o cümlədən yarımdoymamış yağ turşularının, A, D, E-vitamin-
lərinin, stearinlərin və s. mənbəyidir. 
Kərə yağı - əvəzolunmayan yağ mənbəyidir (73-83%). Yaxşı 
mənimsənilir və yüksək kaloriliyi ilə (100 q-da 660-748 kkal) se-
çilir. Yağda əsasən doymuş (50%) və monodoymamış (27%) yağ 
turşuları olur, az miqdarda isə yarımdoymamış yağlar (1%) olur. 
Kərə  yağında,  xüsusilə  yay  dövründə  xeyli  A-vitamini  (0,5 
mq/100  q)  və 
??????  -karotin  (0,34mq/100q)  olur.  Onun  tərkibində 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə