Firuddin cəFƏrov hasil fəTƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə88/116
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5628
1   ...   84   85   86   87   88   89   90   91   ...   116

285
 
yodlaşdırılmış məmulatlar) məsləhət görülür.  
Həmçinin qarğıdalı yağından da məmulatlar hazırlanır ki, bu 
da yarımdoymamış yağ turşuları ilə zəngin olub, orqanizmdə xo-
lesterinin  çıxarılmasına  köməklik  edir.  Məsələn,  “Novoye”, 
“Dietik”  peçenyeləri.  4.3  saylı  cədvəldə  bəzi  qənnadı  məlumat-
ların kimyəvi tərkibi verilmişdir:  
Cədvəl 4.3 
Bəzi qənnadı məmulatların kimyəvi tərkibi 
Məmulatın adı 
Rütubət, 

Yağ, % 
Həll olan 
karbohidrat-
lar, % 
Əlavələr, 

Tryüfellər: 
 
 
 
 
Saxarinlə 
3,3±1,5 
45,5±2 
20,2±3 
Saxarin 
Ksilitlə 
1,2±0,3 
42,2±3 

Ksilit 
Südlü şokalad: 
 
 
 
 
Saxarinlə 
1,9±0,5 
42,2±2 
36,6±2 
Saxarin 
Ksilitlə 
1,9±0,2 
35,5±2 
4±2 
Ksilit-41,7 
Ksilitli batonçiklər 
1,7 
29,7 

Ksilit-51,8 
 “Diabetik” peçenye 
5-6 
12,24 

Sorbit-29,1 
Ksilitdə gözcüklənmiş 
konfetlər
 

7,6 

Ksilit-62,5 
 
Tərkibində 
yod  olan  məmulatlar  müalicə-profilaktiki 
əhəmiyyət  daşıyır.  Onlar,  yod  çatışmazlığında  qalxanvari  vəzin 
fəaliyyəti pozulduqda məsləhət görülür. Bunun üçün dəniz kələmi 
və  ya  nişastalı  yod,  karamel,  zefir,  marmelad  həm  təbii,  həm  də 
sintetik  vitaminlər  və  ya  vitamin  xammalı  əlavə  etməklə  hazır-
lanır.  Karamel,  draje,  konfetlər,  şokalad,  peçenye,  pryanik  və 
halva  vitaminləşdirilir.  Satışa  tərkibində  C,  B
1
,  A,  D,  PP  vita-
minləri  olan  drajelər  çıxarılır.  C  vitamini  olan  draje  “Şokaladlı 
izyum”,  “Moloçnoe”,  “Şəkərli  itburnu”,  “Sitrusovoe”,  “Yujnoe” 
adı  altında  buraxılır.  C  və  B
1
  vitaminləri  olan  karamel-nabat 
yastıqcıqları  “Şipovnik”,  “Bim-Bom”  karamelidir.  Şirələnmiş 
konfetlər  C-vitamini  ilə  (“Krem-pomadka”),  B
1
  vitamini  ilə 
(“Kiyevskaya pomadka”) hazırlanır.  
Yeni  sort  peçenye,  pryanik  və  konfetlərin  çeşidləri  işlənib, 
istehsalata  yayılmışdır. Bu qənnadı məmulatlarının reseptlərində 


286
 
buğda rüşeyminin lopası, karotin, alma püresi, üvəz püresi və alma 
tozu  istifadə  olunmuşdur.  Məhz  bu  qida  əlavələri  -  pektinlər, 
sellüloza,  bitki  yağları,  vitaminlər  və  mineral  maddələr  yeni 
məhsullara  profilaktiki  təyinat  verir  və  onların  istifadə  olunması 
orqanizmin  bioloji-immun  reaktivliyini  artırır.  Bu  məhsulların 
istehsalında sirkə və ya essens turşularından istifadə edilmir. 
Müalicəvi  və profilkatiki  qənnadı  məmulatlarının buraxılışı-
nın  təşkili  ilə  əlaqədar  problemin  həlli  üçün  aşağdakı  məsələlər 
həll olunmalıdır: 
1.
 
Məmulatın  kalorisinin  aşağı  salınması.  Rusiya  Elmlər 
Akademiyasının Qida İnstitutunun məlumatına görə, qeyd olunan 
məmulatlarda  yağın  miqdarı  10-15%  arasında  olmalıdır.  Hal-
hazırda  o,  33%-i  keçir  ki,  bu  da  piylənməyə  və  aterosklerozun 
inkişafına səbəb olur. Karbohidratların miqdarı 55-75%, rafinləş-
mişlərin  miqdarı  10%-dən  artıq  olmamalı  olduğu  halda
 
faktiki-
20%-dən  artıq  olur.  Ümumi  zülalın  miqdarı  0-15%  olmalıdır, 
faktiki  isə  5,9  olur,  qida  lifləri  27-40%  olmalıdır,  ancaq  hal-
hazırda 10% təşkil edir.  
2.
 
Bir  sıra  yeni  xammal  növündən  və  əlavələrdən  istifadə 
edilməklə,  məmulatın
 
buraxılışı  üçün  əlverişli  şəraitin  yaradıl-
ması: qanda hemoqlobinin əmələ gəlməsinin kəskin aktivləşməsi 
üçün  kolloid  dəmirin,  yüksək  bioloji  dəyərə  və  yaxşı 
mənimsənilməyə və yüksək miqdarda zülala (quru maddəyə görə 
45%)  malik  olan  soya  süd  konsentratının,  orqanizmdən  zərərli 
kimyəvi  birləşmələri  və  ağır  metalları  çıxara  bilən  bioloji  aktiv 
əlavələrin istifadəsini nəzərdə tutur.  
3.
 
Yağlar qarışığının yağ-turşu tərkibinin modelləşməsi yolu 
ilə  tətbiqinin  təmini.  Doymuş  yağ  turşularının  miqdarı  10%-dək 
olmalıdır. Ancaq hal hazırda 25% təşkil edir. Doymuş turşuların 
artıqlığı maddələr mübadiləsinin pozulmasına, o cümlədən qanda 
xolesterinin  miqdarının  artmasına  səbəb  olur.  Yarım  doymamış 
yağ turşularının (linol, linolen, araxidon) miqdarı 7-100% arasında 
tərəddüd etsə də real olaraq 5%-ə qədər olur. Yarımdoymamış tur-
şular orqanizm üçün mühüm əhəmiyyət kəsb edir. Onlar hüceyrə 
membranının  tərkibinə  daxil  olub,  normal  böyümə  və  maddələr 


287
 
mübadiləsini, damarların elastikiyini və orqanizmdən xolesterinin 
xaric olmasını təmin edir.  
4.
 
Tələb olunan təhlükəsizlik meyarlarının yaradılması. Qeyd 
olunan  məsələlərin  realizə  olunması  üçün  xammal  göstərilən 
tövsiyyələrə  uyğun  istifadə  olunmalı,  qənnadı  məmulatına  vita-
minlər  və  mikroelementlərin  əsas  miqdarı  birbaşa  təbii  mənşəli 
ilkin xammalından keçməlidir. 
 
4.2.İDMANÇILAR ÜÇÜN QİDA MƏHSULLARININ 
TEXNOLOGIYASI VƏ ONLARIN XÜSUSIYYƏTLƏRİ 
4.2.1. Qidanın enerji dəyəri və keyfiyyət tərkibi 
Idmançıların qidalanması-sağlamlığın saxlanması üçün vacib 
amillərdən biri  olub,  iş  qabiliyyətinin  artırılmasında,  yeni  idman 
göstəricilərinə nail olunmasında mühüm rol oynayır.  
Eyni zamanda idamançıların qidalanması fərdi xüsusiyyətlərlə 
bağlıdır.  Bu  idman  növündən,  hazırlığın  müxtəlif  mərhələ  və 
istiqamətindən, məşqlərin intensivliyindən və həcmindən, yaşlıla-
rın şəraitindən, coğrafi-iqlim zonasından və fərdi müxtəliflikdən 
asılıdır.  
Qidanın  enerji  dəyəri,  idmançının  bütün  yüksək  enerji 
sərfiyyatını tam kompensasiya etməlidir. Qidanın kaloriliyi hesab-
landıqda  idman  fəaliyyətinin  xarakteri  və  bədənin  çəkisi  nəzərə 
alınmalıdır.  İdmançının  gündəlik  rasionunun  enerji  dəyərini 
müəyyən etdikdə 4.4 saylı cəvəldəki rəqəmləri idmançının bədən 
çəkisinə vurmaq tələb olunur.  
İdmançının qidalanmasının miqdar keyfiyyətinə nəzarət üçün 
onun 2 ölçüsü müqayisə olunmalıdır. Gündəlik enerji sərfiyyatı bir 
qayda  olaraq  xronometrik-  cədvəl  üsulu  ilə  və  qidanın  kaloriliyi 
menyusuna görə hesablanır.  
Qidanın  enerji  nöqteyi  nəzərindən  keyfiyyəti  haqda 
idmançının  bədən  çəkisinin  dəyişməsinə  görə  də  fikir  yürütmək 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə