285
yodlaşdırılmış məmulatlar) məsləhət görülür.
Həmçinin qarğıdalı yağından da məmulatlar hazırlanır ki, bu
da yarımdoymamış yağ turşuları ilə zəngin olub, orqanizmdə xo-
lesterinin çıxarılmasına köməklik edir. Məsələn, “Novoye”,
“Dietik” peçenyeləri. 4.3 saylı cədvəldə bəzi qənnadı məlumat-
ların kimyəvi tərkibi verilmişdir:
Cədvəl 4.3
Bəzi qənnadı məmulatların kimyəvi tərkibi
Məmulatın adı
Rütubət,
%
Yağ, %
Həll olan
karbohidrat-
lar, %
Əlavələr,
%
Tryüfellər:
Saxarinlə
3,3±1,5
45,5±2
20,2±3
Saxarin
Ksilitlə
1,2±0,3
42,2±3
-
Ksilit
Südlü şokalad:
Saxarinlə
1,9±0,5
42,2±2
36,6±2
Saxarin
Ksilitlə
1,9±0,2
35,5±2
4±2
Ksilit-41,7
Ksilitli batonçiklər
1,7
29,7
4
Ksilit-51,8
“Diabetik” peçenye
5-6
12,24
-
Sorbit-29,1
Ksilitdə gözcüklənmiş
konfetlər
9
7,6
-
Ksilit-62,5
Tərkibində
yod olan məmulatlar müalicə-profilaktiki
əhəmiyyət daşıyır. Onlar, yod çatışmazlığında qalxanvari vəzin
fəaliyyəti pozulduqda məsləhət görülür. Bunun üçün dəniz kələmi
və ya nişastalı yod, karamel, zefir, marmelad həm təbii, həm də
sintetik vitaminlər və ya vitamin xammalı əlavə etməklə hazır-
lanır. Karamel, draje, konfetlər, şokalad, peçenye, pryanik və
halva vitaminləşdirilir. Satışa tərkibində C, B
1
, A, D, PP vita-
minləri olan drajelər çıxarılır. C vitamini olan draje “Şokaladlı
izyum”, “Moloçnoe”, “Şəkərli itburnu”, “Sitrusovoe”, “Yujnoe”
adı altında buraxılır. C və B
1
vitaminləri olan karamel-nabat
yastıqcıqları “Şipovnik”, “Bim-Bom” karamelidir. Şirələnmiş
konfetlər C-vitamini ilə (“Krem-pomadka”), B
1
vitamini ilə
(“Kiyevskaya pomadka”) hazırlanır.
Yeni sort peçenye, pryanik və konfetlərin çeşidləri işlənib,
istehsalata yayılmışdır. Bu qənnadı məmulatlarının reseptlərində
286
buğda rüşeyminin lopası, karotin, alma püresi, üvəz püresi və alma
tozu istifadə olunmuşdur. Məhz bu qida əlavələri - pektinlər,
sellüloza, bitki yağları, vitaminlər və mineral maddələr yeni
məhsullara profilaktiki təyinat verir və onların istifadə olunması
orqanizmin bioloji-immun reaktivliyini artırır. Bu məhsulların
istehsalında sirkə və ya essens turşularından istifadə edilmir.
Müalicəvi və profilkatiki qənnadı məmulatlarının buraxılışı-
nın təşkili ilə əlaqədar problemin həlli üçün aşağdakı məsələlər
həll olunmalıdır:
1.
Məmulatın kalorisinin aşağı salınması. Rusiya Elmlər
Akademiyasının Qida İnstitutunun məlumatına görə, qeyd olunan
məmulatlarda yağın miqdarı 10-15% arasında olmalıdır. Hal-
hazırda o, 33%-i keçir ki, bu da piylənməyə və aterosklerozun
inkişafına səbəb olur. Karbohidratların miqdarı 55-75%, rafinləş-
mişlərin miqdarı 10%-dən artıq olmamalı olduğu halda
faktiki-
20%-dən artıq olur. Ümumi zülalın miqdarı 0-15% olmalıdır,
faktiki isə 5,9 olur, qida lifləri 27-40% olmalıdır, ancaq hal-
hazırda 10% təşkil edir.
2.
Bir sıra yeni xammal növündən və əlavələrdən istifadə
edilməklə, məmulatın
buraxılışı üçün əlverişli şəraitin yaradıl-
ması: qanda hemoqlobinin əmələ gəlməsinin kəskin aktivləşməsi
üçün kolloid dəmirin, yüksək bioloji dəyərə və yaxşı
mənimsənilməyə və yüksək miqdarda zülala (quru maddəyə görə
45%) malik olan soya süd konsentratının, orqanizmdən zərərli
kimyəvi birləşmələri və ağır metalları çıxara bilən bioloji aktiv
əlavələrin istifadəsini nəzərdə tutur.
3.
Yağlar qarışığının yağ-turşu tərkibinin modelləşməsi yolu
ilə tətbiqinin təmini. Doymuş yağ turşularının miqdarı 10%-dək
olmalıdır. Ancaq hal hazırda 25% təşkil edir. Doymuş turşuların
artıqlığı maddələr mübadiləsinin pozulmasına, o cümlədən qanda
xolesterinin miqdarının artmasına səbəb olur. Yarım doymamış
yağ turşularının (linol, linolen, araxidon) miqdarı 7-100% arasında
tərəddüd etsə də real olaraq 5%-ə qədər olur. Yarımdoymamış tur-
şular orqanizm üçün mühüm əhəmiyyət kəsb edir. Onlar hüceyrə
membranının tərkibinə daxil olub, normal böyümə və maddələr
287
mübadiləsini, damarların elastikiyini və orqanizmdən xolesterinin
xaric olmasını təmin edir.
4.
Tələb olunan təhlükəsizlik meyarlarının yaradılması. Qeyd
olunan məsələlərin realizə olunması üçün xammal göstərilən
tövsiyyələrə uyğun istifadə olunmalı, qənnadı məmulatına vita-
minlər və mikroelementlərin əsas miqdarı birbaşa təbii mənşəli
ilkin xammalından keçməlidir.
4.2.İDMANÇILAR ÜÇÜN QİDA MƏHSULLARININ
TEXNOLOGIYASI VƏ ONLARIN XÜSUSIYYƏTLƏRİ
4.2.1. Qidanın enerji dəyəri və keyfiyyət tərkibi
Idmançıların qidalanması-sağlamlığın saxlanması üçün vacib
amillərdən biri olub, iş qabiliyyətinin artırılmasında, yeni idman
göstəricilərinə nail olunmasında mühüm rol oynayır.
Eyni zamanda idamançıların qidalanması fərdi xüsusiyyətlərlə
bağlıdır. Bu idman növündən, hazırlığın müxtəlif mərhələ və
istiqamətindən, məşqlərin intensivliyindən və həcmindən, yaşlıla-
rın şəraitindən, coğrafi-iqlim zonasından və fərdi müxtəliflikdən
asılıdır.
Qidanın enerji dəyəri, idmançının bütün yüksək enerji
sərfiyyatını tam kompensasiya etməlidir. Qidanın kaloriliyi hesab-
landıqda idman fəaliyyətinin xarakteri və bədənin çəkisi nəzərə
alınmalıdır. İdmançının gündəlik rasionunun enerji dəyərini
müəyyən etdikdə 4.4 saylı cəvəldəki rəqəmləri idmançının bədən
çəkisinə vurmaq tələb olunur.
İdmançının qidalanmasının miqdar keyfiyyətinə nəzarət üçün
onun 2 ölçüsü müqayisə olunmalıdır. Gündəlik enerji sərfiyyatı bir
qayda olaraq xronometrik- cədvəl üsulu ilə və qidanın kaloriliyi
menyusuna görə hesablanır.
Qidanın enerji nöqteyi nəzərindən keyfiyyəti haqda
idmançının bədən çəkisinin dəyişməsinə görə də fikir yürütmək
Dostları ilə paylaş: |