274
Buna görə yaşlı insanların rasionuna də yod mənbələrinin daxil
edilməsi qalxanvari vəzin funskiyasının zəiflədiyi bir vaxtda xü-
susilə böyük əhəmiyyət kəsb edir.
Yoda gündəlik təlabat 0,1-0,2 mq-dır. Onun zəngin mənbələri
balıq və qeyri-balıq dəniz məhsullarıdır.
Yaşlı insanların rasionunun mineral tərkibinin ümumi
istiqa-
məti qələvi yönümlü olmalıdır ki, süd və süd məhsulları, həmçiin
meyvə-tərəvəz məhsullarının istifadəsi təmin edilə bilsin.
Bununla əlaqədar olaraq, rasionda lipotrop maddələrin səmə-
rəsini aşağı salan maddələr mənbəyi, eyni zamanda antiqida və
toksin xüsusiyyətinə malik olan maddələrin (məsələn: göbələklər,
yağlı qarnirlər, kəskin sous və qəlyanaltılar, hisə veriliş məhsullar,
marinadlar) istifadəsini məhdudlaşdırmaq lazımdır. Çünki belə
maddələr mədə-bağırsaq sisteminin selikli qişasını və sidik kanal-
larını qıcıqlandırır.
Rusiya Tibb Elmləri Akademiyasının Qida İnstitutu tərəfindən
yaşlı insanlar üçün gündəlik məhsulların təxmini çeşidi işlən-
mişdir (cədvəl 4.2).
Cədvəl 4.2
Yaşlı insanlar üçün təxmini gündəlik
məhsul çeşidi
Məhsulun adı
Kütlə, q
Yağsız ət sortları
170
Balıq
35
Süd, qatıq
400
Yağsız şor
70
Meyvələr, şirələr
300
Yumurta
25
Kərə yağı
10
10% yağlılığı
olan xama
100
Bitki yağı
20
Şəkər
35
Çovdar, buğda çörəkləri
300
Buğda unu
63
Yarma (qarabaşaq, yulaf, manna)
63
Kartof
200
Tərəvəz
640
Pendir
18
275
Yaşlı dövrdə qidalanma rejimi böyük əhəmiyyət kəsb edir.
Çünki o, həzm prosesinin sekretor və ferment
fəaliyyətinin pozul-
masına qarşı profilaktikasına köməklik edir. Yaşlı və qoca insanlar
üçün böyük olmayan qida porsiyaları gün ərzində 4-5 dəfə qəbul
edilməlidir.
Dörd dəfəlik qidalanmada rasionun enerji dəyəri və onda olan
nutrientlərin miqdarı aşağıdakı qaydada bölünür: ilk səhər yeməyi-
25%, ikinci səhər yeməyi-15%, nahar-35%, şam-25%. Şam yemə-
yində xörəklərlə yüklənmə olmamalıdır. O yeməklər həzm kana-
lında uzun müddət ləngiyən qida maddələri olmamalıdır. Bu şam
yeməyi yatmağa 2 saat qalanadək həyata keçirilməlidir.
Qidanın mətbəx işlənməsinə xüsusi fikir verilməlidir. Qıcqır-
madan kənar qaçmaq lazımdır, çünki bu zaman əmələ gələn
birləşmələr həzm sisteminin işini çətinləşdirir.
4.1.2. Qocalan orqanizmin yaş xüsusiyyətləri nəzərə
alınmaqla yaşlı insanlar üçün məhsul texnologiyası
Hal-hazırda qida sənayesinin alim və mütəxəssisləri tərəfin-
dən herodietik qidalanma məhsullarının (konservlər, içkilər, süd
və turş süd məhsulları, qənnadı məmulatları) texnologiyası işlə-
nilir.
Soya əsaslı işkilərin texnologiyası və reseptləri işlənmişdir:
“Aromatnıy”, “Myatnıy”, “Sitrusovıy”, “Çaynıy”. İçkilərin hazır-
lanması üçün əsas kimi soya və digər təbii aşqarlar məsələn bal,
vanilin, nanə, qurudulmuş limon və ya portağal qabığı, çay və
şəkərdən istifadə edilir. Əsas tərkib hissəsi soya (süd) olub,
soyanın toxumundan alınan zülal məhsuludur.
Zülalın keyfiyyətinə görə soya inək südünə yaxındır. Soya
əsası laktoza, xolesterin və süd zülalı kompleksinə malik olmur.
Onlar adətən uşaqlarda və böyüklərdə allerqiya yaradır. Buna görə
də soya əsası, yaşlı insanlar üçün mətbəx məmulatı hazırlayərkən
inək südünü əvəz etmək üçün məsləhət görülür.
Ağbaş kələmin sublimasiya üsulu ilə qurudularaq quru şirə