Firudin Ağasıoğlu (Cəlilov)



Yüklə 10,29 Mb.
Pdf görüntüsü
səhifə29/47
tarix11.09.2018
ölçüsü10,29 Mb.
#67896
1   ...   25   26   27   28   29   30   31   32   ...   47

 
109
də aparılan tədqiqat yönündə m.ö.VII-III əsrlərə aid 80 ske-
letdən alınan DNA örnəkləri ayrı-ayrı xalqların DNA-sı ilə 
müqayisə edilmişdir. Alınan sonuçla etruskların genetik ba-
xımdan  ən çox Anadolu türklərinə yaxın olması ortaya çıx-
mışdır.
39
 
Çağdaş insanlar üzərində aparılan tədqiqat da eyni 
nəticəni vermişdir. Torino universitetinin professoru Alberto 
Piazza bildirib ki, Toskana ərazisində etruskların yaşadığı 
Volterra, Murlo və Kasentino qəsəbələrində ən azı üç nəsil 
yaşayan 263 nəfərdən götürülən qan nümunələrinin DNA 
testləri İtaliyanın quzey və güneyində, Güney Balkan bölgə-
ləri, Sardinya, Sicilya, Lemnos adaları və Anadolunun keç-
miş Lidiya torpaqlarında yaşayan 1264 nəfərin DNA testilə 
müqayisə edilmiş, yenə də genetik yaxınlığı Türkiyədən alı-
nan nümunələr göstərmişdir. Beləliklə, Torino universitetinin 
sınaqları daha öncə Ferrara universitetindəki elmi sınaqlarda 
alınan nəticəni təsdiq etmişdir. 
Etruriyadakı tarixi-etnoqrafik bəlgələr göstərir ki, buraya 
gələn etrusklar yerli kulturu məhv etməmişdir. Əksinə, ortaq 
mədəniyətin formalaşmasına təkan vermişdir. Belə ki, gəliş-
miş Ön Asiya kulturunu gətirən boylar buradakı bəsit yerli 
kulturun inkişafına səbəb olmiş, gəlmə-yerli kulturlarım sin-
tezindən superetnik etrusk kulturu yaranmışdır. Özəlliklə, ba-
sırıq gələnəyində yerli və gəlmə kulturun yanaşı davam etməsi 
aydın seçilir; bir tərəfdən kurqan və kurqanaltı otaq gələnəyi, 
digər tərəfdən yandırılan ölülərin külünü saxlamaq üçün is-
tifadə olunan fiqurlu qablar iki basırıq kulturunu sərgiləyir. 
Mifologiya sahəsində  də  gəlmə-yerli motivlər, tanrı adları 
seçilir. 
Beləliklə, etruskların kökü haqqındakı fikirləri üç qrupa 
ayırmaq olar: 1) etrusklar İtaliyanın yerli xalqıdır; 2) etrusk-
lar İtaliyaya quzeydən gəlmişlər; 3) etrusklar İtaliyaya doğu-
                                                           
39
 American Journal Hum Genetics, 2004, cild 74, səh. 694. 
 
109


 
110
dan, Anadoludan gəlmişlər. İrəli sürülən bu hipotezlərin heç 
biri hələlik tam təsdiqini tapmamışdır. Etruskların yerli və ya 
gəlmə xalq olması probleminin çözümü etrusk dilinin açıl-
masndan, bu dilin hansı dil ailəsinə mənsub olması sualına 
cavab tapılmasından asılıdır.    
1. Etruskların pelask sayılması. 
İlk dəfə Homer pelasqları Kritdə yaşayan xalqlar sırasında 
qeyd edir, həm də onları Troya savaşında troyalıların yandaşı 
kimi verir.
40
 Antik çağ tarixçilərinin (Fukidid, Herodot, Kse-
nefon və b.) verdiyi məlumata görə, yunanlılar Yunanıstana 
gələndə burada hindavropa uruqları ilə yanaşı pelasqlar da 
yaşayırmış. Tarixi qaynaqlarda pelasq boyunun tirsen (tirren) 
adlanan boylarla qohumluğu, hətta eyniliyi haqqında bəlgə-
lər verilir. Yunanlardan öncə pelaskların yaşadığı bölgələrdə 
türkcə  Selenqa, Tərtər adlanan çaylar bəllidir. Adilə Ayda 
pelasq dilindəki  təpə (tepae) sözünə dayanaraq onları türk 
sayır.
41
 
Yunanlıların etrusklara tirsen deməsi, Tirren 
dənizini  Tarkunia  adlandırması tarixi gerçəklikdir. Bu 
baxımdan, etruskların pelask boylarından olması fikiri 
yayğınlaşmışdır. Bu baxışı qüvvətləndirən faktlardan biri də 
Herodota görə  həmin çağlarda pelasqlar yaşayan Lemnos 
adasında tapılan m.ö.VII-VI əsrlərə aid epitafiya yazısının 
etrusk dilinə və ya bu dilin bir dialektinə bənzəməsidir.
42
 
 
Strabon yazır ki, Antiglidə görə Lemnos və İbros bölgələ-
rinə ilk gəlib yerləşənlər pelasqlar idi, gerçəkdən də onların 
bir hissəsi sonra Atisin oğlu Tirrenin başçılığı ilə  İtaliyaya 
keçmişdir. Sözünə davam edən yazar qeyd edir ki, pelasqlar 
Afinaya da gəlmişdi, burada attikalılar onlara “leylək” anla-
                                                           
40
 Odisseya, IXI, 177; İliada, XVI, 223.  
41
 Ayda, 1987, 19-21. 
42
 Lemnos yazısından sonrakı bölmədə geniş danışacağıq. 
 
110


 
111
mında  pelarq deyirdilər, çünki köçəri quş hara gəldi uçub 
qonduğu kimi bu köçəri boylar da eləcə yer dəyişirdi.
43
  
Tarixçi-filosof Diogen Laertli məşhur yunan riyaziyatçısı 
Samoslu Pifaqoru “tirren” (pelasq) adlandırırdı. Virgili yazır 
ki, İtaliyanın ilk sakinləri pelasklar idi. Homerdən öncə yu-
nan yazarlarının pelask əlifbasından istifadə etməsi, Avropa-
ya yayılan çeşidli yazıların bu əlifbaya dayanması, İtaliyaya 
da  əlifbanı pelask boyları  tərəfindən gətirilməsi haqqında 
antik çağ yazarları  məlumat verir. Quzey İtaliyada tapılan 
m.ö.V-II əsrlərə aid ret dilinin qısa yazıları ilə və bu dilə qo-
hum sayılan kamun dili ilə, həmçinin Kiprdə tapılan yazıla-
rın dili ilə etrusk dili arasında əlaqə axtarılır. Lakin bu yolun 
elə bir perspektivi görünmür, çünki hələlik pelask dili kimi, 
ret, kamun və Kipr yazılarının dili tam aydınlaşmayıb və bu 
durumda bir bilinməzi başqa bir bilinməzlə izah etmək uğur-
lu sonuc verəcək sınaq deyil.  
Son vaxtlar pelask 
dilinə maraq alban ya-
zarlarında artmışdır. O 
coğrafiyada tapılan  qə-
dim yazıların hamısını 
albanca oxumaq istəyi 
dəb halını alsa da, or-
tada uğur yoxdur.  
Örnəyin, yas ovqatı 
əks olunmuş bu daşın 
üzərindəki yazını belə 
transkripsiya etmişlər: 
ARNO  SE  N  YI  NA YE CUMA RESA. 
Lakin 
yazıda aydın görünən hərflər və durğu işarəsi olan nöqtəyə 
görə, yazının transkripsiyası belə olmalıdır: 
ARNTH
·
 
 SEN TIN 
ATE ·
 
KUME (A)RESA :
 
                                                           
43
 Strabon, V. 2. 4. 
 
111


Yüklə 10,29 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə