112
Başqa bir daş yazısını pelask-illiriya dilindən qalma mətn
kimi təqdim edib onu albanca oxumaq isəmiş və buradan
ipucu alıb etrusk dilinin də həmin qrupa daxil olduğunu söy-
ləmişlər:
Çox aydın yazılışı olan bu mətni albanca oxuyub ona fan-
tastik məna verməkdənsə, onu orta təhsilli bir türkə oxudub
orada nə yazıldığını soruşsaydılar, təxminən buna yaxın belə
bir cavab eşidəcəkdilər: “Yazıdan görünür ki, onun tapıldığı
yerdə qoyun otaran bir türk dəliqanlısı evlənmək arzusunu,
atasından umduğu istəyini daşa yazmışdır: Ey nola, bene toy
xaire (qayıra).” Bu qiyabi sual-cavaba onu da əlavə edək ki,
yazının tarixi də pelask çağından çox sonralara aid ola bilər,
hun, avar, hətta peçeneq, kuman boylarının oralarda at oynat-
dığı çağlarda yazlması gerçək duruma daha yaxındır.
2. Etruskların sami xalqlarından sayılması.
Hələ 1498-də monax Annio da Biterbo yazırdı ki, guya
etrusklar aramey dilində danışan Nuhun nəslindəndir. XIX
əsrdə etrusk dilini sami dilinə bağlayan Yohann Gustav Stic-
kelin tədqiqat üsulu haqlı olaraq tənqid olunsa da, onun irəli
sürdüyi fikri davam etdirən alman dilçisi İ. Şrekel İtaliyada
Arno çayadını Bibliyada adı keçən Arnon çayı ilə bağlamaq
istəmişdir. Etruskların samilərlə qohumluğunu savunanlar
indi də vardır. Belə ki, Gari L. Alont bir neçə etrusk yazısı-
112
113
nın oxunuşuna aid kitabında Pirgi və Lemnos yazılarını ivrit
dilinə söykənərək tərcümə etməyə çalışır.
44
Etrusk dilində bir neçə sami sözünün olması, sami əlifba
sisteminə yaxınlıq göstərir ki, etrusklar hələ İtaliyaya gələnə
qədər sami kökənli boylarla təmasda olmuşlar. Bu əlaqələr
hələ Anadoluda ikən arameylərlə qonşuluq və ya ticarət nə-
ticəsində baş vermişdir. Lakin söz alış-verişi qohumluq kimi
yozula bilməz.
3. Etruskların hindavropa xalqlarından sayılması.
Etrusk dilinin hindavropa mənşəli sayılması elmi ədəbiyat-
da geniş yayılmışdır. Bu yöndə aparılan araşdırmalar XIX
əsrin ortalarından sonra xeyli çoxalmış, hindavropa dilləri-
nin ayrı-ayrı qolu ilə etrusk dilinin uğursuz müqayisələri
aparılmışdır. İki tomluq “Etruria celtica” adlı əsərini 1842-
də nəşr etdirən irlandiyalı yazar V. Betham bir sıra etrusk
sözünü kelt dililə açmağa cəht etsə də, bir nəticə əldə etmə-
mişdir. Həmin çağlarda etrusk dili açarını german dillərində
axtaranların da sayı artmaqda idi.
Çağdaş diçilik elminin əsasını qoyanlardan biri Ferdinand
de Sössür yazır ki, etrusk dilində danışan xalqın latınlardan
köklü şəkildə fərqləndiyini görmək üçün dördcə sətir etrusk
yazısına baxmaq kifayətdir.
45
V. Korssen isə etrusk dilini
latın, yunan, osk və umbr dillərilə müqayisə edib onları qo-
hum dillər kimi dəyərləndirmiş, lakin bu yolda başarısız ol-
muş, çap edilən kitabı isə V. Deeke tərəfindən kəskin tənqid
edilmişdir.
46
Sonralar həmin yazarın özü də tənqid etdiyi bu
yanlış yola düşmüşdür. A. Barromei də yazdığı “Etrusk qra-
meri” (1877) kitabında yunan-latın və sanskrit dillərinin kö-
44
Alont, 2003.
45
Соссюр, 1977, 260.
46
Deecke, 1875.
113
114
məyi ilə etrusk dilinin şifrəsini çözməyə çalışmışdır. Həmin
çağda R. Ellis də etrusk dilini hay (erməni) dili ilə müqayisə
etmək istəmiş, lakin sonra bunun bir nəticə verməyəcəyini
görüb fikrindən daşınmışdır.
47
Etrusklarla pelaskların dil qohumluğu üzərində dayanan
Y. Tomopulos isə hindavropa kökənli albanları pelaskların
törəməsi kimi vermiş və dolayısı ilə etrusk-alban müqayisə-
sini mümkün saymışdır.
48
Son çağlarda isə Lemnos yazısını
albanca oxumaq istəyən N. Vlora Falaschi bu yöndə tədqi-
qat aparır. Lakin onun verdiyi yazıların transkripsiyası ger-
çək durumu əks etditmir.
Etrusk dililə slav dilləri arasındakı əlaqə daha çox rus dili
üzrə aparılmışdır. Bu əlaqədən bir neçə örnək verən slavist
Faddey Volanskinin yanlış örnəkləri üzərində yanlış yozum-
lar yapan Yeqor Klassenin (1854) yazılarında və Aleksandr
Çertkovun hələ 1853-də Moskvada nəşr olunan iki kitabında
bəhs edilir.
49
Tarixçı-slavist kimi tanınan A. Çertkov hərbi
karyerasını bitirib təqaüdə çıxandan sonra slav tarixilə məş-
ğul idi. Onun pelaskları slavların soy babaları kimi təqdim
etməsi ciddi qarşılanmadı, yazdığı kitablar da tezliklə unu-
duldu. Lakin son vaxtlar Rusiyada yenidən etrusk tarixinə
maraq xeyli artmış, etruskların dilinə aid bilgəsəl kitablarla
yanaşı, elmdən çox uzaq Q. S. Qrineviç, V. A. Çudinov kimi
yazarların əsərləri nəşr edilir ki, onların üzərində dayanmağa
dəyməz, bir rus alimi onları “slavşünaslıq elminin üzqarası”
adlandırmaqdan çəkinməmişdir.
Etrusk dili açarının hindavropa dillərində axtarılmasına
yönəlik çalışmalar hələ də davam edir.“Etrusklar danışmağa
47
Londonda basılan " The Armenian origin of the Etruscans" (1861) adlı əsərində
Robert Ellis ektuskların erməni (hay) mənşəli olduğunu irəli sürsə də, bu fikir elmi
dairələrdə qəbul olunmamışdır.
48
Thomopulos, 1912.
49
Чертков, 1853; 1853 a.
114
115
başladı” adlı əsərin yazarı Sarbon universitetinin professoru
Zakari Mayaninin etrusk dilinin açılması üçün alban dilinin
önəmini şişirdən üç kitabı 1970-lərdə basılmışdır. Uzmanlar
isə bu kitabları diletant qələminin məhsulu adlandırmışlar.
Bolqar dilçisi B.İ. Georgiyev etrusk dilini lidiyalıların dili
kimi təqdim etməyə çalışmış, lakin bunun uğurlu nəticəsi
olmamışdır. Doğrudur, hindavropa mənşəli xalqlarla əhatə
olunan etruskların dilində hindavropa dillərinə aid elementlə-
rin olması doğaldır, son nəticədə etrusk dili elə latın dilinin
içində ərıyib yox olmuşdur. Lakin bir gerçəkliyi unutmaq
olmaz ki, etrusk dilinin morfonologiyası və morfologiyası
hindavropa dillərindən tipoloji, həm də genetik baxımdan
kəskin fərqlənir, onlar mənşəcə başqa-başqa dil ailələrinə
mənsubdurlar.
Bəzi çağdaş araşdırıcılar tirsen dilini hindavropa dil ailəsi
ilə birbaşa deyil, dolayı (distant) bağlarla əlaqəsini irəli sürür.
Distant əlaqə mümkündür və etrusk dilində hindavropa sözlə-
rinin olması da doğaldır. Lakin bu baxış etriskların kimliyini
deyil, etruskların kimlərlə kontaktı olmasını müəyənləşdirmə
baxımından bəlgələr verə bilər.
4. Etruskların qafqazdilli xalqlardan sayılması.
Etrusk dilini Quzey Qafqaz dillərilə geniş müqayisə edən
V.Tomsen ilk dəfə leksik qatda deyil, qramer qatında eynilik
axtarılmasının elmi yararını göstərmişdir. Onun yorumuna
görə, bu dillərin yiyəlik (-l), lokativ (-ti) hal və cəmlik bildi-
rən (-r) şəkilçiləri arasında oxşarlıq vardır.
50
Vaxtilə N. Marr
Etrusk-Qafqaz bağından danışmış, sonra etrusk dilinə Yafəs
nəzəriyəsilə şərh vermişdir. S. Ferri də etruskların Dağıstan
xalqları ilə qohumluğu üzərində axtarış aparmışdır.
50
Tomsen, 1899.
115
Dostları ilə paylaş: |