Firudin Ağasıoğlu (Cəlilov)



Yüklə 10,29 Mb.
Pdf görüntüsü
səhifə30/47
tarix11.09.2018
ölçüsü10,29 Mb.
#67896
1   ...   26   27   28   29   30   31   32   33   ...   47

 
112
Başqa bir daş yazısını pelask-illiriya dilindən qalma mətn 
kimi təqdim edib onu albanca oxumaq isəmiş  və buradan 
ipucu alıb etrusk dilinin də həmin qrupa daxil olduğunu söy-
ləmişlər: 
 
 
 
Çox aydın yazılışı olan bu mətni albanca oxuyub ona fan-
tastik məna verməkdənsə, onu orta təhsilli bir türkə oxudub 
orada nə yazıldığını soruşsaydılar, təxminən buna yaxın belə 
bir cavab eşidəcəkdilər: “Yazıdan görünür ki, onun tapıldığı 
yerdə qoyun otaran bir türk dəliqanlısı evlənmək arzusunu, 
atasından umduğu istəyini daşa yazmışdır: Ey nola, bene toy 
xaire (qayıra).” Bu qiyabi sual-cavaba onu da əlavə edək ki, 
yazının tarixi də pelask çağından çox sonralara aid ola bilər, 
hun, avar, hətta peçeneq, kuman boylarının oralarda at oynat-
dığı çağlarda yazlması gerçək duruma daha yaxındır.  
2. Etruskların sami xalqlarından sayılması. 
Hələ 1498-də monax Annio da Biterbo yazırdı ki, guya 
etrusklar aramey dilində danışan Nuhun nəslindəndir. XIX 
əsrdə etrusk dilini sami dilinə bağlayan Yohann Gustav Stic-
kelin tədqiqat üsulu haqlı olaraq tənqid olunsa da, onun irəli 
sürdüyi fikri davam etdirən alman dilçisi İ. Şrekel İtaliyada 
Arno çayadını Bibliyada adı keçən Arnon çayı ilə bağlamaq 
istəmişdir. Etruskların samilərlə qohumluğunu savunanlar 
indi də vardır. Belə ki, Gari L. Alont  bir neçə etrusk yazısı-
 
112


 
113
nın oxunuşuna aid kitabında Pirgi və Lemnos yazılarını ivrit 
dilinə söykənərək tərcümə etməyə çalışır.
44
Etrusk dilində bir neçə sami sözünün olması, sami əlifba 
sisteminə yaxınlıq göstərir ki, etrusklar hələ İtaliyaya gələnə 
qədər sami kökənli boylarla təmasda olmuşlar. Bu əlaqələr 
hələ Anadoluda ikən arameylərlə qonşuluq və ya ticarət nə-
ticəsində baş vermişdir. Lakin söz alış-verişi qohumluq kimi 
yozula bilməz. 
3. Etruskların hindavropa xalqlarından sayılması. 
Etrusk dilinin hindavropa mənşəli sayılması elmi ədəbiyat-
da geniş yayılmışdır. Bu yöndə aparılan araşdırmalar XIX 
əsrin ortalarından sonra xeyli çoxalmış, hindavropa dilləri-
nin ayrı-ayrı qolu ilə etrusk dilinin uğursuz müqayisələri 
aparılmışdır. İki tomluq “Etruria celtica” adlı əsərini 1842-
də  nəşr etdirən irlandiyalı yazar V. Betham bir sıra etrusk 
sözünü kelt dililə açmağa cəht etsə də, bir nəticə əldə etmə-
mişdir. Həmin çağlarda etrusk dili açarını german dillərində 
axtaranların da sayı artmaqda idi.  
Çağdaş diçilik elminin əsasını qoyanlardan biri Ferdinand 
de Sössür yazır ki, etrusk dilində danışan xalqın latınlardan 
köklü şəkildə fərqləndiyini görmək üçün dördcə sətir etrusk 
yazısına baxmaq kifayətdir.
  45
  V. Korssen isə etrusk dilini 
latın, yunan, osk və umbr dillərilə müqayisə edib onları qo-
hum dillər kimi dəyərləndirmiş, lakin bu yolda başarısız ol-
muş, çap edilən kitabı isə V. Deeke tərəfindən kəskin tənqid 
edilmişdir.
46
 Sonralar həmin yazarın özü də tənqid etdiyi bu 
yanlış yola düşmüşdür. A. Barromei də yazdığı “Etrusk qra-
meri” (1877) kitabında yunan-latın və sanskrit dillərinin kö-
                                                           
44
 Alont, 2003. 
45
 Соссюр, 1977, 260. 
46
 Deecke, 1875. 
 
113


 
114
məyi ilə etrusk dilinin şifrəsini çözməyə çalışmışdır. Həmin 
çağda R. Ellis də etrusk dilini hay (erməni) dili ilə müqayisə 
etmək istəmiş, lakin sonra bunun bir nəticə verməyəcəyini 
görüb fikrindən daşınmışdır.
47
Etrusklarla pelaskların dil qohumluğu üzərində dayanan 
Y. Tomopulos isə hindavropa kökənli albanları pelaskların 
törəməsi kimi vermiş və dolayısı ilə etrusk-alban müqayisə-
sini mümkün saymışdır.
48
 Son çağlarda isə Lemnos yazısını 
albanca oxumaq istəyən N. Vlora Falaschi bu yöndə tədqi-
qat aparır. Lakin onun verdiyi yazıların transkripsiyası ger-
çək durumu əks etditmir.   
Etrusk dililə slav dilləri arasındakı əlaqə daha çox rus dili 
üzrə aparılmışdır. Bu əlaqədən bir neçə örnək verən slavist 
Faddey Volanskinin yanlış örnəkləri üzərində yanlış yozum-
lar yapan Yeqor Klassenin (1854) yazılarında və Aleksandr 
Çertkovun hələ 1853-də Moskvada nəşr olunan iki kitabında 
bəhs edilir.
49
 
Tarixçı-slavist  kimi tanınan A. Çertkov hərbi 
karyerasını bitirib təqaüdə çıxandan sonra slav tarixilə məş-
ğul idi. Onun pelaskları slavların soy babaları kimi təqdim 
etməsi ciddi qarşılanmadı, yazdığı kitablar da tezliklə unu-
duldu. Lakin son vaxtlar Rusiyada yenidən etrusk tarixinə 
maraq xeyli artmış, etruskların dilinə aid bilgəsəl kitablarla 
yanaşı, elmdən çox uzaq Q. S. Qrineviç, V. A. Çudinov kimi 
yazarların əsərləri nəşr edilir ki, onların üzərində dayanmağa 
dəyməz, bir rus alimi onları “slavşünaslıq elminin üzqarası” 
adlandırmaqdan çəkinməmişdir. 
Etrusk dili açarının hindavropa dillərində axtarılmasına 
yönəlik çalışmalar hələ də davam edir.“Etrusklar danışmağa 
                                                           
47
 Londonda basılan  "The Armenian origin of the Etruscans" (1861) adlı əsərində 
Robert Ellis ektuskların erməni (hay) mənşəli olduğunu irəli sürsə də, bu fikir elmi 
dairələrdə qəbul olunmamışdır. 
48
 Thomopulos, 1912. 
49
 Чертков, 1853; 1853 a. 
 
114


 
115
başladı” adlı əsərin yazarı Sarbon universitetinin professoru 
Zakari Mayaninin etrusk dilinin açılması üçün alban dilinin 
önəmini şişirdən üç kitabı 1970-lərdə basılmışdır. Uzmanlar 
isə bu kitabları diletant qələminin məhsulu adlandırmışlar.   
Bolqar dilçisi B.İ. Georgiyev etrusk dilini lidiyalıların dili 
kimi təqdim etməyə çalışmış, lakin bunun uğurlu nəticəsi 
olmamışdır. Doğrudur, hindavropa mənşəli xalqlarla əhatə 
olunan etruskların dilində hindavropa dillərinə aid elementlə-
rin olması doğaldır, son nəticədə etrusk dili elə latın dilinin 
içində  ərıyib yox olmuşdur. Lakin bir gerçəkliyi unutmaq 
olmaz ki, etrusk dilinin morfonologiyası  və morfologiyası 
hindavropa dillərindən tipoloji, həm də genetik baxımdan 
kəskin fərqlənir, onlar mənşəcə başqa-başqa dil ailələrinə 
mənsubdurlar.  
Bəzi çağdaş araşdırıcılar tirsen dilini hindavropa dil ailəsi 
ilə birbaşa deyil, dolayı (distant) bağlarla əlaqəsini irəli sürür. 
Distant əlaqə mümkündür və etrusk dilində hindavropa sözlə-
rinin olması da doğaldır. Lakin bu baxış etriskların kimliyini 
deyil, etruskların kimlərlə kontaktı olmasını müəyənləşdirmə 
baxımından bəlgələr verə bilər.    
4. Etruskların qafqazdilli xalqlardan sayılması. 
Etrusk dilini Quzey Qafqaz dillərilə geniş müqayisə edən 
V.Tomsen ilk dəfə leksik qatda deyil, qramer qatında eynilik 
axtarılmasının elmi yararını göstərmişdir. Onun yorumuna 
görə, bu dillərin yiyəlik (-l), lokativ (-ti) hal və cəmlik bildi-
rən (-r) şəkilçiləri arasında oxşarlıq vardır.
50
 
Vaxtilə N. Marr 
Etrusk-Qafqaz bağından danışmış, sonra etrusk dilinə Yafəs 
nəzəriyəsilə şərh vermişdir. S. Ferri də etruskların Dağıstan 
xalqları ilə qohumluğu üzərində axtarış aparmışdır.  
                                                           
50
 Tomsen, 1899. 
 
115


Yüklə 10,29 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə