Firudin Ağasıoğlu (Cəlilov)



Yüklə 10,29 Mb.
Pdf görüntüsü
səhifə31/47
tarix11.09.2018
ölçüsü10,29 Mb.
#67896
1   ...   27   28   29   30   31   32   33   34   ...   47

 
116
Son illərdə etrusk dilinin qafqaz dillərilə əlaqəsi haqqında 
yazan alimlərlə yanaşı çoxlu həvəskar da meydana çıxıb. Bu 
yöndə aparılan araşdırmalar nax-dağıstan dillərindən sayılan 
hurri və urartu dillərilə etrusk dilinin qohumluğuna aid İ. M. 
Dyakonovun irəli sürdüyü fərziyə ilə təpərini artırmış, tərəf-
darların sayını çöxaltmışdır.
 
Əvvəlki yazılarında etrusk dili 
ilə hat və Quzey-Qafqaz dilləri arasında qohumluq axtaran 
V. V. İvanov son yazılarında bundan vaz keçib yalnız hurrri 
və etrusk bağından danışır.   
 
5. Etruskların türk sayılması. 
Bir neçə il öncə etrusk problemilə bağlı Belarusiyada ke-
çirilən elmi konfransda Toskan universitetinin genetika uz-
manı professor Paolo Altsetta məruzəsində etruskların DNA 
göstəricisınin daha çöx xazərlərin DNA-sına uyğun gəldiyi-
ni söyləmişdi. DNA uzmanının bu bəyanatı orada sensasiya 
kimi qarşılandı, çünki bu son elmi bəlgə etruskların Volqa 
və ya Xəzər yaxalarından İtaliyaya getməsi fikrini, həm də 
etrusk-türk  əlaqəsini gündəmə  gətirirdi. Lakin etruskların 
türk sayılması fikri yeni olmayıb  əvvəllər də söylənmişdir. 
V. Brandenşteyn hələ 1937-də etrusk dilində türk sözlərin-
dən bəhs etmişdir.
51
 
Doğrudur, on il sonra o, “Tyrrhener” 
başlıqlı yazısında etruskları türklərə deyil, protohatlara bağ-
layır, lakin hat dilinin özündə də türkizmlər vardır. Vaxtilə 
fransız orientalist Vaux de Carra (1911) etrusk dili ilə Altay 
dilləri arasında əlaqə olmasını qeyd edirdi. 
Uzun illər etrusk yazılarını türkcə oxuyan qocaman yazar 
Kazım Mirşan xoca və onun davamçıları bu sahədə gərəkli 
bəlgələr toplamışlar, lakin onların dilcilikdə qəbul olunmuş 
metodlarla deyil, xocanın özəl metodu ilə apardıqları araş-
dırmalar hələlik uğur gətirməmişdir.  
                                                           
51
 Brandenstein, 1937. 
 
116


 
117
İtaliyada diplomatik vəzifədə çalışdığı illərdə etruskların 
tarixilə yaxından taniş olmaq imkanı əldə edən Adilə Ayda 
italyan, fransz dillərini yaxşı bildiyi üçün gərəkli ədəbiyatla 
və etrusk kulturundan qalan mirasla tanış ola bilmişdir. Bu 
kübar xanım məşhur siyasi xadim və türkçü alim Sadri Maq-
sudi Arsalın qızı idi. Adilə xanım vaxtilə atasının başladığı 
türk-etrusk ilişkilərinə aid araşdırmanı davam etdirdi və bu 
mövzu üzərində ömrünün sonunacan çalışdı  və etruskların 
türk olmasına dair fransız və türk dillərində 5 kitab yazdı.
52
Etrusk yazılarını türkcə oxumağa çalışan Polat Kaya da 
bu yöndə bir neçə  məqalə yazmışdır. Etrusk zəri üzərində 
say bidirən sözlərin oxunuşu ilə bağlı Polat Kaya ilə yanaşı 
Selahi Diker və Haluk Berkmen fərqli yozumlar versələr də, 
onların məqalələrində diqqəti çəkən baxışlar vardır. 
 
Etrusk-türk dil əlaqələrinə aid tatar yazarı F. P. Latıpovun 
da tədqiqatları vardır. Onun müəyən etdiyi etrusk-tatar para-
lellərinə aid sözlər mətn daxilində verilmədiyi üçün onları 
yoxlamaq imkanı olmadı. Lakin belə türkizmlərin əhəmiyəti-
ni nəzərə alıb həmin sözləri burada verməyi məqsədəuyğun 
saydıq:  
ak (), epteshio (iptəş), tamasa (tamaşa), zer (cir~yer), 
tamax (damağ), kus (quş), ful (yul), han (qan), set (süd), 
ina (inə~iynə), zukis (çukeç~çəkiç). 
53
Etrusk probleminə tatar türkoloqlarından prof. Mirfatıx 
Zəkiyevin yanaşması gerçək elmi əsası olan daha rasional 
baxışdır. M. Zəkiyevə görə hindavropa dillərinin daha güclü 
təsiri altına düşən etrusk dili yakut (saxa) və çuvaş dillərinə 
nisbətən ilkin türk dil quruluşundan daha çox uzaqlaşmış, 
ancaq bəzi ilkin türk elementlərini saxlaya bilmişdir.
54
 
 
                                                           
52
 Ayda, 1985; 1987; 1992. 
53
 Bunlardan tamaşa və süd sözlərinin yazılış variantı yanlış verilmişdir.  
54
 Zəkiyev, 1998. 
 
117


 
118
Etrusk-türk  əlaqələrindən bəhs edənlərin sırasında azər-
baycanlı tədqiqatçı Cingiz Qaraşarlı dilçi olduğundan təhlil 
etdiyi misallara daha profesional yorum verə bilmiş, Troya, 
Trakiya, Yunan və  İtaliya onomastikasında substrat sözlər 
içində  bəzi türkizmlərdən bəhs etmiş, etrusk dilində  papak 
(bəbək), flerth (belirt), puya (bayan, bəyim), thur (törəmə), 
dili (dəli) kimi sözlərin anlamını doğru tapmışdır. Bəzi söz-
lərə, deyimlərə yanlış yorum versə də, hermial kapzına sal-
man (Herminin qapısına saldırma), sukik fir (sücuq ver) kimi 
deyimləri düzgün izah etmişdir. C. Qaraşarlı etrusk-türk əla-
qəsində haqlı olaraq çuvaş dilini önə  çəkir: “Çuvaş dilinin 
etrusk və pelask dillərilə fonetik və morfoloji yaxınlıqları bu 
dilin, ümumiyətlə bulqar qrupu türk dillərinin mənşəyi mə-
sələsinə yenidən baxmağı tələb edir”.
55
 
 
Təssüflə qeyd olunmalıdır ki, etrusk-türk bağından bəhs 
edən yazarların əksəri özündən başqa bu qonuda araşdırma 
aparan kimsənin adını çəkmir, yalnız bir-iki yerdə A. Ayda 
və K. Mirşanın sadəcə adının xatırlanması istisna olmaqla 
bu mövzuda yazılmış  əsərləri “görməzdən” gəlirlər. Sanki 
bu metodla özlərini təsdiq etmək istəyirlər.
56
 
Belə durumun 
səbəblərindən biri də türk yazarlarının bir-birinin tədqiqatın-
dan xəbərsiz olması, bir-birinin kitabını oxumamasıdır. Bu 
yöndə koordinasiya mərkəzinin olmaması da özünü göstərir.  
6. Etruskların macar (hunqar) sayılması.  
Etrusk dilinin finuqor, özəlliklə macar (hunqar) dililə qo-
humluğu haqqında xeyli yazılar var. Hələ 1874-də araşdırı-
cıların diqqətini bu mövzuya cəlb edən Britaniya din xadimi 
                                                           
55
 Qaraşarlı, 2005, 20-21. 
56
 Sıralarında tanınmış genetik prof. Ahmet Arslan, ömrünün 70 ilini bu sahəyə həsr 
etmiş Kazım Mirşan xoca da olmaqla bir qrup alimin  (T. Parlak, T. Tüfekçioğlu, R. 
Jdanov, Y. Gibadulin) birgə yazdığı araşdırmada bizim fikirlər, xəritə  və sxemlər 
verilib qaynaq göstərilmişdir (Etrüskler. Türk Tarih Kurumu. 2008). 
 
118


Yüklə 10,29 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə