Firudin Ağasıoğlu (Cəlilov)



Yüklə 10,29 Mb.
Pdf görüntüsü
səhifə39/47
tarix11.09.2018
ölçüsü10,29 Mb.
#67896
1   ...   35   36   37   38   39   40   41   42   ...   47

 
143
lənəyi bəllidir, Buğra xanın oğlanları da tegin ünvanını da-
şıyır. Türkmən dilində tegin (bəyoğlu, bəyzadə) anlamında 
bekce sözü işlənir. Kolaksanın qardaşları adında da həmin 
bekce sözü vardır: Li-bek-ce, Ər-bek-ce. 
Beləliklə, Buğra xanın oğlanlarının adı ilə paralellik sərgi-
ləyən Targitayın oğlanlarının adını yunan əlifbasında c, ç, ö, 
ə  hərfləri olmadığını  və il > li metateza hadisəsini nəzərə 
alıb belə bərpa etmək mümkündür: 
          Oğuznamə
 Herodot 
İl - tegin
 
* İl - bəkcə   > Lipok-sa 
*(Ər) Bek - tegin
 
* Ər - bəkcə  > Arpok-sa 
* Köl - tegin
  * Köl-əkcə  > Kolak-sa 
Bir saqa kurqanından çıxan gümüş qab üzərində Targitay 
və üç oğlunun təsviri verilmişdir. Burada türk dövlətçilik gə-
lənəyinə uyğun olaraq Targitay hakimiyət simvolu olan yayı 
kiçik oğlu Köləkcəyə verir:   
 
143


 
144
İkinci soykökü mifində üç qardaşdan avxat, katiar, traspi, 
paralat boyları törəyir və bunlar elliklə skolot (sakelatı) ad-
lanır. Hər iki mifdə adı keçən saqa boylarının etimologiyası-
na burada toxunmasaq da, örnək üçün birini gözdən keçirək. 
Tirsen (etrusk) adından danışanda Targitay soyundan gələn 
traspi (tiras-pi) boyadı üzərində dayanmışdıq, indisə Roma 
şəhərini salan Romulun anası Reyanın “meşəli” anlamında 
olan silviya soyuna uyğun gələn aqathirs boyadına baxaq. 
Herodot meşəlik (ağaçlıq) bölgədə yaşayan, qızıl nəsnələri 
çox sevən aqathirs boyunun qonşuları traklara oxşadıqlarını 
yazır. Sonrakı qaynaqlarda hunların içində “skit boyu” kimi 
verilən  akatsirlər  (
′αкατζιροι) türkoloqların doğru olaraq 
göstərdiyi kimi, türk yurdlarında çoxlu izi qalmış ağacəri bo-
yudur.
94
 
Göründüyü kimi, saqaların bu boyadı da yunan dili 
süzgəcindən keçməsinə baxmayaraq bəzi türk elementlərini 
saxlamışdır. 
Göründüyü kimi, Herodotun saqaların özündən eşitdiyi bu 
variantda adlar türkcədir.

 Herodotun qələmə aldığı  hər iki 
mifdəki saqa soykökü variantlarını belə sxemlə göstərmək 
olar: 
                                                           
94
 Гейбуллаев, 1991, 294; Zakiyev, 1998, 165. 

 Bu etimoloji bərpa analoji paralellərlə və daha geniş yozumla “Qədim Türk elləri. 
Saqa-qamər boyları” adlı  kitabda verilmişdir (Ağasıoğlu, 2007). 
 
144


 
145
Türk və İran folkloru üzrə tanınmış uzman Xalid Koroğlu 
yazır ki, Rüstəm və Koroğlu bars (pantera) dərisi geyinmiş 
bahadırlardır.
95
 Antik çağ  sənət  əsərlərində Herakl əlində 
dəyənək, çiyninə aslan dərisi atmış şəkildə təsvir olunur. La-
kin yunanların yaşadığı bölgədə aslan yoxdur, onun adını 
(*lew) avropalılar sami xalqlardan alıb işlədirlər. Bu 
durumda Heraklın aslanla vuruşmasına, aslan dərisi gey-
inməsinə yorum vermək çətindir. Avropalı uzmanlar qeyd 
edirlər ki, Herakl yunan mifologiyasına dışarıdan gəlmişdir.   
Bəzi azər dialektlərində Aslan adı Asdan kimi deyilir və 
bunu qazax-qırğız dilindəki arstan//arıstan formalarında da 
görmək olur. Söz başında “a” səsi olmayan rus dilinə keçən 
Arıslan adı bu dildə Ruslan şəklinə düşür. Həmin ad “l” səsi 
olmayan qədim pers dilində  də  Rustan//Rustam formasını 
almışdır. Əslində, Sakastan (Seistan) bölgəsində formalaşan 
və Koroğlu ilə bağlanan Rüstəm obrazı da saqa (türk) bo-
yundandır.
 
Bu nədənlə onu V əsr hay yazarı M. Xorenatsi 
saqcik, Təbəri isə bin türk (türkoğlu) adlandırır.  
Koroğlu Dərbənd səfərində yatarkən atı itir. Onu tapdıqda 
hökmdarın qızı ilə evlənir, ondan Qurdoğlu adlı oğlu olur və 
Herakl kimi Koroğlu da doğulacaq oğluna  əmanət buraxır. 
Dastanda deyilir: 
Koroğludu atan zatı,      
Bazubəndi amanatı, 
Çənlibeldə var busatı,      
Allaha tapşırdım səni. 
Göründüyü kimi, atın//inəyin itməsi olayı evlənmə, əma-
nət qoyma, oğlu doğulma zəncirinin başlanğıcıdır. Bu moti-
vin türk eposlarında önəmli yeri vardır. Xakas eposunda Çis 
Sibildey adlı pəri Altın Çaqanın atlarını oğurlayıb onu özünə 
cəlb etmək və Yeraltı dünyaya aparmaq istəyir. Belə paralel-
                                                           
95
 Короглы, 1983, 37. 
 
145


 
146
lərin tipologiya ilə izahını mümkün saymayan M. İ. Borqoya-
kova görə buradakı motiv və süjetlərin, kiçik detalların belə, 
bənzərlik və eyniliyini təsadüf hesab etmək olmaz.
 96
Herodotun topladığı Targitay//Herakl variantlarında soy-
kökü motivi qabarıq verilir; hər ikisi saqa boylarının soyba-
basıdır. Lakin Koroğluda bu arxaik motiv bir-iki epizodik 
elementdə qalmışdır. Oğlunun Qurdoğlu adlanması soykokü 
mifilə bağlı etrusk və qədim türklərin bəlli bozqurd əfsanəsini 
xatırladır. Folklor uzmanı Elxan bəyin mənə dediyinə görə, 
mağarada qurdun Koroğlunun oğluna süd verməsi epizodu 
folklorda vardır. Hər halda, üç minil öncə Koroğlu motivlə-
rini Kiçik Asiyadan İtaliyaya aparan etrusklar oğlana qurdun 
süd verməsi mifini də oraya daşımışlar. 
Poladlı boyundan toplanan “Qıratın qaçırılması” qolunda 
söylənmiş  “Koroğlu  dədədir, çıxma sözündən! Nəslimiz 
kəsilər torpaq üzündən” deyimi Koroğlunun əcdad kultu ilə 
bağlı olduğunu ortaya qoyur.
97
 
Eposda “Adım Rövşən, so-
yum Koroğlu” deyimi də bunu təsdiq edir. 
V. A. Karrıyevə görə, Azərbaycan-Qafqaz variantından 
fərqli olaraq, Türkmən-Özbək variantında epos Koroğlunun 
doğulması  (Qöroqlının döreyişi) motivi ilə başlanır. Yazar 
epik qəhrəmanın qəbirdə doğulması epizodunun qədim dövr-
lərdən yerli epik motiv olduğunu da qeyd etmişdir.
98
  
Koroğlu eposunu türk-saqa boylarından alan xalqlarda bu 
epos iki əsas varianta - Azərbaycan və Türkmən variantına 
dayanır. Variantlar arasında ən önəmli fərq azər variantında 
olmayan, lakin daha qədim motivləri saxlayan türkmən vari-
antında Koroğlunun doğumu və
 
ərsəyə çatıb yetgin bahadır 
kimi tanınması səhnələrini əhatə edən birinci bölmədir. 
 
                                                           
96
 Раевский, 1985, 214.  
97
 Vəliyev, 1979, 4. 
98
 Каррыев, 1968, 140;  Goroğlu hamilə ikən ölən anasının qəbrində doğulur. 
 
146


Yüklə 10,29 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə