136
ma obiri dünyada xidmət edəcək insan qurbanı (onu təmsil
edən balbalı) eyni məqsəd daşıyırdı.
Bizans qaynağında bir bəlgəyə görə, Göytürk xaqanının
skit hərflərilə yazılmış məktubunu Bizansda tərcüməçi oxu-
muşdur.
84
Deməli, göytürk runik yazısının saqa (skit) hərf-
ləri adlanması gələnəyi hələ göytürklər çağınacan qalmışdı.
Etrusk soylu Vergili doğma yurdu Mantuya yönəlik belə
söyləyir ki, orada üç ayrı-ayrı soyun hər birindən dörd uruq
vardı.
85
Onlara daha təpərli etruskların rəhbərlik etməsini də
vurğulayan şairin bu deyimi, görünür, Etruriyada yayılmış
12-lik (3x4) sistemilə bağlıdır. İç və dış oğuzlar da 12 (3x4)
boya ayrılırdı.
Qədim türk törəsinə görə, hər türk boyu el (dövlət) qura
bilməzdi. El qurma imtiyazı Bozuklara verilmişdi, Üçoqlar
da onlara tabe olmalı idi. Arabir bu törə pozulurdu və onda
türk boyları arasında münasibət də pozulur, dərəbəyliklər
meydana çıxır, etimadsızlıq yaranırdı. Ona görə qədim türk
toplumunda “el pozular, törə pozulmaz” deyimi vardı, törə
qudsal sayılırdı. El qurma səlahiyəti olan boyların sırasında
qayı boyu başda gəlir.
KDQ-da hakimiyətin yenidən qayı boyuna qayıdacağı vur-
ğulanır, çünki oğuzların bozuk qolundan olan qayı boyu türk
elqurumu gələnəyinə görə qədim çağlardan dövlət qurub onu
idarəetmə hüququ qazanmışdı. Osmanlı xanədanı soykökünü
bu boya bağlasa da, əsl qayı kökənli Gündüz Alpın soyundan
olanlar, özəlliklə qarakeçili türkmənlər doğu və güney-doğu
bölgələrə çəkilmiş, Amuca soyu isə Balkanlara sürgün olun-
muşdur.
86
84
Ligeti, 1986, 62.
85
Вергилий, «Энеида», Х. 201-203.
86
Topqapı muzeyində saxlanan qədim bir qılıc üzərində qayı boyunun damğası var,
lakin onu Xəlifə Osmanın qılıcı kimi təqdim edirlər.
136
137
Oğuznamə gələnəyi bozuq boylarının içində Gün xanın
soyundan qayı boyunu el (dövlət) qurmaq hüququ olmasını
vurğulayır və bu boyun damğasını s
Y
s və s
V
s kimi verir. Bu
damğaya qayı boyunun köç etdiyi yerlərdə rast gəlmək olur.
Bir saqa kurqanından (m.ö.V əsr) çıxan altun sadağın
üzərində maral qabartması var. Maralın boynunda qayı bo-
yunun damğası naxış kımi sıralanmışdır:
Tarixi qaynaqlarda adı çəkilən kaysak boylarının qazax-
qırğız xalqlarının təşəkkülündə önəmli yeri olmuşdur. Bu
boyadının tərkibində kayı (qayı) və sak (saqa) etnonimləri
görünür.
87
Olsun ki, Herodotun * baş-el anlamında elbəyi sa-
qaları basileyi skithai adlandırması dış oğuzların (saqaların)
Orta Asiyadakı kaysak boylarını da bildirirdi, çünki qayı bo-
yu elbəyi statusunda olan boylardan idi. Görünür, Saqastanda
(indiki Sistan) ortaya çıxan kay (Key-Xosrov, Key-Qubad,
87
Koroqlı, 1983, 14.
137
138
Key-Kavus) və etrusklardan latınlara keçən qay titulu qədim
etnososial türk gələnəyilə bağlıdır. Romada Qay sülaləsinin
və Roma imperatoru Qay Yuli Sezarın özünü troyalı Eneyin
soyundan sayması türk-etrusk bağı baxımından önəmli tarixi
bəlgədir.
Maraqlıdır ki, 251-də imperator olmuş iki qardaşdan biri
etrusk, digəri kayı soyadı ilə qeyd olunur, halbuki hər ikisi
Roma imperatoru Deciusun oğlu idi: Imperator Caesar Qu-
intus Herennius Etruscus Messius Decius Augustus; Impera-
tor Caesar Caius Valens Hostilian Messius Quintus Augus-
tus.
Etrusk-saqa paralelləri sırasında Herodotun qələmə aldığı
traspi (tiras-pi) boyadı, Targitay şəxsadı etrusklarda tirsen
boyadı və Tarxetiy çəxsadı kimi qarşımıza çıxır. Bu sıraya
Pelek adını da əlavə etmək olar. Belə ki, bir etrusk epitafiya-
sında Pelek klan (Pelek oğlu) sözləri vardır. Palak şəxsadına
saqa elbəylərindən birinin adında rast
gəlirik. Hətta m.ö.II əsrdə yaşamış bu
caqa elbəyinin atlı heykəli qalmışdır:
Pelek//Peleg adının anlamı Tövrat-
da belə izah olunur ki, İbrahim pey-
ğəmbərin ulu babalarından biri Pelek
adlanırdı və onun vaxtında torpaqlar
yenidən bölündü.
88
Göründüyü kimi,
söhbət burada bölünməkdən gedir və
Pelek adının “bölək” anlamı daşıması
aydınlaşır. Lakin etrusk-saqa adı kimi
bəlgələrə düşən Pelek//Palak adı qədim türkcədəki balaq və
ya “ərmağan” anlamında olan belek sözündəndir.
Elmi ədəbiyatda skith (saqa) sənəti kimi dəyərləndirilən
animal stil (añ üslubu) motivlərində incə zövqlə verilmiş añ
88
Ağasıoğlu, 2009, 115.
138
139
(heyvan) şəkili, fiquru gərgin durumu ilə seçilir. Buradkı di-
namik hərəkət elə ustalıqla stilizə olunur ki, onu başqa sənət
əsərlərilə dolaşıq salmaq mümkün deyil. Saqa-türk boylarına
məxsus añ üslubunda hazırlanmış sənət əsərlərinin, bu üslu-
ba xas motivlərin Etruriyada ortaya çıxması açıq gösərir ki,
həmin boylardan etrusk toplu-
muna qatılanlar vardı.
Bu etrusk qrifonu ilə saqalara
aid Pazırıq xalısında olan qrifon
sanki bir sənətkarın əlindən çıx-
mışdır.
89
Altayda tapılan Pazırıq
xalısının m.ö.V əsrdə Qarabağda toxunduğunu yazan alman
xalçaşünasları haqlıdır. O çağda Azərbaycandakı Saqa döv-
ləti dağılsa da, sonralar onun yerində yaranmış Alban elində
saqa boyları yaşayırdı və Alban çağnda yaranmış su qabları
ilə etrusk su qabları arasın-
dakı bənzərlik daha qədim
gələnəyə bağlanır.
Göründüyü kimi, etrusk
və türk (saqa-qamər) bağı
adi məişət nəsnələri olan
su qabları fiqurlarının mü-
qayisəsi ilə də ortaya çıxır.
Belə bəlgələri təsadüfi ox-
şarlıq saymaq olardı, lakin
başqa sənət örnəklərinin,
özəlliklə añ üslubunu əks
89
Ağasıoğlu, 2008, 21.
139
Dostları ilə paylaş: |