Firudin Ağasıoğlu (Cəlilov)



Yüklə 10,29 Mb.
Pdf görüntüsü
səhifə2/47
tarix11.09.2018
ölçüsü10,29 Mb.
#67896
1   2   3   4   5   6   7   8   9   ...   47

 

yazıların şifrəsini aça bilən açarın tapılmasından asılıdır. Bu 
yöndə axtarışın çətinliyilə bağlı vaxtilə etrusk yazılarının 
oxunmaması anlamında latın dilində «Etruskca oxunmur» 
(Hetruscum non ligatur) deyimi də yaranmışdı.  
Bəzi etrusk sözləri latın dilinə, oradan da bir çöx xalqların 
dilinə keçmişdir. Bu sözlərdə ilkin forma və mənadan uzaq-
laşma olsa da, uzmanlar etrusk praformasını tapmaqda çə-
tinlik çəkmirlər. Məsələn, etrusk dilində “maska” anlaminda 
pharsu sözü indi persona formasında, etruskcanın litera sö-
zündən yaranan literatura sözü geniş işlənir. Bugün Avropa 
xalqlarının dilindəki klan, sistemseremoniyasisterna kimi 
onlarla söz etrusklardan qalmadır. 
Antik çağın korifeyləri sırasında etrusk soylu şair Vergili, 
heykəltəraş Vulka vardır. Bəziləri Pifaqoru da bu sırada ve-
rir. Sezar Avqustun etibarlı adamı sayılan görkəmli siyasətçi 
Qay Tsilniy Mesenat etrusk idi. Vaxtilə etrusk yurdu kimi 
Toskan adlanan bölgənin Florans şəhərindən Mikelancello, 
Dante və Leonardo da Vinçi çıxmışlar. Avropa renesansı da 
bu şəhərdən başlanmışdır. Britaniya ensiklopediyasına görə, 
Napalyon da Toskandan Korsikaya köçmüş bir ailədəndir. 
Etrusk dili ilə yanaşı, onların siyasi-etnik tarixi, etnoqrafi-
yası, dini haqqında indiyəcən söylənən fikirlər gerçəkliyi 
hələ tam əks etdirmir. Bu baxımdan, etrusklar haqqında apa-
rılan hər bir araşdırma və yazılan kitablar etruskları tanıma-
ğa, etrusk problemini çözməyə doğru atılan addımdır. Ümid 
edirəm, oxuduğunuz bu kitabın da ikinci bölümündə gözdən 
keçirilən etrusk-türk (saqa-qamər) bağlarına aid yeni bəlgələr 
prototürklərin ilkin atayurdunun Ön Asiya olduğunu bəlirlə-
yən yeni Urmu teoriyası ilə etruskları tanımaq yoluna işıq 
tutan yalnız kiçik bir addım kimi qəbul olunacaqdır.    
Xızımay  2010 
 
 



 

GIRIŞ   
 
Bugün Avropanın Dünya sivilizasiyasında öndər olması 
yolunun başlanğıcında önəmli etrusk payı vardır. Yunan və 
Roma mədəniyətınin tarixi axarından Avropa uyqarlığı ya-
randı, vaxtilə Roma uyqarlığı da etruskların kultur alanları 
üzərində qurulmuşdu. Ən azından, avropalılarin yazı kulturu 
latın əlifbasına borcludur ki, onun da kökü etrusk əlifbasına 
dayanır. Etruskların Tarkvini soyunun Romada hakimiyəti 
(616-510) yüzil sürdü. Roma imperiyasının təməl daşlarının 
qoyulduğu bu çağda romalılar mənimsədiyi mifoloji tarixlə
dövlətçilik gələnəyilə sonralar Asiya və Avropada tanındı.  
Tarixboyu başqa dilli xalqların içində dilini itirərək əriyib 
yox olan sumer, elam, kassi, maya kimi çoxlu xalqlar olsa 
da, etruskcadan fərqli olaraq, onlardan qalma yazılar oxunur 
və orada nə deyildiyini anlamaq olur. Lakin etrusk yazıları 
oxuna bilsə  də, oradakı sözlərdən çoxunun mənası  hələlik 
aydın deyil. Etruskologiyanın  əsas problemlərindən biri də 
onların mənşəyi, soykökü ilə bağlıdır.  
Tarixi  ədəbiyatda Etruskların  İtaliyaya haradan gəlməsi, 
onların soykökü mövzusu 2500 il bundan öncə gündəmə 
gəlməsinə baxmayaraq bugünəcən öz həllini tapmamışdır. 
XIX  əsrin sonunda artıq etrusk dili bir çox dünya dillərilə 
müqayisə edilmiş, lakin qohum dil axtarışı hələlik bir nəticə 
verməmişdir.  
Vergilinin qədim Roma tarixindən bəhs etdiyi «Eneida» 
əsərində bu şəhərin əsasını qoyan etrusk soyköklü Romul və 
Remin troyalı Eneyin törəmələri olduğu bildirilir. Romanın 
məşhur Qay sülaləsi də özünü troyalı Eneyin soyuna bağla-
yırdı. Məşhur Roma imperatoru Qay Yuli Sezar senatda ilk 
çıxışında «Mən  əsilzadəyəm, troyalı Eneyin nəslindənəm» 
deyərək özünü təqdim etmişdir. 
 



 

Qədim etrüsk əfsanəsinə görə, Eneyin törəmələri Romul 
və Rem sahibsiz qaldıqda onları bir dişi börü (qurd) əmizdi-
rir, ölümdən xilas edir. Sonralar bu ekizlər Roma şəhərinin 
əsasını qoyurlar. Bu baxımdan, etrusklarda da türklərin qayı 
boyunun, monqolların qıyat soyunun dişi bozqurd əfsanə-
sinə uyğun mifoloji inanc olmuşdur. Etruskları türklərlə bağ-
layan başqa bir oxşarlıq eyni əlifbadan, yəni Orxon-Yenisey 
abidələrinin yazıldığı runik əlifba ilə eyni qaynaqdan olan 
əlifbadan istifadə etmələridir.  
Etrusklara aid əsas bilgiləri yunan-latın dillərində yazılmış 
tarixi qaynaqlardan əldə etmək olur. Baxmayaraq ki, latınlar 
dövlətçilik, şəhərsalma gələnəyini, falabaxma üsullarını, bir 
çöx sənətkarlıq növünü, araba düzəltməyi, üzüm və zeytun 
bağları salmağı etrusklardan öyrənmişdilər, ancaq latın ya-
zarları yunan filosofları, tarix və ədəbiyat uzmanları haqqın-
da məlumat verdiyi halda, yaxın qonşuları etruskların irəli 
gələnləri haqqında susurdular. Yunan və etrusk mədəniyəti 
eyni çağlarda inkişaf etməsinə baxmayaraq, latınlar eyni kök-
dən olduqları yunanların mifologiyasını, ədəbiyat və incəsə-
nətini daha doğma sayır, bu mədəniyətin təsirinə düşürdülər. 
Bu səbəbdən etrusk bədii yaradıcılığı, fəlsəfi fikir türləri və 
etrusk elm adamları haqqında bəlgələr yoxdur. 
Tunc çağından dəmir çağına keçid dönəmlərində İtaliyada 
Villanova kulturu adlanan bəsit bir uyqarlıq vardı. O çağlarda 
burada latın, rutul, umbr, sabin, samnit, falisk və başqa xalq-
lar yaşayırdı. Villanova kulturunda görünməyən bukkero ad-
lanan yeni tipli keramik qabların Çerveteri (Tsere) şəhərində 
700-650-ci illərdə ortaya çıxması göstərir ki, bura etruskların 
ilk yerləşim bölgəsi idi. II minilin sonlarında Kiçik Asıyanın 
batısından köçərək Apennin yarımadasının quzey-batısında 
Arno və Tibr çayları arasında Etruriya (Toskana) bölgəsində 
yerləşən etrusk boyları artıq I minilin başlarından İtaliyanın 
önəmli xalqlarından birinə çevrilmiş, 8-ci əsrin ortalarından 
 



Yüklə 10,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə