Firudin Ağasıoğlu (Cəlilov)



Yüklə 10,29 Mb.
Pdf görüntüsü
səhifə14/47
tarix11.09.2018
ölçüsü10,29 Mb.
#67896
1   ...   10   11   12   13   14   15   16   17   ...   47

 
47
DEMONLAR 
Yeraltı dünya demonlarından Xarontesin vəzifəsi ölənləri 
obiri dünyaya aparmaqdır. Bu demonun adı daha çox Xaru, 
Xarun (Karun) şəklində yazılır.  
Elmi  ədəbiyatda yazılır ki, son 
etrusk hökmdarı  Məğrur Tarkvini 
m.ö. 510-da Roma şəhərindən qo-
vulmuşdur. Deyilənə görə, bu olay 
Xaruya çox ləzzət vermişdir. 452-
də Romanı bürüyən və on minlərlə 
adamın yaşamına son qoyan dəh-
şətli epidemiyanı da Xarunun aya-
ğına yazırlar. Romada hətta I əsrin 
əvvəllərinəcən Xarunun qəddarlı-
ğını unutmamışdılar. Meydanda 
yaralanmış qladiatorun canını al-
maq üçün etrusk demonu maskasında ora çıxarılan cəlladın 
əlində Xaruya aid balta və dəhşətli səs çıxaran zurna olurdu, 
elə bir zurna ki Xaru çalanda təkcə adamlar yox, heyvanlar 
ağlını itirirdi. Meydana belə ovqatla çıxan maskalı  cəllad 
önçə səslə, sonra balta ilə işini görürdü.    
Fransua basırığından tapılan freska 
üzərində Xarunun əlində böyük çəkiç 
vardır. Ümumiyətlə, etrusk gələnəyində 
ölənin alnına kiçik bir çəkiçlə toxunmaq 
adəti vardı və bu ritualı kahinlər də icra 
edirmiş. Həmin ritual Vatikanda hələ də 
davam edir, pontifi öləndə kiçik gümüş 
çəkici onun alnına toxundururlar. 
Ölülər diyarında qorxunc demonlar-
dan biri Tuqulqa (Tuxulka) adını daşı-
yır. Bu qorxunc demon əlində ilan yırtıcı quş görkəmində 
 
47


 
48
qanadlı bir yaratıq kimi təsvir olunur. Basırıq rəsmlərinin 
bəzisində onun şəkili qalmışdır. 
Troya olayları etrusk rəsmlərində önəmli yer tutur. Bu 
divar rəsmində  də Axillesen qurbanlıq kimi seçilən troyalı 
əsirləri öldürməsi səhnəsi  əks olunmuşdur. Etrusk demonu 
Xarunun da bu olayda iştirakı diqqəti çəkir. 
 Etrusklarda  ölən adamın ruhu (qutu) ilə bağlı müəyən 
inanclar vardı. Yeraltı dünyada kiçik boylu adam fiqurunda 
təsvir olunan ruhlar bəzən fantastik heyvan (barsla atın qa-
 
48


 
49
rışığı) və ya at üzərində yüyəni əlində tutmuş qanadlı mələk 
Vant
 
tərəfindən Ölülər diyarına aparılır. O da Persipnei kimi 
bu diyarın sahiblərindən sayılır.  
Öləndən sonra insanın başına nə 
işlər gəlməsi yazılan özəl etrusk ki-
tabları itib-batsa da, vaxtında latın 
yazarlarının qeydə aldığı bəzi parça-
lar gəlib bizə çata bilmışdır. Həmin 
qeydlərdən bəlli olur ki, ölənlər qa-
nadlı tanrıca Vantın sorğu-sualından 
keçir.  Əlində  məşəl və obiri dünya 
qapısının açarını tutan Vant ölənin 
ruhunu obiri dünyaya yola salır.  
Vantdan fərqli olaraq zəhmli de-
monlardan Xaru əlindəki toxmaqla, 
qorxunc görkəmli Tuqulqa zəhərli 
ilanla önlənlərin ruhuna əzab-əziyət 
verir. Adamlar öləndən sonra onla-
rın ruhuna əzab verən bu dəhşətli 
demonlara bəzi vəhşi heyvanlar da 
yardım edirdi. 
Doğudan gəti-
rilən etrusk dini görüşlərində bəzi türk 
kurqan gələnəyi ilə uzlaşan elementlər 
vardır. Kurqan basırığında görünən at 
şəkili, qoç qurbanı, yemək qalıntıları, 
qab-qacaq və ölənin qutuna qutsallıq 
qazandırmaq üçün keçirilən yas törəni 
etrusklarda təkrar olunur. Lakin etrusk 
və türk yas gələnəklərinin tam uyğun 
gəldiyin də söyləmək olmaz, özəlliklə, etrusk basırıq rəsm-
lərində erotik səhnələr türk əxlaqı, türk törələri dışındadır.    
 
49


 
50
ETRUSK  KULTURU  
 
Etrusk bölgələrində onlardan öncə yaşayan xalqlara aid 
yazılı bəlgələr yoxdur. Yerli əhalinin özündən sonra burax-
dığı azsaylı arxeoloji bəlgələr isə yalnız onların kasıb yaşam 
ilə keçindiklərini göstərir. Baloniya yaxınlığında Villanovia 
adlı bölgədə üzə  çıxan tunc çağına aid arxeloji bəlgələrə 
görə “villanova kulturu” adlanan çağlarda ölübasdırma adəti 
görünürsə, sonralar tunc çağının sonları  və  dəmir çağının 
başlarında ölüyaxma adəti və yandırılanın külünü saxlamaq 
üçün fiqurlu küplər, kiçik ev fiqurlu külqabılar ortaya çıxır. 
Mifik düşüncə sistemində Ön Asiya gələnəklərini yaşa-
dan etrusklar m.ö. I minilin ortalarında ətraf xalqların kultur 
gəlişməsinə  təsir edə biləcək mədəniyət daşıyıcıları idilər. 
İtaliyaya yazı kulturunu, yüksək metalişləmə və dulusçuluq 
sənətini, atçılıq və  gəmiçilik gələnəyini gətirən etruskların 
sosial tərkibi, toplumsal biçimləri yerlilərdən fərqlənirdi.  
Sosial toplumda hərbi və kahin zümrəsi üstün mövqedə 
idi. Zadəgan sülalələrinin soyadı əsasən təmsil olunduğu və 
yiyəsi sayıldığı bölgənin adı ilə adlanırdı. Bu gələnəyi ayrı-
ayrı soylara məxsus basırıq türlərində, oradakı epitafiyalarda 
görmək olur. Etrusk toplumunda kahinlər təbəqəsinə böyük 
rəğbət vardı.  
Sosial durum. Basırıqlar varlı-kasıb bölgüsünü aydın əks 
etdirir. Bəsi basırıqların zənginliyi göstərir ki, burada dəfn 
olunanların böyük maddi imkanları olmuşdur,  əks təqdirdə 
belə bahalı nəsnələrlə süslənmiş basırıq otaqları yaranmazdı. 
Buradakı epitafik yazılar da toplumda müəyən vəzifə tutan 
adamların, onların ailə üzvlərinin dəfn olunduğunu göstərir.  
Etrusk  şəhərlərinin  əsas  əhalisi azad əkinçi icmaları, sə-
nətkarlar idi. Qədim türk el (dövlət) qurumunda olduğu kimi 
Etruriyada da toplumun azad fərdləri, əkinçi, heyvandar və 
 
50


 
51
sənətkar olmasından asılı olmayaraq, müharibələrdə,  şəhər, 
məbəd, kanal, yol və başqa ictimai tikintilərdə iştirak edirdi. 
Sonrakı Roma və Yunan dövlətlərində olan çoxsaylı qullara 
nisbətən Etruriyada qul az idi, müharibələrdə əsir düşən və 
qul bazarlarından alınan kölələr əsasən ev qulluqmusu kimi 
saxlanır, sahibkarın özəl malı sayılırdı. Kənd təsərrüfatında 
işləyənlər isə mülkədarlara vergi verən azad insanlar idi. 
Etruriya əhalisinin əsas məşğuliyəti əkinçilik idi. Burada 
susuz torpaqları suvarmaq üçün çoxlu kanallar çəkilir, ba-
taqlıq yerlər də qurudulub əkin üçün yararlı hala salınırdı. 
Arpa, buğda, darı əkib-biçən etrusklar üzümçülükdə də irəli 
getmişdilər. Başqa ölkələrə satılan toxuculuq nəsnələri sıra-
sında yun və kətan parçaları olurdu. Kətan parçadan geyim 
paltarı, gəmilər üçün yelkən hazırlanır, ondan üzərində yazı 
yazmaq üçün də istifadə olunurdu.   
 
Əkinçiliklə yanaşı burada heyvandarlıq da inkişaf edirdi. 
İri və xırda buynuzlu heyvanlar saxlayan etruskların içində 
donuz bəsləyənlər də vardı. Atçılığa önəm verilməsi atların 
müharibələrdə gərəkli olması ilə bağlı idi.  
Romalılar etrusk əlifbasını, elmini və bir sıra kultur sahə-
ləri mənimsədiyi kimi, siyasi qurum, dövlətçiliklə bağlı bəzi 
atributları, terminləri də qəbul etmişlər. Etruskları öz içində  
əridən bir toplumun onlara ikili münsibəti görünməkdədir: 
bir yanda etruskların aşağılanması, obiri yanda onlara hey-
ranlıq. Romalılar arasında soykökünün etrusklara bağlanma-
sından qürur duyanlar da vardı.
Yunanlardan fərqli olaraq, İtaliyada tarixi əsərlərin yazıl-
ması m.ö. II əsrdən başlanır. Romada bu janrda ilk əsərini 
yunanca yazan Fabiy Piktorun ailəsi etrusklarla yaxın  əla-
qədə idi. Ailə gələnəkləri Romada olduğu kimi, Etruriyada 
da önəmli sayılır, ailələr arasındakı dostluq əlaqələri nəsil-
nəsil ötürülürdü. Bu çağlarda ailə  şəcərələrinin yazılması 
 
51


Yüklə 10,29 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə