Firudin Ağasıoğlu (Cəlilov)



Yüklə 10,29 Mb.
Pdf görüntüsü
səhifə13/47
tarix11.09.2018
ölçüsü10,29 Mb.
#67896
1   ...   9   10   11   12   13   14   15   16   ...   47

 
44
Atunus (Adonis) ilə sevişməsi qeyd olunur. Gözəl qanadlı  gənc qız 
kimi təsvir olunan bu tanrıca Vulçi şəhərinin tanrısı sayılırdı. Etrusklar 
Turana hələ Anadoluda ikən tapınırdılar;  T
URMS
. Ölünü obiri 
dünyaya aparan Turms (Turmıs) yeraltı tanrılardan sayılırdı. Bu 
tanrıya Hermu da deyilirdi ki, bu da onu yunanların Hermes tanrısı ilə 
yaxınlaşdırır. Bu tanrının Turms və Hermu kimi iki ad daşıması həm də 
etruskların qarışıq etnos olduğunu göstərir;  T
IRRHENUS
.
 
Adından da 
göründüyü kimi, etruskların soybabası Tirren (Tirsen) ilə bağlıdır.  
U
NI
. Etrusk şəhərlərinin çoxunda hakimiyətin hamisi sayılan Uni 
tanrıcanın tapınağı vardı. Görünür, sonra Roma çağında evlənmə ha-
misi sayılan Yunon (Yupiterin arvadı) Uni adının dəyişmiş formasıdır. 
İkidilli Pirgi yazılarından bəlli olur ki, akkadların İştar (sumercə İnan-
na), finiklərin Astarta tanrıcasının qarşılığıdır; U
SIL
. Günəş tanrısı. 
V
ANTH
. Ölüm cəzası vermək yetgisi olan bu tanrıca qanadlı görkə-
mi və əlində obiri dünyanın açarı ilə  təsvir olunurV
EIVE
. Əlində ox, 
başında dəfnə çələngilə təsvir olunan bu gənc intiqam tanrısıdır; V
EI
. 
Kənd təssərrüfatı hamisi sayılsa da, basırıq törəni ilə də əlaqəsi söylə-
nir. Bu tanrıcanın qarşılığı romalılarda Tserera, yunanlarda Demeter 
sayılır;  V
ELCHANS
. Yerə ildırım göndərə bilən bu od tanrısı  həm də 
bitkilərin, yerin hamisidir; V
ESTA
. Ocaq tanrıcası;  V
OLTUMNA
.  Bəzi 
yazılarda adı Veltha, Velthna,
 
Veltune, Vertumna kimi keçən bu milli 
tanrı Etruriyada geniş yayılmışdı. Yaşıllıq, bitgi, eyni zamanda etrusk 
liqasını hamisi və savaş tanrısıdır.  
Etrusk yazılarında bəzi teonimlər Ati, Apa sözlərilə birgə 
işlənir: Cel Ati, Cel Apa. Yazılarda tanrıoğlu, tanrıoğulları 
anlamında Celsclan (Keloğlu), Tinasclenar (Tinoğulları) kimi 
deyimlər də görünür. Bəzi tanrı adlarının tərkibindəki sözlər 
türkizm kimi yorumlana bilər, sadəcə, belə elementlərin üzə-
rində ciddi etimoloji araşdırma aparmaq lazımdır.  
 
 
Qarğış tanrıcası Karmena adındakı  kar sözü  (kar-mena) 
qarğış sözünün qar//kar (qar-ğış) hissəsinə yaxınlığı ilə diq-
qəti çəkir. Tanışlıqla bağlı etrusk Tana, Tanus tanrıadlarında 
 
44


 
45
tanış, tanımaq sözünün (tanı-) kökü, Kulalp, Turms teonimlə-
rində köl-alp, tur-mış elementləri, içki tanrısı Komus adında 
kumıs sözü, ocaq tanrıcası Vesta adında isti sözü, var-mülk, 
çoxluq tanrıcası Kopia adında  kop “çox” sözü, tarla tanrısı 
Terminala adında tarım, tarla sözü görünür. Atributlarından 
biri durna (turna) olan Turan tanrıcanın adında turna sözünü 
aramaq mümkündür. Döğum tanrıcası Thanur, Thanr adının 
tanrı deyimilə yorumu maraqlı ola bilər. Ancaq bu yorumlar 
üçün ayrıca araşdırma aparmaq lazımdır. Teonim kimi işlə-
nən Ani (Uni), Tarchon (Tarkon), Herkle (Gerokle) kimi bir 
sıra adların isə türkcə qaynağı bəllidir.
 
Etrusklarda Günəş tanrısı kimi Usil, Yanus, Giano, Catha, 
Cavatha, Suri adları, Ay tanrısı kimi  Lalal, Tiur, Tiu, adları 
işlənmişdir. Bunların bir qismi tanrı epiteti, bir qismi də Etru-
riyanın ayrı-ayrı etnik kökənli boylara aid teonimlər ola bi-
lər. Hər halda, etrusk panteon sistemi nə qədər maraqlıdırsa, 
o qədər də qarışıq və dolaşıqdır. Etruskoloqlar Aplu, Turan, 
Aritimi (Artumes), Herkle, Turms, Sethlans kimi bir sıra te-
onimi Anadolu mənşəli sayırlar. 
Beləliklə, yerdəki yaşamda baş verən olayların tanrıların 
iradəsindən asılı
 
olması, gözdən keçirilən etrusk tanrılarının 
ayrı-ayrı sahələri himayə etməsi etrusk mifologiyasının ana 
xəttini təşkil edir. Yuxarıda qeyd olunanlardan başqa, etrusk 
panteonu sırasında bəzi yazılarda verilən çoxlu teonimlər də 
vardır.
17
 
Tanrı  və tanrıcalar kimi verilən belə teonimlərdən 
hansının huri-mələk, iyə, demon, tanrıadı və ya tanrı epiteti 
kimi işlənməsi o qədər də aydın deyil. Etrusk teonimlərinin 
bəzi yunan-latın teonimlərinin qarşılığı kimi işlənməsi onla-
                                                           
17
 Anteros, Astrea, Castur, Cath, Cloacina, Corvus, Cul, Culsu, Diana, Esia, Evan, 
Ethausva, Februus, Feronia, Laruns, Leinth, Letham, Letun, Losna Murcida, Lvsl, 
Nox, Phersipnai, Pultuce, Picus, Semia, Sime,  Summamus, Tecum, Thethlumth, 
Thufltha, Tiv(r), Tluscva, Tellus, Tellumo, Tecum, Thufulta, Tvath, Vetis, Veive, 
Velch, Vibrus, Vitumnus, Zirna və sair. 
 
45


 
46
rın semantikasına aydınlıq gətirir. Bəzi teonimlərin isə qar-
şılığı yoxdur:  
 
ETRUSK PANTEONLARININ YUNAN-LATIN QARŞILĞI 
ETRUSK ROMA 
YUNAN 
Tin Jupiter 
Zeus 
Uni, Ani 
Juno 
Hera 
Menerva Minerva 
Athena 
(Afina) 
Velxans, Sethlans 
Vulcanus 
Hephaistos 
Turan Venus 
Aphrodite 
Maris, Laran  
Mars 
Ares 
Turms Mercurius 
Hermes 
Nethuns Neptune 
Poseidon 
Fufluns Bacchus 
Dionysos 
Cel Tellus 
(?) 
Gaia 
Selvans Silvanus 

Usil Sol 
Helios 
Aplu, Apulu 
Apollo
 
Apollo 
Aritimi, Artumes 
Diana 
Artemis 
Vei Tserera 
Demeter 
və sairə.    
 
Etruriyanın qürub çağında dini görüşlərdə artıq pessimizm 
çaları artır. Bununla da təsviri sənətdə ölümlə bağlı Xaru və 
Tuxulxa kimi demonların müxtəlif nəsnələr üzərində çəkilən 
şəkilləri artır, bu durum etrusk dönəminin sonunacan beləcə 
davam edir. 
 
 
46


Yüklə 10,29 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə