Firudin Ağasıoğlu (Cəlilov)



Yüklə 10,29 Mb.
Pdf görüntüsü
səhifə21/47
tarix11.09.2018
ölçüsü10,29 Mb.
#67896
1   ...   17   18   19   20   21   22   23   24   ...   47

 
79
Latın əlifbasının Etrusk əlifbsı 
əsasında yaranması quşqusuzdur. 
Artıq bunu etiraf edənlərin sayı 
artmaqdadır: “Latın  əlifbası üzə-
rində illərlə davam edən mübahi-
sə artıq çözülmüşdür. Bəzilərinin 
iddia etdiyi kimi, latınlar əlifbanı 
Kumedə yerləşən yunanlılardan 
deyil, quzey qonşuları etrusklar-
dan almışlar.”
28
 
Skandinav runla-
rının da etrusklardan alınması en-
siklopediyalarda qeyd olunur.
29
  
Lakin bu məsələ hələlik mübahi-
səlidir.  
Burada verdiyimiz etrusk əlifbası uzmanların ümumi rə-
yinə görə etruskologiyada qəbul olunmuş variantdır. Lakin 
bu variant qüsursuz deyildir və buradakı yanlışlıq bir sıra 
sözlərin düzgün oxunmasına imkan vermir. 
Avrasiyaya yayılmış runik əlifbaların qədim damğalardan 
yaranması quşqusuzdur. Əhməd Çəfəroğlu, Muharrem Ergin 
                                                           
28
 Bloch, 1963, 120. 
29
 Britannica, XIX t., 1970, 755. 
 
79


 
80
və başqa dilçi alimlər Göytürk əlifbasının türk toplumunda 
yarandığını söyləmişlər, lakin bu fikiri subut edən araşdırma 
aparmamışlar. İlk dəfə sistemli araşdırma “9 Bitik” əsərində 
verilmiş, runik hərflərin qədim tük damğalarından yaranma 
yolları örnəklərlə göstərilmişdir.
30
Doğrudur, etruskologiya elmi etrusk əlifbasındakı hərflərin 
bildirdiyi səsləri düzgün müəyən etməsilə uğur qazanmışdır, 
lakin bəzi hərflərin oxunuşu tam aydınlaşmayıb. Bizcə, belə 
hərflərin hansı səsi bildirməsini dəqiqləşdirmədən etrusk ya-
zılarını oxumaq bir sıra yanlışlıqlara yol açır, həm də etrusk 
dilinin səs quruluşunun dəqiq təsvir edilməsinə mane olur. 
Belə mübahisəli hərflərin fonetik dəyərini burada müəyən 
etmək iddiasında olmasaq da, bəzisi haqqında müşahidəmizi 
açıqlayıb uzmanlarla paylaşmağın yararı vardır.    
 
Etrusk yazılarında [f] səsi kimi oxunan 
8 
hərfi əslində [b] 
kimi oxunmalıdır. Bunu Tebariy  adının Pirqi lövhələrində 
aramey və etrusk yazılış variantlarında görmək olur:  
Bu adın yanlış olaraq etruskca Tefariy kimi oxunmasının 
bir səbəbi də etruskologiyada dərin kök atmış “etrusk dilində 
[b], [d], [g] samit səslərinin olmaması” fikrindən doğur. İki 
dilli yazılar belə mübahisəli məsələlərin aydınlaşmasına yar-
dım edir. Yenə [b] səsilə bağlı bir adın latın və etrusk dilində 
yazılışını əks etdirən ikidilli yazıya 
(
TLE 462
)
 baxaq. 
etrusk: cae trepu  
latın:   c. treboni 
                                                           
30
 Vaxtilə Mirzə Fətəli Axundov latın qrafikalı əlifba tərtib etsə də, onu Azərbaycan 
Demokratik respublikasını quranlar gerçəkləşdirdi, biz də onu 1991-də bərpa etdik. 
O vaxt Dövlət  Əlifba Komissiyasının rəhbəri idim. Mənə irad tutanlardan bəzisi 
deyirdi, madam ki əlifbanı dəyişirsiniz, elə Göytürk əlifbasını qəbul edin. Mən yarı-
zarafat cavab verirdim ki, elə latın əlifbası da bizim qədim əlifbadan yaranıb.  
 
80


 
81
Bu yazıda Cae (Kay) Trepu adının latınca C. Treboni(us) 
şəklində yazılması p//b, u//o qarşılığını ortaya çıxardır. Bəlli 
olur ki, etrusk yazısında p//b və u//o qoşa səsləri eyni hərflə 
verilə bilir. Bu p//b qarşılığını Trebi adının keçdiyi başqa bir 
ikidilli yazı da təsdiq edir: 
(
TLE 541
) etrusk: ath: trepi: thanasa  
latın:   ar. trebi. histro 
Göründüyü kimi, etrusk dilində [b] səsinin olmadığını söy-
ləmək doğru deyildir. Belə düşünmək olar ki, əvvəllər etrusk 
yazılarında B hərfilə verilən bu səsi sonrakı çağlarda 8, bəzi 
yazılarda isə p  hərfilə bildirmişlər. 
Etrusk əlifbasında işarələrin doğru oxunması çox önəmli 
məsələdir. Özəlliklə, dilarxası samit səsləri bildirən hərflərin 
dəqiqləşməsinə ehtiyac vardır. Türk dili kimi etrusk dilində 
də səsuyumu (sinharmonizm) qanunu olduğu üçün bu samit 
hərflərin dilönü (incə) və dilarxası (qalın) saitlərlə işlənməsi 
diqqətə alınmalıdır. Türk runikasında sait-samit harmoniyası 
etrusk yazılarında da özünü göstərməlidir. Nəzəri baxımdan 
dilarxası samitlərə aid hərflər etrusk dilində bu səsləri bildirə 
bilər:   
Bu baxım-
dan, etruskca 
yazılarda 
ϖ hərfinin yalnız [v] samit səsi kimi,  ,q hərfinin 
[x] samit səsi kimi oxunması yanlışdır. Yeri gəldikcə, bəzi 
yazıların oxunuşunda bu işarələrin bildirdiyi səslər üzərində 
dayanacağıq. Burada yalnız 4 hərfin etrusk yazısında 4, türk 
runikasında isə 9 səs bildirməsi faktına önəm vermək gərəkir, 
çünki bu durum səs har-
moniyasını etrusk dilində 
əks etdirmir. Bu baxım-
dan, etrusk hərfləri də ən 
azı 6 saiti bildirməlidir.
 
81


 
82
Fonetika. Yunan-latın hərflərilə yaxınlığı olan etrusk əlif-
basında əksər hərflərin hansı səsi bildirməsini müəyən etmək 
etruskoloqlar üçün o qədər çətin olmamışdır. Belə ki, etrusk 
yazılarında yunan-latın dillərindən alınmış bəzi sözlərin, yer, 
şəxs və tanrı adlarını bildirən onomastik sözlərin yazılışında 
hərflərin səs dəyəri, az da olsa, bir neçə latın-etrusk ikidilli 
kiçik mətnlərin varlığı etrusk əlifbasının düzgün müəyənləş-
məsi üçün imkan vermişdir. Doğrudur, artıq etrusk əlifbası 
əksər tədqiqatçılar üçün mübahisə doğurmayan bir məsələyə 
çevrilmişdir, lakin bir neçə hərfin hansı səsi bildirməsi hələ 
dəqiq öyrənilməmişdir. Çünki yunan-latın 
dillərində olmayan bəzi səslər etrusk dilinin 
özəlliyini təşkil edir, onların əlifbada hansı 
hərflər ilə ifadə olunduğunu tapmaq üçün 
ciddi araşdırmalara ehtiyac vardır. Verilən 
bu hərflərdən yalnız  s, z səslərini bildirənlər 
quşqu doğurmur.  
Etrusk dilinin fonemlər sistem sait səsləri 
bildirən hərflərin doğru müəyən edilməsindən çox asılıdır. 
Bu nədənlə, etrusk əlifbası ilə eyni qaynaqdan olan göytürk 
runuk əlifbasında özünü göstərən eyni işarənin, yuxarıda de-
yildiyi kimi, işləndiyi sözdən asılı olaraq dilarxası və dilönü 
saiti ifadə etməsi etrusk dilində saitləri bildirən hərflər üçün 
də keçərli ola bilər. 
 
82


Yüklə 10,29 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə