Firudin Ağasıoğlu (Cəlilov)



Yüklə 10,29 Mb.
Pdf görüntüsü
səhifə17/47
tarix11.09.2018
ölçüsü10,29 Mb.
#67896
1   ...   13   14   15   16   17   18   19   20   ...   47

 
61
güzgüləri hazırlayan mahir ustalar vardı. VI əsrin ortalarına 
doğru artıq oxra çalarlı boya ilə qara fonda çəkilən rəsmlər 
görünməyə başlayır. Get-
gedə  təkmilləşən bu üsul 
keramika üzərində çəkilən 
heyranedici rəsm  əsərləri-
nin ortaya çıxmasına sə-
bəb olur.  Bunun örnəyini 
qızların bəzənmə görüntü-
sü təsvir olunan 350-300-
cü illərə aid Çvita Kostell-
yano qabı üzərindəki şəkil 
aydın sərgiləyir: 
Dövrünə görə metaliş-
ləmə sahəsində etrusklar çox
 
irəli çıxmışdılar. Yarımadanın 
filiz yataqları, metal qaynaqları Etruriya ərazisində idi. On-
lar üzdəki metal külçələri toplamaqla kifayətlənmir, yeraltı 
dərin şaxtalar qazırdılar. Buradan çıxarılan mis, gümüş, də-
mir, sink külçələrini Britaniyadan gətirilən qalay ilə qarış-
dırıb tunc əldə edirdilər. Metal əritmək üçün kiçik sobalara 
üstünlük verilirdi. Görünür, Anadoludan metallurgiya sahə-
sindəki bilgi və zəngin təcrübə ilə İtaliyaya gəlmiş etrusklar 
yeni yurdda onu daha da inkişaf etdirmişlər.  
Tunc nəsnələr.  İtali-
yada uzun müddət me-
talişləmə sahəsində tunc 
heykəl və fiqurlar dü-
zəltmə sənətinə görə et-
rusk ustalarına çatan ol-
mamışdır. Antik çağ ya-
zarları dönə-dönə etrusk 
sənətkarlarının metaliş-
ləmə bacarığından ağız-
 
61


 
62
dolusu danışmışlar. Böyük Plini Etruriyada hazırlanan sənət 
nümunələrinin başqa ölkələrdə  də  məşhur olduğunu qeyd 
edirdi. 
İndinin özündə belə, m.ö.VI əsr-
də yapılmış “Kapitoli qurdu” adla-
nan dişi qurd fiquru adamı heyran 
edir. İndi Romanın simgəsi sayılan 
bu kompleksə qurdun əmizdirdiyi 
iki cocuq (Rem ilə Romul) fiquru 
isə XV əsrdə hazırlanıb əlavə olun-
muşdur. Burada m.ö. V əsrə aid 
tunc  şamdandan qalmş bir hissədə dö-
yüşçü geyimindəki kişiyə kasa uzadan 
qadın fiquru təsvir edilmişdir. Zevsin 
istəyilə Apollonun göndərdiyi əskər gö-
rünümündə iki qanadlı mələk Troya sa-
vaşında ölən Sarpedonu yerdən astaca 
qaldırıb dəfn etmək üçün Likiyaya evinə  
aparırlar. Həmin səhnəni əks etdirən bu 
aşağıdakı fiqur m.ö. IV əsrin  əvvəlinə 
aid qiymətli nəsnələrin saxlandığı tunc 
sandıqcanın qapaq tutacağıdır. Digər 
tunc fiqurda isə dalğalar üzərində  hərə-
kət edən Günəş tan-
rısı Usil təsvir olun-
muşdur. 
 Tit Liviy yazırdı 
ki, romalılar konsul Fulviy Flakkın baş-
çılığı ilə Bolsini şəhərini tutub yağmala-
yanda məbədlərdən yığılıb Romaya da-
şınan nəsnələr içində iki minəcən kiçik 
tunc heykəl vardı. Bu heykəllər ona görə 
Romaya aparılırdı ki, onları əridib sikkə 
 
62


 
63
kəssinlər, çünki Karfagenlə müharıbəyə pul lazım idi. Etru-
riyada sikkə basılması m.ö. V əsrdə ortaya çıxmış, m.ö. II 
əsrəcən davam etmişdir. Altun, gümüş  və tuncdan kəsilən 
sikkələr üzərində yunan pulları kimi müəyən şəhərləri hima-
yə edən tanrıların, dəniz atlarının, ikiağızlı balta, təkər şəkli
həmçinin şəhər adlarıni bildirən kiçik yazılar da olurdu.  
Zərgərlik. Etrusk zərgərlərinin m.ö.VII və sonrakı  əsr-
lərdə düzəltdiyi bəzək nəsnələri sırasında qolbağı, sinəbənd, 
üzük, sırğa və sancaqlar diqqəti çəkir. Bugün adamı heyran 
edən bu bəzək əşyaları etrusk ustalarının yüksək zövqündən, 
duyumlu sənətkar fantaziyasından xəbər verir. Vulçi şəhəri 
basırığından tapılan üzüm salxımı formasındakı altun sırğa 
gözəlliyilə diqqəti çəkir. Gümüş və fil sümüyündən düzələn 
nəsnələr üzərində nazik qızıl təbəqələrlə vurulmuş bəzəklər, 
zövqlə yapılan qızıl-gümüş bəzək nəsnələri etrusk zərgərlə-
rinin baçarığından xəbər verir.   
Tseredə aşkar edilən Reqolini-Qalassi basırığında qadının 
üzərindəki sırğa, qolbağı dəsti, boyunbağı zərif naxışlarıyla 
diqqəti çəkir. Belə kiçik ölçülü bəzək nəsnələrinin üzərinə 
tanrıların və müxtəlif heyvan fiqurlarının qaynaq edilməsi 
üsulu sonrakı çağlarda daha da gəlişmişdir. 
Etrusk qadınları boyadan geniş istifadə edirdilər. Bunun 
etnoqrafik bəlgələri tapılan çeşidli  ənlik-kirşan qablarından 
 
63


 
64
bəlli olur. Kübar etrusk qadınlarına məxsus parfümeria bol-
luğuna Misirlə ticarət  əlaqəsi də rol oynayırdı. Etruskların 
etnoqrafiyasında özəl yeri olan 
bəzəkli  əl güzgülərini qadınlar 
daha çox sevirdi.   
Güzgü. Latınların  spekulum 
dediyi  əl güzgüləri tuncdan ha-
zırlanırdı, bəzilərinin tutacağı 
ağac və fil sümüyündən olurdu. 
Cilalanan üz tərəfə əlavə olunan 
qalay da görüntünün keyfiyətini 
artırırdı. Etrusk güzgüləri yalnız 
yaraşığı ilə deyil, həm də arxa-
sında çəkilən cizgi şəkilləri ilə 
diqqəti çəkir. Adətən rəsmlərdə 
etrusk mifologiyasında yayğın 
olan süjetlər, surətlər, ən çox da 
etruskların tapındığı tanrı 
və mifik qəhrəmanlar təs-
vir olunurdu.  
Güzgü rəsmlərində yu-
nan mifləri, Troya ilə bağlı 
olaylar da geniş yer tutur. 
Belə güzgülərin  əhəmiyəti 
cox böyükdür, çünki rəsm-
ləri çəkilmiş obrazların ad-
ları da yazılmışdır, bu isə 
artıq yazılı qaynaqdır. 
 Bugünəcən çoxlu etrusk 
güzgüsü tapılmışdır, muzey 
və özəl kolleksiyalarda olan 
güzgülərin sayı iki mindən 
 
64


 
65
artıqdır. 1979-dan onların kataloqunu sistemli şəkildə hazır-
layan  Etruscanorum Speculorum adlı komitə yaranmışdır. 
Troya gündəmi, Helen və tarixdə etrusk adları ilə bəlli ob-
razlar təsvir olunmuş bu güzgü də Vulçidə tapılmışdır.
18
 
Yuxarıda soldan sağa: 
TURAN, HERKLE, EPEUR, TINIA
TALNA;  
Ortada soldan sağa:  
AEKAIMEAN, ELKHINTRE, 
ELINAIMENLE, AGHMEMNUN, 
(lasa) 
THIMRAE; 
Aşağıda: 
(lasa)
 RAGUN. 
                                                           
18
 Pallottino, 1975. 
 
65


Yüklə 10,29 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə