Firudin Ağasıoğlu (Cəlilov)



Yüklə 10,29 Mb.
Pdf görüntüsü
səhifə25/47
tarix11.09.2018
ölçüsü10,29 Mb.
#67896
1   ...   21   22   23   24   25   26   27   28   ...   47

 
92
ETRUSK YAZI ÖRNƏKLƏRI  
Yazıları forma və  məzmununa görə qruplaşdırıb gözdən 
keçirmək, onların transkripsiya və oxunuşlarını vermək daha 
faydalı olardı, lakin bunun üçün ayrıca araşdırma aparmaq 
lazımdır. Burada isə məqsəd etrusk yazıları haqqında ümumi 
bilgi verməkdir. 
Britaniya muzeyində saxlanan metal lövhə (Tavola Oska) 
üzərində 42 sətirlik etrusk yazısı vardır. Yazının 25 sətiri 
lövhənin ön tərəfində, qalanı isə arxa tərəfindədir. Tavola 
Oska yazısında iki dəfə keçən Koroğlu adının Hereklu şək-
lində verilməsi də diqqəti çəkir. Sonrakı bölmələrdə bu ad 
üzərində geniş dayanacağımız üçün həmin yazılış formasını 
burada ayrıca qeyd etmək lazım gəlir. Yazının bir şeir, yoxsa 
dini törəndə oxunan öygü və 
ya dua olmasını bilməsək də, 
misralar arası  və misra sonu 
qafiyələr bu yazının poetik 
bir janrda yazıldığını aydın 
göstərir. Örnək üçün ön və 
arxa tərəfdəki yazıdan beşər 
misraya baxmaq olar: 
 
Di ukey kede hasıuy  (s)  tatıb 
Di ukey  erega turey  (s)  tatıb 
Hereklui  kerrı yuy  (ss)  tatıb 
Patanay piysti ay  (s)  tatıb 
Dey kay gene tay  (s)  tatıb 
 
Di ukey (s) ere hasıu 
Di ukey piyh yuy erega turey 
Hereklui  kerrı yuy 
Patanay  piysti ay 
Dey kay gene tay 
 
92


 
93
Etruskların  Kurtun dediyi qədim  şəhərdə arxeoloqların 
1992-də tapdığı m.ö. III-II əsrə aid metal lövhələr üzərində 
40 sətirlik yazı Tabula Kortona adı ilə bəllidir. Yalnız 7 il 
sonra nəşr olunan bu yazının sonluğu itsə də, bütöv mətnin 
daşınmaz əmlak hüququ ilə bağlı olması söylənir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yazının 40-cı sətiri pitlnal şəklində yazılmış sözlə bitir və 
uzmanlar bu sözü şəxsadı kimi (Petelina) verirlər. Məncə, 
Tabula Kortona yazısının son sözü türk bəngüdaş yazıları-
nın sonlugu ilə  (bitdi, bitidim) uyğundur. Onun yazılışında 
ilk  l  hərfi də daha çox i  hərfinə yaxındır və  hər iki halda 
oxunuşu belədir: p i t i n a l,  p i t i l n a l. 
Peruciyə yaxın San-Marko adlı təpədə 1822-də tapılan bir 
yazılıdaş üzərində 46 sətirlik yazı vardır. İndi Peruci arxeo-
loji muzeyində saxlanan yazılıdaş m.ö. III-II əsrə aid edilir. 
Çox aydın yazılmasına baxmayaraq üzərindəki yazı bugünə-
cən oxunmamışdır. Bəziləri bu yazılıdaşın iki etrusk ailəsi 
 
93


 
94
arasında alqı-satqı qonusunda hüquqi sənəd olması, bəziləri 
də basırıqda yerə dikilmiş başdaşı (bəngüdaş) olması fikrini 
söyləmişlər. Lakin mətndə işlənən sözlər onun toplantı yeri 
və ya tapınaqla ilgili olmasına işarə edir. Yazının tam görün-
tüsü əlimizdə olmadığından uzmanların verdiyi transkripsi-
yanı yoxlamaq imkanı olmadı. Ona görə də örnək üçün yal-
nız ikinci abzasın transkripsiyasını veririk:
 
avlesi velthina (gelthina). sarznal kl ensi. thip. thilskuna. 
kenu. eplk. belik larthal sapunes kle. nthun qulthe 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Güzgü yazıları.  Ən rahat oxuna bilən etrusk yazılarının 
çoxu güzgü üzərində yazılanlardır. Belə ki, güzgülərin arxa-
sında olan yazılar orada çəkilmiş şəkillərdəki bəlli süjet və 
obrazlara aid olur. Bunların xeyli hissəsi yunan qaynaqların-
dan bildiyimiz Troya savasındakı olaylarla bağlıdır. Güzgü 
 
94


 
95
yazıları həm etrusk əlifbası, orfoqrafiyası, həm də etrusk di-
linin öyrənilməsi üçün gərəkli material verir. Belə yazılarda 
öncədən bəlli olan adların yazılış formaları da diqqəti çəkir. 
Bu etrusk güzgüsündə olan yazını A. İ. Nemirovski belə 
verir: Tarxunas, Pava Tarxies, Veltune, Rathlth.
35
 
Başqa et-
ruskoloqlar kimi yazar burada yalnız  şəxsadları yazıldığını 
düşünür. Halbuki burada adlar cümlə daxilindədir. Atların 
başından aşağı, baxı-
cının başı üzərində 
pava tarqias (bağa-
targias) və güzgünün 
çevrəsindəsə dairəvi 
yazıda  veltune uver-
nvi avle  tarqunus 
rthlth  sözləri vardır. 
Son sözdə buraxılan 
saitləri yerinə qoyub, 
yazını g/v fərqilə be-
lə transkripsiya etmək 
olur: 
PAGA TARQIAS 
VELTUNE 
(
GELTUNE
)
 
UGERNGI AGLE TAR
-
QUNUS ARATHILTH 
 
Bu yazını güzgüdə 
təvsir olunan səhnəyə 
uyğun oxusaq, bizcə, burada etruskların milli tanrısı Veltune 
tapınağının gənc haruspiki Bağa Targiasın bağır (ciyər) üzə-
rində baxıcılıq edib verdiyi yoruma daha təcrübəli Agle Tar-
qunus düzəliş edir:  
Paga Tarqias Veltune ugerngi Aqle Tarqunus arıtılt 
(Bağa Targias Veltune oxuduğunu Aqle Tarqun arıtladı
                                                           
35
 Немировский, 1983, 213-214. 
 
95


 
96
 
Adlar bəzi güzgülərdə 
yunan-latın yazısında ol-
duğu kimi soldan sağa 
yazılırdı. Bu güzgüdə isə 
Klupumika ilə Uruste ad-
ları başayaq yazılmışdır. 
Ona görə də belə adların 
oxunuşu özəl diqqət tə-
ləb edir. 
 
Ermitaj muzeyində sax-
lanan m.ö. IV əsrə aid bir 
güzgünün üzərində lazlar-
la (mələklərlə) əhatə olun-
muş Turanla Atunisin se-
vişmə səhnəsi təsvir edil-
mişdir. Turanın atributu 
sayılan, burada adı tusna 
(turna)  şəklində yazılmış 
durna şəkili də vardır.  
  
 
96


Yüklə 10,29 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə